T U R İ Z M
_ _ _ _
23.3
TURİZM MƏHSULUNUN HƏRƏKƏTƏ GƏTİRİLMƏSİNDƏ YENİ
REKLAM-İNFORMASİYA TEXNOLOGİYALARININ ROLU
Mütəxəssislərin fikrincə, kompüterləşmiş reklam yaxın zamanlarda
reklamın başqa növlərini sıxışdırıb aradan çıxardacaqdır. Bundan əvvəlki
mühazirədə qeyd olundu ki, yeni reklam informasiya texnologiyasının rolu
insan həyatında gündən-günə artır və bizim eramız yeni informasiya
texnologiyası erasıdır. Müasir insanların həyat tərzi qlobal İnternet sisteminin
xidmətlərindən geniş istifadəyə əsaslanır. İnternet - milyonlarla bütün dünyaya
səpələnmiş və bir-birilə əlaqəsi olan kompüterlərin cəmidir.
Hər şeydən əvvəl İnternet sürətli və etibarlı əlaqə vasitəsidir - E-mail
poçtudur. Bundan başqa, o, işgüzar fəaliyyət üçün, səyahətin təşkili və
kontaktlar üçün ən gözəl vasitədir. O, sistemə qoşulmuş bir kompüterdən o
birisinə məlumatları göndərməyə və qəbul etməyə imkan yaradır, sistemdə
olan məlumatlar xəzinəsinə qapı açır. Məlumat apancı rolunu «Veb-serverlər»
oynayırlar. Veb-serverlərdə məlumatları ayrı-ayrı adamlar və firmalar da
yerləşdirə bilərlər. Firmanın Veb-serveri sadə dildə firma, onun məhsulları və
fəaliyyəti haqqında informasiya yerləşdirir. Bu informasiya İnternetdə
firmanın reklamına çevrilir və hər maraqlanan şəxs onunla tanış ola bilər. Ən
sadə formada informasiyanın təqdimi veb-səhi- fələrdə verilir.
İnformasiya və məlumat sözləri sinonim sözlərdir, bu sözlərin fərqi
ondadır ki, informasiya sözü xalqlar arası qəbul olunmuş və internet
sistemində geniş istifadə olunan sözdür.
Ona görə də, biz də
bu termindən çox
istifadə edirik.
Veb-səhifənin tərtib olunması - hər hansı obyekt və ya proses haqqında
yüksək səviyyədə onun xülasəsini və qrafiki materiallarını qısa və konkret
oxuculara çatdırmaqdır. Çox vaxt turist firmaları veb-səhifələri hazırlamaqdan
ötrü, xüsusi veb-səhifə, veb-serverlər hazırlayan firmalara müraciət edirlər.
Hazırlanmış veb-səhifələr. onları axtanb tapmaqdan ötrü kataloqa salınırlar.
Bu cur səhifələrin İnternetdə işıqlandırılmasına reklam-informasiya
kompaniyası deyilir. Veb-səhifənin arxasınca veb-server gəlir. Onların fərqi
axırıncıda informasiya həcminin çox olması və mütəmadi formada verilən
məlumatların tez-tez dəyişməsidir. Firma haqqında verilən veb-serverdə
məqsəd firmanın İnternetdə nümayəndəliyini yaratmaqdır. Reklam serverin
köməyi ilə:
^ Geniş İnternet auditoriyası firma haqqında ətraflı məlumatlanır:
^ Firmanın geniş ictimaiyyətə təqdim etmə mərasimini təşkil etmək olur:
2 0 3