YEGANLI S.T.. HACIYEV E. M.
Turizmin tabliği
Həvəsləndirmə tədbirləri ilə bərabər turist xidmətlərinin satılmasını
canlandırmaqdan ötrü turizmin geniş təbliği təşkil olunur. Bu prosesə ingilislər
- pablik rileyşnz deyirlər. Bu sözlərin mənası - ictimaiyyətdə müəyyən fikir
yaratmaq deməkdir. Turizmdə onun müəyyən firma tərəfindən istifadə
olunması həmin firma haqqında müəyyən ictimai fikir yaratmaq və onun
imicini qaldırmağa qulluq edir. Söhbət firmaya yaxşı ad qazandırmaqdan
gedir. Bundan ötrü, aşağıdakı müxtəlif tədbirlərdən istifadə oluna bilər:
Mətbuatda alıcıların diqqətini cəlb etməkdən ötrü firma haqqında
müəyyən məlumatların verilməsi. Turizmin müəyyən məsələlərini
işıqlandırmaqdan ötrü jurnalistlərin dəvət olunması və onların seçilmiş
turist marşrutlarında səyahətinin təşkili və bu səyahətin nəticələrinin
mətbuatda çap olunması. Bundan başqa, seminarların, mətbuat
konfranslarının və turistlərin diqqətini cəlb edən başqa kütləvi
tədbirlərin keçirilməsi;
*> Turist firmasının xeyriyyə tədbirlərində, himayəçilikdə, turizmin
gününün qeyd olunmasında, müəyyən tematika üzrə - «Turizm və
idman», «Turizm və ekologiya», «Turizm və ailə» və s.
kompaniyaların təşkilində iştirakı;
❖
Lobbizm - turizm firmalarının qanunverici orqanlarla (turizm xeyrinə
olan) qanunlann qəbul olunması üçün birgə əməkdaşlığı.
❖
Məsləhət vermə - hökumət orqanlarına turizmin mahiyyəti və firmanın
fəaliyyəti haqqında tövsiyələrin və məsləhətlərin verilməsi.
Turizmin
təbliği
cəmiyyətin
maariflənməsində
və
məlumatlandırılmasında reklamdan çox-çox ucuz başa gəlir. Ona görə ki,
firma kütləvi informasiya vasitələrində icarə üçün nə yer götürmür və nə də
vaxt sərf etmir. Jurnalistlərin seçdiyi turizm haqqında maraqlı problemlər geniş
oxucu kütləsini də (potensial turistləri də) maraqlandıra bilər. Turizm haqqında
məlumat iqtisadiyyatı, idmanı, ətraf mühitin vəziyyətini işıqlandıran müxtəlif
verilişlərin tərkibində gedə bilər. Bu cür təbliğatın əks-sədası daha qüvvətlidir.
Məlumatlandmcı turist sdfərləri
Bütün dünyada jurnalistlərin turist marşrutlarını işıqlandıran pulsuz turist
səfərləri təşkil olunur. Jurnalistlər üçün bu səfərlərin məqsədi məlumat
toplamaq, sonra isə turist qəzetində və ya jurnalında çıxış etməkdir. Bu cür
çıxışların təsiri bilavasitə reklamdan çox qüvvətli olur. Jurnalistlə-
192
T U R t Z M
rin isə belə səfərlərdə iştirakı reklama sərf olunan xərclərdən çox ucuz başa
gəlir. Jurnalistlərin bu səfərləri turagentlərin səfərlərindən fərqli olur. Tu-
ragentlərin səfərləri turu istifadəyə satışdan qabaq hazırlamaq və satmaq
məqsədini güdür. İlk buraxılış səfərlərinə jurnalistlərdən başqa, onların verdiyi
məlumatlar daha da etibarlı olmaq üçün, adlı-sanlı və məşhur şəxslər də dəvət
olunur. Bu cür tədbir məşhur kurortlar və ya turizm mərkəzinin açılışında
istifadə olunur.
22.3
TURİST MƏHSULUNUN İSTEHSAL TEXNOLOGİYASI
Turist məhsulu - alıcılara kompleks şəklində göstərilən xidmətlərdir. Bu
xidmətlərin kompleks şəklində hazırlanmasına - tur deyilir. Bu turlar turizm
sənayesində hazırlanılır.
Turizm sənayesinə (buna turizmin infrastrukturu da deyirlər) nəqliyyat,
yerləşdirmə müəssisələri, əyləncə, turist mallan və suvenirləri ticarət
mağazaları, turoperator və turagentliklər, reklam-informasiya müəssisələri,
turizmi idarə edən orqanlar, turizm tədris müəssisələri və elmi- tədqiqat
idarələri, banklar və sığorta kompaniyalan və s. daxildir.
Turist marşrutlarının tərtibi
Turist marşrutlarının tərtibatı turist məhsulunun hazırlanma
texnologiyasının əsas elementlərindən biridir. Bu işin görülməsi yüksək
sənətkarlıq tələb edir. Turist marşrutlan bir neçə mərhələyə hazırlanır və bu
proses bir neçə ayı əhatə edir. Bəzən turu tərtib edən şəxs özü bir neçə dəfə
marşrutla gedir və onun hazırlığını yoxlayır. Tərtibatçı marşrutun
təhlükəsizliyinə xüsusi fikir verir. Məsələn, tur avtobusla təşkil olunursa,
sərnişinlərin avtobusda aparılma qaydalarına və başqa normativlərə riayət
olunmalıdır. Marşrut zamanı harada gecələmək, harada qidalanmaq, harada
idmanla məşğul olmaq, əyləncə və s. bütün təsnifatı ilə göstərilir.
Turist marşrutu tərtib olunanda onun xüsusiyyəti, tarixi abidələrin və
başqa ekskursiyaların təsnifatı verilir. Axırda tərtib olunan marşruta pasport
verilir və marşrut təsdiq olunur. Turist marşrutu təsdiq olunduqdan sonra tur
şəklində formalaşır.
İki cür turun forması yaranır: pekidj tur və inklüziv tur. Pekidj tur turist
xidmətlərinin kompleksidir. Ona yerləşdirmə, qidalanma, nəqliyyat, idman,
tibbi və başqa xidmətlər aiddir. İnklüziv tura isə turistin istəyindən asılı olaraq
bu xidmətlərin ayrı-ayrı növləri aiddir.
1 9 3
YEGANU S.T.. HACIYEV E. M.
Praktikada bu axınncıya çox rast gəlmək olur, yəni turist əwəl minimal
xidmət növü sifariş edir, sonra isə onlardan hansı xoşuna gəlirsə, on- lan əlavə
alır. Bu alınan turun qiymətini aşağı salır və vaxta da qənaət edir.
Kompleks tur xidmətlərdən və turistə lazım olan mallardan təşkil olunur.
Beləliklə, formalaşan turu turist məhsulu hesab etmək olmaz. Onu turist
məhsulu etməkdən ötrü, o, hələ 4 mərhələdən keçməlidir.
L Formalaşması;
2.
Təcrübə sınağından keçməsi;
3.
Reklam və təqdim olunma mərasiminin keçirilməsi;
4.
Turların satılması.
Bu mərhələlərin bir. yerdə yığılması tur adlana bilər. Bundan başqa,
texniki iqtisadi əsaslandırma aparılmalıdır. Ola bilsin ki. formalaşmış tur
iqtisadi cəhətdən səmərəsiz olsun. Belə turların istifadəyə buraxılması
maraqsızdır. Ona görə ki. heç bir gəlir gətirmirlər. Beləliklə, formalaşan turun
2 sərhədi var;
1.
yuxarı - cazibədarlıq, xidmətlərin və malların kompleksi;
2.
aşağı - gəlirə təsir göstərən iqtisadi səmərəliyi.
Əgər bu iki şərt ödənilirsə, onda turun eksperimental tətbiqinə başlamaq
olar. Turun eksperimental tətbiqi reklam kompaniyası ilə birlikdə aparılır.
Bundan sonra, xərclərin hesabatı və gəlirin miqdarı təyin olunur. Bütün
güzəştlər və xərclər nəzərə alındıqdan sonra hazırlanmış turist məhsulunun
qiyməti təyin olunur və məhsul satışa buraxılır. Bu məhsul turo- peratorun
bazara buraxdığı əsas turist məhsuludur. Bəzi operatorlar turu formalaşdıranda
müştəriləri də dəvət edirlər. Onların gözünün qabağında və onların arzusu
nəzərə alınaraq kompüterin köməyi ilə real masştabda tur formalaşır. Tur
formalaşanda onun cazibədar olmasını, təhlükəsizliyini, kamil olmasını, yəni
tam olmasını, məlumatlı olmasını, çevikliyini və s. xüsusiyyətlərini nəzərə
almaq lazımdır.
Satılma qaydasından və turistin arzusundan asılı olaraq turlar fərdi
şəkildə və ya qrup şəklində təşkil oluna bilər.
Fərdi turlar turistə müstəqillik və səfərdə azadlıq verir. Lakin fərdi turlar
çox baha başa gəlir. Bütün xidmətlərin xərcini turist tək özü ödəyir. Qrup təşkil
olunanda isə bu xərclər qruppanın üzvləri arasında bərabər bölünür. Fərdi
turlar baha olduğuna görə geniş kütlə tərəfindən istifadə olunmur. Bundan
başqa, fərdi turlann təşkili mürəkkəb bir proses-dir. Onları təşkil etmək üçün
yerlərin və biletlərin planlaşdırılmasında kompüterdən istifadə etməyə ehtiyac
vardır. Digər tərəfdən fərdi turlar iqtisadi
1 9 4
Dostları ilə paylaş: |