YEGANLI S.T.. HACIYEV E. M.
ALTINCI
HISSƏ
TURİZMİN
MENECMENTİ
XXV
FƏSİL
25.1
TURİZMİN MENECMENTİNİN ƏSAS ANLAYIŞLARI VƏ
KATEQORİYALARI
«Menecment» - ingilis sözüdür və onun mənası «idarəetmədir»,
«Menecment» sözü bir neçə mənada işlədilir, bu da çox təbiidir. Ona görə ki,
müəssisənin müxtəlif inkişaf mərhələsində müxtəlif səviyyədə idarəetməyə
rast gəlmək olur. Məsələn, texnoloji, maliyyə, korparativ, funksional və s.
Öyrəndiyimiz bu kursda «idarəetmə» və «menecment» sözləri sinonim
kimi işlədilir, lakin «idarəetmə» sözünün anlayışı daha genişdir. Ona görə ki,
bu anlayış insan fəaliyyətinin geniş sahələrini əhatə edir. Məsələn, avtomobilin
idarə olunması və ya texnoloji proseslərin və sistemlərin idarə olunması və s.
«Menecment» sözü isə ancaq sosial iqtisadi proseslərin, təsərrüfat fəaliyyətinin
və insanlar arası münasibətlərin idarə olunması deməkdir.
Sovet dövründə ən çox texnoloji proseslərin idarə olunmasına fikir
verilirdi. Bu sahədə yüzlərlə kitab yazılmışdır. Lakin dövlət idarəetmə üsulu
inzibati-təşkilat forması olduğu üçün azad təsərrüfat fəaliyyəti münasibətləri
inkişaf etməmişdir.
Turizm sözünün mənası hamıya yaxşı məlumdur. Bütün əsrlərdə, yer
kürəsində çoxlu səyyahlara rast gəlmək olardı. Lakin turizmin idarəolun- ma
zərurəti son iki əsrdə meydana gəlmişdir. Bu da onunla izah olunur ki. turizm
son iki əsrdə kütləvi formaya çevrilmiş, turizmin məhsulunun istehsalı və
satılması mürəkkəbləşmişdir. Bütün zamanlarda turizmin inkişafına iqtisadi,
siyasi, sosial və texnoloji faktorlar təsir göstərmişdir.
Bizim hər birimiz turizm sahəsi ilə qismən tanışıq, ona görə ki, biz harasa
istirahət etmək üçün getmişik və öz məzuniyyətimizi öz evimizdən kənarda
keçirtmişik. Lakin biz səyahət zamanı turizmi müşahidə edən mürəkkəb
proseslər haqqında düşünməmişik. Səfər zamanı bu cür proseslərin təşkili və
idarə olunması «turizmin menecmenti» deməkdir ki. bu da öyrənilən kursun
mahiyyətini təşkil edir.
Son zamanlar kitab mağazalarında ingilis dilindən rus dilinə tərcümə
olunmuş turizmin menecmentinə aid müxtəlif kitablara rast gəlmək olar.
Azərbaycan dilində isə. demək olar ki. turizmin menecmentinə həsr olunmuş
kitab çox azdır. Mağazalarda olan kitablar bazar iqtisadiyyatı inkişaf etmiş
ölkələrin təcrüb.əsini əks etdirdiklərinə görə bizim şəraitimizə uyğun
2 1 6
T U R İ Z M
gəlmirlər. Öyrəndiyimiz bu kursda biz xarici ölkələrin təcrübəsini öyrənməklə
bərabər çalışmışıq ki. Azərbaycanda da bu sahədə gedən prosesləri nəzərə alaq.
Belarus Dövlət İqtisad Universitetinin (BDİU) professoru N.İ. Ka- buşkin
Almaniyanın Bremen şəhərindəki Turizm Ali Məktəbinin professoru İ. Ror
tərəfindən təşkil olunmuş seminarda iştirak etmişdir. Bu seminar turizmin
iqtisadiyyatı və idarə olunmasına həsr olunmuşdur. N.Ka- buşkin yazır:
«turizmin menecmenti, son nəticədə səyahətin səbəblərini, motivlərini
araşdırmaqla əlaqədardır. Nəyə görə insanlar səyahət edirlər? Onlar səyahət
zamanı nə axtarırlar? Turizmin xidmətinin təklifinə hansı faktorlar təsir
göstərir? Səyahətə vadar edən səbəblər hansılardır? Bu səbəblər nəyin təsiri
altında dəyişir? Bu cür sualları çox vermək olar. Bu sualların hamısına
cavabları turizmin menecmentində tapmaq olar»*.
Lakin bir şeyi yadda saxlamaq lazımdır ki, səyahətə ancaq pulu olan adam
çıxa bilər. Kütləvi turizm yoxdursa, deməli, turizmin menecmenti də yoxdur.
Turizmin idarəçilik cəhətdən tərifi
Ədəbiyyatda turizmin müxtəlif təriflərinə rast gəlmək olar. Lakin turizm
anlayışı nəyi əhatə edir? Bu suala bir mənalı cavab vermək olarmı? Bəziləri
turizm dedikdə fəth olunan yolları, dağ cığırlarını və ya axşamüstü ocaq
başında oxunan mahnıları, bəziləri isə tarixi abidələrlə tanışlığı və ya xarici
ölkələrə gedən səfərləri yada salır. Onlar hamısı haqlıdırlar, ona görə ki,
həqiqətən turizm çox rəngarəngdir.
Bu gün biz turizm sözünün mənasını XX əsrin kütləvi, qeyri-adi və parlaq
bir hadisəsi kimi qəbul edirik. O, insan həyatının bütün sahələrinə
müdaxiləmdir, insanları və ətraf mühiti dəyişdirir. Turizm tək istirahət
məQsədi ilə görülən səfər devil. evni zamanda, o iqtisadiyyatın bövük bir
sahəsidir. O genis bir anlavısdır. səfər zamanı bütün prosesləri bir-biri ilə
əlaqələndirən, insanlar arasında münasibət körpüsü yaradan bir hadisədir.
Turizm insanların özünü dəvisir.
İlk baxışdan turizm anlayışı hamıya aydındır. Ona görə ki, biz harasa getmişik və ya turizm
haqqında qəzetlərdə oxumuşuq, televiziyada verilişlərə baxmışıq. Səyahətə çıxmaqdan qabaq turizm
bürosundan məsləhət almışıq. Baxmayaraq ki. turizm sözünün mənasını müxtəlif cür yozmaq olar,
əsası odur ki. səyahət zamanı turist öz daimi yaşayış yerini dəyişir, gəldiyi yerdə işləmir, əmək haqqı
almır və etdiyi səfərdən ləzzət alır.
II II
KamııiKiııı M
CIKMAMCIM
т
\
р
1
пма Минск. 1>Г')У
II
«Новое
Hiaııııc«.
IW9.
217
VEGANLI S.T.. HACIYEV E. M.
Turizm - səyahətin xüsusi bir növüdür, səyahətə nisbətən o qısa müddətə
təşkil olunur. Səyahətdən fərqlənərək turist səfərdən həzz alır, fiziki və mənəvi
cəhətdən istirahət edir.
Eyni zamanda turizm sözünün tərkibinə - turist müəssisələri, təşkilatları,
bürolan, vasitəçiləri və regionlar da aiddir. Turizm iqtisadiyyatın gəlir gətirən
bir sahəsidir. Lakin turizmin mənəvi dəyərləri, onun maddi dəyərlərindən
yüksəkdir. Ona görə ki, turizm səfərləri eyni zamanda insanlara psixoloci təsir
göstərir və onlarda sülhsevər, insansevər əhvali-ruhiyyə yaradır.
Turisthrin növləri
Ədəbiyyatda turizmin növləri ətraflı olaraq öz əksini tapmışdır. Lakin
turizmin menecmentini öyrənərkən bir neçə suala düzgün cavab vermək
lazımdır: turist kimdir və ona hansı xidmətlər göstərilir? Bütün turistlər eyni
formada istirahət edirlərmi? Onların turist məhsuluna ehtiyacları ey- nidirmi?
Əvvəlcədən deyə bilərik ki, yox. Ona görə ki. turistlər müxtəlif olurlar. Onların
xüsusiyyətlərini öyrənməkdən ötrü bütün turistləri iki qrupa bölmək olar:
aktivliyinə görə və həyat tərzinə görə.
Turistlər aktivliyinə görə 6 qrupa bölünür:
•
İdman istirahətini sevənlər. Onlar fiziki yükdən çəkinmirlər;
•
Sakit istirahəti sevənlər. Onlar kənar adamları və səs-küyü sevmirlər.
Onları günəş, qum və dəniz maraqlandırır:
•
İstirahətdən ləzzət alanlar. Onlar çox səriştəlidirlər, istirahət zamanı
özləri üçün əyləncələr axtarırlar və intellektual cəmiyyətə üstünlük
verirlər;
•
Aktiv istirahət edənlər. Bu adamlar təbiəti çox sevirlər və idmanla
məşğul olurlar. Açıq havada olmağı çox sevirlər. Onlar çox vaxt
istirahəti müalicə ilə birləşdirirlər;
•
Tarixi və mədəni abidələri öyrənənlər. Ən çox bu abidələrlə
maraqlanırlar;
•
Macəra sevənlər. Onlar tək gəzməyi sevirlər və heç nədən də
qorxmurlar. Təbiəti sevirlər və çox həssasdırlar.
Həyat tərzinə görə turistlər aşağıdakı qruplara bölünürlər:
❖ İstirahətdən həzz alanlar. Bu qrupun turistləri istirahətin təşkilinə çox
ciddi fikir verirlər. Onlar istirahətdən həzz alırlar və onun keyfiyyətinə çox
tələbkardırlar. Sərbəstliyi və idmanı çox sevirlər:
*> Tendensiyalı turistlər. İstirahət onlar üçün özünü ifadə etmək üçün bir
amildir. Onlar istirahətdən fəxr duyur və onun təşkilinə çox tələbkar
2 1 8
Dostları ilə paylaş: |