Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə85/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   114

YEGANLl S,T.. HACI\TV E. M. 
27.2 TURİZMDƏ 
MENECMENTİN FUNKSİYALARI 
1.
 
Turizm menecmentinin funksiyalarının xüsusiyyətləri 
Turizmin  idarə  olunmasını  ardı  kəsilməyən  proses  kimi  qəbul  etmək 
lazımdır.  Turizmdə  idarə  olunan  proseslər  və  görülən  işlər  idarəetmə  funk- 
siyalandır.  fdarəetmə  funksiyası  -  idarəetmə  fəaliyyətinin  bir  növüdür.  Bu 
fəaliyyət xüsusi qaydalarla və müəyyən təşkilati işlərlə aparılır^ 
(jdarəetmənin əsas komponentlərindən biri - funksiyadır. Hər hansı bir işi 
görməkdən  qabaq  əvvəlcədən  fikirləşmək  lazımdır  ki,  bu  işin  nəticəsi  nə 
olacaqdır, bu işi necə görmək, əsaslandırmaq və nəzarətini təşkil etmək olar. 
Bunlar  hamısı  görmək  istədiyimiz  işin  idarəetmə  funksiyasıdır.  İdarəetmə 
funksiyaları spesifik xüsusiyyətlərə, xüsusi məzmuna malikdirlər və müstəqil 
fəaliyyət  göstərə  bilirlə^Ohlar  bir-birilə  əlaqədə  ola  da  bilər,  olmaya  da 
bilərlər.  Bəzən  onlar  biri  birinə  müdaxilə  də  oluna  bilərlər.  İdarəetmə 
sistemində  bütün  idarəetmə  funksiyalan  birləşib  vahid  idarəetmə  prosesi 
yaradırlar. 
•;^ər turizmin meneceri öz təşkilatının gələcəyini təmin etmək istəyirsə, 
onda o bütün idarəetmə funksiyalarını yerinə yetirməlidi. Başlamaq lazımdır 
planlaşdırmadan. Əgər işin planı yaxşı qurulubsa, onda o iş yaxşı təşkil oluna 
bilər.  Əməyin  keyfiyyəti  menecerin  təklif  etdiyi  motivlərdən  asılıdır.  İşin 
gedişini  yoxlamaq  üçün  nəzarət  etmək  lazımdır.  Buna  da  nəzarət funksiyası 
deyili^ 
Beləliklə,  artıq  tanış  olduq  ki,  hər  hansı  ciddi  bir  iş  görmək  üçün  4 
funksiyanı  -  planlaşdırmanı,  təşkilat  işini,  işin  görülməsinin  motivlərini,  işə 
nəzarət  funksiyalarını  görmək  lazımdır.  Bu  funksiyaların  dördü  də  təşkilat 
üçün vacibdir. Buna baxmayaraq, planlaşdırma funksiyası başqa funksiyaların 
yaranması üçün zəmin yaradır və idarəetmə funksiyalan arasında əsas yer tutur. 
İdarəetmə funksiyalarını idarə olunan obyektə təsir göstərən idarə qüvvəsi 
kimi  təsəvvür  etmək  olar.  İdarəetmə  -  insanların  iradəsi  ilə  varlıq  yaratmaq 
bacanğıdır. İdarəetmə elmdir. 
2.
 
Planlaşdırma funksiyası 
Turizmin  idarəetmə  sistemi  strateji  təsəvvürə  əsaslanır.  Menecerin 
təsəvvürü  əsasında  gələcək  firmanın  turist  siyasəti  formalaşır,  vjurist 
müəssisəsinin  planlaşdırılması,  onun  məqsədinin  və  vəsaitinin,  idarəetmə 
strukturlarının  və  inkişaf  yollarının  təyin  olunması  deməkdir^Planlaşdırma 
prosesində  qərar  qəbul  olunur  ki.  müəssisənin  işçiləri  onun  qarşıya  qoyulan 
məqsədini həyata keçirmək üçün nə etməlidirlər. Söhbət sabah nə etmək və 
238 


T U R İ Z M  
necə etməkdən gedir. Beləliklə, müəssisənin sabahkı gün gedəsi olduğu «yolun 
xəritəsi» hazırlanır. Bütün situasiyalar üçün hazır planlaşdırma üsulu yoxdur. 
Bu proses etaplarla müəyyən səviyyələrdə apanlır. Çox vaxt firmanın strateji 
planı  tərtib  olunur.  Bu  o  deməkdir  ki,  firmanın  uzun  müddətə  taktikası  və 
strategiyası  tərtib  olunur.  Ətraf  mühit  faktorlan,  rəqabət  aparan  firmaların 
imkanları  öyrənilir,  onların  bazardakı  fəaliyyəti  araşdırılır.  Strateji 
planlaşdırma bu prosesin ən yuxarı səviyyəsidir. Bundan başqa, orta səviyyədə 
də  plan  tərtib  olunur  ki,  buna  da  taktiki  planlaşdırma  deyilir.  Taktiki 
planlaşdırma  firmanın  yaxın  günlərdə  görəcəyi  işlərin  plamdır.  Taktiki 
planlaşdırma strateji planlaşdırmadan onunla fərqlənir ki, məsələn, müəssisədə 
beş-altı şöbə meneceri fəaliyyət göstərirsə, onlardan hər biri başqaları ilə öz 
işlərini  koordinasiya  etməlidir.  Bu  da  planda  öz  əksini  tapmalıdır.  Taktiki 
plan-laşdırmanın ideyası strateji plandan götürülür. 
Təşkilatda  aşağı  səviyyələrdə  də  plan  tərtib  olunur.  Bu  cür  planlar 
operativ  planlaşdırmaya  aiddir,  onlar  planlaşdırmamn  əsasıdır.  Operativ 
planlarda işçilərə təlimatlar, standartlaşma fəaliyyəti, görülən işlərin təsnifatı 
və  s.  təşkilatın  əsas  vəzifələrini  görməyi  asanlaşdıran  operativ  məlumatlar 
verilir. Müəssisədə heç kəs təkbaşına qarşısına məqsəd qoymur və o məqsədə 
çatmağa  yollar  axtarmır.  Firmanın  məqsədi  bütün  işçilər  üçün  eynidir  və 
müəssisədə  hamı  bir  nəfər  kimi  müəssisənin  məqsədinə  qulluq  etməli  və 
məqsədə  çatmaqdan  ötrü  əlindən  gələni  əsirgəməməlidir.  Hər  menecer 
operativ  planın  əsasında  öz  gündəlik  işini  təyin  edir  və  təşkilatın  zəif  və 
qüvvətli cəhətlərini araşdınr, öz gördüyü işləri başqa şöbələrdə görülən işlərlə 
əlaqələndirir.  İşə  bu  cür  məsuliyyətlə  yanaşması  menecerin  şəxsiyyətini 
gündən-günə təkmilləşdirir. 
Bu üç planın birgə tərtib olunması general-plan və ya biznesplan adlanır. 
(Planlaşdırmanın müxtəlif üsullan var. Onlardan biri də büdcə üsuludur. 
Onun köməyi ilə kapitalın və nəğd pul və başqa sərvətlərin giriş və çıxışına 
nəzarət  etmək  olar.  Başqa  bir  üsul  -  özünü  doğrultmanın  təhlilidir.  Analitik 
hesablamalarla sərf olunan xammalı, gəliri və istehsal qüvvələrini hesablamaq 
olar.  Özünü  doğrultmanm  sadə  hesablamalarında,  satılası  olan  turizm 
məhsulunun təxmini miqdarım təyin etmək olar. Bundan ötrü, turizmdən daxil 
olan vəsait, sərf olunan xərclərlə müqayisə olunur. Müqayisə zamanı ola bilsin 
ki, əlverişli hal, yəni gəlir də alındı. 
Planlaşdırma  prosesində  bu  və  ya  digər  üsuldan  istifadə  etmə  obyektiv 
informasiyadan  və  əldə  olan  kapitalın  miqdarından  asılıdır.  Planlaşdırma 
funksiyasının köməyi ilə müəssisədə olan qeyri-müəyyənlik problemi aradan 
götürülür.  Planlaşdırma,  öz  vəzifələrini  yerinə  yetirməkdə  menecerə  kömək 
edir. 
239 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə