Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə87/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   114

T U R İ Z M  
əsas  məqsədi  müəssisəyə  nə  qədər  və  hansı  resursların  lazım  olmasım 
araşdırmaqdır. 
Operativ nəzarət. Bunu müəssisədə işlərin başladığı zaman təşkil edirlər. 
Bunun obyekti qulluqçular və menecer özü olur. Nəzarət sisteminin əks əlaqəsi 
olur və sərf olunan bütün materiallara və resurslara operativ nəzarət və lazım 
olarsa, düzəlişlər verilir. 
' Son nəzarət. .Son nəzarətin məqsədi sonrakı səhvlərin qabağını almaqdır. 
Bu  nəzarətin  nəticələri  sonrakı  planlaşdırılmalarda  istifadə  olunur.  Nəzarət 
funksiyası  idarəetmə  prosesinin  sonu  deyil.  Praktikada  təşkilat  işinin 
ümumiyyətlə  sonu  olmur,  funksiyalar  bir-birini  əvəz  edir,  dairəyə  bənzər 
hərəkət  əmələ  gəlir.  Məsələn,  nəzarət  zamanı  alınan  informasiya 
planlaşdırmada,  təşkilati  işlərdə  və  qulluqçuların  motivasiyasmda  istifadə 
olunur. Yuxarı təbəqəli menecerlər öz iş vaxtımn çox hissəsini planlaşdırma və 
nəzarət  funksiyalarına  sərf  edirlər,  aşağı  səviyyəli  menecerlər  kadrların 
toplanması və onların işinin təşkili ilə məşğuldurlar. 
2.
 
Menecmentin prinsipləri 
Təşkilatın idarə olunma prinsipləri təşkilata, onun strukturuna müəyyən 
tələblər və məhdudiyyətlər qoyur^ Bu tələblər menecerin davranışına da təsir 
göstərir.  Beləliklə,  (idarəetmə  prinsipləri,  menecerin  əsas  ideyası,  qanuna 
uyğunluğu və davranışı, onun idarəetmə funksiyalarında əks etdjrilir. 
Tdarəetmənin ümumi prinsipləri: 
a)
 
Menecer bütün qulluqçular üçün təlimat hazırlayır. 
b)
 
İnteqrasiya prinsipi. Yəni, sistemin daxilində müxtəlif münasibətlər
qulluqçuların baxışları inteqrasiya olmalıdırlar. Müəssisənin xaricində isə 
onlar özləri bilər. 
c)
 
Menecerin həm daxili, həm xarici əlaqələri, əvəz etmələri öz idarə 
strukturunun və ya türizmin açıq sistem olmasını əhatə edir*. 
d)
 
Çox funksiyalı prinsip, yəni menecer təşkilatın fəaliyyətinin bütün 
sahələrini əhatə edir: maddi, xidmət, funksional və s. 
e)
 
Müxtəlif dəyərlərə seçim prinsipi, bu o deməkdir ki, menecer turizm 
üçün vacib olan dəyərlərə sədaqətli olmalıdır. Bu dəyərlər - qo- 
Açıq sistem otumla foıcıl.'>nir ki. ist.'>ııilən \a,\t ona ınııdaxil.T etm.ık olar və onun təkmill.əşməsi iivün 
istənilən düzəlişi aparmaq olar. 
243 


YEGANU S.T.. HACIYEV E. M. 
nağa, rəhbərliyə vicdanla xidmət etmək, xidmət və onun qiyməti arasında 
əlverişli, insaflı mütənasiblik və başqalarıdır. Bu prinsipləri menecer nəinki 
nəzərə almalı, ardı kəsilmədən riayət etməlidir. 
2. Xüsusi idarəetmə prinsipləri 
Bu  prinsipin  mahiyyəti  mərkəzləşmiş  və  demokratik  idarəetmə 
üsullarının  optimal  birləşməsidir,  yəni  qərar  qəbul  etdikdə  səlahiyyətlərin 
qulluqçular arasında optimal bölüşdürülməsidir. Bu prinsipdə vahid idarəetmə 
və kolleqial prinsiplərini məharətlə istifadə etmək lazımdır. Tək idarəetmədə 
menecer  öz  səlahiyyətlərinə  aid  olan  qərarı  özü  qəbul  edir.  Bu  zaman  ona 
böyük səlahiyyətlər verilir və məsuliyyəti də artır. Kollektiv qərar çıxardanda 
məsuliyyət də kollektivin üzərinə düşür. Tək idarəetmə ilə kolleqial arasında 
düzgün mütənasiblik yaxşı nəticələr verir. 
244 


T U R İ Z M  
xxvni 
FƏSİL
 
28.1
 
TURİZMDƏ MENECMENTİN İDARƏETMƏ METODLARI 

Menecment metodlarının anlayışı 
V D  
klassifikasiyası 
İdarəetmə  funksiyaları  və  prinsipləri  müxtəlif  üsullarla  reallaşdırılır. 
İdarəetmə  üsulu  müəyyən  məqsədə  çatmaqdan  ötrü  obyektə  göstərilən 
müxtəlif təsirlərin nəticəsidir. 
«Metod»  yunan  sözüdür  və  onun  mənası  hər  hansı  məqsədə  çatmağın 
yoludur.  İdarəetmə  metodunun  (üsulunun)  köməyi  ilə  idarəetmə  fəaliyyəti 
yaranır.  Bu  fəaliy>'ət  menecmentin  əsas  vəzifələrini  reallaşdırmaqdan  ötrü 
tətbiq olunur. Bu metodlar kollektivlərdə və müəssisələrdə istifadə olunur. 
Ədəbiyyatda  obyektə  təsir  qüvvəsi  və  idarəetmə  metodlarının  klassifı- 
kasiyasına vahid baxış yoxdur. Praktikada, ümumiyyətlə, müxtəlif idarəetmə 
metodları  və  onların  birləşmələri  tətbiq  olunur.  Bu  metodlar biri  birini  əvəz 
edir və daim dinamik tarazlıqda olurlar. Onların obyekti, yəni istiqaməti əməyə 
qatlaşan insanlardır. 
2. Təşkilatı inzibati idarəetmə üsulları 
Təşkilatı  inzibati  idarəetmə  metodu  təşkilati  münasibətlərin  əsasında 
qurulmuşdur.  Bu  metodların  əsasında  turist  müəssisəsinin  vacib  idarəetmə 
funksiyası yerinə yetirilir. Biz əsaslı olaraq inzibati idarəetmə metodunu tənqid 
edirik. Lakin heç bir iqtisadi metod təşkilati inzibati təsir olmadan təşkilatda 
nizam-intizam və qayda-qanun yarada bilməz. Deməli çıxış yolu bu metodları 
optimal  mütənasiblikdə  tətbiqindədir.  İnzibati  metod  rəhbərin  səlahiyyətinə, 
onun  hüquqlarına  və  onun  ixtiyarına  əsaslanır.  Müəssisənin  rəhbəri  burada 
inzibatçı kimi, yəni hakimiyyətin nümayəndəsi kimi çıxış edir. O. burada ona 
verilən  səlahiyyət  çərçivəsində  hərəkət  edir.  İnzibati  idarəetmə  metodu 
quru-quru əmr verməklə eyni deyildir. 
Sovet idarəetmə sistemində inzibati idarəetmə metodları üstünlük təşkil 
edirdilər.  Bu  metodun  üstünlüyü  onda  idi  ki.,verilən  əmrlər,  sərəncamlar  və 
operativ  göstərişlər  yazılı  və  ya  şifahi  verilirdi  və  onların  həyata  tətbiq 
olunmasına  ciddi  nəzarət  olunurdu.  Bu  da  əmək  nizam-intizamını  yüksək 
səviyyədə saxlayırdı. 
Son  zamanlar  inzibati  idarəetmə  metodları  iqtisadi  metodlar  tərəfindən 
sıxışdırılır.  Bunu  nə  elmi  və  nə  də  praktiki  cəhətdən  düzgün  hesab  etmək 
olmaz. Eyni zamanda, tək inzibati metodların tətbiqi axır nəticədə passivliyə və 
idarəetmədə tabesizliyə gəlirib çıxarır. 
245 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə