Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə86/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   114

VEGANLl S.T.. HACIYEV E. M. 
3.
 
Tdşkilatçıhq funksiyası 
Turist müəssisəsində tərtib olunan hər hansı planda mütləq təşkilatçılıq 
mərhələsi  olmalıdır.  Təşkilatçılıq  idarəetmə  funksiyası  artıq  planlaşdırılmış 
işlərin  görülməsinin  idarə  olunmasıdır.  O.  təşkilatın  texniki,  iqtisadi, 
sosial-psixoloji  və  hüquq  sahəsində  olan  işlərinin  sahmana  salınması 
deməkdir.  O.  menecerlərin  və  iş  icraçılarının  işlərini  nizama  salır.  O. 
müəssisənin işçiləri arasında əmək bölgüsü aparır və bundan ötrü lazım olan 
vəsaiti təyin edir. 
Təşkilat  -  qoyulan  məqsədə  çatmaq  üçün  lazım  olan  vasitədir.  İqtisadi 
nöqteyi-nəzərdən  təşkilatın  fəaliyyəti  müəssisənin  səmərəliliyini  artırır, 
işçilərin əməyindən düzgün və effektli istifadə etməyə imkan verir. Götürək 
turoperatoru.  Turoperator  eyni  zamanda  istehsalat,  ticarət,  informasiya 
məsələlərini həll edir, məhsulu satmaq üçün yeni regionlar axtarıb tapır. Bu 
funksiyaların  hamısını  menecer  işçilər  arası  bölüşdürür  və  hərənin  öz 
məsuliyyətini təyin edir. Söhbət müəssisənin daxilində müxtəlif bölmələr arası 
daimi  və  müvəqqəti,  xarici  mühit  faktorları  arası  münasibətlərin 
yaranmasından və müəssisənin xeyrinə istifadə olunmasından gedir. 
'  Planlaşdırma  və  təşkilatçılıq  funksiyaları  bir-birilə  sıx  bağlıdır.  Bəzi 
hallarda onlar birləşirlər. Planlaşdırma təşkilatın əsas məqsədinə çatmaq üçün 
olan  fəaliyyətinə  səhnə  hazırlayır,  təşkilat  funksiyası  isə  əsas  komponenti 
adamlardan ibarət olan fəhlə strukturu yaradı^^əşkilatm idarəetmə funksiyası 
müəssisənin bütün mütəxəssislərini bir yerə toplayır, hərəsinin öz yerini, öz 
məsuliyyətini təyin edir, işçi strukturu və müəssisənin həcmindən asılı olaraq 
işçi  qrupunu,  kollektivini  yaradır,  onun  məqsədini  və  personalın 
texnologiyasını  formalaşdırır.  Müəssisə  öz  fəaliyyətinə  başlamaq  üçün 
müəyyən elementləri sahmana salır. 
4.
 
Tuvizmin motivhri - idametım funksiyaları kimi 
Bu  prosesdə  2  cür  motiv  (məqsəd)  ola  bilər:  səyahətlərin  motivləri  və 
əmək münasibətlərinin motivləri. 
Səyahətlərin  motivləri.  Səyahətin  motivi  (turisti  səyahətə  vadar  edən 
səbəb)  olmasa  -  bu  səyahət  baş  tutmaz.  Səyahətin  motivləri  ona  görə  çox 
vacibdir ki, bu məlumatlar turist bazarını seqmentlərə bölür, turist axınlarının 
və marşrutlarının idarə olunmasında istifadə olunurlar. 
Səyahət edən turist qrupunun bir məqsədi var. Lakin  ola bilsin ki. onu 
təşkil  edən  turistlərin  hərəsinin  öz  məqsədi  olsun.  Belə  də  ola  bilər  ki.  hər 
turistin bir neçə məqsədi olsun. Ona görə də. bu məqsədlərin əvəzinə 
240 


T U R İ Z M  
motiv sözünü işlətmək daha doğru olardı. Səyahətin motivlərinin öyrənilməsi 
turizmin vacib şərtlərindən biridir. 
Bəzi müəlliflər turizm səfərlərinin motivlərini öyrənməkdən ötrü onları 5 
əsas  qrupa  bölürlər:  fiziki,  psixoloji,  şəxsi,  mədəni  və  prestij  və  status 
motivləri. Ədəbiyyatda bu motivlər kifayət qədər açıqlanmamışlar, ona görə 
də, biz onların üzərində ətraflı dayanmağı məsləhət bilirik. 
Əmək münasibətləri motivasivası. Bu mənada motivasiya - işçiləri aktiv 
əməyə vadar edən stimullardan söhbət gedir, yəni menecerin apardığı təşkilati 
işlərdən sonra, müəssisədə qarşıya qoyulan işlərin görülməsi təmin olunur. Bu 
məqsədlə - a) maddi və mənəvi maraq; b) işçidə daxili bir inamın yaranması 
istifadə olunur. Burada əsas işçidə işə maraq oyatmaq, onda əməyə ehtiyac və 
əməkdən  həzz  almaq  duyğulanm  inkişaf  etdirməkdir.  Bu  onu  göstərir  ki, 
insanın hər bir hərəkəti müəyyən məqsədə tabedir. O, böyük həvəslə, ilhamla 
işə başlaya bilər və işdən boyun da qaçırda bilər. İnsan başqa cür də hərəkət edə 
bilər. Lakin həmişə onun hərəkətinin səbəblərini və motivini axtarıb tapmaq 
lazımdır. Özünü və ya başqalarını öz məqsədinə və ya təşkilatın məqsədlərinə 
çatmaq üçün iş fəaliyyətinə yadar etmək prosesinə motivasiva deyilir. 
Motivasiya  sözünün  ənənəvi  anlayışı  işçi  qüvvəsini  bir  resurs  kimi 
xatırladır  və  bu  işçilər  səmərəli  işləməyə  məhkumdurlar.  Lakin  sənaye 
inqilabından  sonra  cəmiyyətimiz  mürəkkəbləşmişdir.  Texniki  inkişaf 
insanların  əməyə  və  yaşayışa  qarşı  münasibətini  tamamilə  dəyişmişdir. 
Nəticədə, menecer gündəlik belə bir problemlə rastlaşır: işçilərin əməyə olan 
münasibətlərini  necə  əsaslandırsın  və  onların  enerjisini  konkret  işin 
görülməsinə  necə  yönəltsin.  Menecerləri  hər  vaxt  belə  bir  sual  çox 
maraqlandırır.  Hansı  şəraitdə  insan  başqasının  tapşırığı  ilə  iş  görməyiə 
maraqlıdır?  İnsanın  azadlığı  genişləndikcə  və  biznesdə  özü  iştirak  etdikcə, 
işləməyə onun marağı da artır. İnsan azad olduqca, o fikirləşir ki. həqiqətən də 
bu  işdə  onun  marağı  və  məqsədi  nədir.  Əgər  o.  yüksək  sənətə  və  təcrübəyə 
malikdirsə.  onda  o  gördüyü  işdən  həzz  alır.  Hansı  təşkilat  ona  öz  sevdiyi 
sənətlə işləməyə imkan verirsə, onda o həvəslə işləyir və onun əməyə motivi 
çox yüksək olur. Deməli, adamların əməyə motivini düzgün təyin etmək onun 
vacib  bir  marağına  toxunmaq  deməkdir,  ona  özünü  realizə  etməyə  şans 
verməkdir. Motivasiyanı öyrənmək üçün çoxlu nəzəriyyələr təklif olunmuşdur. 
241 


VEGANU S. T.. HACIYEV E. M. 
27.3
 
TURİZMDƏ MENECMENTİN PRİNSİPLƏRİ 
LNəzarət fitnksiyasi
 
_ Təşkilatı (müəssisəni) yaratmaq üçün artıq plan tutulmuş, onun strukturu 
müəyyən olunmuş, iş yerləri və işçilərin işləmə motivləri təyin olunmuşdur. 
İdarəetmə  funksiyasının  bir  komponenti  qalmışdır  ki,  o  da  nəzarət 
funksiyasıdır. 
Sovet  idarəetmə  sistemində  «nəzarət»  hakimiyyətin  əlində  bir  «ifşa 
etmə», «həbs etmə» silahlan kimi işlədilirdi. Hətta Sovet dövlətinin tərkibində 
hamını  vəlvələyə  salan  «Xalq  Nəzarət  Komitəsi»  də  yaradılmışdır, 
baxmayaraq  ki,  bu  Komitənin  xalqla  heç  bir  əlaqəsi  yox  idi.  Menecmentdə 
idarəetmə funksiyası kimi «nəzarətin» (kontrolun) yuxarıdakı anlayışlarla heç 
bir oxşarlığı yoxdur. «Kontrol» menecment silsiləsində tamamilə başqa məna 
daşıyır  və  menecerin  ən  aktiv  idarəetmə  fəaliyyətidir.  Kontrol  (nəzarət)  is 
zamanı əldə olunan nəticələrin və planlasdınlmıs islərlə müqayisə prosesidir. 
Menecer  iş  zamanı  tapşırıq  verməklə  kifayətlənmir,  eyni  zamanda  bu 
tapşırıqların  düzgün  görülməsinə  də  nəzarət  edir.  Əvvəllər  «kontrol» 
mühasibat hesabatında istifadə olunardı. Bəzi menecerlər onu bu vaxta kimi 
yenə də o qayda ilə istifadə edirlər. Lakin klassik menecmentdə onun mənası 
idarəetmə  funksiyası  kimi  işlənir,  .^ontrolun»  köməyi  ilə  təşkilatın 
fəaliyyətinin qoyulan standartlardan kənara çıxmamasına nəzarət etmək olur j 
Kim  müasir  və  dəqiq  nəzarət  formalarından  istifadə  edirsə,  onun  rəhbərlik 
etdiyi təşkilatda az səhvə yol verilir, ona görə ki, tərtib olunmuş plandan kənara 
çıxmalar  nəzarət  vasitəsilə  vaxtında  aşkar  olunur  və  aradan  qaldırılır. 
Menecerin müxtəlif planları ilə yanaşı, müxtəlif nəzarət sistemləri olmalıdır. 
Onun idarə etdiyi sistemlər və strukturlar nəzarətdən çıxmamalıdırlar. 
^Praktikada  nəzarətin  müxtəlif  formaları  vardır.  Onların  hamısının 
əsasında  əks  əlaqə  ideyası  vacib  yer  tutur.  Onlar  sistemin  real  vəziyyətini 
tutulmuş  planlarla  müqayisə  edirlər.  Nəticədə  sistemdə  plana  nisbətən 
müəyyən  fərqlər  müşahidə  olunur.  Bu  fərqlər  müsbət  və  mənfi  ola  bilərlər. 
Məqsəd bu fərqlərə düzəliş verməkdir. 
Nəzarətin üç növü müşahidə olunur: 
İlk nəzarətjQ. ona görə belə adlanır ki, işin başlanğıcından əvvəl aparılır. 
İlk nəzarət müəyyən qaydaları və təlimatları tətbiq etməkdən ötrüdür. O. üç 
sahədə - işçi, material və maliyyə resursunda aparılır. Onun 
242 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə