Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə88/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   114

YEGANLI S.T.. HACI\TV E. M. 
3.
 
İqtisadi İdarəetmə metodlan 
İdarəetmədə  bu  üsullara  üstünlük  verilir.  Ona  görə  ki,  idarəetmə 
münasibətləri birinci növbədə iqtisadi münasibətlərlə, yəni işçilərin marağına 
uyğun münasibətlərlə təyin olunur. Başqa sözlə desək, idarə olunan obyektin 
maraqları və müəssisənin qarşısına qoyulan məqsəd iqtisadi metodların təsiri 
ilə həll olunur. Müəssisələrin idarə olunmasında iqtisadi metodlara geniş yol 
verilir.  Ona  görə  ki,  bazar  iqtisadiyyatına  keçid  dövrü  müəssisələrin 
kollektivləri tam sərbəst hərəkət edirlər. Kolletivlər maddi fondlardan. alınan 
gəlirdən,  əmək  haqqından  səmərəli  istifadə  edir  və  öz  maraqlarını  güdürlər. 
Problem  ondadır  ki.  kollektivdə  elə  şərait  yaranmalıdır  ki,  iqtisadi  metodlar 
effektli olsunlar. Hər hansı bir idarəetmə funksiyasının olmaması bu metodun 
effektliyini  şübhə  altına  sala  bilər.  İqtisadi  metodların  effektliyi  nəticəsində 
əmək kollektivi maraqla işləyir, ona görə ki, onun iqtisadi maraqları qorunur. 
İqtisadi maraqların tətbiq olunması kollektivdə nizam-intizam yaradır. Fəhlələr 
öz  ixtisaslannı  artınr  və  gördükləri  işdən  həzz  alırlar.  Praktikada  iqtisadi 
idarəetmə  metodlarının  tətbiqində  planlaşdırma,  təhlil,  təsərrüfat  hesabı 
(xozrassçet),  qiymət  əmələ  gətirmə  və  maliyyə  kimi  proseslərdən  istifadə 
olunur. 
İqtisadi metodlann müəssisələrdə genişlənməsinə baxmayaraq təşkilatı 
inzibati  idarəetmə  metodlanndan  istifadə  etməyi  də  yaddan  çıxartmaq  lazım 
deyil,  ona  görə  ki,  bu  axırıncılar  müəssisədə  gərginlik  yarandıqca  mərkəzi 
idarəetmənin üstünlüklərindən istifadə etməyə imkan verir. 
4.
 
Sosial-psixoloji idarəetmə metodlan 
Tədqiqatlar  göstərir  ki,  əməyin  məhsuldarlığı  psixoloji  faktorlardan  da 
asılıdır. Menecer bu faktorları nəzərə alaraq məqsədi və problemləri eyni olan 
vahid  kollektiv  yaratmağı  bacarmalıdır.  Sosialoji  tədqiqatlar  göstərir  ki, 
menecerin idarəetmə qabiliyyətinin 15 %-i onun ixtisaslı olmasından asılıdırsa. 
85  %-i  adamlarla  danışmaq  qabiliyyətindən  asılıdır.  O.  onunla  işləyən 
adamlann xasiyyətini, davranışını, işə və kollektivə münasibətlərini öyrənərək, 
onun necə hərəkət edə biləcəyini əvvəlcədən proqnozlaşdırmağı bacarmalıdır. 
Məlumdür ki. hər qrupun özünə məxsus psixoloji klimatı vardır. İşçi qrupların 
yaranmasında  psixo-fizioloji  uyğunluq  nəzərə  alınmalıdır.  Yaponiyanın 
sosioloqları  təsdiq  edirlər  ki.  insanın  əhval-ruhiyyəsindən  və  işləmək 
arzusundan  asılı  olaraq  əmək  məhsuldarlığı  1.5  dəfə  arta  və  ya  azala  bilər. 
Sosial  psixoloji  faktorlara  idarəetmə  zamanı  fikir  verməyəndə  kollektivdə 
qeyri  sağlam  münasibətlər,  yarana  bilər,  bu  da  əmək  məhsuldarlığını  aşağı 
salır. Sağlam münasi-bətlər əmək kollektiv 
246 


T U R İ Z M  
lərində bazar münasibətləri şəraitində əmələ gəlir. Bu şəraitdə sağlam mənəvi 
psixoloji klimat formalaşır, yoldaşlıq müna-sibətləri və kollektivçilik yaranır. 
Kollektivin hər bir üzvü (91%) ümumi işdən ötrü narahat olur. Ona görə də, 
kollektivin  sosial  psixoloji  atmos-ferinə  menecer  daim  nəzarət  etməli  və 
göstərilən  bu  metodlarla  ona  təsir  göstərməyi  bacarmalıdır.  Burada  şəxsi 
söhbətlər, müxtəlif tərbiyəvi proseslər, maddi maraqlandırma əsas rol oynayır. 
Burada əsas faktor «insan faktorlarıdır». İnsanın «ürəyinə» yol tapmalı, onun 
iqtisadi  maraqlarını  nəzərə  almalı,  xasiyyətinə  uyğun  rəftar  etməlidir.  Bir 
sözlə,  qulluqçunun  «dilini»  tapmalı  və  məhsuldar  işləmək  üçün  ona  şərait 
yaratmalıdır.  Bunların  hamısı  menecerin  təcrübəsindən  və  istedadından 
asılıdır. 
28.2
 
TURİST MÜƏSSİSƏLƏRİNƏ RƏHBƏRLİK STİLLƏRİ 
1. Rdhbdrlik stillərimn anlayışı vd xüsiısiyysthri 
«Stil» - yunan sözüdür. Onun mənası - «xətt» deməkdir. Rəhbərlik stili 
hər  adamın  özünə  məxsus,  təkrar  olunmaz  «xəttidir»,  özünə  məxsus 
xüsusiyyətidir. İki adamın xətti eyni olmadığı kimi, onların idarəetmə üsulları 
da müxtəlif olur. Beləliklə, «idarəetmə stili» menecerin praktiki fəaliyyətinin 
metodlarıdır. Buradan görünür ki, stillə metod arasında müəyyən oxşarlıq var. 
Stil  menecerin  metodlannm  tətbiqinə  təlimatdır.  Hər  menecer  idarəetmə 
metodlarını özünə məxsus üsulla və ya stillə həyata tətbiq edir. Bu o deməkdir 
ki,  hər  hansı  bir  metodun  tətbiq  olunması  konkret  keyfiyyətə  malik  olan 
şəxsiyyətin  olmasını  tələb  edir.  Bundan  başqa,  idarəetmə  metodu  çevik  və 
dəyişən  şəraitə  həssasdır.  Stil  isə  dəyişməyərək  sabit  qalır.  Stil  istehsalat 
xarakteri daşıyır və metoda nisbətən çox zəif təkmilləşir. Beləliklə, idarəetmə 
(rəhbərlik) stili olduqca şəxsidir və rəhbərin (menecerin) şəxsi keyfiyyətləri ilə 
təyin  olunur.  O,  menecerin  adamlarla  ünsiyyət  bacarığını  və  həmin  şəxsin 
qərar qəbul etmək texnologiyasını əks etdirir. 
İş prosesində menecerin xüsusi elə bir stili formalaşır ki, onu da təkrar 
etmək  qeyri-mümkündür.  Menecerin  idarəetmə  stili  onun  şəxsi 
xüsusiyyətlərindən  və  keyfiyyətlərindən  asılıdır.  İş  stilinin  tətbiq  olunması 
qarşıya  qoyulan  məsələlərin  mahiyyətindən  də  asılıdır:  əgər  məsələ 
idarəetməyə aiddirsə, onda menecer öz tabeçiliyində olanlara dəqiq və konkret 
sərəncamlar verir və bu sərəncamların icrasına nəzarət edir. Əgər istigamətlən- 
dirici taPSiriQ verirsə, onda o. tabeçiliyində olanla onu müzakirə edir və onun 
təşəbbüslərinə  və  təkliflərinə  qiymət  verir.  Əgər  icracı  iş  tapşırığını  özü 
müstəqil həll edirsə, menecer özü ona kömək edir, məsuliyyəti onunla 
2 4 7  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə