Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə91/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
9.9
 
tipli  menecer  öz  maraqlarını  işçilərin  və  ya  firmanın  hesabına 
ödəməkdən  çəkinir.  O  belə  hesab  edir  ki,  öz  şəxsi  maraqlarını  güdmək 
başqalarının  gözündə  hörmətdən  düşmək  deməkdir.  Bu  cür  menecer  öz 
münasibətlərində həm rəhbərlə və həm də özünə tabe olanlarla eynidir. 9.9 tipli 
rəhbərin idarəetmə zamanı davranış elementləri aşağıdakılardır: 
Münaqişələrin  həlli.  Bir  mütəxəssis  kimi  bu  menecer  münaqişələrin  və 
ziddiyyətlərin  həllində  elə  optimal  çıxış  yolu  tapır  ki.  münaqişə  tərəfləri 
bundan narazı qalmır. Bu sahədə onun prinsipləri belədir: 
a)
 
Münaqişənin başlanğıcında bütün işçiləri bu məsələnin həllinə cəlb edir; 
b)
 
Münaqişənin mənasım və səbəbini dəyişmədən və öz interpretasiyası 
olmadan izah edir
c)
 
Münaqişə tərəflərinə eyni gözlə və eyni ölçülərlə yanaşır; 
d)
 
Hər iki tərəfin maraqlarını nəzərə alaraq orta mövqe tutur. 
Təşəbbüskarlıq. 9.9 tipli menecer idarəetmə stili möhkəm, aktiv və 
enerjisi  çox  olan,  böyük  həcmdə  iş  görməyə  qadir  olan  menecerdir.  Onun 
bütün  enerjisi  başqalarının  iş  qabiliyyətini  və  təşəbbüskarlığını  səfərbərliyə 
almağa  yönəlmişdir.  Menecer  tərəfindən  tapşırıq  alanda  işçilərdən  heç  biri 
demir ki, «bu mənim işim deyil, qoy bu işi başqası görsün». 
Qərar  qəbulu.  Qərar  ekspromtom  qəbul  olunur  və  işçiyə  çatdırılır. 
Menecerin hər tərəfli hazırlıqlı, məlumatlı və bacanqlı olduğuna görə verilən 
tapşırıq təbii hal kimi qəbul olunur. 
Məlumatlanmaq.  Məlumatlanmaq və bu tipli menecerin məlumata olan 
ehtiyacı artıqlaması ilə ödənilir. Belə menecer haqqında deyirlər: «O bilir nə 
danışır», «Onun hər şeydən xəbəri var». 9.9 tipli menecer alınan məlumatları 
diqqətlə  öyrənir,  faktlarla  adamların  şəxsi  fikirləri  arasında  fərq  qoyur.  Hər 
şeydən xəbəri olan belə menecerin iş fəaliyyətində toplanmış məlumatın çox 
böyük  rolu  vardır.  Onün  möhkəm  yaddaşı  və  öz  fikirlərini  daim  müdafiəyə 
hazır olması işçilər arasında onun hörmətini qaldırır. öz mövqeyini məharətlə 
müdafiə  etməyi  bacarması  onun  iradəsinin  möhkəmliyinin  əlamətidir.  Hamı 
başa  düşür  ki,  bütün  verilən  təkliflər  onun  tərəfindən  lazımınca 
qiymətləndiriləcəkdir. 
Tənqidi  təhlil.  Bu  menecerin  iş  stili  açıq  və  aydındır,  ona  görə  ki. 
kollektivin  üzvləri  qəbul  olunan  bütün  qərarların  iştirakçılarıdır.  Qəbul 
olunmuş qərarların nəticələri və onların icrası kollektivdə müzakirə olunur. 
254 


T D R t Z M  
ƏDƏBİYYAT: 
1.
 
Кабушкин Н.И. Менеджмент туризма. Минск, БГЭУ, У.П., «Новое 
знание», 1999. 
2.
 
Кабушкин Н.И., Бондаренко Г.А. Менеджмент гостиниц и 
ресторанов. У.П., Минск, «Новое знание», 2002. 
3.
 
РМАТ. Менеджмент туризма. М., «Финансы и статистика», 2002. 
4.
 
Квартальное В.А. Туризм. М., «Финансы и статистика», 1999. 
5.
 
Квартальное В.А. Иностранный туризм. М., «Финансы и статистика», 
1999. 
6.
 
Уокер Джон. Введение в гостеприимство. М., «ЮНИТИ», 1999. 
2 5 5  


YEGANLI S.T.. HACIYEV E. M. 
YEDDİNCİ HİSSƏ 
TURİZMİN HÜQUQ TƏMİNATI 
XXIX FƏSİL 
Tuviztnin hüquq təminatının turizm inkişafında rolu 
Turist  səfərləri  turistlərin  başqa  dövlətlərin  sərhədlərini  keçməklə,  o 
dövlətlərdə yaşamaq və yer dəyişmələri ilə sıx bağlıdır. Sərhədləri keçərkən 
turistlər müxtəlif gömrük qaydalarına rast gəlirlər. Bu qaydaların müxtəlifliyi 
çox vaxt turistlər üçün problemlər yaradır. Hər ölkəyə daxil olmaq və ölkəni 
tərk etmək üçün oranın özünə məxsus qayda və qanunları var. Bu qanun və 
qaydaların  müxtəlifliyinin  səbəbi  bu  ölkələrdə  turizm  inkişafının  müxtəlif 
səviyyədə  olması,  dövlətin  turizmə  münasibətinin  müxtəlifliyidir.  Bu  da 
turizmin inkişafına mənfi təsir göstərir. 
Müxtəlif  ölkələrdə  milli  turist  təşkilatlarının  səlahiyyətləri  də  eyni 
deyildir. Onların çoxunda milli təşkilatlar turizmin qarşısında duran məsələləri 
həll  edə  bilirlər,  bəziləri  isə  çox  ləng  tərpənirlər  və  bu  problemlərin  həllinə 
soyuq  yanaşırlar,  nəticədə  turizmin  hüquq  təminatı  axsayır  və  turistlərin 
sərbəst gediş-gəlişinə ciddi maneçiliklər yaranır. 
Beynəlxalq  turizmin  vahid  hüquq  məkanını  bütün  dünyada  yaratmaq 
məsələsini  hələ  1963-cü  ildə  ÜTT  təşəbbüsü  ilə  təşkil  olunmuş  Roma 
Konfransı qaldırmışdır. Bu konfransın təklifi ilə BMT-nin İqtisadi və Sosial 
komissiyaları turizmin hüquq məsələlərinə aid Regionlarda seminarlar təşkil 
etmişdirlər. 
Beynəlxalq turizmin hüquq problemləri ölkələr arası BMT  - tərəfindən 
tənzimlənir.  BMT  nizamnaməsinin  4-cü  maddəsində  deyilir  ki,  «BMT  - 
ölkələr  arası  bu  sahədə  əmələ  gələn  narazılıqlarının  həllinin  mərkəzi 
olmalıdır».  Beynəlxalq  turizmin  hüquq  tənzimləmələri  konvensiyası  BMT 
tərəfindən müzakirə olunmuş və qəbul edilmişdir. BMT-nin bütün üzvləri bu 
Konvensiyanı  qəbul  etmişlər.  Beynəlxalq  turizmin  hüquq  problemləri  ilə 
BMT-nin regionlar üzrə komissiyaları da məşğul olurlar. 
1975-ci  ildə  Avropanın  İqtisadi  Komissiyası  Yuqoslaviyanın  Dubrov- 
nik  şəhərində  turizmin  hüququna  həsr  olunmuş  konfrans  təşkil  etmişdir.  Bu 
konfrans  turizm  təşkilinin  ümumi  strategiyasını  müzakirə  etmiş,  turizm 
sahəsində  torpaq  və  əmlak  mülkiyyəti,  turizm  sahəsində  milli  parkların 
yaradılması  və  onlardan  istifadə  qaydaları  və  ətraf  mühiti  qorumaq  üçün 
qanunların yaradılmasını müzakirə etmiş və konkret təkliflər irəli sürmüşdür. 
256 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə