Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə92/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   114

T U R İ Z M  
1980-ci ildə ÜTT-nin Manil şəhərində təşkil etdiyi Konfrans bəyan etdi 
ki.  Dünya  turizmi  ancaq  ədalət  və  ölkələrin  hüquqlarının  bərabərliyi  və 
suverenliyi bərqərar olduğu zaman inkişaf edə bilər. 
BMT-nin  qəbul  etdiyi  «İnsan  hüquqlannın  Ümumi  Deklarasiyasında» 
insanların istirahətə və məzuniyyətə olan tələbatı bir fakt kimi təsdiq olunur. 
Bu fakt bir çox ölkələrin qanunlarında da*-öz əksini tapmışdır. Deklarasiyada 
bütün dövlətlərə təklif olunur ki, öz vətəndaşlarına turizm və istirahətlə məşğul 
olmağa  lazımi  şərait  yaratsınlar.  Deklarasiya  tələb  edir  ki,  ölkələr  sosial 
turizmi inkişaf etdirsinlər və aztəminatlı vətəndaşların istirahətə olan tələbatını 
gerçəkləşdirsinlər. 
Manil Deklarasiyası bütün ölkələrə öz təklif və tövsiyələrini 25 bənddən 
ibarət təqdim etmişdir. Məsələn, bu tövsiyələrdə deyilir ki, turizm ölkədə sosial 
bərabərlik,  insanlar  arası  qarşılıqlı  anlaşma  və  cəmiyyətdə  sosial  sabitlik 
yaradan bir faktordur. Turizm mədəni və mənəvi faktordur, onu iqtisadiyyatın 
mənfi  nəticələrindən  qorumaq  və  inkişafiaa  sərmayə  əsirgəməmək  lazımdır. 
Turizmin  inkişafı  ölkənin milli  gəlirini  əhalinin  müxtəlif təbəqələri  arasında 
bərabər  paylanmasına  vasitədir.  Bu  da  cəmiyyətdə  sabitlik  və  əmin-amanlıq 
yaradır. Turizmin inkişafı işsizlik kimi ağır sosial problemi həll edir. 
Manil  Deklarasiyası  dövlət  nümayəndələrini  hər  vasitə  ilə  turizm 
inkişafına  yardımçı  olmağa  çağırır.  O,  qeyd  edir  ki,  «turizm  təcrübəsində 
mənəvi dəyərlər, iqtisadi dəyərlərdən üstün olmalıdır, insanın tam və harmonik 
inkişafı,  daim  onda  dərketmə  və  insani  keyfiyyətlərinin  tərbiyə  olunması, 
insana hörmət və şəxsi keyfiyyətlərini qiymətləndirmək, hüquqlarını qorumaq 
lazımdır. Xalqların mədəniyyətinə və milli dəyərlərinə hörmətlə yanaşmalı». 
Bu Deklarasiyanın əsas müddəaları bunlardır: 
>
 
Bütün  dövlətlər  öz  vətəndaşlarının  işlə,  məzuniyyət  və  istirahətlə 
təmin  olunmasına  zəruri  hal  kimi  yanaşmalıdırlar.  İstirahət  hüququ 
vətəndaşların işlə təmin olunmasından doğur. Az imkanlı sosial qrupların 
istirahətinə şərait yaratmaq lazımdır; 
>
 
Geniş  kütlələrin  turizmə  cəlb  olunması  zəmanəmizin  əsas 
xüsusiyyətlərindən biridir. Bu  hal  bütün  dövlətlərin inzibati,  maliyyə  və 
hüquqi qanunlarında öz əksini tapmalıdır: 
>
 
Turizm  səfərlərinin  keyfiyyəti  turizm  sahəsində  hazırlanmış 
kadrların hazırlığından asılıdır; 
>
 
Turizm sahəsində sərbəst hərəkət etmək beynəlxalq turizmin inkişafı 
üçün vacib faktorlardan biridir. 
251 


YEGANLI S.T.. HACn E\ E. M. 
1982-ci ildə avqustun 21-dən 27-nə kimi Meksika hökumətinin təşəbbüsü 
ilə  Meksikanın  Akapulka  şəhərində  turizmə  həsr  olunmuş  Ümum-  dünya 
Müşavirəsi təşkil olunmuşdur. Müşavirə Manil Konfransmin Deklarasiyasının 
əsas müddəalarının həyata tətbiqini müzakirə etmişdir. Müşavirə, qəbul etdiyi 
yekun  sənədində  qeyd  edir  ki,  «Beynəlxalq  turizm  bütün  dünyada  sülhün 
carçısı və millətlər arası razılığın mənəvi və intellektual əsası olmalıdır». 
Bu sənəd turizmi vacib fənn kimi gənclər-ia təhsil proqramlarına əlavə 
etməyi bütün ölkələrə tövsiyə etmişdir. 
Hər iki forum BMT-nin təşəbbüsü ilə ÜTT tərəfindən təşkil olunmuşdur. 
Ümumdünya  Turist  Təşkilatı  öz  regional  komissiyalarında  turizmin  hüquq 
problemlərini  mütəmadi  olaraq  müzakirə  edir  və  butun  ölkələrə  tövsiyyələr 
hazırlayır.  Məsələn,  10-14  aprel  1989-cu  ildə  təşkil  olunmuş  Haaqa 
parlamentlər  arası  Konfrans  hesab  edir  ki,  turist  səfərləri  zamanı  viza  və 
gömrük  məsələlərinin  sadələşməsi  bütün  ölkələrin  marağına  uyğundur.  Bu 
dövlətlər arası inam və qarşılıqlı anlaşma yaradır. 
10  dekabr  1948-ci  ildə  BMT  öz  iclasında  «İnsan  Hüquqlarının  Ümumi 
Bəyannaməsi»  haqqında  sənəd  qəbul  etmişdir.  Bu  sənədi  BMT-nin  bütün 
üzvləri imzalamışlar. Bu sənədə görə, bütün dövlətlər turistlərə öz ölkələrində 
qalmağa  və  sərbəst  hərəkət  etməyə  imkan  yaratmalıdırlar.  ÜTT  Baş 
Assambleyasında  (1985)  Turizmin  Xartiyası  və  Turizmin  Kodeksi  qəbul 
olunmuşdur. 
Beynəlxalq  hüquq  normalanna  görə  xarici  vətəndaşlara,  səfərin 
müddətindən  asılı  olaraq,  müəyyən  yaşamaq  şəraiti  yaradılır.  Əgər  xarici 
vətəndaş ölkədə uzun müddət yaşayırsa, ona milli rejim yaradılır. Əgər xarici 
vətəndaş  başqa  bir  ölkədə  müvəqqəti  (turist  kimi)  yaşayırsa,  onda  Ona  ən 
əlverişli şərait yaradılır və ona böyük qayğı göstərilir. 
Azərbaycan  Respublikasında  turizmin  hüquq  təminatı  sahəsində  qısa 
zamanda  önəmli  tədbirlər  görülmüşdür  ki.  bu  da  turizmin  Azərbaycanda 
inkişafında öz təsirini göstərməkdədir. 
4  iyun  1999-cu  ildə  Azərbaycan  Respublikasında  Prezident  H.  Əliyev 
tərəfindən  imzalanan  turizm  haqqında  Qanun  Azərbaycan  turizminin 
inkişafında  dönüş  yaratdı.  Bu  qanun  turizmin  idarə  olunmasının  hüquqi 
əsaslarını təsdiq etdi. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının 
hüquqi  əsaslarının  bərqərar  edilməsinə  yönəldilmiş  dövlət  siyasətinin 
prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində 
meydana  çıxan  münasibətləri  tənzimləyir,  sosial-iqtisadi  inkişafı  təmin  edən 
vasitələrdən  biri  kimi  turizm  ehtiyatlarından  səmərəli  istifadə  olunması 
qaydasını müəyyənləşdirir. 
258 


T U R İ Z M  
Turizm  sahəsində  Azərbaycan  hökumətinin  nümayəndəsi  Azərbaycan 
Gənclər,  İdman  və  Turizm  Nazirliyi  və  onun  tərkibində  olan  Baş  Turizm 
İdarəsidir.  Bu  idarə  turizmin  iqtisadiyyatın  başqa  sahələri  ilə  əlaqələrini 
yaradır,  turizmdə  dövlət  tənzimləmə  işlərini  təşkil  edir,  turizm  fəaliyyətinə 
lisenziya verir, inkişaf proqramlarını və turizmin konsepsiyasım tərtib edir və 
həyatda gerçəkləşdirir. 
GÎT  Nazirliyi  Azərbaycanın  turizm  imicini  xarici  ölkələrdə  yaradır. 
Bundan  ötrü,  daxildə  sərgilər  təşkil  edir  və  xarici  ölkələrdə  təşkil  olunan 
sərgilərdə  Azərbaycan  nümayəndələri  iştirak  edirlər.  Nazirlik  reklam  və 
informasiya sahəsində də inamlı addımlar atmaqdadır. 
2001-ci  ildə  Nazirlik  tərəfindən  «Welcome  to  Azerbaijan»  adlı  xüsusi 
kompakt  disk  hazırlanmışdır.  Bu  diskdə  Azərbaycanın  təbiəti,  mədəniyyəti, 
turizm  ehtiyatları,  musiqisi,  mətbəxi  və  ümumiyyətlə,  ölkəmiz  barədə  tam 
genişliyi  ilə  məlumatlar  əks  olunmuşdur.  Bununla  yanaşı,  həmin  diskin 
«Tourizm  in  Azerbaijan»  adlı  Web  səlıifəsi  də  yaradılmışdır.  Azərbaycan 
barədə  dünyanın  istənilən  yerindən  istədiyi  məlumatı  almaq  istəyən  hər  kəs 
Nazirliyin  İnternet  ünvanında  (ww^\^mys.gov.az)  yerləşdirilən  bu 
məlumatlardan yararlana bilər. Nazirlik tərəfindən hazırlanmış disk təkcə ölkə 
turizminin  deyil,  ümumiyyətlə,  ölkəmizin  ümumi  təbliği  üçün  mühüm 
əhəmiyyətə malikdir. 
2001-ci  ildən  «
AZERBAIJAN
  REVİEW»  jurnalı  və  «Turizm  yenilikləri» 
qəzeti nəfis şəkildə nəşr edilməyə başlamışdır. Həmin ilin dekabrının sonunda 
Bakıda  turizmin  qarşısında  duran  problemləri  araşdıran  I  Ümumrespublika 
Konfransı keçirilmişdir. 
 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə