Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə100/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   114

T U R İ Z M  
Təsisçiləri  dövlət  orqanları  olan  kütləvi  informasiya  vasitələri  turizm 
sahəsində  müvafiq  icra  hakimiyyəti  orqanına  turistlərin  həyaö  üçün  təhlükə 
qorxusu barədə təcili məlumat verməyə imkan yaradırlar. 
Turoperatorlar və turagentlər turistlərə səyahətlərin xüsusiyyətləri, habelə 
səyahət  zamanı  onlann  rast  gələ  biləcəkləri  təhlükələr  barədə  müfəssəl 
məlumat  verməyə,  qabaqcadan  turistlərin  təhlükəsizliyinin  təmin  edilməsinə 
yönəldilmiş tədbirlər görməyə borcludurlar. 
Turoperatorlar  və  turagentlər  səyahət  zamanı  turistlərin  qatlaşdığı 
(üzləşdiyi)  fövqəladə  hadisələr,  həmçinin  səyahətdən  qayıtmanuş  turistlər 
barədə  müvafiq  icra  hakimiyyəti  orqanına  və  turizm  fəaliyyəti  ilə  bilavasitə 
bağlı olan şəxslərə təxirə salmadan məlumat verməlidirlər. 
Yoluxucu  xəstəliklər  təhlükəsi  olan  ölkəyə  (yerə)  göndərilən  turistlər 
beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli 
və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalıdırlar. 
Turist  qruplarını  müşaiyət  edən  şəxslərin  proqram  əsasındar-minimum 
tibbi hazırlığı, tibbi ləvazimatı və ilkin yardım üçün tibb çantası olmalıdır. Sayı 
100  nəfərdən  artıq  olan  turist  qrupları  ixtisaslaşdınimış  həkim  tərəfindən 
müşaiyət olunmalıdır. 
Maddə 13. Turistlərin sığortalanması 
Turistlərin getdiyi, müvəqqəti olacaq ölkənin (yerin) qanunvericiliyi ilə 
həmin  ölkədə  müvəqqəti  olan  şəxslərə  göstərilən  yardım  üçün  xərcin 
ödənilməsinə  zəmanət  verilməsi  tələbi  müəyyən  edilmişdirsə,  turoperator 
(turagent) belə zəmanətləri verməlidir. Turistlərin qəflətən xəstələnməkdən və 
bədbəxt hadisələrdən sığortalanması belə zəmanətlərin əsas formasıdır. 
Sığorta şəhadətnaməsindən turistlərin getdiyi, müvəqqəti olacağı ölkədə 
(yerdə) sığorta hadisəsi olduqda, onlara tibbi yardım xərclərinin və bu hadisə 
ilə bağlı digər xərclərin ödənilməsi nəzərdə tutulmalıdır. 
Sığorta şəhadətnaməsi Azərbaycan dilində və turistlərin getdiyi ölkənin 
və ya ölkələrin dövlət dilində tərtib olunur. 
Turistlərin tələbi ilə turoperator (turagent) səyahətin keçirilməsi ilə bağlı 
digər hallar (nəqliyyatın ləngiməsi, şəxsi əmlakın itirilməsi, izafi xərclər və s.) 
üzrə sığorta xidmətləri göstərilməsinə kömək edir. 
Maddə 14. Turistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə ixtisaslaş 
dınlmıs xidmətlər 
Azərbaycan Respublikası ərazisində bədbəxt hadisələrə uğramış turistlərə 
axtarış-xilasetmə  xidməti  lazımi  yardım  göstərir  və  onlann  təhlükəsizliyini 
təmin  edir.  Axtarış-xilasetmə  xidməti  yerli icra  hakimiyyəti,  səhiyyə.  rabitə, 
daxili icra orqanları, meşə təsərrüfatı, hidrometereologiya. mül 
279 


YEGANLI S T.. HACIYEV E. M. 
ki  aviasiya  və  s.  xidməti  idarələri  ilə  müvafiq  qaydada  qarşılıqlı  əlaqə 
şəraitində fəaliyyət göstərir. 
Madda  15.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda 
fövqəladə vəziyyət yarandım hallarda Azərbaycan turistlərinin maraala- 
rının müdafiəsi 
Fövqəladə 
vəziyyət 
yarandığı 
hallarda 
dövlət 
Azərbaycan 
Respublikasının hüdudlanndan kənarda Azərbaycan turistlərinin maraqlarının 
müdafiəsi üzrə, o cümlədən onların müvəqqəti olduqları ölkədən köçürülməsi 
üzrə tədbirlər görülür. 
Madda 16. Azərbaycan Respublikasının hüdudlanndan kənarda turizm 
nümayəndəliyi 
Azərbaycan Respublikasının turizm sahəsində müvafiq icra hakimiyyəti 
orqanı  dünya  bazarında  turizm  məhsulunun  hərəkətə  gətirilməsi,  yayılması, 
satışı  məqsədilə  Azərbaycan  Respublikasının  hüdudlanndan  kənarda 
qanunvericiliklə müəyyən edilmiş qaydada turizm nümayəndəlikləri yaradır. 
Madda 17. Turizm haqamda Azərbaycan Respublikası Qanunvericiliyinin 
pozulmasına görə məsuliyyət 
Turizm  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyinin 
pozulması  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  qaydada 
məsuliyyətlə nəticələnir. 
Bu  qanun  04  iyun  1999-cu  il  tarixdə  Azərbaycan  Respublikasının 
Prezidenti Heydər Əliyev tərəfindən imzalanmışdır. 
280 


T U R İ Z M  
xxxni FƏSİL 
TURİZM SAHƏSİNDƏ SAHİBKARLIQ FƏALİYYƏTİNİN İNKİŞAR 
Müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycan  dövləti  qarşısında  duran 
vacib  problemlərdən  biri  sahibkarlıq  fəali>
7
ətinin  inkişaf  etdirilməsidir.  Bu 
məqsədlə  1992-ci  ildə  sahibkarlara  və  işgüzar  adamlara  kömək  məqsədi  ilə 
Milli  Fondun  yaradılması  haqqında  fərman  hazırlanmışdır.  1993-cü  ildən 
başlayaraq hər il bu fonda büdcədən vəsait aynlır. 2000-ci ilə artıq bu Fondda 
50  mlrd  manat  vəsait  var  idi.  Dövlətin  Fonda  ayırdığı  vəsait  ildən  ilə  tam 
mənimsənilmirdi.  Kreditə  böyük  ehtiyacı  olan  sahibkarlar,  müxtəlif 
səbəblərdən kredit götürüb öz bizneslərini inkişaf etdirə bilmirdilər. Çox vaxtı, 
bu  sahədə  hüquq  təminatı  dolğun  olmadığına  görə  dövlət  məmurları 
Azərbaycan işgüzar adamlarına kredit götürməyə süni maneçiliklər törədirdi. 
Bunun nəticəsi olaraq sahibkarlıq ölkədə zəif inkişaf edirdi. 
Bütün  bunları  nəzərə  alaraq.  Azərbaycan  Respublikasının  Prezidenti 
Heydər Əliyev 2002-ci il sentyabnn 2-də sahibkarlığın inkişafına həsr olunmuş 
fərman  verdi.  Fərmanda  deyilir:  «...  Son  illər  bu  barədə  bir  sıra  işlərin 
görülməsinə  baxmayaraq,  hələ  də  sahibkarlığın  inkişafına  mane  olan  hallar 
tam aradan qaldırılmamışdır. Belə ki, mövcud lisenziyalaşdırma sistemi xüsusi 
icazə  verən  dövlət  orqanları  tərəfindən  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 
olanlara  təzyiq  vasitəsinə  çevrilmiş,  bəzi  hallarda  isə  rüşvətxorluğun 
yaranmasına şərait yaratmışdır». 
Sahibkarlığın  müxtəlif  növləri  ilə  məşğul  olmaq  üçün  dövlət  orqanları 
tərəfindən  xüsusi  icazə  (lisenziyanın)  olması  çox  vacibdir.  Əvvəllər  ölkədə 
240-dan  çox  fəaliyyət  növünə  lisenziya  verilməsi  tələb  olunurdu.  Lisenziya 
qısa müddətə (2 ilə) verilirdi. Məsələn, lisenziya lüzumu turizm fəaliyyətinə 
görə  2000  $  idi.  Bu  məbləğin  çox  olduğuna  görə,  bəzi  turizm  firmaları 
lisenziya almırdı, turizm fəaliyyətində əldə etdiyi gəlirdən vergi də vermirdi. 
Yeni qaydaya görə turizm sahəsində lisenziya rüsumu 4 dəfə azalmış və onun 
müddəti  isə  2.5  dəfə  uzanmışdır.  Artıq  heç  bir  turist  firması  risqə  gedib. 
lisenziyasız fəaliyyət göstərməz. 
Lisenziya  verilməsi  dövlətin  hər  hansı  bir  sahibkarlıq  fəaliyyətini 
tənzimləməsi  deməkdir.  Dövlət  sahibkara  turizm  sahəsində  fəaliyyətə  icazə 
vermək üçün müəyyən şərtlər qoyur. Məsələn, sahibkarın bu sahədə təhsili və 
təcrübəsi, otaqları, informasiya texnologiyası (telefon, telefaks. kompüter və 
s.).  dəqiq  turist  marşrutları,  mehmanxana,  nəqliyyat  müəssisələri  ilə 
müqavilələri  olmalıdır.  Əgər  turfirma  xaricə  turist  göndərirsə,  deməli  onun 
göndərdiyi turistləri qəbul edən şirkətlərlə müqavilələri olmalıdır. 
2 8 1  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə