Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə101/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   114

VEGANLI S.T.. HACIYEV E. M. 
2  sentyabr  2002-ci  il  tarixli  782  №-li  Fərmanda  lisenziyanın  verilmə 
qaydaları, müddəti, lisenziyanın tələblərinə və şərtlərinə nəzarət və lisenziya 
fəaliyyətini dayandırmaq və ləğv etmə qaydaları öz əksini tapmışdır. 
AZƏRBAYCAN RESPUBLİK.ASI PREZİDENTİNİN FƏRMANI* 
Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi 
qaydalarının təkmilləşdiniməsi haqqında 
(Çıxarılış) 
Ölkədə  sahibkarlığın  inkişafı  sahəsində  dövlət  siyasətinin  həyata 
keçirilməsində mühüm rol oynayan amillərdən biri bəzi sahibkarlıq fəaliyyəti 
növlərinin  lisenziyalaşdınimasıdır.  Son  illər  bu  barədə  bir  sıra  işlərin 
görülməsinə  baxmayaraq,  hələ  də  sahibkarlığın  inkişafına  mane  olan  hallar 
tam aradan qaldırılmamışdır. Belə ki, mövcud lisenziyalaşdırma sistemi xüsusi 
icazə  verən  dövlət  orqanlan  tərəfindən  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 
olanlara  təzyiq  vasitəsinə  çevrilmiş,  bəzi  hallarda  isə  rüşvətxorlu-  ğun 
yayılmasına şərait yaratmışdır. Ölkədə 240-dan çox fəaliyyət növünün xüsusi 
icazə əsasında fəaliyyəti və lisenziyanın qısa müddətə verilməsi, faktiki olaraq, 
sahibkarlığın  inkişafına,  iqtisadiyyata  investisiya  qoyuluşu  prosesinə  mənfi 
təsir  etmiş,  sağlam  rəqabət  mühitinin  formalaşması  və  istehlakçıların 
hüquqlarının  qorunması  sahəsində,  dövlət  siyasətinin  gerçəkləşdirilməsi 
yolunda inzibati-bürokratik əngələ çevrilmişdir. 
Sahibkarlığın inkişafına dövlət qayğısımn artınlması yuxarıda göstərilən 
nöqsanların  qısa  müddətdə  aradan  qaldınimasını.  ilk  növbədə,  xüsusi  icazə 
tələb edən fəaliyyət növlərinin sayının kəskin surətdə azaldılmasını, lisenziya 
müddətinin  uzadılmasını,  lisenziya  verilməsi  prosesində  dövlət  orqanlan 
tərəfindən sui-istifadə hallarına yol verməyən və bu işdə şəffaflığı təmin edən 
qaydaların tətbiqini zəruri edir. 
Azərbaycan  Respublikasında  sahibkarlığın  inkişafı  üçün  mövcud  mü- 
lıiti yaxşılaşdırmaq və bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydala- nnı 
daha da təkmilləşdirmək məqsədi ilə qərara alıram: 
1.
 
«Azərbaycan  Respublikasında  bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq 
(lisenziya) verilməsi haqqında Qaydalar» təsdiq edilsin. 
2.
 
«Xüsusi  razılıq  (lisenziya)  tələb  olunan  fəaliyyət  növlərinin  və  onu 
verən icra hakimiyyəti orqanlarının siyahısı» təsdiq edilsin. 
Turizm sahəsində normali\ -luiquqi sənədlər. Bakı. 200.>. 
282 


T U R İ Z M  
3.
 
«Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanları tərəfindən 
xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı» təsdiq edilsin. 
4.
 
Sahibkarlığın hüquqlannin müdafiəsi ilə bağlı bəzi fəaliyyət növlərinə 
xüsusi  razılıq  verilməsi  sahəsində  dövlət  tənzimləməsini  və  bu  sahədə 
metodiki  rəhbərliyi  həyata  keçirmək  məqsədilə  lisenziyalaşdırma  sahəsində 
xüsusi  səlahiyyətli  orqan  funksiyası  Azərbaycan  Respublikasının  İqtisadi 
İnkişaf Nazirliyinə həvalə edilsin. 
Azərbaycan 
Respublikasının 
İqtisadi 
İnkişaf 
Nazirliyinin 
lisenziyalaşdırma  sahəsində  xüsusi  səlahiyyətləri  bu  fərmanın  əlavəsində 
verilən  «Azərbaycan  Respublikasında  bəzi fəaliyyət növlərinə  xüsusi razılıq 
(lisenziya) verilməsi haqqında qaydalar»la müəyyən edilir. 
1.
 
Lisenziyanın verilməsi qaydası 
Lisenziya  almaq  üçün  ərizəçi  lisenziya  verən  dövlət  orqanına  aşağıda- 
kılan təqdim edir: 
1.
 
Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: 
-
 
hüquqi şəxslər üçün - adı, atasmm adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair 
məlumatlar  (seriya,  nömrə,  nə  vaxt  və  kim  tərəfindən  verilmişdir, 
ünvanı), fəaliyyət növü; 
-
 
fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair 
məlumatlar  (seriya,  nömrə,  nə  vaxt  və  kim  tərəfindən  verilmişdir, 
ünvanı), fəaliyyət növü; 
2.
 
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti
3.
 
Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq 
sənədin surəti; 
4.
 
Ərizədə  qeyd  olunan  obyektlərdən  hər  biri  üçün  ərizəçinin  istifadə 
hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədin surəti
5.
 
Bu  qaydaların  2.9.-cu  bəndinə  uyğun  olaraq  lisenziya  almaq  üçün 
dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
ö.Fəaliyyət  növünün  xüsusiyyətindən  asılı  olaraq  Azərbaycan 
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks 
etdirən sənədlər. 
Ərizəçidən bu qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması 
qadağandır. 
283 


YEGANL1S.T.. HACIYEV E. M. 
Lisenziya verən dövlət orqanı zərurət olduqda konkret fəaliyyət növü ilə 
məşğul olmaq üçün həmin fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq 
müvafiq  rəy  alınması  üçün  aidiyyatı  dövlət  orqanlanna  müraciət  edə  bilər. 
Lisenziya  verən  dövlət  orqanı  tərəfindən  rəy  alınması  üçün  aidiyyatı  dövlət 
orqanına göndərilmiş müraciətə 5 gün müddətində baxılaraq rəy verilir. 
Lisenziya  almaq  üçün  təqdim  edilən  sənədlər  lisenziya  verən  dövlət 
orqanı  tərəfindən  qəbul  edilir,  xüsusi  kitabda  qeydə  alınır,  baxılır,  çatış- 
mamazlıqlar  və  ya  imtina  üçün  əsas  olmadıqda  qeydə  alındığı  gündən 
başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul 
edilir. 
Təqdim  edilmiş  sənədlərdə  çatışmazlıqlar  aşkar  edildikdə,  bu  barədə 
ərizəçiyə  5  gündən  gec  olma>'araq  yazılı  məlumat  verilir.  Onlar  aradan 
qaldırıldıqdan  və  sənədlər  təkrar  təqdim  edildikdən  sonra  onlara  5  gün 
müddətində baxılır və müvafiq qərar qəbul edilir. 
Ərizəçiyə  lisenziya  verilməsindən  imtina  edildikdə,  bu  barədə  ona 
imtinanın səbəbləri göstərilməklə beş gün müddətində yazılı məlumat verilir. 
Lisenziya verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina 
oluna bilər və bu imtinadan qanunvericiliyə uyğun olaraq məhkəməyə şikayət 
ərizəsi verilə bilər. 
Lisenziya  verilməsindən  imtina  edilmədikdə,  ərizəçi  lisenziya 
verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir. 
Hüquqi  şəxs  ləğv  edildikdə,  fiziki  şəxs  vəfat  etdikdə,  həmin  şəxslərə 
verilən lisenziya da hüquqi qüvvəsini itirir. 
Hüquqi  şəxs  yenidən  təşkil  edildikdə,  onun  adı  dəyişdirildikdə,  fiziki 
şəxsin vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt 
verilmişdir,  ünvanı)  dəyişdikdə,  yaxud  lisenziya  itirildikdə  ərizəçi  15  gün 
müddətində  lisenziyanın  yenidən  rəsmiləşdirilməsi  üçün  ərizə  təqdim 
etməlidir. 
Lisenziyanın  yenidən  rəsmiləşdirildiyi  müddətdə ərizəçi öz  fəaliyyətini 
əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə müvafiq dövlət orqanlarının 
verdiyi  müvəqqəti  icazə  əsasında  həyata  keçirir.  Lisenziya  verən  dövlət 
orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanmış 
və  möhürlə  təsdiq  edilmiş  müvəqqəti  icazə  lisenziyanın  yenidən 
rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdən sonra verilir. 
Lisenziyada aşağıdakılar göstərilir: 
1. lisenziya verən dövlət orqanının adı: 
284 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə