Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə98/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

T U R İ Z M  
Turizm 
haqqında 
qanunvericilik 
Azərbaycan 
Respublikası 
Konstitusiyasına əsaslanır və bu qanundan Azərbaycan Respublikasınm digər 
normativ  hüquqi  aktlarından  və  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən 
ibarətdir. 
Maddə 3. Turizm fəaliyyətinin dövlət tənzimlənməsi 
1.
 
Dövlət turizm sahəsində 
turizm fəaliyyətinə kömək edir və onun inkişafı üçün əlverişli şərait yaradır; 
turizm fəaliyyətinin üstün istiqamətlərini müəyyən edir və onun həyata 
keçirilməsinə kömək edir; 
Azərbaycan  Respublikası  haqqında  turizm  üçün  əhəmiyyətli  bir  ölkə  kimi  ; 
təsəvvür formalaşdırır. 
/2.  Turizm  fəaliyyətinin  tənzimlənməsinin  əsas  məqsədləri  aşağıda- 
^kılardır; 
turistlərin səyahətləri zamanı istirahət, yerdəyişmə azadlığ və digər hüquqlarını 
təmin etmək; ətraf mühiti (təbiəti) qorumaq; 
turistlərin səyahətləri zamanı onların tələbatlannı təmin edən turizmin inkişaf 
strukturunu inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, dövlətin və onun 
vətəndaşlarının gəlirlərini artırmaq; beynəlxalq əlaqələri inkişaf etdirmək, 
turizm baxış obyektlərini qoruyub saxlamaq, təbii, tarixi və mədəni irsdən 
səmərəli surətdə istifadə etmək. 
3.
 
Turizm fəaliyyətinin dövlət tənzimlənməsinin üsulları aşağıdakılardır: 
turizm infrastrukturu sahəsində münasibətlərin təkmilləşməsinə 
yönəldilmiş normativ hüquqi aktların qəbul edilməsi; , 
daxili və dünya turizm bazarlarında turizm məhsullarının hərəkətə 
gətirilməsinə kömək göstərilməsi; . 
turistlərin hüququ və maraqlarını müdafiə etmək, onların təhlükəsizliyinin 
təmin edilməsi
turizm infrastrukturu .sahəsində xüsusi razılığın verilməsi, standartlaş- 
dırılma və turizm məhsulunun sertifikatlaşdırılması; 
turizmin inkişaf etdirilməsi üzrə məqsədli dövlət proqramlarının işlənib 
hazırlanması: 
turizm infrastrukturuna, investisiya qoyuluşu, o cümlədən xarici 
investorların cəlb-olunması üçün əlverişli şərait yaradılması; 
turizm fəaliyyəti sahəsində elmi tədqiqatların inkişaf etdirilməsi: turizm 
inlVaslrukluru sahəsində elmi lədqiqallann inkişaf eldirilməsi: 
273 


YEGANLI S. T.. HACIYEV E. M. 
Azərbaycan turistlərinin, turoperatorlanmn, turagentlərinin və onların 
birliklərinin beynəlxalq turizm proqramında iştirakına şərait yaradılması: 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər 
üsullar, j 
Mad(^ 4. Turizm sahəsində dövlətin vəzifələri 
1.
 
Turizm sahəsində dövlətin vəzifələri aşağıdakılardır: turizmin 
inkişafına dair dövlət proqramını işləyib hazırlamaq: turizm sahəsində 
dövlət siyasətinin əsaslanm və bu sahənin əsas istiqamətlərini 
müəyyənləşdirmək: turizmin normativ bazasım işləyib hazırlamaq; 
turizmdə sahələr arası və regionlar arası fəaliyyəti əlaqələndirmək: 
Azərbaycan Respublikasım xaricdə əhəmiyyətli turizm ölkəsi kimi 
tanıtmaq məqsədi ilə informasiya şəbəkəsi yaratmaq: beynəlxalq turizm 
təşkilatlannda Azərbaycan Respublikasımn nümayəndəliyini təşkil etmək, 
turizmin inkişafına dair beynəlxalq proqramın işlənib hazırlanmasında 
iştirak etmək, turizm sahəsində əməkdaşlıq üzrə müqavilələr bağlamaq və 
onların həyata keçirilməsi mexanizmini işləyib hazırlamaq; 
ərazi turizm ehtiyatları kimi qəbul edilmiş obyektlərin qurulmasını və 
fəaliyyətini təşkil etmək; 
turizm sahəsində peşə-ixtisas təhsili üzrə istiqamətləri və ixtisaslann 
siyahısını müəyyən etmək; turizm qanunvericiliyinin icrasına nəzarət 
etmək; turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma qaydalarını 
hazırlamaq; 
turizm təşkilatlarının reyestrini aparmaq: 
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, turizm fəaliyyəti 
ilə  məşğul  olan  və  turistlərə  xidmət  göstərən  bütün  müəssisələrdə 
xidmətlərin dövlət standartlanna riayət olunmasına nəzarət etmək. 
Maddə 5. Turizm sahəsində xüsusi razılığın verilməsi, standartlaşdırma və 
turizm məhsulunun sertifikatlasdıniması 
1.
 
Turizm fəaliyyəti sahəsində standartlaşdırmaya aşağıdakılar aiddir: 
turizm müəssisələrinin və turizm məhsullarının təsnifatı: turizm məhsullarının 
təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi: turizm məhsullarının turist 
tələbatına uyğunluq parametrlərinin müəyyənləşdirilməsi: 
turizm müəssisələrinin işçilərinə verilən ixtisas tələbləri: 
274 


T U R t Z M  
turizm müəssisələrinin ofislərinə verilən tələblər. 
2.
 
Turizm  fəaliyyəti  sahəsində  standartlaşdırma  obyektləri  müvafiq  icra 
hakimiyyəti  orqanı  ilə  razılaşdınimaqla  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir. 
3.
 
Turizm  fəaliyyəti  sahəsində  sertifikatlaşdırma  turizm  məhsulunun 
turistlərin  tələbatını  təmin  edən,  onların  əmlakını  qoruyan  ətraf  mühiti 
mühafizə  edən  qanunlara  və  digər  normativ  aktlara  uyğunluğunu  müəyyən 
etməkdir. 
4.
 
Turoperatorlann  və  ya  turagentin  turizm  məhsulunun  məcburi  serti- 
fikatlaşdırılmasından  imtina  etməsi,  turizm  məhsulunun  sertifikatlaşdı- 
nlmasmın mənfi nəticəsi, habelə sertifikatın ləğv olunması turizm fəaliyyətinin 
həyata keçirilməsi üçün verilmiş xüsusi razılığın qüvvəsinin dayandırılması və 
ya ləğvi ilə nəticələnir. 
5.
 
Turizm sahəsində xüsusi razılığın verilməsi, standartlaşdırma və turizm 
məhsulunun  sertifikatlaşdıniması  qanunvericiliyə  uyğun  olaraq  həyata 
keçirilir. 
Maddə 6. Turistin hüquqları 
1.  Turist  səyahətə  hazırlaşarkən,  habelə,  tranzit  də  daxil  olmaqla  bütün 
səyahət müddətində aşağıdakı hüquqlara malikdir: 
nəzərdə tutulan proqrama müvafiq getdiyi ölkəyə (yerə) daxil olma, orada 
qalma  qaydalan,  yerli  əhalinin  adətləri,  dini  mərasimlər,  müqəddəs  yerlər, 
xüsusi  mühafizədə  olan  təbiət,  tarix,  mədəniyyət  abidələri  və  digər  turizm 
obyektləri, ətraf mühitin vəziyyəti barədə zəruri və dürüst informasiya almaq: 
getdiyi ölkədə (yerdə) mövcud olan məhdudiyyət tələbləri nəzərə alınmaqla 
hərəkət-yerdəyişmə hüququndan, turizm ehtiyatlarından sərbəst istifadə etmək: 
həyatının  və  sağlamlığının  qorunması  üçün  təxirəsalınmaz  tibbi  yardım 
alınması hüququna malik olmaq: 
turizm  məhsulunun  pərakəndə  alqı-satqı  müqaviləsi  şərtlərinin  turope- 
rator və ya turagent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi 
və  mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanun- vericili}^ 
ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək: 
getdiyi  ölkənin  (yerin)  hakimiyyəti  və  təxirəsalınmaz  yardım  növləri 
göstərilməsində kömək almaq. 
Maddə 7. Turistin vəzifələri 
1.  Azərbaycan  Respublikasından  xarici  ölkəyə  gedən  turistin  tranzit  də 
daxil olmaqla, səyahət vaxtı aşağıdakı vəzifələri var: 
2 7 5  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə