Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə97/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   114

YEGANLl S.T.. HACIYEV E. M. 

XXXII FƏSİL 
TURİZM FƏALİYYƏTİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ 
/  Turizm  fəaliyyətinin  dövlət  tənzimlənməsinin  əsas  mahiyyəti  onda- 
dtpidrdövlət  turizmin  cəmiyyətdə  oynadığı  aparıcı  rolu  lazımınca 
qiymətləndirməklə  bərabər  onun  inkişafına  əlində  olan  bütün  imkanlardan 
istifadə  edir.  Bu  imkanlardan  ən  vacibi  turizm  sahəsində  turizmin  hüquqi 
bazasını  yaratmaq,  fəaliyyət  göstərən  təşkilatlara  güzəştli  vergi  şəraiti 
yaratmaq,  turist  məhsulunu  yaradan  təşkilatların  və  turistlərin  hüquqlarını 
müdafiə  etmək,  turist  infrastrukturunun  yaranmasına  yardımçı  olmaq  və 
sərmayələr cəlb etməkdir. 
Son  zamanlar  Azərbaycanda  başqa  sahələrdə  olduğu  kimi  turizm 
sahəsində  də  özəl  sektor  əmələ  gəlmişdir.  Özəl  turist  istirahət  zonaları, 
pansionatları, mərkəzləri və s. Deməli turizm sahəsində dövlət idarə sistemi 
turizmin ümumi tənzimlənməsinin bir budağıdır, bir istiqamətidir. Başqa bir 
sahəsi özəl turist sektorunun özü-özünü bazar prinsipləri ilə tənzimləməsidir. 
Beləliklə,  turizmin  idarə  orqanları  -  milli  turizm  təşkilatı  (dövlət 
nümayəndəsi), yerli regional təşkilatlar və özəl turizm sahəsində yaranmış və 
gündən-günə  möhkəmlənən  özəl  sektordur.  Bütün  ölkələrdə  olduğu  kimi, 
turizm sahəsində Azərbaycanda da onu tənzimləyən və inkişaf etdirən üçlük 
yaranmışdır.  Bu  üçlük  dövlət  turizm  təşkilatı  (Gənclər,  İdman  və  Turizm 
Nazirliyi), regional icra orqanları və turizmin özəl sektorudur. Bütün dünyada 
bu  üçlüyün  bir-birilə  bərabər  hüquqlarla  əməkdaşlıq  etməsi  nəticəsində 
turizmin  inkişafında  çoxlu  nailiyyətlər  qazanılması  artıq  müasir  turizm 
praktikasına  yaxşı  məlumdur.  Bu  üçlük  o  zaman  turizm  sferasında  səmərəli 
fəaliyyət  göstərir  ki,  onlar  partnyorluq  münasibətləri  qursunlar,  bir-birinə 
kömək  etsinlər,  əl-  ələ  verib,  belə  bir  turizm  kimi  çətin  sahəni  ayağa 
qaldırsınlar. Üçlüyün hərəsi öz sahəsində çalışır, öz işini fədakarlıqla yerinə 
yetirir və nəticədə turizm inkişaf edirj 
Bu  bölmədə^iz  ancaq  turizmin  idarəetmə  şaxələrindən  biri  plan  dövlət 
tənzimləmə  fəaliyyətini  araşdırırıq.  Qeyd  etmək  lazımdır  ki.  [qısa  zamanda 
Azərbaycanda  bu  sahədə  çoxlu  işlər  görülmüşdür.  Hər  şeydən  əvvəl  4  iyun 
1999-cu  ildə  Azərbaycan  Respublikasının  turizm  haqqında  qanunu  qəbul 
olundu. Bu qanun Azərbaycanda turizm fəaliyyətinin hüquqi əsasını qoydu və 
turizm sahəsində bir çox sonrakı vacib sənədlərin yaranmasına yol açdı. Bu 
qanun Azərbaycan turizmində böyük bir hadisə olduğuna görə, onu aşağıdakı 
sətirlərdə  bütövlüklə  olduğu  kimi  göstərməyi  vacib  hesab  edirik.  Turizm 
sahəsində qəbul olunmuş qanun 
270 


T U R İ Z M  
onu  göstərdi  ki,  Azərbaycan  dövləti  üzünü  turizmə  çevirmiş  və  onun 
cəmiyyətdə və onun ölkə iqtisadiyyatında qabaqcıl rol oynamasını qəbul etmiş 
və gələcəkdə də onun çətin inkişaf problemlərini həll etməyə qadirdir. 
I
 
AZƏRBAYCAN RESPUBLİKASININ TURİZM HAQQINDA QANUNU 
Bu  qanun  Azərbaycan  Respublikasında  turizm  bazarının  hüquqi 
əsaslarının  bərqərar  edilməsinə  yönəldilmiş  dövlət  siyasətinin  prinsiplərini, 
turizm  fəaliyyətinin  əsaslarını  müəyyən  edir  və  turizm  sahəsində  meydana 
çıxan  münasibətləri  tənzimləyir,  sosial-iqtisadi  inkişafı  təmin  edən 
vasitələrdən  biri  kimi  turizm  ehtiyatlarından  səmərəli  istifadə  olunması 
qaydasını müəyyənləşdirir. 
Maddə I. Əsas anlavıslar 
Bu  qanunda  istifadə  edilən  anlayşlar  aşağıdakı  mənaları  ifadə  edir: 
Turizm - Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı 
olmayan  şəxslərin  müvəqqəti  olacağı  ölkədə  (yerdə)  ödənişli  fəaliyyətlə 
məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və 
mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclannm icra 
edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən 
müvəqqəti getmələri (səyahətləri): 
Turist - istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət 
sərvətlərindən  bəhrələnmə  və  s.),  iş-peşə  (vəzifə  borclarının  icra  edilməsi 
istisna  olmaqla),  idman  və  dini  məqsədlərlə  getdiyi  ölkədə  (yerdə)  ödənişli 
fəaliyyətlə  məşğul  olmamaq  ^ərti  ilə  (24  saatdan  12  ayadək  müddətdə) 
müvəqqəti olan şəxs: 
Tur - konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında 
səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan forması: 
Turizm yollayışı - ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş 
xidmətlərin ödənildiyini təsdiq edən sənəd: 
Turizm  vauçeri  -  xarici  turistlərə  xidmət  göstərilməsi  və  firma  ilə 
qarşılıqlı  ödəmələr  aparılması  üçün  əsas  olmaqla,  turun  tərkibinə  daxil  olan 
xidmətlər  üzərində  turistin  hüququnu  müəyyənləşdirən  və  xidmətlərin 
göstəriləcəyi faktını təsdiq edən sənəd: 
Turoperator - turların komplektləşdirilməsi. turizm məhsulunun 
formalaşdırılması. hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm 
təşkilatı: Turagent - turoperator tərəfindən turların satışı, turizm məhsulunun 
hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya 
hüquqi şəxs; 
2 7 1  


YEGANLI S.T.. HACIYEV E. M. 
Turagentlik  -  turizm  və  ekskursiya  yollayışlannın  satışı,  habelə 
turizm-ekskursiya fəaliyyətinin təşkili üzrə informasiya, reklam, marketinq və 
s. digər xidmətlər göstərilməsi ilə məşğul olan vasitəçi təşkilat: 
Turizm  məhsulu  -  turistlərə  göstərilən  xidmətlər  kompleksi  (turistlərin 
yerləşdirilməsi,  daşınması,  yeməyi  üzrə  xidmətlər  kompleksi,  ekskursiya, 
həmçinin  bələdçi  (bələdçi-tərcüməçi)  xidmətləri  və  səfərin  məqsədlərindən 
asılı olaraq göstərilən digər xidmətlər); 
Turizm  fəaliyyəti  -  turoperatorun  müddəti  24  saatdan  çox  olmayan  və 
turistlərin yerləşdirilməsi (gecələnməsi) xidmətini nəzərdə tutmayan və turizm 
məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı üzrə fəaliyyəti; 
Daxili  turizm  -  Azərbaycan  Respublikasında  yaşayan  vətəndaşların  və 
vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının  hüdudları 
daxilində səyahətləri; 
Xarici  turizm  -  Azərbaycan  Respublikasında  yaşayan  vətəndaşların  və 
vətəndaşlığı olmayan şəxslərin başqa ölkəyə səyahəti
Gəlmə turizm - Azərbaycan Respublikasında yaşamayan vətəndaşların və 
vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının  hüdudları 
daxilində səyahətləri; 
Sosial  turizm  -  sosial  ehtiyaclar  üçün  dövlətin  ayırdığı  vəsaitdən  yar- 
dımlanan səyahət; 
Özfəaliyyət  turizmi  -  yerdəyişmənin  aktiv  üsullarından  istifadə 
olunmaqla turistlər tərəfindən sərbəst təşkil edilən səyahətlər; 
Turizm  ehtiyatları  -  səfər  edilən  ölkənin  (yerin)  təbii,  mədəni,  tarixi, 
sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və ya kompleks halında 
tələb və ehtiyaclarını təmin edə biləıi, onların fiziki və mənəvi qüvvələrinin 
bərpası və inkişafına kömək edə bilən digər obyektlər məcmusu
Turizm  infrastrukturu  -  turizm  məhsulu  istehsalı  təşkilinin  kompleksi 
sistemi və  yaxud  mehmanxana və digər yerləşdirilmə-yerdəyişmə, nəqliyyat 
vasitələrinin,  ictimai  iaşə, əyləncə  obyektləri  vasitələrinin  tanış  olma  idrakı, 
iş-peşə, sağlamlaşdırma, idman və digər təyinatlı obyektlərin, tur- operator və 
turagent fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəssisə və təşkilatların, 
həmçinin  ekskursiya  və  bələdçi  (bələdçi-tərcüməçi)  xidmətləri  göstərən 
təşkilatlann məcmusu; 
Turizm  məhsulunun  hərəkətə  gətirilməsi  -  turizm  məhsulunun  satışına 
yönəldilmiş  tədbirlər  kompleksi  (reklam,  ixtisaslaşdırılmış  sərgilər, 
yarmarkalarda  iştirak,  turizm  məhsulunun  satışı  üzrə  turizm  informasiya 
mərkəzlərinin təşkili, kataloqların, bukletlərin vəs. nəşri). 
MatUh 2. Turizm haqqında qanunvericilik 
272 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə