Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə99/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

YEGANLl S.T.. HACIYEV E. M. 
getdiyi ölkənin (yerin) qanunlarına riayət etmək, onun sosial quruluşuna, 
adətinə, ənənələrinə, dini etiqadlarına hörmət etmək: 
müvəqqəti olduğu ölkədə (yerdə) ətraf mühitin mühafizə qaydalarına riayət 
etmək, təbiət, tarix və mədəniyyət abidələrinə qayğı ilə yanaşmaq; 
müvəqqəti getdiyi ölkədə (yerdə), habelə yolboyu keçdiyi ölkələrdə gəlmə, 
getmə qaydalarına riayət etmək
səyahət zamanı şəxsi təhlükəsizlik qaydalarına riayət etmək. 
2.
 
Azərbaycan  Respublikasına  gəlmiş  turist  yuxarıdakı  maddələrə  əməl 
etməklə  bərabər  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 
edilmiş ölkəyə (müvəqqəti olduğu yerə) gəlmə və ölkədən (müvəqqəti olduğu 
yerdən) getmə, habelə orada qalma qaydalarına riayət etməlidir. 
Madda 8. Turizm məhsullarının formalaşdırılması və hərəkətə gətirilməsi 
Turizm məhsulu turizm bazarının vəziyyəti ilə əlaqədar olaraq və yaxud 
da turistin konkret sifarişi üzrə formalaşdırılır. 
Turoperator ayrı-ayn xidmətlər göstərən və yaxud tura daxil olan bütün 
xidmət  növlərini  təmin  edən  turist  qəbulu  üzrə  turoperatorla  müqavilələr 
əsasında  tura  daxil  olan  xidmətlər  üzərində  hüquqlara  malik  olur. 
Turoperatorlar turizm məhsulunu formalaşdınr (hazırlayır), göndərir və onun 
satışını birbaşa və ya turagent vasitəsi ilə həyata keçirir. 
Turizm məhsulu haqqında yazılı informasiyada müqavilənin Azərbaycan 
Respublikasının Mülki Məcəlləsində, həmçinin bu qanunda nəzərdə tutulmuş 
bütün vacib şərtləri varsa və turoperatorun və ya turagentin təklifdə göstərilmiş 
şərtlərlə  müqavilə  bağlamaq  iradəsi  ifadə  olunarsa,  belə  təklif  kimi  qəbul 
olunur. 
Maddə 9. Turizm məhsulu satısının təşkili qaydaları 
1.
 
Turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə 
yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o 
cümlədən,  istehlakçıların  hüquqlarının  müdafiəsi  sahəsində  qanunvericiliyə 
uyğun olmalıdır. 
2.
 
Müqavilənin vacib şərtləri aşağıdakılardır: 
turizm  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  verilmiş  lisenziya  barədə 
məlumatlar  göstərilməklə  turoperator  haqqında  informasiya,  onun  hüquqi 
ünvanı və bank rekvizitləri
turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə 
məlumat; 
276 


T U R İ Z M  
turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq barədə 
məlumatlar göstərilməklə turagent (satıcı) haqqında informasiya, onun hüquqi 
ünvanı və bank rekvizitləri; 
səyahətin  proqramı  və  marşrutu  barədə  məlumat  göstərilməklə  turizm 
məhsulunun  istehlak  xassələri,  turistlərin  təhlükəsizlik  şərtləri,  turizm 
məhsulunun sertifıkatlaşdırılmasınm nəticələri haqqında düzgün məlumat
səyahətin hazırlanmasının və qurtarmasının tarixi və vaxtı, onun müddəti; 
turistlərin qarşılanması, yola salınması və müşaiyət olunması qaydası; 
tərəllərin hüquqları, vəzifələri və məsuliyyəti; turizm məhsulunun pərakəndə 
qiyməti və onun ödəniş qaydası; qrupda turistlərin minimal sayı, qrup 
üzvlərinin çatışmamazlığı üzündən səyahətin olmayacağı barədə turistin 
məlumatlandıniması müddəti: müqavilənin dəyişdirilməsi və pozulması 
şərtləri, bununla əlaqədar əmələ gəlmiş mübahisələrin tənzimlənməsi və 
tərəflərə dəymiş ziyanların ödənilməsi qaydası. 
3.
 
Müqavilənin digər şərtləri tərəflərin razılığı ilə müəyyən edilir. Turistin 
turoperatordan  və  ya  turagentdən  tura  daxil  olan  bütün  xidmətlərin 
göstərilməsini tələb etmək hüququ var. 
4.
 
Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar 
olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var. 
5.
 
Şəraitin əsaslı dəyişikliyinə aşağıdakılar aiddir. 
səyahətin şərtlərinin pisləşməsi, səyahətin müddətində dəyişiklik; 
səyahətin baş tutması üçün müqavilədə göstərilmiş qrupda turistlərin minimal 
sayının natamamlığı; 
nəqliyyat tariflərinin gözlənilmədən artması; 
turoperatorun və ya turagentin maliyyə vəziyyətini kəskin pisləşdirən yeni 
vergi və vergitutma qaydalarının tətbiqi və ya mövcud olanların artırılması: 
milli valyuta kursunun kəskin dəyişilməsi. 
6.
 
Müqavilə  pozulduqda,  zərərin  ödənilməsi  tərəflərin  çəkdikləri  faktiki 
xərclərə  uyğun  surətdə  həyata  keçirilir.  Zərərin  əvəzi  kimi  ödənilən  məbləğ 
turizm məhsulunun dəyərinin iki mislindən artıq ola bilməz. 
7.
 
səyahətin konkret şərtləri, turizm məhsulunun pərakəndə qiyməti turistə 
turoperator və ya turagent tərəfindən verilən turizm yollayışında göstərilir. 
277 


YEGANU S.T.. HACIYEV E. M. 
8.
 
Turizm yollayışı müqavilənin ayrılmaz hissəsi olmaqla, turoperato- run 
və  ya  turagentin  turizm  məhsulunun  satışına  yazılı  razılıq  və  onun  satıldığı 
faktını təsdiqləyən ilkin hesabat sənədidir. 
9.
 
Turist  göndərən  turoperatorla  və  ya  turagentlə  turist  qəbul  edən  tu- 
roperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında 
qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir. 
Maddə 10. Turoneratorlann. turagentlərin və turistlərin birlikləri 
1.
 
Turoperatorlar  və  ya  turagentlər  özferinin  sahibkarlıq  fəaliyyətinin 
əlaqələndirilməsi, həmçinin ümumi əmlak  maraqlarının təmsili və müdafiəsi 
məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş 
qaydada birliklər yarada bilərlər. 
2.
 
Turizm birliklərinə turizm sahəsinə aid olan təşkilatlar və müəssisələr 
daxil ola bilərlər. 
3.
 
Turistlər,  səyahət  vaxtı  istirahət,  hərəkət-yerdəyişmə  azadlığı 
hüquqlarını  həyata  keçirmək  məqsədilə  maraq  birliyi  əsasında  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ictimai birliklər 
yarada bilərlər. 
4.
 
Turistlərin  birliyinin  fəaliyyəti  turizmin  və  özfəaliyyət  turizminin 
təşkilinə və inkişafına, əhalinin turizm sahəsində maarifləndirilməsi, turistlərin 
hüquq və marağının müdafiəsi, turizmin infrastrukturu sahəsində təşkilatların 
fəaliyyəti  barədə  ictimai  rəyin  formalaşdıniması  və  digər  vəzifələrin  həllinə 
kömək etməyə yönəldilə bilər. 
Maddə 11. Azərbaycan Respublikasımn turizm ehtiyatları 
Azərbaycan  Respublikasının  turizm  ehtiyatlarının  təsnifatı  və 
qiymətləndirilməsi,  onların  mühafizəsi  rejimi,  Azərbaycan  Respublikasının 
turizm  ehtiyatlarının  bütövlüyünün  saxlanılması  və  onların  bərpası  üzrə 
tədbirlər, ətraf mühitə yol verilə bilən təsirin həddi nəzərə alınmaqla, turizm 
ehtiyatlarından 
istifadə 
qaydaları 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə müvafiq olaraq müəyyənləşdirilir. 
Maddə 12. Turistlərin təhlükəsizliyinin təmin edilməsi 
Turistlərin  təhlükəsizliyi  -  səyahət  müddətində  turistlərin  şəxsi 
təhlükəsizliyi və onların əmlakının qorunmasıdır. 
Turistlərin 
sığortalanması 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 
Turizm sahəsində müvafiq icra hakimiyyəti orqanı turistlərin getdikləri 
ölkədə  (müvəqqəti  olacaqları  yerdə)  onların  həyatını  təhlükə  altında  qoya 
biləcək  hər  bir  amil  haqqında  turoperatorlara,  luragentlərə  və  turistlərə 
məlumat və təlimat verir. 
278 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə