Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə93/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
XXX
 FƏSIL
 
30.1
 
TURİST BAZARI VƏ ONUN İŞTİRAKÇILARI. TURİST MƏHSULUNUN 
SATILMASI. MÜQAVİLƏ, PUTYOVKA, VAUÇER. 
Turist bazarı anlayışı, iqtisadi cəhətdən azad olan, turistlərlə (alıcılar) və 
turist  məhsulunu  satanlar  arasında  yaranmış  alqı-satqı  münasibətlərinin 
yaranmasıdır. Turist məhsulunu satanlar hüquqi və ya fiziki şəxs ola bilər. O, 
ona  məxsus  olan turist  məhsulunu  (ola  bilsin  paket  şəklində  və  ya  ayrı-ayrı 
xidmət növləri) alıcıya satır və əvəzində pul alır. Alıcılar - hüquqi və ya fiziki 
şəxs,  bazar  prosesinin  iştirakçısı  turist  məhsulunu  və  ya  mallarını  alaraq 
əvəzində pul verir. Turist məhsulunun satışı iki cür ola bilər: topdansatış və ya 
pərakəndə satış. 
Turist  bazannın  əsas  xüsusiyyəti  ondadır  ki,  turist  məhsulunun 
istehsalçısı və onun istehlakçısı demək olar ki, bir-birini görmür və tanımır. 
Kompleks turist məhsulu turistin yaşadığı yerdə satılır. Məhsulu alan turist onu 
istehsal  edən  ölkəyə  gəlməyincə,  məhsuldan  istifadə  etməyincə,  onun 
məhsuldan  xəbəri  olmur.  Turist  bazarının  bu  xüsusiyyəti  turist  məhsulunun 
satışını bir xeyli mürəkkəbləşdirir. Ona görə də, bu vəziyyətdən çıxmaq üçün 
turizmdə reklam-informasiya fəaliyyəti xüsusi rol oynayır. 
Turist  bazan  o  zaman  normal  işləyir  ki,  üç  əsas  şərt  təmin  olunsun: 
istehsalçılar  düzgün  bir-birilə  azad  rəqabət  apara  bilsin,  turist  məhsulunu 
hazırlayanların hamısı üçün eyni şərait yaransın, alıcıları seçmək üçün imkan 
olsun və hasil olunan məhsulun təhlükəsizliyi təmin olunsun. 
Turist məhsulunun satılması müqavilə əsasında yerinə yetirilir. Səyahətin 
şərtləri  və  qiyməti  putyovkada  göstərilir.  Deməli,  putyovka  özü  həmin 
müqavilənin ayrılmaz hissəsidir. 
Turist bazarını  əsas formalaşdıran  tələb  və  təklif  arasında  olan  optimal 
münasibətlərin  yaranmasıdır.  Bu  məsələ  haqqında  turizmin  marketinqi 
hissəsində  ətraflı  bəhs  etmişdik.  Lakin  bir  faktı  burada  qeyd  etmək  yerinə 
düşərdi. Turist təklifi ilə tələbi arasında yaranmış əlaqələr qarşılıqlıdır. Bu o 
deməkdir  ki.  əgər  tələbat  təklif  yaradırsa,  bəzən  təklif  özü  də  tələbata  təsir 
göstərir. 
Turist məhsulunu satan satıcı və alıcı turist bazarının iştirakçıları və eyni 
zamanda əməkdaşlarıdırlar (yəni partnyorlarıdırlar). Lakin onların məqsədləri 
müxtəlifdir;  yəni  satıcının  məqsədi  öz  məhsulunu  baha  qiymətə  satmaq  və 
çoxlu gəlir götürmək, alıcının məqsədi isə turist məhsulunu imkan daxilində 
ucuz almaq və səyahətə olan tələbatını ödəməkdir. Satıcının maksimum gəlir 
götürmək və alıcının almaq istədiyi məhsula minimum qiymət kəsmək arzusu 
bazarın tələb və təklif qanunu əsasında ta- 
260 


T U R İ Z M  
razlaşır.  Bazarda  çoxlu  azad  alıcıların  və  satıcıların  olması  rəqabət  yaradır. 
Əgər tələbat təklifdən çox olarsa, onda deyirlər ki, bazar satıcınındır. Yox, əgər 
əksinə olsa, yəni təklif tələbatdan çox olarsa, onda bazar alıcınındır. 
Müəyyən  müddətdə  bazarda  yaranmış  vəziyyətə  bazarın  konyunkturası 
deyilir. Bazarın konyunkturası haqqında turizmin marketinqi kursunda ətraflı 
danışmışdıq. 
Azərbaycanda  turizm  bazarı  tam  formalaşmamışdır.  Bunun  da  bir  çox 
səbəbləri var. Xarici turistləri Azərbaycan turist bazarına cəlb etmək üçün turist 
məhsulunun  qiyməti  ilə  keyfiyyətinə  ciddi  nəzər  salmaq  lazımdır.  Burada 
qiymətlə  keyfiyyət  arasında  uçurum  yaranmışdır.  Heç  də  təsadüfi  deyil  ki, 
minlərlə Azərbaycan vətəndaşı istirahət etmək üçün (450 min nəfər, 2000-ci 
ildə) xarici ölkələrə gedirlər və orada orta qiymətə yüksək səviyyədə xidmətlə 
rastlaşırlar. Hər xaricə istirahətə gedən Azərbaycan vətəndaşı orta hesabla özü 
ilə 500 $ pul aparırsa, bu ildə 225 mln .$ təşkil edir. Bu pullar xarici ölkələrin 
(bizim  turistlərin  getdiyi)  turizminin  inkişafına  qoyulan  sərmayələrdir. 
Halbuki. Azərbaycan turizminin özünün sərmayəyə çox böyük ehtiyacı var. Bu 
fakt onu göstərir ki, Azərbaycanda ölkə daxili və gəlmə turizmin inkişafına çox 
böyük ehtiyac var. 
Azərbaycanda  turist  məhsulunun  qiyməti  ilə  keyfiyyəti  arasında 
harmoniya  yaratmaqdan  ötrü  turizm  infrastrukturunu  müasir  texnologiya 
əsasında  müasirləşdirmək  lazımdır.  Bundan  ötrü,  külli  miqdarda  sərmayə 
qoyuluşu  lazımdır.  Bu  sərmayələr  ancaq  VİP  istirahət  mərkəzlərinin 
yaradılmasına yox, həm də orta təbəqənin istirahəti üçün tikiləcək obyektlərə 
sərf olunmalıdır. Azərbaycan dövlətinin hələ ki, belə imkanları yoxdur. Xarici 
investorlar ancaq neft sektoruna sərmayə qoyurlar ki, qısa müddətdə qoyduğu 
sərmayələri  və  üstəlik  gəlir  də  götürə  bilsinlər.  1995-2001-ci  illərdə  xarici 
investorlar Azərbaycanın neft sektoruna 7 mlrd $-dan çox sərmayə qoymuşlar. 
Azərbaycanın  daxilində  imkanlı  adamlar  var.  Onlar  öz  pullarını  xarici 
ölkələrdə biznes inkişafına sərf edirlər. Biznes sahəsində hüquqi baza lazımi 
səviyyədə inkişaf etmədiyinə və ölkədə korrupsiya olduğuna görə bu adamlar 
öz  kapitalını  itirmək  qorxusu  altında  turizm  sferasına  sərmayə  qoymaqda 
tərəddüd edirlər. 
Son  zamanlarda  Azərbaycanda  bir  çox  turist  mərkəzləri,  yeni 
mehmanxanalar. restoranlar və s. istirahət mərkəzləri tikilmişdir. Heç də sirr 
deyil ki. bunlar hamısı kütləvi turistlər üçün deyil. Bu turist ocaqlarında ancaq 
əhalinin 1-2 Vo-i istirahət edir. Müqayisə üçün. Avropa komissiyasının verdiyi 
məlumata  görə.  1998-ci  ildə  əhalinin  56  ‘^-i  məzuniyyət  vaxtı  istirahətə 
gedibdir. Skandina\ iya ölkələrində isə bu rəqəm 75 " l.-ə çatır. 
261 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə