Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə89/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   114

VEGANLI S.T.. HACIYEV E. M. 
bölüşdürür.  Praktikada  çox  vaxt  menecer  öz  səlahiyyətlərinin  bir  hissəsini 
tabeçiliyində olana verir və ona etibar edir. 
tik dəfə rəhbərlik stili problemini ədəbiyyatda K. Levin qaldırmışdır. O, 
stilin  üç  növünü  -  avtoritar,  demokratik  və  liberal  stillərini  təklif  etmişdir. 
Levinə görə, avtoritar stildə rəhbərlik bütün ixtiyarı öz əlində cəmləyir. Belə 
rəhbər tələb edir ki, iş haqqında vəziyyəti ətraflı ona məruzə etsinlər. işçilərlə 
az  əlaqədə  olur,  sərəncamlarında  qısa  və  konkretdir,  daim  əmr  və  sərəncam 
verməyi  sevir,  heç  vaxt  heç  nəyi  xalıiş  etmir.  Başqa  sözlə,  onun  idarəetmə 
üsulu  əmr  və  sərəncamlardan  təşkil  olunur.  Avtokrat  üçün  doğmalar  və 
sterioliplər  onun  təfəkkürünə  xalidir.  O.  qulluqçu  tərəfindən  göstərilən 
təşəbbüsləri bəyənmir. Avtokrat rəhbərlə işləmək insan üçün bir cəzadır. Onun 
ən çox sevdiyi cümlə, «biz səninlə işləyə bilmərik» cümləsidir. 
Demokratik stillə işləyən menecer məsələlərin çoxunu kolleqial həll edir, 
tənqidə  sağlam  reaksiya  göstərir,  təşkilatın  vəziyyəti  haqqında  məlumatları 
tabeçiliyindəki  işçilərə  çatdırır,  onlarla  rəftarı  mədənidir,  daim  işçilərlə 
ünsiyyətdədir.  Səlahiyyətlərinin  bir  hissəsini  başqa  mütəxəssislərə  verir  və 
onlara etibar edir. O tələbkar və ədalətlidir. Qərar çıxaranda kollektivin bütün 
üzvləri iştirak edir. 
Liberal  stili  olan  rəhbər  kollektivin  heç  bir  işinə  qarışmır,  işçilərə  tam 
müstəqillik  verir.  Belə  rəhbər  nəzakətlidir  və  lazım  olarsa,  əvvəlki  qərarını 
işçilərin xeyrinə ləğv etməyə hazırdır. Onlar işdə heç bir təşəbbüs göstərmirlər, 
mexaniki  olaraq  yuxarı  pillənin  sərəncamını  yerinə  yetirirlər.  İşçilərlə  olan 
rəftarının  yumşaq  olması  hörmət  qazanmağa  maneçilik  edir.  Li-  berallann 
təşkilatçılıq qabiliyyəti çox zəifdir, onlar tabeçiliklərində olanlara nəzarət edə 
bilmirlər.  Ona  görə  də  onların  idarəetmə  qabiliyyəti  zəifdir.  Beləliklə, 
idarəetmə stili qərar qəbul etmə texnologiyasıdır. 
Alman  tədqiqatçlan  rəhbərlik  stili  ilə  əmək  nəticələri  arasında  asılılıq 
tapmışlar və bu asılılığı QRİD sistemində qrafiki şəkildə göstərmişlər. 
QRİD setkasında menecerin öz səlahiyyətlərini yerinə yetirməsi qrafiki 
şəkildə  aydın  göstərilmişdir  (şək.  8).  Menecerin  fəaliyyəti  iki  ox  (X-Y) 
istiqamətində göstərilir; X - istehsala qayğı və Y - işçilərə qayğı oxudur. Bu iki 
bərabər ölçünün arasında  olan  qarşılıqlı  əlaqə  və  onun  formalaşdırdığı  idarə 
üsulu sxematiq olaraq on ballıq setkada göstərilmişdir. Ən aşağı bal 1 baldır, ən 
yuxarısı 10 baldır. Yerdə qalanı onların arasında olan əlavə qiymətlərdir. 
Bu  sistem  konkret  rəhbərlik  keyfiyyətlərinə,  səlahiyyətlərin  düzgün 
istifadə olunmasına, işgüzar kollektivin yaranmasına və idarəetməni xarak 
248 


T U R İ Z M  
terizə  edən  başqa  faktorlara  əsaslanır.  Rəhbərin  şəxsi  keyfiyyətlərini 
səciyyələndirən beş halı götürək: 
a)
 
1.9  -  bu  halda  -  istehsalata  qayğı  1  baldır,  yəni  ən  az,  əsas  fikir  isə 
verilir işçilərə, yəni 9 bal. 
b)
 
9.1 - 9 bal qayğı istehsalata. 1 bal isə işçilərə; bu halda menecer əsas 
fikri istehsalata verir və yaxşı nəticələr əldə etmək üçün işçilərə nəyi və 
necə etməyi sərəncam verir. 
c)
 
1.1- minimal qayğı istehsalata və ən az qayğı insanlara. Meneceri bu 
halda nə istehsalat maraqlandırır, nə də işçilər. O, ancaq öz iş yerini 
qorumaqdan ötrü çalışır. 
d)
 
5.5  -  bu  halın  fəlsəfəsi  rəhbərlə  işçilərin  sakit  sülhüdür,  yəni 
müəssisədə orta səviyyədir; «toxunma mənə, toxunmayım sənə». 
e)
 
9.9 - bu hal yüksək səviyyəc' həm istehsalata, həm də adamlara olan 
qayğıdır. Bu halın meneceri müəssisəni demokratik yollarla idarə edir 
və onun əmək göstəriciləri ən yüksəkdir. 
 

 

 

 

>S£
 
>> 
Я
 
3" 
n
 


 

1
 
 
 
у 
 
I
2
J
4
.
^
  6
7
8
4
 
İstehsalata qayğı 
f{. İılar.'tetm^ novhrini tsyin el так uçün QRİD setkası 
3. İdar.ıeltmnin elementim ((1тгшщ faktorları) 
İdarəetmə  çox  mürəkkəb  prosesdir,  lakin  onu  təsvir  etmək  üçün.əsas 
elementlərə  ayırmaq  olar.  Bu  elementlər  aşağıdakılardır:  təşəbbüskarlıq, 
məlumatlı olmaq, öz fikrini müdafiə etməyi və qərar qəbul etməyi bacarmaq. 
konlliktli  situasiyaların  həlli  və  tənqidi  analizi  aparmaqdır.  Bu  elementlərin 
6-sı da. kamil idarəetmə nöqteyi nəzərindən çox vacibdir. Onların heç biri o 
birini əvəz elmir. Bu elementlərin hər biri menecerin davranı 
2 4 9  


VEGANLI S. T.. HACIYEV E. M. 
şını  xarakterizə  edən  6  növ  əməliyyatdan  tərtib  olunur.  Bu  əməliyyatların 
vasitəsi ilə adamların bir-biri ilə əlaqəsini, təşkilatda müxtəlif məsələlərin həll 
etməsi  bacarığını,  idarəetmə  xüsusiyyətlərini  öyrənmək  olur.  Bu  davranış 
elementləri aşağıdakılardır: 
3.1.
 
Təşəbbüskarlıq  -  yeni  bir  iş  görəndə  özünü  göstərir.  Rəhbər, 
başqaları  ondan  qərar  gözləyəndə,  bu  təşəbbüskarlığı  göstərə  də  bilər  və 
göstərməyə də bilər. 
A.
 
Vəziyyət nə qədər tələb edirsə, mən bir o qədər də çalışıram. 
B.
 
Başqalarına kömək edirəm və onları dəstəkləyirəm. 
C.
 
Orta tempdə öz fəaliyyətimi davam etdirirəm. 
D.
 
Tabeçiliyimdə olanlar və o cümlədən, özüm aktiv fəaliyyət göstə 
rirəm. 
E.
 
Ciddi ölçü götürürəm və başqaları məni müdafiə edir. 
F.
 
Mənə sədaqətli olanlan müdafiə edirəm və mükafatlandırıram. 
3.2.
 
Bütün  xəbərlərdən  hali  olmao.  Rəhbərlərin  bəziləri  bu  hala 
böyük əhəmiyyət verirlər, bəziləri isə daxil olan məlumatları ikinci dərəcəli hal 
kimi qəbul edirlər. 
A.
 
Mən tabeliyimdə olanların verdiyi məlumatlarsız da keçinirəm. 
B.
 
Hər şeyin öz qaydasında olmağına inanmaq üçün mən fakt axta- 
nram. 
C.
 
Hər şeyi olduğu kimi qəbul edirəm. Dəlilləri fikir ayrılığı olduqda 
yoxlayıram. 
D.
 
Tabeliyimdə olanların səhvlərindən özümü qorumaq və vəziyyətə 
nəzarəti itirməmək üçün faktları və dəlilləri araşdırıram. 
E.
 
Başqasının verdiyi məlumatı yoxlayıram. 
F.
 
Məlumatı toplayır və onların düzgünlüyünü yoxlayıram. İşçilərimə 
diqqətlə  qulaq  asıram  və  onların  verdiyi  məlumatı  təhlil  edi-rəm, 
çalışıram həqiqəti ortaya çıxarım. 
3.3.
 
Öz mövqeyinin müdafiəsi. Bu hal müəyyən mövqelərin olmasını 
tələb edir. 
A.
 
Mən heç kəsin fikrinə şərik olmuram və öz fikrimi də açıqlamıram. 
B.
 
Mən başqalarının fikrini nəzərə alıram, lakin öz əlavələrim də olur. 
C.
 
Mən öz fikrimi açıqlayıram və başqalarının fikrinə tənqidi yanaşı 
ram. 
D.
 
Başqalarının fikrinə zidd olsa da, mən öz fikrimi müdafiə edirəm. 
250 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə