Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə90/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   114

t U R t Z M  
E.
 
Mən həmişə öz fikrimdə qalıram və başqalarına da qulaq asıram. 
F.
 
Mən öz fikrimi açıqlayıram, lakin onu dəyişə də bilərəm, əgər başqa 
bir ağıllı fikir olsa. 
3.4
 
Konfliktlərin həlli. Konflikti həll edə bilən menecer hörmət qazanır, 
həll edə bilməyən isə hörmətdən düşür. 
A.
 
«Hörmətimi» saxlayıram və konfiliktə qarışmıram. 
B.
 
Konfliktdən qaçıram, lakin baş verəndə çalışıram tərəfləri 
«sakitləşdirəm». 
C.
 
Konflikt baş verəndə mən tərəfləri razı salan mövqe tuturam. 
D.
 
Çalışıram konfliktin qabağını alam, ondan ötrü öz fikrimə üstünlük 
verirəm. 
E.
 
Konflikt baş verəndə mübahisələri kəsirəm və tərəflərə onların 
fikirlərinə görə öz təşəkkürümü bildirirəm. 
28.3.
 
QRİD SİSTEMİNDƏ MENECERLƏRİN İDARƏETMƏ 
FƏALİYYƏTLƏRİNİN XÜSUSİYYƏTLƏRİ 
9,1
 
növlü menecerin davranış xüsusiyyətləri. 
Bu  cür  menecerdə ən  çox istehsalata  qayğı  (9  bal)  və  işçilərə  qarşı  isə 
qayğı  ən  az  (1  bal)  olur.  9.1  tipli  menecer  belə  hesab  edir  ki,  əgər  insanlar 
möhkəm nəzarət altında olarlarsa, ancaq onda yaxşı işləyərlər. Bu tipli menecer 
istehsalatı  yaxşı  bilən  pedant  mütəxəssisdir.  Onun  aləmində  «insan 
faktorunun»  istehsalata  qarışmasının  heç  bir  mənası  yoxdur.  Onun  fikri 
belədir: «Mən müstəqil qərar qəbul edirəm və mənim qərarıma heç kəs təsir 
göstərə bilməz». Bu cür rəhbər hakimiyyəti öz əlində cəmləyir və müəssisədə 
hamının  ona  tabe  olmasını  tələb  edir.  Bu  tipli  menecerin  idarəetmə  ziimanı 
davranış elementləri aşağıdakılardır: 
Konfliktlərin həlli.  Konflikt  baş  verəndə o,  tərəflərə nə  etməyi  konkret 
göstəriş verir. Kimin fikri onunku ilə düz gəlmirsə, o. onu tabe olmamaq- da 
günahlandırır.  Konflikt  baş  verəndə  o.  tərəflərin  gətirdiyi  dəlillərlə 
hesablaşmır, onun fikrinin əsas olmasını iddia edir. Konfliktləri həll edəndə 
o.  tərəflərə təzyiq göstərir və var-qüvvəsi ilə öz ideyasını müdafiə edir. 
Təşəbbüskarlıq. Bu cür menecer həddən artıq təşəbbüs göstərir, lakin bu 
təşəbbüs  ancaq  menecer  tərəfdən  göstərilir:  «hər  şeyi  mən  dediyim  kimi 
etməlisən».  Belə  menecer  təsəvv^ür  edir  ki.  adamların  fəaliyyətini 
məhdudlaşdırmaq 
rəhbərin 
gücünü 
göstərir, 
tabeçiliyindəkilərlə 
məsləhətləşmək rohbərin zəifliyini göstərir. Bir də ki. adamlar adət ediblər ki. 
kimsə onları idarə etsin. 
2.SI 


VEGANLI S.T.. HACIYEV K. M. 
Məlumatlı  olmaq.  9.1  tipli  menecer  həvəslə  müxtəlif  miqdar  və  həcm 
faktorlannı toplayır. O deyir: «Mənə ancaq faktlar lazımdır». Lakin o. işçiləri 
təhlil aparmağa və öz fikirlərini təklif etməyə qoymur. O, başqalarının haqlı 
olmasını qəbul etmir, hər bir yeni məlumatı təhlükə ilə qarşılayır və qorxur ki. 
bu məlumatlar ona yeni problemlər yarada bilər. 
Öz  fikrinin  müdafiəsi.  9.1  tipli  menecer  hər  hansı  bir  məsələyə  öz 
münasibətini ətrafındakılara açıqlayır. O. həmişə öz ideyalarını açıq nümayiş 
edir. O, «ürəyi açıq» və səmimi adamdır. Eyni zamanda, bütün hadisələrə «ağ 
və  qara»  fəlsəfəsi  ilə  yanaşır.  O,  söz  danışanda  «vəssalam»,  «heç  vaxt», 
«dünyasında  ola  bilməz»  -  sübutu  mümkün  olmayan  sözlər  işlədir.  Onun 
fikrincə,  mülahizələrdə  ehtiyatlı  olmaq  zəiflik  əlamətidir.  O,  tabeçiliyində 
olanların  arqumentlərinə  heç  vaxt  qulaq  asmır  və  onları  başa  düşməyə 
çalışmır. 
Qərar Qəbulu. 9.1 tipli menecer qərarı tək qəbul edir və bu barədə heç 
kimə qulaq asmır, belə hesab edir ki, bundan ötrü onun kifayət qədər biliyi. 
təcrübəsi  və  səlahiyyətləri  vardır.  O.  qərar  qəbul  etməkdə  heç  kəslə 
hesablaşmır  və  prosesdə  heç  kəsi  yaxınına  buraxmır.  Öz  qərarını  heç  vaxt 
dəyişmir. 
Tənqidi təhlil. Verilən tapşırıqların icrasına nəzarəti 9.1 tipli menecer öz 
əsas  vəzifəsi  hesab  edir.  Lazım  olan  məlumatlan  icraya  nəzarət  zamanı 
toplayır. Lazım olan məlumatları topladıqdan sonra o. səhvləri düzəltməyə və 
tabeliyində  olanlar  tənqid  eləməyə  başlayır.  Burada  onun  məqsədi. 
tabeçiliyində  olanları  borclu  çıxartmaq  və  işi  apara  bilməməkdə 
günahlandırmaqdır.  Bu  cür  rəhbər  işçilərə  buraxılan  səhvləri  düzəltməyə 
kömək etmir və çalışır ki, onları öz iradəsinə sözsüz tabe etsin. 
1.9
 
tipli menecerin idarəetmədə davrantş qaydaları. 
1.9
 
tipli  menecerin  idarəetmə  təmayüllərində  istehsalata  qayğı  1  bal. 
insanlara  qayğı  isə  ən  maksimaldır  (9  bal).  Bu  menecer  belə  fikirləşir  ki, 
istehsalata  göstərilən  qayğı  çox  vaxtı  insanların  marağının  əleyhinə  olur. 
Menecer belə fikirləşir ki: «Adamlar əşya deyil, onların qiymətini hər hansı 
şkala ilə ölçmək oirnaz». ona görə də, insanların ideyası və hissiyyatı ondan 
ötrü  I  dərəcəlidir.  Bu  sözləri  əsas  tutaraq  1.9  tipli  menecer  işçilər  üçün 
müəssisədə lazım olan şəraiti yaratmağa çalışır. İdarəetmə funksiyasını o elə 
yerinə  yetirir  ki.  kollektivdə  dostluq  və  yoldaşlıq  atmosferi  yaransın.  Onun 
iradəsindən asılı olmayaraq istehsalata qayğı azalır. O, adamlara 
\:>2 


T U R t Z M  
qarşı  İşdə  tələbkar  olmur.  Ona  görə  də  işçilər  başa  düşürlər  ki,  onların 
rəhbərinin «ürəyi yumşaqdır» və belə rəhbərin hörməti işçilər arasında olmur. 
1.9
 
formulasınm mənfi cəhəti ondadır ki, işçilər bu meneceri saymırlar. 
Bu  isə  menecerin  özünə  mənfi  psixoloji  təsir  göstərir.  1.9  tipli  menecerin 
davranış elementləri aşağıdakılardır: 
Münaqişələrin  həlli.  Bu  menecer  münaqişələri  sevmir,  o,  dostluq 
mühitinə ziddir. Lakin münaqişələr baş verəndə bu cür menecer ətraf- dakılann 
tərəfini  saxlayır.  Onun  yaddaşı  çox  zəifdir.  Belələri  vacib  işlərin  yerinə 
yetirilməsində çox etibarsız olurlar. 
Təşəbbüskarlıq.  Bu  cür  menecer  başqalarına  köməyə  gəlməyə  həmi-şə 
hazırdır.  O.  tabeliyində  olanların  təşəbbüsünü  qəbul  edir,  lakin  özü  belə  bir 
addımı  atmaqdan  çəkinir,  ona  görə  ki,  hər  hansı  bir  işi  başlayıb  və  sona 
çatdırmağa  onun  iradəsi  çatmır.  O  qorxur  ki,  onun  hərəkətlərini  düz  başa 
düşməzlər.  Düzdür,  bu  tipli  menecerlərin  çoxu  özlərini  aktiv  və  səriştəli 
göstərirlər,  lakin  bu  illüziyadır.  Məsələ  bundadır  ki,  onlar  başqasının 
təşəbbüsünə tez qoşulurlar. 
Məlumatlanma.  Onlar  bütün  yenilikləri  öyrənmək  istəyirlər,  lakin  bu 
məlumatların dərinlikləri, məsələni həll  edəndə,  onlan  çox az  maraqlandırır. 
1.9 tipli rəhbər, ümumiyyətlə, adamlara diqqətlə qulaq asırlar, lakin bütün baş 
verənləri səthi qəbul edirlər. 
Öz  ideyasının  müdafiəsi.  1.9  tipli  menecer  öz  fikrini  çox  zəif  müdafiə 
edir, əgər hər hansı bir məsələni qaldırırsa, onu çox qanşıq və qeyri-müəy- yən 
təsvir edir ki. başqalarında mənfi təsir oyanmasın. Ona görə 1.9 tipli meneceri 
etibarlı adam kimi qarşılayırlar. 
Qərar qəbulu. 1.9 tipli menecer üçün ciddi problemdir, ələxxüsus bunu 
yuxarılar tələb edəndə baş verir. Öz işçiləri ilə yaxşı münasibət saxlamaq üçün 
o.  onlara  deyir  ki,  bu  qəran  «yuxanda  qəbul  ediblər,  istər-istəməz  yerinə 
yetirmək lazımdır». 
Tənqidi  təhlil.  1.9  tipli  menecer  problemlərin  müsbət  cəhətlərini  qeyd 
etməyi sevir və istəyir ki. kollektivdə yaxşı əhval ruhiyyə yaratsın. 
9.9
 
fonntılalt menecerin idarəetmə üsulunda fəaliyyəti 
Bu  cür  menecer  həm  istehsala  (9  bal),  həm  də  işçilərə  yüksək  qayğı 
göstərir  (9  bal).  Başqalarından  fərqli  olaraq  bu  cür  menecerdə  təşkilatın  və 
kollektivin  maraqları  arasında  heç  bir  daxili  ziddiyyət  yaranmır.  Əksinə,  iki 
seçimin sintezi yaranır. Bu sintezin səviyyəsi firmanın maraqlarına uyğun olur 
və işçilərin tələblərini də ödəyir. Belə olduğu halda, firmanın hər bir işçisinin 
iştirakı onun işində maksimaldır. 
2S' 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə