T U R İ Z M
dırlar. Lakin lüks şəraiti onları maraqlandırmır. Təbiəti və sakitliyi çox
sevirlər:
❖ Ailəvi turistlər. Bu qrupa ailə üzvləri və uşaqlar aiddir. Onlar ailə
şəraitində dost və tanışların iştirakı ilə sakit və rahat şəraitdə istirahət etməyi
sevirlər. İstəmirlər ki, istirahət zamanı kimsə onlara maneçilik etsin. Bəzən
özləri özlərinə
xidmət edirlər;
Passiv istirahət edənlər. Bu qrup üçün istirahət hamısından vacibdir;
onlar çox yatır, dadlı və çoxlu yeməklər yeyirlər və qısa məsafələrə gəzintiyə
çıxırlar. Sakitliyi çox sevirlər, onların adətləri və rejimləri pozulanda çox
narahat olurlar.
Ona görə ki, onlar eksperimenti sevmirlər.
25.2
TURİZMDƏ MENECMENTİN YARANMASI VƏ İNKİŞAFI
TARİXİNDƏN
Turizm bir elm kimi çox cavandır. Lakin onun kökləri qədim zamanlara
bağlıdır. Tarixdən bizə məlumdur ki. ilk səyyahlar (beş min il bundan əvvəl)
zəvvarlar olmuşlar. Sonralar isə səyahətçilər, tacirlər və s. onlara qoşulmuşlar.
Onların əməllərində müasir turizmin əlamətləri var idi: yaşadığı yeri tərk edib
başqa yerə getmək, heç bir zamandan və məkandan asılı olmayaraq başqa
torpaqlarla və millətlərlə tanış olmaq və s. Lakin müasir turizmin elmi baxışları
bu ilk səyahətləri turizm səfərləri kimi qəbul etmir. Ona görə ki, bu
səyahətlərdə müasir turizm üçün vacib element sayılan «səfərdən həzz almaq»
elementi yox idi. Əksinə, bu səyahətlər, qədim yer dəyişmələr məcburiyyətdən
doğurdu və çox vaxt da həyat üçün təhlükəli olan hadisələrlə dolu olurdu.
Nəhayət, bu cür səfərlər müəyyən bir məqsədə çatmaq üçün olurdu: ticarət,
dini, yeni torpaqları kəşf etmək məqsədini güdürdü. Bu məqsədlərin tərkibində
keyf. əyləncə, səfərdən həzz almaq yox idi. Odur ki. bu gün heç kəs deyə
bilməz ki, turizmin menecmenti nə vaxt yaranmışdır. Ümumi formada
götürsək, insan cəmiyyəti yaranan vaxtdan o cəmiyyətin idarə olunmasına
ehtiyac olmuşdur. Hələ ilk insan cəmiyyətlərində istedadlı şəxslər olmuşlar ki.
onlar bu cəmiyyətlərə başçılıq etmiş, onların siyasi, iqtisadi və sosial
problemlərini idarə etmişlər. Onların müdafiəsinə rəhbərlik etmişlər.
Turizmin menecmentinin inkişafını 4 əsas mərhələyə bölmək olar: 1
mərlıələ qədim zamanlardan XIX əsrə qədər olan dövr. II - 1800-1917-ci illər.
III - 1917-1990-cı illər və nəhayət. IV mərhələ 1990-cı ildən bu vaxta kimi. Bu
mərhələlər nəqliyyatın formalarının
dəyişmələri ilə əlaqədar ol
2 1 9
YEGANLI S.T.. HACIYEV E. M.
muşdular;i piyada, atla, paravozla, avtomobil təyyarə ilə yer dəyişmələr
turizmin inkişafına ciddi təsir göstərirdi.
j III mərhələ (1917-1990) turizmin menecmentinin yüksəlişi və inkişafı
dovrü olmuşdur. Yeni nəqliyyat formalarının yaranması turistlərin bir yerdən
başqa yerə daşınmasını asanlaşdırmış, tezləşdirmiş və bunlar da turizmin
kütləvi formaya çevrilməsinə kömək etmişdir. /
I mərhələ (ən qədim dövr) bütün dövrlərdən uzun olmuş, e.ə. IX-VII
minilliklərdən başlayaraq XVIII əsrə qədər davam etmişdir.
«İdarəetmə» - ayrıca bir elmə çevrilməkdən ötrü əsrlərdən bəri insanlar
təcrübə toplamışlar. E. ə. 3000-2800 illərdə qədim Misirdə ölkəni idarə etmək
üçün inkişaf etmiş dövlət aparatı yaranmışdır (dövlət mə-murları, yazı
yazanlar, münəccimlər və s.). Məlumdur ki. Yaxın Şərqdə təşkil olunmuş ən
qədim dəniz səyahətlərindən biri kimi (e.ə. 1505-1484 illər) Misirin kraliçası
Xatşepsutun mələklər ölkəsi - Punta təşkil etdiyi səyahəti hesab etmək olar. Bu
ölkə Afrikanın şərqində yerləşir.
Qədim yunanlar hələ e.ə. VIII əsrdən səyahətlərə başlamışdılar. Onlar
qədim Olimpiya oyunlarında iştirak və tamaşa edərdilər. Romada Olimpiya
oyunlarına gələn qonaqları yerləşdirmək üçün böyük evlər tikilərdi. Hələ o
zamanlardan Olimpiya oyunlarına gələn qonaqların məqsədi yeganə idman
deyildi. Onlar əylənməyə də vaxt tapırdılar.
Yunan sivilizasiyasının çiçəklənən dövründə şəhərlər və ölkələr arası
əlaqələr yaranmış, bu da turizm mərkəzinə bənzər mərkəzlərin yaranmasına
səbəb olmuşdur. Bütün Elladadan Olimpiya oyunlarına gələn iştirakçı və
tamaşaçıların toxunulmazlığı bütün ölkələrdə təmin olunardı. Yuxarı
təbəqələrin nümayəndələri «Böyük səyahət» adlı səfərlərə çıxardılar. Bu
səyahətlər haqqında XVII əsr ədəbiyyatında ətraflı məlumatlar verilmişdir.
Sonralar orta təbəqə də belə səfərlərdə iştirak edirdi. Gənclər arasında
Fransaya, İtaliyaya. İspaniyaya və Yunanıstana uzun müddətli səfərlər dəbə
düşmüşdür.
I dövr səyahətləri və onların idarə olunması I hissədə, «turizmin tarixi»
kursunda ətraflı öz əksini tapmışdır.
S,vmyehşm,ı dövründə turizm menecmentinin inkişafı
XVIII əsrin axırlarında Avropa ölkələrində sənaye inqilabları baş verir.
Sənayenin sürətlə inkişafı iqtisadiyyatın dirçəlməsinə və o cümlədən turizmin
inkişafına təkan verir. Bu dövrdə sənaye inkişafı ilə əlaqədar şəhərlərdə
əhalinin miqdarı sürətlə artmağa başlayır. Qısa bir zamanda (100 ildə) əhalinin
miqdarı Planetdə 2 dəfə artmış və (18.30-1930) 2
mlrd nəfərə
220