T U R İ Z M
2000-ci ildə 1999-cu ilə nisbətən QSR-də bronlaşdırma 11,4 % artmış, 48
mln (hərəsinin orta hesabla qiyməti 130 $ olan) əlavə bronlaşma üçün sifariş
qəbul olunmuşdur. Mehmanxana şəbəkəsinə daxil olmayan mehmanxanalar
QSR-ə eksklüziv olaraq provayder kompaniyasının təqdimatı ilə daxil ola
bilərlər. Provayder kompaniyasımn bundan ötrü hüquqlan və texnologiyası
olmalıdır.
Beynəlxalq səviyyədə mehmanxanalann məhsulunu hərəkətə gətirmək
üçün «Qlobal Marketinq Proqramı» hazırlanmışdır. Proqrama uyğun hər hansı
bir oteldə (yerləşməsindən asılı olmayaraq) «Best Eastern Hotels» vasitəsilə
bronlaşdırma aparmaq mümkündür. Otel Best Eastern burada provaydinq
(vasitəçi) rolunu oynayır. O, Rusiyada «Akademser-vis- DMC» kompaniyası
ilə birgə fəaliyyət göstərir. «Akademservis-DMC» tur bizneslə QSR
sistemində 1993-cü ildən işləyir. O, MDB və Baltika məkanında olan
mehmanxanalann ən böyük pravayderidir. 15 ölkədən 100 şəhərdən 300
mehmanxananı QSR sisteminə təqdim etməyə ixtiyarı var. O, mehmanxanaları
«qızıl dördlüyə» daxil olmağa vasitəçilik edir, özü də I ay üzvlük haqqı tələb
etmir. Bron sifarişlərini QSR-ə TİSKO kompaniyasından alır.* Dünya üzrə
elektron bronlaşdırma sifarişlərinin 70 %-i TİSKO kompaniyasına daxil olur.
Belə sifarişlər daxil olan kimi avtomatik olaraq onlan QSR sistemində olan
mehmanxanalara göndərir. Bununla da. mehmanxanalarda müstəqil idarə
etməyə şərait yaradılır. QSR-ə daxil olmaq üçün mehmanxananın meneceri
Best Eastern Hotelinə xüsusi anketlə birlikdə məktub yazır. 20 gündən sonra
məktub göndərən mehmanxanaya elektron bronlaşdırma sifarişləri daxil ola
bilər. Dünya üzrə 500 min terminalın hər biri mehmanxanaya bronlaşdırma
haqqında sifarişlər göndərə bilər.
24.2
MDB VƏ BALTİKA MƏKANINDA OTELLƏRİN REGİONAL
SİSTEMDƏ HƏRƏKƏTƏ GƏTİRİLMƏSİ PROQRAMI
Regional marketinq proqramı çərçivəsində bu məkanda olan
mehmanxanalar bronlaşdırma üçün SİRENA ~ sisteminə qoşula bilərlər. Bu
sistem SSRİ-də yaranmış və aviabiletlərin bronlaşdınlması üçün istifadə
olunurdu. 2000-ci ildən bu sistemdə turist xidmətləri satılmağa başlanmışdır.
Turist bazarı kimi «SİRENA» aşağıdakı xüsusiyyətlərə malikdir:
^ SSRİ məkamnda informasiya mərkəzləri olan mehmanxanaların 70 %-ni
əhatə edir, özü də qapalı sistemdir. Bu o deməkdir ki. heç kəs sistemə
müdaxilə edə bilməz.
‘I'isko konıpaniyası buruda pcrckiyuçatcl rohınıı oynayır.
207
YEGANLI S.T.. HACIYEV E. M.
Aktiv hava yollan olan və aviabilet satan şəbəkədir. 7,5 min avia- kassası
və 20 min kassiri var.
^ Dünyanm 23, Sovet İttifaqının 15 ölkəsini əhatə edən ərazidə fəaliyyət
göstərir.
İldə 18 mln $ gəliri olan (2000 il) turist xidmətlərinin satışını təmin edir.
Regional proqram çərçivəsində, İnternet texnologiyasından istifadə edən hər
hansı bir mehmanxana iki proqramda iştirak edə bilər: Qlobal Marketinq
Proqramı və İnternet Marketinq Proqramı. Qlobal Marketinq Proqramı
(Qlobalnaya Sistema Rezervirovaniya) haqqında başlanğıcda ətraflı damşdıq.
İnternet Marketinq Proqramı isə 2002-ci ildə tərtib olunmuşdur. Onun
haqqında bir az ətraflı danışmağa ehtiyac var.
İnternet Marketinq Proqranu - 2002
Bu proqram MDB və Baltika məkanında yerləşən otellərin məhsulunu
qlobal İnternet şəbəkəsində hərəkətə gətirməkdən ötrü yarannuşdır. Bundan
ötrü, otellər Best Eastem Hotels (bu otelin elektron ünvanı:
www.tourintel.ru;
www.acas.ru
) və onun kompanyonu olan Rusiya şirkəti
«Akademservis DMS» idarələrində olan İnternet saytlardan istifadə edə
bilərlər. Bu sa54lar İnternet şəbəkəsində çox məşhurdular, onlann
informasiyaları çox aktual, turist xidmətlərinə yönəlmiş və iki dildə şərh olunur
- rus və ingilis dillərində. Bu saytlardan istifadə etmək çox asandır. Bu
proqramın çərçivəsində otellərin hərəkətə gətirilməsi 3 variantda ola bilər:
1.
Standart təadim olma - otel haqqında ümumi ilk məlumat,
otelin ümumi şəkli, göstərilən xidmətlərin siyahısı, onların qiymətləri. Otellə,
standart məlumatla tanış olmaq müştəriyə və agentliyə qərar qəbul etmək üçün
ümumi məlumat verir.
2.
Otelin genis təqdimatı. Otelin standart təqdimatından əlavə,
onun haqqında yeni səhifələrdə geniş məlumatlar, şəkillər və otelin şəhərdə
yerləşən bannerləri haqqında məlumatlar verilir. Otelin banner reklamı
alıcıların şəhərdə olan başqa (şəbəkəyə aid olmayan) mehmanxanalara olan
marağından doğur. Otelin banner reklam lövhələrinə bəzən şəhərin küçələrində
də rast gəlmək olur. Lakin İnternetdə olan banner reklamı tamamilə başqa
şeydir. Fərq ondadır ki, İnternetdə rast gəlinən banner otel xidmətləri əgər
müştərinin xoşuna gəlirsə, düyməni basmaqla sifariş verib onları almaq olar.
Otelin standart təqdimindən fərqli olaraq geniş təqdinıatmda otel istədiyi
dizaynı seçə bilir, istədiyi məlumatı genişləndirə bilər. Şəhərə həsr olunmuş
banner mehmanxanaları şəhərin 3 başqa banner oteli ilə bir paketdə verilir.
2 0 8
T H R ! Z M
3.
Proqram - 2002-nin reklam kompaniyası - aktiv və proqressiv
xidmətləri satmaq üçün lazım olan kompaniyadır. Bu kompaniya otellər
haqqında məlumatları müxtəlif İnternet sistemlərində yerləşdirməyə imkan
yaradır. Bu məlumatları reklam oteli olan Best Eastern Hotels və onun
partnyorlarının saytlarında, axtarış serverlərində, yeni məlumat bloklarında və
telekonfranslarda yerləşdirmək olar. İnternet reklamı, adi reklamlardan çox
fərqlənir. İnternet reklamında İnternet texnologiyasını yaxşı bilən və
İnternetdən istifadə edənlərin psixologiyasını öyrənən menecerlər lazımdır.
«Best Eastern Hotels» kompaniyasının menecerləri turist xidmətlərinin və
turist mallarının İnternet reklamında və satılmasında mükəmməl təcrübəyə
malikdirlər.
24.3
MARKETİNQ İNFORMASİYASI VƏ ONUN NÖVLƏRİ
Marketinq informasiyası anlayışı vo bu anlayışın kateqoriyaları
Bazar iqtisadiyyatının bərpa olunması turizm sahəsində istehsalatbiz- nes
fəaliyyətinə marağı artırmışdır. Turizm fəaliyyətində, kəskin rəqabətin hökm
sürdüyü məkanda marketinq informasiyası mühüm rol oynayır. Marketinq
informasiyası nə deməkdir və o reklam informasiyası ilə necə əlaqədardır?
Məlumdur ki, «market» bazar deməkdir (burada söhbət turist bazarından
gedir)*. Deməli, marketinq informasiyası turizm bazarındakı vəziyyəti şərh
edir. Bazarda olan situasiyanı bilmədən «kor-koranə» turist məhsulunu satmaq
qeyri-mümkündür.
Marketinq fəaliyyəti turizmdə turizm məhsulunun istehsalçısından alıcıya
çatdırmaqla məşğuldur. Əvvəlki mühazirələrdə qeyd etmişdik ki, turizmdə
informasiya da bu məqsədi güdür. Bu iki anlayışın bəs fərqi nədədir? Onların
fərqi ondadır ki. marketinq anlayışı daha genişdir. Turist bazarı nəhəng və
ucsuz-bucaqsızdır. Bu cür bazarlardan «baş çıxarmaq» və səmərəli fəaliyyət
göstərmək üçün informa,siya lazımdır. Marketinqlə informasiya bir-birilə sıx
bağlıdır.
Beləliklə, marketinq informasiyası maliyyə sərvətləri kimi, təcrübəli
personal kimi və bəlkə də. onlardan artıq turizm məhsulunu satmaqdan ötrü
lazımdır.
Turizmi əhatə edən mühit və hadisələr çox dəyişkəndirlər. Belə şəraitdə
turist məhsulunu hərəkətə gətirmək dəqiq informasiyanın olmasını tələb edir.
Belə məlumatların olmaması riskə və fəaliyyətin dayandırılmasına gətirir. O
firma bazarda uzun müddət müvəffəqiyyətlə fəaliyyət göstərə
Tııri/min maı kcliiK]i>>
-
lurizmin hazar loaliw.^li ılcmokciir.
2Ö9
Dostları ilə paylaş: |