YEGANLI S.T.. HACIYEV E. M.
Turist xidmətlərindən istifadə edən ölkələr turist mərkəzinə nə qədər
yaxın olarlarsa, bir o qədər də istirahətin şərtləri haqqında kataloqda ətraflı
məlumatlar olmalıdır. Uzaq ölkələr üçün isə, məlumatlar ümumi formada ola
bilər, lakin turist mərkəzinə necə gəlmək lazım olduğu haqda ətraflı
göstərilməlidir.
Kataloqu hazırlayan zaman başqa ölkələrin milli xüsusiyyətlərini nəzərə
almaq lazımdır. Məsələn, ingilisləri mütləq havanın temperaturu, yağışın olub
olmaması maraqlandırır, fransızları dadlı yeməklər, amerikalıları tikilən
binaların qiyməti və s.
Ölkə daxili mədəniyyət nümunələri ola bilsin ki, xarici turistləri heç
maraqlandırmasın. Bu ədəbiyyatdan götürülmüş bəzi misralara və atalar
sözünə aiddir. Xarici dilə çevirəndə onlar öz mənasını itirirlər. Ona görə də
kataloqun mətnini xarici dilə o adam çevirməlidir ki, xarici dil ona öz ana dili
qədər tanış olsun. Tərcümə zamanı bəzən belə olur; öz dilimizdə olan qüvvətli
arqumentlər xariciləri dəhşətə gətirir. Məsələn, bir çox xalqların əyləncəsi olan
Korridanın bütün elementləri tərcümə zamanı mətndən tamam çıxarılmalıdır,
göyərçin ovu və ya bildirçin ətindən paştet ingilislər üçün dözülməzdir.
İliüstrativ matcriallavın kataloqda verilnmi
Kataloqda illüstrasiya materiallarının verilməsində məqsəd alıcıların
diqqətini turist məhsuluna cəlb etməkdir. Lakin bu cür materialların kataloqda
yerləşdirilməsi kataloqun hazırlanmasının maya dəyərini çoxaldır. Ona görə
də, turoperator otellərlə və fotoqraflarla sıx əməkdaşlıq etməlidir. İlk növbədə
turistin motivlərinə təsir göstərən iri planlı fotolar lazımdır. Göstərilən şəkillər
şən və firavan həyatı təsvir etməlidirlər. Burada xırda detalların böyük
əhəmiyyəti ola bilər. Bu xırda detalların incəliklə verilməsi kataloqun təsir
qüvvəsini çoxaldır. Məsələn, şəkildə restoran təsvir olunur: dümağ təmiz süfrə
üzərində gözəl qaydada servirovka, ətrafında üzügülər restoran işçiləri, hər
saniyədə gələn turistlərə xidmət etməyə hazır vəziyyətdə, bir az kənarda
orkestr, oxuyanlar, stollarda gül-çiçək. Bu fotoya baxan müştəri özünü o gözəl
atmosferdə, gül-çiçəyin ətrafında istirahət etdiyini təsəvvür edir. Fotoşəkildə
yaxında olan dənizin və ya basseynin də bir hissəsi görsənir. Bu şəkil
identifikasiya fenomeni yaradır, yəni müştəri özünü axşam, orkestrin
musiqisinə qulaq asan və gül-çiçək arasında istirahət edən biznesmenlə
müqayisə edir. Müasir kataloqların üstünlükləri on
1 9 8
T U R İ Z M
dadır ki, onlar müştəriləri inandıra bilməlidirlər ki, cənnətin olması realdır;
«istəsəniz siz də cənnətə düşmək arzusuna çata bilərsiniz». Kataloqun tirajı
çoxaldıqca, 1 nüsxəsinin qiyməti aşağı düşür. Tiraj nə qədər böyük olarsa, o
qədər də çox turistlərin diqqətini cəlb edər və o qədər də çox turist məhsulu
satıla bilər.
Reklam kataloqunun mətbdddə hazırlanması uçun
sifarişin tDrtib olunması
Kataloqu mətbəədə çap etmək üçün sifariş hazırlamaq lazımdır. Bu
sənəddə aşağıdakı məlumatlar olmalıdır: tiraj, format, vərəqdə sətirlərin sayı,
rənglər: ağ-qara, 2 rəngli, tam rəngli. Rəngləri rəqəmlərlə ifadə edirlər: 4+0, 1
+ 1 və s. I rəqəm - I vərəqdə rənglərin sayı, II - həmin vərəqin arxasında kağızın
növü, vərəqlərin bir-birinə birləşmə qaydası (tikilmə və ya yapışqanla
birləşmə), sifarişin hazırlanma müddəti göstərilir. Misal üçün «Vestnik
RATA» jurnalının hazırlanması üçün verilən sifarişi nəzərdən keçirək:
1.
Çapın forması - ofset
2.
Format-A4
3.
I vərəq - 4+4, matovo kağız
4.
Daxili blok - 2+2, 32 sətir, kağız - matovo kağızdır. Jalerie Art, 90
q/kv.m
5.
Birləşməsi - skrepka ilə
6.
Çap mətbəəsinin plyonkasından
7.
Tiraj-5000
8.
Hazır olma tarixi - 7-12 gün
Turoperator və turagentliklərin əməkdaşlıq təcrübəsi göstərir ki, kataloq
öz vəzifələrini optimal dərəcədə yerinə yetirmək üçün müəyyən tələblərə
uyğun gəlməlidir. O tələblərdən bir neçə əsası, məlumatlandırma dərəcəsi,
kataloqlardan istifadənin sadəliyi, verilən məlumatların dəqiqliyi və
turoperator və turagent əlaqələrinin dəqiq və aydın qurulmasıdır.
Turagentliklərlə əlaqələrin forma və şərtləri düşünülmüş formada öz
əksini bağlanmış müqavilələrdə tapmalıdır. Əgər turagentə satışdan ko-
mission mükafatlandırma aynlırsa, onun miqdarı göstərilməlidir, kataloqun
axırıncı səhifələrində «turların turagentlərə və müştərilərə ümumi satış
şərtləri» çap olunur. Bu şərtlər konkret və bütün turlar üçün eyni qaydada
olmalı və mehmanxanaların, nəqliyyatın və restoranların da tələblərini nə-
1 9 9
YEGANLI S.T.. HACIYEV E. M.
zərə almalıdırlar. Kataloqda göstərilən ümumi qaydalar müştərilərlə bağlanan
müqavilələrə də uyğun gəlməlidirlər. Onları kiçik şriftlə çap etmək lazım deyil.
Tərəflər arasında münaqişə baş verəndə ABŞ-ın məhkəməsi kiçik şriftlə çap
olunan qaydaları nəzərə almır. Məhkəmə belə hesab edir ki, balaca şriftlə
yazılan qaydalar və tələblər müştərini çaşdırır və ona bu qaydaları öyrənmək
çətinlik yaradır. Bu səbəbdən məhkəmənin qərarları alıcıların xeyrinə həll
olunur. Kataloqun nöqsanlarından biri də turist məhsulunun bütün
qiymətlərinin turun üstündə göstərilməsidir. Məsələn, bəzən avia biletin və ya
sığortanın turun ümumi qiymətinə aid olunmaması böyük səhv hesab olunur.
Turun bü-tün elementlərinin qiymətinin turun öz qiymətinin tərkibində
olmaması müştərilərdə çaşqınlıq yaradır.
23.2
TURİZMDƏ YENİ İNFORMASİYA TEXNOLOGİYASI
Müştərilərə xidmət göstərməkdə zaman faktoru həlledici rol oynayır. O
turizm firması udmuş olur ki, qısa müddətə, müştəri bir stəkan çay içənə qədər
«on-line» rejimində müştəriyə kompleks xidmət göstərilsin. Müştəriyə bu cür
xidmətin göstərilməsi turagentlə turoperator arasında informasiya əlaqələrinin
yaranma formasından asılıdır. Məlumdur ki, mehr manxanada yerin və
nəqliyyatda biletin sifariş olunması, operatorun vacib məsələlərindən biridir.
Əgər bu məsələləri avtomatik rejimdə turagentlik həll edə bilirsə, deməli
müştəriyə operativ formada xidmət göstərmiş olur.
Təəssüf ki. praktikada turoperatorlarla turagentlər arasında informasiya
mübadiləsi «On-line» rejimində tək-tək hallarda mümkün olur. Əsas əlaqə
forması telefondur, telefaksdır, bunlar da çoxlu vaxt itirilməsinə səbəb olur.
«On-line» rejimində əlaqə yaratmaqdan ötrü kompüter texnikası və hər iki
partnyorun proqram təchizatı olmalıdır. Turagentlə turoperator arasında 3
variantda proqram təchizatı qeyd etmək olar:
❖
Turagentlikdə yerləşən müştərilərə avtomatik rejimdə xidmət göstərən
proqram təchizatı. Bu təchizat turoperatoru turagentlə birləşdirəli
avtomatik sistemin bir hissəsidir.
❖
Müştərilərə avtomatik rejimdə xidmət göstərən və turagentlikdə
yerləşən proqram təchizatı. Turoperatorla əlaqə başqa bir daxili əlaqə
forması ilə saxlanılır.
❖
Turagentlikdə yerləşən avtomatik sistem və proqram təchizatı
müştərilərə avtomatik rejimdə xidmət göstərir və həmin sistemdə
turoperatorda əlaqə saxlamaq üçün əlayə bir funksiya vardır.
200
Dostları ilə paylaş: |