T U R İ Z M
cəhətdən çox sərfəlidirlər. Məsələn, 2-3 nəfərdən təşkil olunmuş ovçuluq
turizm səfərini götürək. Bu turizm səfərində tərcüməçi, bələdçi, at sürənlər,
yerli ovçular və başqalan qrupa xidmət göstərirlər. Bu turun təşkili ciddi
hazırlıq tələb edir; ov silahına və bioloji növə lisenziyalann alınması, ov
ərazisinin icazəsi, ov prosesində turistlərin müdafiəsi və s. Ona görə də,
firmanın iş planında turizmin hər iki növünün təşkilində müəyyən yer
olmalıdır.
Qruppalı turların təşkili asan və ucuz başa gəlir. Ona görə dä, geniş
turist
kütləsi bu turlarda iştirak edirlər.
Cazibədar turist məhsulunun yaranması
Cazibədar turist məhsulunun yaranması turoperatorun ən vacib
vəzifələrindən biridir. Turist firmasının bu fəaliyyəti, bilavasitə istehsalat
xarakteri daşıyır. Bazar siyasəti turist məhsulunu istehsal edən və satan
müəssisələr arasında razılaşdırılmış qərar qəbul olunmasını tələb edir. Turların
assortimentləri, onların miqdarı və xidmət proqramları adı çəkilən təşkilatlar
arasında razılaşdırılmalıdır.
Turizm məhsulunu yaradanda belə bir sual meydana çıxır. Bu məhsulu
kim alacaqdır və turistə nə lazımdır? Turist mehmanxanada ancaq yer almır,
onu təzə hisslər və sürprizlər maraqlandırır; restoranda onu tək bifşteks və ya
kotlet maraqlandırmır, eyni zamanda onu maraqlandıran rahat şərait, ona
göstərilən qayğıkeşlik və diqqətdir. Ona görə də, turist məhsulunu yaradanda,
birinci
onun
xüsusiyyətlərindən
və
alıcılıq
qabiliyyətindən
və
cazibədarlığından başlamaq lazımdır. Turist məhsulunun istehsalında və
satılmasında bu xüsusiyyətlər əsas götürülür. Bu xüsusiyyətlərin turist
məhsulunda olması, birinci mərhələdə, yəni məhsulun istehsalının
planlaşdırılmasında turistlərin arzularının nəzərə alınması və sonuncu
mərhələdə turdan sonra turistlərin səfərdən nə qədər razı qaldıqlarını
öyrənməklə təyin edilir.
Qonaqpərvərlik
Qonaqpərvərlik - turist məhsulunun ayrılmaz bir hissəsidir. O, turizmdə
çox qədim bir kateqoriyadır. Onu heç nə ilə ölçmək mümkün deyil. Lakin onun
olmaması turist məhsulunu çox solğun və mənasız edir və turistin tələbləri və
arzulan yerinə yetmir. Qonaqpərvərlik nə deməkdir və onu necə başa düşmək
lazımdır? Qonaqpərfərlik elə bir ustalıqdır ki. nəti-
1 9 5
YEGANLI S.T.. HACrVEV E. M.
cədə qonaq hiss edir ki, ev yiyəsi doğrudan da, qonağı qəbul etdiyi üçün çox
xoşbəxtdir. Qonaqpərvərliyin elementləri - nəzakət, qonağı gülər üzlə
qarşılamaq və qonağa hörmətdir.
Bundan başqa,
a)
qonağa turizm mərkəzində olan istirahət, əyləncə və tarixi abidələr
haqqında məlumat verib, göstərmək lazımdır ki, onu burada çoxdan
gözləyirlər;
b)
turist regionu və burada olan xidmətlər haqqında «ağzı dolu» danışmaq
və qonaq qarşısında turist mərkəzinin müsbət imicini yaratmaq lazımdır;
c)
turistə hər cür diqqət yetirmək, onun xahiş və arzularını tezliklə yerinə
yetirmək lazımdır və fikirləşmək gərəkdir ki, qonağa başqa hansı
hörməti etmək olar;
d)
turfırma haqqında məlumatları almaqda qonağa kömək etməli və ona
göstərilən xidmətləri yüksək səviyyəyə qaldırmalı.
Bu prinsiplərin hamısı göstərilən xidmətlərin texnologiyasında əsas yer
tutmalıdır. Xüsusi ilə, turistlə ünsiyyətdə ona daim hörmət əlamətlərini
göstərməli, «turist bir qonaq kimi daim haqlıdır» prinsipini rəhbər tutmalıdır.
Qeyd etmək lazımdır ki, qonaqpərvərlik hər xalqın özünəməxsus milli
xüsusiyyətlərini daşıyır. Müasir beynəlxalq turizmdə qəbul olunmuş
qonaqpərvərlik dünya xalqlannın qonaqpərvərliklərinin sintezidir. Buna
baxmayaraq, Azərbaycan xalqının qonaqpərvərliyinin parlaq xüsusiyyətləri
bütün xalqlar tərəfindən böyük minnətdarlıqla qəbul olunur.
1 9 6
T U R İ Z M
XXin FƏSİL
23.1
TUROPERATORUN KATALOQU TURİST MƏHSULUNUN
HƏRƏKƏTƏ GƏTİRİLMƏSİNDƏ ƏSAS MƏLUMAT MƏNBƏYİDİR
Alıcılarla əlaqə saxlamaqdan ötrü turist firması reklam-informasiya
məcmuələri hazırlamalıdır. Onlardan ən vacibi turoperatorun kataloqudur. Bu
kataloqda turlar haqqında bütün məlumatlar çap olunur. Kompüter texnikası
olmayan agentliklərdə və müştərilər üçün də buklet və kataloqlardan istifadə
etmək çox əlverişlidir.
Turoperator əməkdaşlıq etdiyi agentliklərə vaxtında və lazımi miqdarda
tərtib etdiyi kataloqlan göndərməlidir. Böyük həcmli turoperator- lar hər il öz
turlan haqqında ətraflı kataloqlar hazırlayırlar. Bu kataloqlar iki cür hazırlanır:
biri ümumi formada, rəngli foto
şəkillərlə, o biri isə ancaq turagentlər üçün, iş
zamanı istifadə etməkdən ötrü olur. Bu axınncı- larda rəngli şəkillər və
cürbəcür illüstrasiyalar olmur.
Ümumi formada hazırlanan rəngli kataloqların həcmi böyük olur, onda
çoxlu reklam, informasiya, foto şəkillər və çoxlu təsviri materiallar da olur.
Agentliklər üçün hazırlanan iş kataloqlarında belə materiallar olmur. Orada
turların qrafiki, qiyməti, nəqliyyatın iş cədvəli, topdansatış güzəştlər,
turagentlər üçün təyin olunan kommisionların miqdarı və başqa turlann
təşkili
ilə əlaqədar məlumatlar çap olunur. Bundan başqa, iş kataloqlarında operativ
məlumatlar, qiymət cədvəlləri, turpaketin qiymətlərinin elementləri,
aviabiletin qiyməti, sığorta məbləği, transfer qiyməti, mehmanxana xərci,
qidalanma və başqa xərclər göstərilir. Turistlər tələb edirlər ki. bu məlumatlar
daha ətraflı verilsin və əlavə lazım olan məlumatları hansı ünvandan axtarıb
tapa bilmələri kataloqda göstərilsin.
Kataloqlarda çap olunan materiallara çox ciddi yanaşmaq lazımdır. Hər
şeydən əvvəl bu materiallar çox savadlı və professional səviyyədə
hazırlanmalıdırlar. Bu materiallarda buraxılan səhvlər həmin materiallara qarşı
şübhə oyadır, əgər birinci səhifədə səhv buraxılarsa, bütün tirajın ləğvinə və
maddi itkilərə səbəb ola bilər.
Kataloqda uzun mətnlərin yaxşı oxunması üçün, onları kiçik hissələrə
bölmək və bu hissələrə maraqlı başlıqlar vermək lazımdır. Turist kataloqunu
uzaqdan tanımaq üçün onun və firmanın adını böyük hərflərlə birinci və
axırıncı səhifələrdə verirlər. Burada ölkənin adı da olmalıdır.
Turist kataloqlan müxtəlif dillərdə hazırlanır. Bu zaman fotomateriallar
eyni olur, mətnləri isə xarici dillərə çevirmək lazımdır. Tərcüməni mütəxəssis
etməlidir. Bəzən materialların tərcüməsində anUışılmaz şeylərə rast gəlmək
olur.
1 9 7