YEGANLI S.T.. HACIYEV E. M.
> Firmanın imicini yaratmaq olur.
Belə reklam serverin tərtib olunması çox ucuz başa gəlir, alınan effekt isə
çox böyükdür. Firma həcmi böyük olmayan veb-serverin hazırlanması
sifarişini vermək və müştəriləri məlumatlandırmaq və firmanın məhsuluna cəlb
etmək üçün gözəl bir alət əldə edir.
Sonrakı mərhələdə firma reklam serverləri hazırlayır və onların köməyi
ilə firmanın bütün xidmət növlərini nümayiş etdirir, öz əməkdaşları olan
turagentlikləri qiymətlərin dəyişilməsi, təzə menecerin təyin olunması barədə
məlumatlandırır və s. Bu reklam serverində köhnəlmiş məlumatlar tez-tez
dəyişdirilir. Müəyyən bazaların köməyi ilə bu prosesin özü də
avtomatlaşdırılır.
Son zamanlar İnternetdə xüsusi serverlərin sayı çoxalmışdır. Bu
serverlərdə müxtəlif ölkələr və şəhərlər haqqında sorğu-jurnalları verilir. Bu
cür sorğu-jurnalları turoperator və turagentlikləri nəyə görə maraqlandıra
bilərlər? .
Aydındır ki. turoperatorların çoxu xarici turistləri öz ölkələrinə gətirmək
istəyirlər. Öz turist məhsullarını xarici ölkələrdə necə hərəkətə gətirə bilərlər?
Xarici ölkələrin mətbuatında reklam materialları yerləşdirmək olar və ya həmin
ölkələrdə nümayəndəlik açmaq olar və s. Lakin bunlar hamısı çoxlu xərc tələb
edirlər. Hamısından yaxşısı, xarici müştərilərin nəzərini öz məhsuluna cəlb
etmək üçün ən ucuz yol belə sorğu-jurnalların İnternetdə yerləşdirilməsidir.
Səfərə getmək istəyən şəxs getmək istədiyi ölkə və ya şəhər haqqında mümkün
qədər çox məlumat toplamaq istəyir. Bu cəhətdən İnternet əvəzedilməzdir. Ona
görə ki. əvvəli, elektron sorğu- jurnalı sutkada 24 saat açıqdır, ikincisi, orada
olan məlumatlar mətbuatda yoxdur.
Dünyanın nəhəng turist şirkətləri artıq turistlərə İnternet vasitəsilə xidmət
göstərməyin üstünlüklərini yaxşı anlayıblar. İnformasiyanın açıq və operativ
bir dövründə Azərbaycan turoperatorları İnternetdə öz Vebsə- hifələrini
yerləşdiriblər. Onlar öz müştərilərinə İnternet vasitəsilə turist xidmətlərinin
bronlaşdırılmasını təklif edirlər. Lakin bu «On-line» rejimində bronlaşdırma
Qərb ölkələrininkindən fərqli olaraq maliyyə zəmanəti vermir. Turfirmanın
müştərilərlə bronlaşdırmadan sonrakı hesablaşması adi qaydada olur. Bu ona
görə belə olur ki. elektron vasitələri ilə ticarətin Azərbaycanda hüquqi əsasları
tam tərtib olunmamışdır.
2001-ci ilin dekabr ayında İnternetdə MDB ölkələrini əhatə edən yeni bir
tur sayt təşkil olunmuşdur. Bu sayt öz rəngarəngliyi ilə. gözəl dizaynı ilə
əvvəlkilərdən fərqlənir. Onun üstünlükləri - istifadəsinin sadəliyi və ra
2 0 4
T U R İ Z M
hatlığıdır. Bu saytda Rusiya (Moskva və Sankt-Peterburq) haqqında istənilən
məlumatı tapmaq olar. Turist portalı Moskvada yaranmışdır.
Turkompaniya istənilən vaxtda sayta daxil ola bilər, öz informasiyasını
dəyişə və ya genişləndirə bilər. Bu sayta daxil olanlar 70-ə qədər ölkə və
şəhərlər haqqında məlumat ala bilərlər. Kurortlar, mehmanxanalar, restoranlar
haqqında ətraflı məlumatlarla tamş ola bilərlər. Bu məlumatlar o yerlərdə olan
jurnalistlərdən alınır, ona görə də dəqiq olurlar.
Turizm infrastrukturunun ən vacib elementlərindən biri
-
mehmanxanalardır. Amerika şirkəti olan «Lodjinq Tac Libika» tərtib etdiyi
ASU-nu mehmanxananın avtomatik idarə etməsinə həsr etmişdir. «Lodjinq
Tac Libika» avtomatik idarə etmə sistemi olduqca asan idarə olunur. O,
funksional blokdan, qonaqlann siyahısını əks etdirən displeydən, müştərilərin
siyahısı və lazım olan məlumatın axtanş blokundan təşkil olunur. Daxil olan
məlumatları araşdınr, hər müştəri haqqmda məlumatı yaddaşında saxlayır.
Bundan başqa, mehmanxananın fəaliyyətinə nəzarət edir və onun effektli
işləməsini təhlil edir. Marketinq siyasətini, maliyyə-təsərrüfat işlərini və
planlaşdırmanı təşkil edir. ASU real zaman sistemində işləyir və
müştəri-server sisteminin quruluşunu istifadə edir, özü də inteqrasiya olan açıq
sistemə malikdir. Sistemin rus variantı tərtib olunmuşdur. İstənilən məlumatı
almaqdan ötrü displeyin uyğun düyməsini basmaq lazımdır. Standart
ekranlardan istifadə olunur.
ASU «Lodjinq Tac Libika» mehmanxananın işini olduqca asanlaşdırır.
1997-ci ildə o, Microsoft-un mükafatına layiq görülmüşdür. Sistem zəngin
funksiya blokuna malikdir, mehmanxanamn iş texnologiyasına uyğunlaşa bilir
və müxtəlif tələblərə cavab verə bilir.
2 0 5
YEGANLI S.T.. HACIYEV E. M.
XXIV
FƏSIL
24.1
MDB VƏ BALTİKA MƏKANINDA MEHMANXANA
MƏHSULLARININ QLOBAL KOMPÜTER SİSTEMİNDƏ HƏRƏKƏTƏ
GƏTİRİLMƏSİ (QLOBAL MARKETİNQ PROQRAMI)
Turizmdə reklam informasiya təminatının əsas vəzifəsi turizm
məhsulunun bütün imkan olan bazarlarda hərəkətə gətirilməsi və satılmasıdır.
Turizm məhsulunun hərəkətə gətirilməsi, bu məhsulun satılması üçün lazım
olan tədbirlərin cəmidir.
Turizm məhsulunun ən vacib komponentlərindən biri mehmanxanalardır.
Mehmanxana tikintisi çoxlu kapital və vaxt tələb edir. SSRİ dövründə tikilən
mehmanxana fondu hal-hazırda lazımınca istifadə olunmur. Bir vaxtlar var idi
ki, bü mehmanxanalar «ağzına kimi» dolu olardı, turistlərin bir hissəsi isə
dəhlizlərdə gecələyirdilər. Hal-hazırda isə mehmanxana yerlərinin 20-30 %-i
ancaq istifadə olunur. Bu da böyük itkilərə sə-, bəb olur. Ona görə də, MDB
məkanında, o cümlədən də Azərbaycanda mehmanxana məhsulunun hərəkətə
gətirilməsi aktual problemlərdən biridir. Bu məkanda yaranmış nəhəng turist
bazarları ilə əlaqələri kəsmək Azərbaycan üçün xeyirli ola bilməz.
Son zamanlarda MDB və Baltika ölkələrində bu sahədə çox böyük
dəyişikliklər baş vermişdir: müasir tələbata uyğun yeni mehmanxanalar
tikilmiş, onlan idarə etmək üçün avtomatik sistemlər quraşdınimış və MDB
məkanında yeni reklam-informasiya texnologiyası əsasında vahid sistem
yaradılmışdır. MDB və Baltika məkanında vahid mehmanxana sisteminin
assosiasiyası yaradılmışdır. Bu assosiasiyamn öz reklam jurnalı və vərəqləri
çap olunur. Həmçinin assosiasiya ölkələr arası birgə fəaliyyətə təşəbbüs
göstərir.
Hələ SSRİ-nin 1960-cı illərində təşkil olunmuş Qlobal Bronlaşdırma
Sistemi (Qlobalğnaə Sistema Rezervirovaniə (QSR)) bu vaxta kimi fəaliyyət
göstərir və turizm xidmətlərinin satışında vacib bazarlardan biridir. Bu
sistemin «qızıl» dördlüyü -
1.
Amadeus / Sistem One,
2.
Qalileo / Apollo,
3.
Sabre / Fantaziya.
4.
Worldspan
60 minə qədər mehmanxananı əhatə edir, onların elektron sifarişlərinin 90%-ni
təşkil edirlər. Dünyada 500 min turoperator və turagentliklər əvvəlcədən
bronlaşdırılma üçün bu sistemə üz tutur.
2 0 6
Dostları ilə paylaş: |