YEGANLI S.T., HACIVEN^ E. M.
25.3
TURİZMİN İDARƏETMƏ OBYEKTİ KİMİ XÜSUSİYYƏTLƏRİ
İlk baxışdan turizmin idarə olunması başqa istehsal sahələrinin idarə
olunmasından çox az fərqlənir. Turist məhsulu alıcıların hansı təbəqəsi üçün
hazırlanır? İstənilən məhsul hansı yolla hazırlanır? Gələn turistlərə nə qədər
məhsul hazırlamaq lazımdır? Nə qədər investisiya qoymaq lazımdır və onu
hansı mənbədən tapmaq olar? Bu sualların hamısı turizm üçün spesifik
deyildir. Eyni zamanda, turizmin menecmentində bu məsələlər vacib rol
oynayırlar/Menecmentin vəzifələri turizmdə olan xüsusi problemləri tapmaq
və onWin optimal həllini araşdırmaqdın' Daim yadda saxlamaq lazımdır ki,
turizm sehrli bir şey deyil, o ciddi və'ağır bir prosesdir. O. turizm işçilərindən
fədakarlıq, bacarıq tələb edir, işçilər arasında qeyri-adi münasibətlərin
yaranmasını tələb edir.
Diqqətlə araşdırıb tapmaq lazımdır ki, biz. turizm işçiləri başqalarından
nə ilə fərqlənirik? Əgər biz. turizm sənayesinin menecerləri, bunu bilməsək.
turist məhsulunun alıcıları bunu heç vaxt bilməyəcəklər. Turist xidmətinin
xüsusi>
7
ətləri. turistlərə göstərilən xidmətlərin qeyri-adiliyindən doğur. Ona
görə də. turistlərə göstərilən xidmətlərin qeyri-adiliyini yaxşı bilməliyik ki.
menecment alətinin hansı istiqamətdə və nə dərəcədə mükəmməl tətbiq
olunmasını biz qabaqcadan təyin edə bilək.
1.
Turizmin I xüsusiyyəti. Turist regionunun menecerinin regionda olan
bütün təşkilatlardakı vəziyyətdən xəbəri olmalıdır. Turizm regionda bütün
sahələrə dərin müdaxilə edir və onu təşkil edən bütün elementlərlə sıx
əlaqədardır. Belə şəraitdə regionun turist meneceri ayrı-ayrı təşkilatların və
bütün regionun turizm strateji inkişaf proqramını tərtib etməlidir.
2.
Turizmin II xüsusiyyəti. Turizmi idarə obyekti kimi təsəvvür etmək
çox çətindir və onun son məqsədini də anlamaq çox çətindir. Lakin təşkilatlar
üçün nə region səviyyəsində və nə də təşkilat səviyyəsində bu cür məqsəd
qoyulmur. Onların fəaliyyətinin əsas məqsədi regionda turizmin inkişafıdır.
3.
Turizmin menecmentinin regiona təsiri çox zəifdir. Onun
nə özəl turist
şirkətlərinə təsir qüvvəsi var və nə də turist təşkilatlarına. Turist təşkilatları
büdcədən maliyyələşdirilir, onların turizm biznesi ilə məşğul olmağa imkanları
yoxdur.
4.
Turizmə həm müştərilər və həm də yerli əhali təsir göstərirlər. Çox
vaxtı onların maraqları üst-üstə düşmür. Məsələn, yerli əhali narazıdır ki.
turistlər həddən artıq şirin su işlədirlər, halbuki içməli su yerli əhaliyə çatmır.
Turist şirkətləri çoxlu miqdarda torpaq icarəyə götürürlər.
Bu səbəb
T
u
R
I
Z M
dən torpağın qiyməti qalxır və yerli əhali onu ala bilmir. Turizmin meneceri bu
cür mübahisəli məsələlərdən çıxış yolu tapmalıdır.
5.
Turizmə təsir göstərən amillərdən biri də turist məhsulunun qeyri- adi
xarakter daşımasıdır: turizm məhsulunu onu istehsal edən yerdən ayırmaq
mümkün deyil. Onu ixrac etmək üçün xarici turist gərək özü bu məhsul istehsal
olunan yerə gəlsin. Turizm məhsulunu saxlamaq mümkün deyil. Qış fəslində
istehsal olunan məhsulu qışda, yazda hazırlanan məhsulu isə yazda istifadə
etmək olar. Əgər son məqamda müştəri turizm məhsulundan imtina etsə, onu
başqası ilə əvəz etmək olmur.
6.
Turizm məhsulunun xarici effektini də qeyri-adi kimi qəbul etmək olar.
Turizm regiona gələn turistlərdən külln miqdarda gəlir götürür və bu gəlir
regionun infrastrukturunun inkişafına yönəldilmiş olur.
7.
Turizmin qeyri-adiliyindən (spesifikasından) biri də turizm məhsuluna
olan tələbatdır. Bu tələbat çox müxtəlifdir. Turizm məhsulunu əvvəlcədən
görmək və qiymətləndirmək mümkün deyil. Deməli, menecer bu məhsulun
yaxşı olmasını və turistə faydalı olmasını sübut etməyi bacarmalıdır. Turizm
məhsulunu görmək və ya dadına baxmaq mümkün deyil. Onun keyfiyyəti
geniş diapazonda (sezonların dəyişməsi nəticəsində) dəyişir. Turizm
məhsulunun alıcılarının müxtəlifliyi bu məhsulun qeyri- adi olmasının
əlamətlərindən biridir.
İdarəetmə obyekti kimi turizm çox mürəkkəb və
parametrləri səpələnmiş
sistemi xatırladır. Turizmin idarə olunması başqa mürəkkəb sistemlərin idarə
olunmasından onun spesifik xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətlərin bir
neçəsini biz əvvəlki mövzuda araşdırdıq və qeyd etdik ki. turist regionunun
menecmenti öz fəaliyyətində adi «insan-insan» sistemli müəssisələrin
təcrübəsinə əsaslanır. Buna baxmayaraq, bir də qeyd etməliyik ki. turizmin
idarə olunması onun «spesifik» xüsusiyyətlərindən daha çox asılıdır, ona görə
də bu xüsusiyyətləri ətraflı öyrənməyə böyük ehtiyac duyulur.
8.
Turist xidmətlərindən istifadə edənlərin müxtəlifliyi. Turistlər çox
müxtəlif olur. Onlar əsas turist səfərlərinin məqsədi, turist məhsuluna olan
tələbatla fərqlənirlər, rurislləri ən çox maraqlandıran turist məhsulunun
qiymətidir. Hər turistin özünə məxsus turist bazarı var. Turistlərin
müxtəlifliyinə görə bu bazar a\ rı-ayrı seqmentlərə bölünürlər. Hər turist nö\1i-
nün öz seqmenti var. Məsələn, dağ turizmi və ya dəniz sahili istirahət müxtəlif
seqmentləri təşkil edir. Bundan başqa, öz istirahət üslubuna görə də turistlər
seqmentlərə bölünürlər. Turist meneceri turistlərin bu cür müxtəlifliyini yaxşı
bilməli və hər bir qrup turistlə onun öz «dilində» da