Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə77/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
ALTINCI
 HISSƏ
 
TURİZMİN
 
MENECMENTİ 
XXV
 
FƏSİL 
25.1
 
TURİZMİN MENECMENTİNİN ƏSAS ANLAYIŞLARI VƏ 
KATEQORİYALARI 
«Menecment»  -  ingilis  sözüdür  və  onun  mənası  «idarəetmədir», 
«Menecment» sözü bir neçə mənada işlədilir, bu da çox təbiidir. Ona görə ki, 
müəssisənin  müxtəlif  inkişaf  mərhələsində  müxtəlif  səviyyədə  idarəetməyə 
rast gəlmək olur. Məsələn, texnoloji, maliyyə, korparativ, funksional və s. 
Öyrəndiyimiz  bu  kursda  «idarəetmə»  və  «menecment»  sözləri  sinonim 
kimi işlədilir, lakin «idarəetmə» sözünün anlayışı daha genişdir. Ona görə ki, 
bu anlayış insan fəaliyyətinin geniş sahələrini əhatə edir. Məsələn, avtomobilin 
idarə olunması və ya texnoloji proseslərin və sistemlərin idarə olunması və s. 
«Menecment» sözü isə ancaq sosial iqtisadi proseslərin, təsərrüfat fəaliyyətinin 
və insanlar arası münasibətlərin idarə olunması deməkdir. 
Sovet  dövründə  ən  çox  texnoloji  proseslərin  idarə  olunmasına  fikir 
verilirdi. Bu sahədə yüzlərlə kitab yazılmışdır. Lakin dövlət idarəetmə üsulu 
inzibati-təşkilat  forması  olduğu  üçün  azad  təsərrüfat  fəaliyyəti  münasibətləri 
inkişaf etməmişdir. 
Turizm  sözünün  mənası  hamıya  yaxşı  məlumdur.  Bütün  əsrlərdə,  yer 
kürəsində çoxlu səyyahlara rast gəlmək olardı. Lakin turizmin idarəolun- ma 
zərurəti son iki əsrdə meydana gəlmişdir. Bu da onunla izah olunur ki. turizm 
son  iki  əsrdə  kütləvi  formaya  çevrilmiş,  turizmin  məhsulunun  istehsalı  və 
satılması  mürəkkəbləşmişdir.  Bütün  zamanlarda  turizmin  inkişafına  iqtisadi, 
siyasi, sosial və texnoloji faktorlar təsir göstərmişdir. 
Bizim hər birimiz turizm sahəsi ilə qismən tanışıq, ona görə ki, biz harasa 
istirahət  etmək  üçün  getmişik  və  öz  məzuniyyətimizi  öz  evimizdən  kənarda 
keçirtmişik.  Lakin  biz  səyahət  zamanı  turizmi  müşahidə  edən  mürəkkəb 
proseslər haqqında düşünməmişik. Səfər zamanı bu cür proseslərin təşkili və 
idarə olunması «turizmin menecmenti» deməkdir ki. bu da öyrənilən kursun 
mahiyyətini təşkil edir. 
Son  zamanlar  kitab  mağazalarında  ingilis  dilindən  rus  dilinə  tərcümə 
olunmuş  turizmin  menecmentinə  aid  müxtəlif  kitablara  rast  gəlmək  olar. 
Azərbaycan dilində isə. demək olar ki. turizmin menecmentinə həsr olunmuş 
kitab  çox  azdır.  Mağazalarda  olan  kitablar  bazar  iqtisadiyyatı  inkişaf  etmiş 
ölkələrin təcrüb.əsini əks etdirdiklərinə görə bizim şəraitimizə uyğun 
2 1 6  


T U R İ Z M  
gəlmirlər. Öyrəndiyimiz bu kursda biz xarici ölkələrin təcrübəsini öyrənməklə 
bərabər çalışmışıq ki. Azərbaycanda da bu sahədə gedən prosesləri nəzərə alaq. 
Belarus Dövlət İqtisad Universitetinin (BDİU) professoru N.İ. Ka- buşkin 
Almaniyanın  Bremen  şəhərindəki  Turizm  Ali  Məktəbinin  professoru  İ.  Ror 
tərəfindən  təşkil  olunmuş  seminarda  iştirak  etmişdir.  Bu  seminar  turizmin 
iqtisadiyyatı  və  idarə  olunmasına  həsr  olunmuşdur.  N.Ka-  buşkin  yazır: 
«turizmin  menecmenti,  son  nəticədə  səyahətin  səbəblərini,  motivlərini 
araşdırmaqla  əlaqədardır.  Nəyə  görə  insanlar  səyahət  edirlər?  Onlar  səyahət 
zamanı  nə  axtarırlar?  Turizmin  xidmətinin  təklifinə  hansı  faktorlar  təsir 
göstərir?  Səyahətə  vadar  edən  səbəblər  hansılardır? Bu  səbəblər  nəyin təsiri 
altında  dəyişir?  Bu  cür  sualları  çox  vermək  olar.  Bu  sualların  hamısına 
cavabları turizmin menecmentində tapmaq olar»*. 
Lakin bir şeyi yadda saxlamaq lazımdır ki, səyahətə ancaq pulu olan adam 
çıxa bilər. Kütləvi turizm yoxdursa, deməli, turizmin menecmenti də yoxdur. 
Turizmin idarəçilik cəhətdən tərifi 
Ədəbiyyatda turizmin müxtəlif təriflərinə rast gəlmək olar. Lakin turizm 
anlayışı nəyi əhatə edir? Bu suala bir mənalı cavab vermək olarmı? Bəziləri 
turizm  dedikdə  fəth  olunan  yolları,  dağ  cığırlarını  və  ya  axşamüstü  ocaq 
başında  oxunan  mahnıları,  bəziləri  isə  tarixi abidələrlə  tanışlığı  və  ya  xarici 
ölkələrə  gedən  səfərləri  yada  salır.  Onlar  hamısı  haqlıdırlar,  ona  görə  ki, 
həqiqətən turizm çox rəngarəngdir. 
Bu gün biz turizm sözünün mənasını XX əsrin kütləvi, qeyri-adi və parlaq 
bir  hadisəsi  kimi  qəbul  edirik.  O,  insan  həyatının  bütün  sahələrinə 
müdaxiləmdir,  insanları  və  ətraf  mühiti  dəyişdirir.  Turizm  tək  istirahət 
məQsədi  ilə  görülən  səfər  devil.  evni  zamanda,  o  iqtisadiyyatın  bövük  bir 
sahəsidir.  O  genis  bir  anlavısdır.  səfər  zamanı  bütün  prosesləri  bir-biri  ilə 
əlaqələndirən,  insanlar  arasında  münasibət  körpüsü  yaradan  bir  hadisədir. 
Turizm insanların özünü dəvisir. 
İlk baxışdan turizm anlayışı hamıya aydındır. Ona görə ki, biz harasa getmişik və ya turizm 
haqqında qəzetlərdə oxumuşuq, televiziyada verilişlərə baxmışıq. Səyahətə çıxmaqdan qabaq turizm 
bürosundan məsləhət almışıq. Baxmayaraq ki. turizm sözünün mənasını müxtəlif cür yozmaq olar, 
əsası odur ki. səyahət zamanı turist öz daimi yaşayış yerini dəyişir, gəldiyi yerdə işləmir, əmək haqqı 
almır və etdiyi səfərdən ləzzət alır. 
II II 
KamııiKiııı M
CIKMAMCIM 
т
\
р
1
пма Минск. 1>Г')У 
II 
«Новое 
Hiaııııc«. 
IW9. 
217 


VEGANLI S.T.. HACIYEV E. M. 
Turizm - səyahətin xüsusi bir növüdür, səyahətə nisbətən o qısa müddətə 
təşkil olunur. Səyahətdən fərqlənərək turist səfərdən həzz alır, fiziki və mənəvi 
cəhətdən istirahət edir. 
Eyni zamanda turizm sözünün tərkibinə - turist müəssisələri, təşkilatları, 
bürolan, vasitəçiləri və regionlar da aiddir. Turizm iqtisadiyyatın gəlir gətirən 
bir  sahəsidir.  Lakin  turizmin  mənəvi  dəyərləri,  onun  maddi  dəyərlərindən 
yüksəkdir. Ona görə ki, turizm səfərləri eyni zamanda insanlara psixoloci təsir 
göstərir və onlarda sülhsevər, insansevər əhvali-ruhiyyə yaradır. 
Turisthrin növləri 
Ədəbiyyatda  turizmin  növləri  ətraflı  olaraq  öz  əksini  tapmışdır.  Lakin 
turizmin  menecmentini  öyrənərkən  bir  neçə  suala  düzgün  cavab  vermək 
lazımdır: turist kimdir və ona hansı xidmətlər göstərilir? Bütün turistlər eyni 
formada istirahət edirlərmi? Onların turist məhsuluna ehtiyacları ey- nidirmi? 
Əvvəlcədən deyə bilərik ki, yox. Ona görə ki. turistlər müxtəlif olurlar. Onların 
xüsusiyyətlərini  öyrənməkdən  ötrü  bütün  turistləri  iki  qrupa  bölmək  olar: 
aktivliyinə görə və həyat tərzinə görə. 
Turistlər aktivliyinə görə 6 qrupa bölünür: 

 
İdman istirahətini sevənlər. Onlar fiziki yükdən çəkinmirlər; 

 
Sakit istirahəti sevənlər. Onlar kənar adamları və səs-küyü sevmirlər. 
Onları günəş, qum və dəniz maraqlandırır: 

 
İstirahətdən  ləzzət  alanlar.  Onlar  çox  səriştəlidirlər,  istirahət  zamanı 
özləri  üçün  əyləncələr  axtarırlar  və  intellektual  cəmiyyətə  üstünlük 
verirlər; 

 
Aktiv  istirahət  edənlər.  Bu  adamlar  təbiəti  çox  sevirlər  və  idmanla 
məşğul  olurlar.  Açıq  havada  olmağı  çox  sevirlər.  Onlar  çox  vaxt 
istirahəti müalicə ilə birləşdirirlər; 

 
Tarixi və mədəni abidələri öyrənənlər. Ən çox bu abidələrlə 
maraqlanırlar; 

 
Macəra sevənlər. Onlar tək gəzməyi sevirlər və heç nədən də 
qorxmurlar. Təbiəti sevirlər və çox həssasdırlar. 
Həyat tərzinə görə turistlər aşağıdakı qruplara bölünürlər: 
❖ İstirahətdən həzz alanlar. Bu qrupun turistləri istirahətin təşkilinə çox 
ciddi  fikir  verirlər.  Onlar  istirahətdən  həzz  alırlar  və  onun  keyfiyyətinə  çox 
tələbkardırlar. Sərbəstliyi və idmanı çox sevirlər: 
*> Tendensiyalı turistlər. İstirahət onlar üçün özünü ifadə etmək üçün bir 
amildir. Onlar istirahətdən fəxr duyur və onun təşkilinə çox tələbkar 
2 1 8  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə