Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə78/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   114

T U R İ Z M  
dırlar.  Lakin  lüks  şəraiti  onları  maraqlandırmır.  Təbiəti  və  sakitliyi  çox 
sevirlər: 
❖  Ailəvi  turistlər.  Bu  qrupa  ailə  üzvləri  və  uşaqlar  aiddir.  Onlar  ailə 
şəraitində dost və tanışların iştirakı ilə sakit və rahat şəraitdə istirahət etməyi 
sevirlər.  İstəmirlər  ki,  istirahət  zamanı  kimsə  onlara  maneçilik  etsin.  Bəzən 
özləri özlərinə xidmət edirlər
Passiv  istirahət  edənlər.  Bu  qrup  üçün  istirahət  hamısından  vacibdir; 
onlar çox yatır, dadlı və çoxlu yeməklər yeyirlər və qısa məsafələrə gəzintiyə 
çıxırlar.  Sakitliyi  çox  sevirlər,  onların  adətləri  və  rejimləri  pozulanda  çox 
narahat olurlar. Ona görə ki, onlar eksperimenti sevmirlər. 
25.2
 
TURİZMDƏ MENECMENTİN YARANMASI VƏ İNKİŞAFI 
TARİXİNDƏN 
Turizm bir elm kimi çox cavandır. Lakin onun kökləri qədim zamanlara 
bağlıdır. Tarixdən bizə məlumdur ki. ilk səyyahlar (beş min il bundan əvvəl) 
zəvvarlar olmuşlar. Sonralar isə səyahətçilər, tacirlər və s. onlara qoşulmuşlar. 
Onların əməllərində müasir turizmin əlamətləri var idi: yaşadığı yeri tərk edib 
başqa  yerə  getmək,  heç  bir  zamandan  və  məkandan  asılı  olmayaraq  başqa 
torpaqlarla və millətlərlə tanış olmaq və s. Lakin müasir turizmin elmi baxışları 
bu  ilk  səyahətləri  turizm  səfərləri  kimi  qəbul  etmir.  Ona  görə  ki,  bu 
səyahətlərdə müasir turizm üçün vacib element sayılan «səfərdən həzz almaq» 
elementi yox idi. Əksinə, bu səyahətlər, qədim yer dəyişmələr məcburiyyətdən 
doğurdu  və  çox  vaxt  da  həyat  üçün  təhlükəli  olan  hadisələrlə  dolu  olurdu. 
Nəhayət,  bu  cür  səfərlər  müəyyən  bir  məqsədə  çatmaq  üçün  olurdu:  ticarət, 
dini, yeni torpaqları kəşf etmək məqsədini güdürdü. Bu məqsədlərin tərkibində 
keyf.  əyləncə,  səfərdən  həzz  almaq  yox  idi.  Odur  ki.  bu  gün  heç  kəs  deyə 
bilməz  ki,  turizmin  menecmenti  nə  vaxt  yaranmışdır.  Ümumi  formada 
götürsək,  insan  cəmiyyəti  yaranan  vaxtdan  o  cəmiyyətin  idarə  olunmasına 
ehtiyac olmuşdur. Hələ ilk insan cəmiyyətlərində istedadlı şəxslər olmuşlar ki. 
onlar  bu  cəmiyyətlərə  başçılıq  etmiş,  onların  siyasi,  iqtisadi  və  sosial 
problemlərini idarə etmişlər. Onların müdafiəsinə rəhbərlik etmişlər. 
Turizmin  menecmentinin  inkişafını  4  əsas  mərhələyə  bölmək  olar:  1 
mərlıələ qədim zamanlardan XIX əsrə qədər olan dövr. II - 1800-1917-ci illər. 
III - 1917-1990-cı illər və nəhayət. IV mərhələ 1990-cı ildən bu vaxta kimi. Bu 
mərhələlər nəqliyyatın formalarının dəyişmələri ilə əlaqədar ol 
2 1 9  


YEGANLI S.T.. HACIYEV E. M. 
muşdular;i  piyada,  atla,  paravozla,  avtomobil  təyyarə  ilə  yer  dəyişmələr 
turizmin inkişafına ciddi təsir göstərirdi. 
j  III  mərhələ  (1917-1990)  turizmin  menecmentinin  yüksəlişi  və  inkişafı 
dovrü olmuşdur. Yeni nəqliyyat formalarının yaranması turistlərin bir yerdən 
başqa  yerə  daşınmasını  asanlaşdırmış,  tezləşdirmiş  və  bunlar  da  turizmin 
kütləvi formaya çevrilməsinə kömək etmişdir. / 
I  mərhələ  (ən  qədim  dövr)  bütün  dövrlərdən  uzun  olmuş,  e.ə.  IX-VII 
minilliklərdən başlayaraq XVIII əsrə qədər davam etmişdir. 
«İdarəetmə» - ayrıca bir elmə çevrilməkdən ötrü əsrlərdən bəri insanlar 
təcrübə toplamışlar. E. ə. 3000-2800 illərdə qədim Misirdə ölkəni idarə etmək 
üçün  inkişaf  etmiş  dövlət  aparatı  yaranmışdır  (dövlət  mə-murları,  yazı 
yazanlar, münəccimlər və s.). Məlumdur ki. Yaxın Şərqdə təşkil olunmuş ən 
qədim dəniz səyahətlərindən biri kimi (e.ə. 1505-1484 illər) Misirin kraliçası 
Xatşepsutun mələklər ölkəsi - Punta təşkil etdiyi səyahəti hesab etmək olar. Bu 
ölkə Afrikanın şərqində yerləşir. 
Qədim  yunanlar  hələ  e.ə.  VIII  əsrdən  səyahətlərə  başlamışdılar.  Onlar 
qədim  Olimpiya  oyunlarında  iştirak  və  tamaşa  edərdilər.  Romada  Olimpiya 
oyunlarına  gələn  qonaqları  yerləşdirmək  üçün  böyük  evlər  tikilərdi.  Hələ  o 
zamanlardan  Olimpiya  oyunlarına  gələn  qonaqların  məqsədi  yeganə  idman 
deyildi. Onlar əylənməyə də vaxt tapırdılar. 
Yunan  sivilizasiyasının  çiçəklənən  dövründə  şəhərlər  və  ölkələr  arası 
əlaqələr  yaranmış,  bu  da  turizm  mərkəzinə  bənzər  mərkəzlərin  yaranmasına 
səbəb  olmuşdur.  Bütün  Elladadan  Olimpiya  oyunlarına  gələn  iştirakçı  və 
tamaşaçıların  toxunulmazlığı  bütün  ölkələrdə  təmin  olunardı.  Yuxarı 
təbəqələrin  nümayəndələri  «Böyük  səyahət»  adlı  səfərlərə  çıxardılar.  Bu 
səyahətlər  haqqında  XVII  əsr  ədəbiyyatında  ətraflı  məlumatlar  verilmişdir. 
Sonralar  orta  təbəqə  də  belə  səfərlərdə  iştirak  edirdi.  Gənclər  arasında 
Fransaya,  İtaliyaya.  İspaniyaya  və  Yunanıstana  uzun  müddətli  səfərlər  dəbə 
düşmüşdür. 
I dövr səyahətləri və onların idarə olunması I hissədə, «turizmin tarixi» 
kursunda ətraflı öz əksini tapmışdır. 
S,vmyehşm,ı dövründə turizm menecmentinin inkişafı 
XVIII əsrin axırlarında Avropa ölkələrində sənaye inqilabları baş verir. 
Sənayenin sürətlə inkişafı iqtisadiyyatın dirçəlməsinə və o cümlədən turizmin 
inkişafına  təkan  verir.  Bu  dövrdə  sənaye  inkişafı  ilə  əlaqədar  şəhərlərdə 
əhalinin miqdarı sürətlə artmağa başlayır. Qısa bir zamanda (100 ildə) əhalinin 
miqdarı Planetdə 2 dəfə artmış və (18.30-1930) 2 mlrd nəfərə 
220 


T U R İ Z M  
çatmışdır.  Əhalinin  artması  insanların  yer  dəyişməsinə  səbəb  olmuşdur. 
İnsanlar öz köhnə yaşayış yerlərini tərk edib sənaye şəhərlərinə can atırdılar və 
özlərinə  iş  yerləri  axtarıb  tapırdılar.  Şəhərlərdə  külli  miqdarda  tikinti  və 
quruculuq işləri aparıldığına görə iş yerləri də tapmaq asan olurdu. 
Beləliklə, şəhərlərdə kəskin olaraq əhalinin miqdarı artırdı. Bu hal turizm 
sahəsində iki böyük sektorun yaranmasına səbəb oldu: 
a)
 
dəmir  yolundan istifadə edən  şəhər sərnişinlərinin  və  eyni  zamanda, 
populyar ekskursiyalardan istifadə edənlərin sayı sürətlə artır: 
b)
 
varlı  sinif  üçün  yeni  turizm  və  səyahət  bazarının  formalaşması  baş 
verir. ■ 
Kapitalizm dövrinuh turizmin inkişafı 
Turizm  və  səyahət  bazarının  yaranması  və inkişafı  kitabın  I  hissəsində 
ətraflı olaraq öz təşəkkülünü tapmışdır. Bu dövrdə ilk kütləvi səyahət 1841-ci 
ildə İngiltərədə Tomas Kuk tərəfindən təşkil olunmuşdur. Tomas Kuk turizm 
sahəsində  ilk  menecer  olmuşdur.  O  zamanlar  XVII-XVIII  əsrlərdə  səyahətə 
gedən zadəgan ailədən çıxmış kiçik bir qrupa turist qruppa- sı statusu verilirdi. 
Ona görə ki. Avropa ölkələrində təhsil alan bu qruplar, eyni zamanda başqa 
xalqların dili və mədəniyyəti ilə maraqlanır, burada yaxşı əylənir və səfərdən 
həzz alırdılar. 
(^Turizmdə  menecmentin  formalaşdığı  dövrdə  (1918-1990)  SSRİ-də 
beynəlxalq turizmin yeni bir strukturası - Ümumittifaq Aksioner Cəmiyyəti - 
«İnturist» yaranmışdır. Bu təşkilat uzun müddət keçmiş SSRİ-də beynəlxalq 
turizmin idarə olunması ilə məşğul olmuş və özünə məxsus üsul və qaydalar 
tərtib  etmişdir.  Bu  Cəmiyyətin  beynəlxalq  turizmi  Sovet  məkanında 
idarəetməsindən  ədəbiyyatda  lazımınca  yazılmışdır.  Bu  mərkəzləşmiş  idarə 
üsulu idi və onun çoxlu nöqsanları var idi. 
Ölkədə  beynəlxalq  turizmin  inkişafı  demokratik  prinsiplərin  inkişafını 
tələb  edirdi:  pasport,  viza,  gömrük  qanunlarında  külli  miqdarda  nöqsanların 
olması turizm menecmentinə böyük əngəllər yaradırdı. Xaricə gedən və gələn 
turistlər  mükəmməl  yoxlanılırdı  və  bu  səfərlər  siyasi  motivlərlə 
əlaqələndirilirdi. 
BAO  «İnturist»  turizm  menecmenti  sahəsində  optimal  «idarəetmə» 
strukturaları  axtarırdığı  dövrdə  artıq  bu  zaman  inkişaf  etmiş  Avropa  və 
Amerika  ölkələrində  bazar  iqtisadiyyatına  uyğun  turizmin  menecmenti 
sahəsində  çoxlu  təcrübə  toplanmışdır  və  turizmin  təşkilindən  mln.-la  gəlir 
«ötürdülər. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə