Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə79/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   114

YEGANLI S.T., HACIVEN^ E. M. 
25.3
 
TURİZMİN İDARƏETMƏ OBYEKTİ KİMİ XÜSUSİYYƏTLƏRİ 
İlk  baxışdan  turizmin  idarə  olunması  başqa  istehsal  sahələrinin  idarə 
olunmasından çox az fərqlənir. Turist məhsulu alıcıların hansı təbəqəsi üçün 
hazırlanır? İstənilən məhsul hansı yolla hazırlanır? Gələn turistlərə nə qədər 
məhsul  hazırlamaq  lazımdır?  Nə  qədər  investisiya  qoymaq  lazımdır  və  onu 
hansı  mənbədən  tapmaq  olar?  Bu  sualların  hamısı  turizm  üçün  spesifik 
deyildir.  Eyni  zamanda,  turizmin  menecmentində  bu  məsələlər  vacib  rol 
oynayırlar/Menecmentin vəzifələri turizmdə olan xüsusi problemləri tapmaq 
və  onWin  optimal  həllini araşdırmaqdın'  Daim  yadda  saxlamaq  lazımdır  ki, 
turizm sehrli bir şey deyil, o ciddi və'ağır bir prosesdir. O. turizm işçilərindən 
fədakarlıq,  bacarıq  tələb  edir,  işçilər  arasında  qeyri-adi  münasibətlərin 
yaranmasını tələb edir. 
Diqqətlə araşdırıb tapmaq lazımdır ki, biz. turizm işçiləri başqalarından 
nə ilə fərqlənirik? Əgər biz. turizm sənayesinin menecerləri, bunu bilməsək. 
turist  məhsulunun  alıcıları  bunu  heç  vaxt  bilməyəcəklər.  Turist  xidmətinin 
xüsusi>
7
ətləri. turistlərə  göstərilən  xidmətlərin qeyri-adiliyindən  doğur.  Ona 
görə  də.  turistlərə  göstərilən  xidmətlərin  qeyri-adiliyini  yaxşı  bilməliyik  ki. 
menecment  alətinin  hansı  istiqamətdə  və  nə  dərəcədə  mükəmməl  tətbiq 
olunmasını biz qabaqcadan təyin edə bilək. 
1.
 
Turizmin I xüsusiyyəti. Turist regionunun menecerinin regionda olan 
bütün  təşkilatlardakı  vəziyyətdən  xəbəri  olmalıdır.  Turizm  regionda  bütün 
sahələrə  dərin  müdaxilə  edir  və  onu  təşkil  edən  bütün  elementlərlə  sıx 
əlaqədardır.  Belə  şəraitdə  regionun  turist  meneceri  ayrı-ayrı  təşkilatların  və 
bütün regionun turizm strateji inkişaf proqramını tərtib etməlidir. 
2.
 
Turizmin  II  xüsusiyyəti.  Turizmi  idarə  obyekti  kimi  təsəvvür  etmək 
çox çətindir və onun son məqsədini də anlamaq çox çətindir. Lakin təşkilatlar 
üçün  nə  region  səviyyəsində  və  nə  də  təşkilat  səviyyəsində  bu  cür  məqsəd 
qoyulmur. Onların fəaliyyətinin əsas məqsədi regionda turizmin inkişafıdır. 
3.
 
Turizmin menecmentinin regiona təsiri çox zəifdir. Onun nə özəl turist 
şirkətlərinə  təsir  qüvvəsi  var  və  nə  də  turist  təşkilatlarına.  Turist təşkilatları 
büdcədən maliyyələşdirilir, onların turizm biznesi ilə məşğul olmağa imkanları 
yoxdur. 
4.
 
Turizmə  həm  müştərilər  və  həm  də  yerli  əhali  təsir  göstərirlər.  Çox 
vaxtı  onların  maraqları  üst-üstə  düşmür.  Məsələn,  yerli  əhali  narazıdır  ki. 
turistlər həddən artıq şirin su işlədirlər, halbuki içməli su yerli əhaliyə çatmır. 
Turist şirkətləri çoxlu miqdarda torpaq icarəyə götürürlər. Bu səbəb 




R

Z M 
dən torpağın qiyməti qalxır və yerli əhali onu ala bilmir. Turizmin meneceri bu 
cür mübahisəli məsələlərdən çıxış yolu tapmalıdır. 
5.
 
Turizmə təsir göstərən amillərdən biri də turist məhsulunun qeyri- adi 
xarakter  daşımasıdır:  turizm  məhsulunu  onu  istehsal  edən  yerdən  ayırmaq 
mümkün deyil. Onu ixrac etmək üçün xarici turist gərək özü bu məhsul istehsal 
olunan yerə gəlsin. Turizm məhsulunu saxlamaq mümkün deyil. Qış fəslində 
istehsal  olunan  məhsulu  qışda,  yazda  hazırlanan  məhsulu  isə  yazda  istifadə 
etmək olar. Əgər son məqamda müştəri turizm məhsulundan imtina etsə, onu 
başqası ilə əvəz etmək olmur. 
6.
 
Turizm məhsulunun xarici effektini də qeyri-adi kimi qəbul etmək olar. 
Turizm  regiona  gələn  turistlərdən  külln  miqdarda  gəlir  götürür  və  bu  gəlir 
regionun infrastrukturunun inkişafına yönəldilmiş olur. 
7.
 
Turizmin qeyri-adiliyindən (spesifikasından) biri də turizm məhsuluna 
olan  tələbatdır.  Bu  tələbat  çox  müxtəlifdir.  Turizm  məhsulunu  əvvəlcədən 
görmək  və  qiymətləndirmək  mümkün  deyil.  Deməli,  menecer  bu  məhsulun 
yaxşı olmasını və turistə faydalı olmasını sübut etməyi bacarmalıdır. Turizm 
məhsulunu  görmək  və  ya  dadına  baxmaq  mümkün  deyil.  Onun  keyfiyyəti 
geniş  diapazonda  (sezonların  dəyişməsi  nəticəsində)  dəyişir.  Turizm 
məhsulunun  alıcılarının  müxtəlifliyi  bu  məhsulun  qeyri-  adi  olmasının 
əlamətlərindən biridir. 
İdarəetmə obyekti kimi turizm çox mürəkkəb və parametrləri səpələnmiş 
sistemi xatırladır. Turizmin idarə olunması başqa mürəkkəb sistemlərin idarə 
olunmasından onun spesifik xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətlərin bir 
neçəsini  biz  əvvəlki  mövzuda  araşdırdıq  və  qeyd etdik  ki.  turist regionunun 
menecmenti  öz  fəaliyyətində  adi  «insan-insan»  sistemli  müəssisələrin 
təcrübəsinə  əsaslanır.  Buna  baxmayaraq,  bir  də  qeyd  etməliyik  ki.  turizmin 
idarə olunması onun «spesifik» xüsusiyyətlərindən daha çox asılıdır, ona görə 
də bu xüsusiyyətləri ətraflı öyrənməyə böyük ehtiyac duyulur. 
8.
 
Turist  xidmətlərindən  istifadə  edənlərin  müxtəlifliyi.  Turistlər  çox 
müxtəlif  olur.  Onlar  əsas  turist  səfərlərinin  məqsədi,  turist  məhsuluna  olan 
tələbatla  fərqlənirlər,  rurislləri  ən  çox  maraqlandıran  turist  məhsulunun 
qiymətidir.  Hər  turistin  özünə  məxsus  turist  bazarı  var.  Turistlərin 
müxtəlifliyinə görə bu bazar a\ rı-ayrı seqmentlərə bölünürlər. Hər turist nö\1i- 
nün öz seqmenti var. Məsələn, dağ turizmi və ya dəniz sahili istirahət müxtəlif 
seqmentləri təşkil edir. Bundan başqa, öz istirahət üslubuna görə də turistlər 
seqmentlərə bölünürlər. Turist meneceri turistlərin bu cür müxtəlifliyini yaxşı 
bilməli və hər bir qrup turistlə onun öz «dilində» da 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə