Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə82/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   114

T U R İ Z M  
26.2
 
TURİST REGİONLARI, TƏŞKİLATLARI VƏ MÜƏSSİSƏLƏRİ 
Turist  regionları,  təşkilatları  və  turist  müəssisələri  turizmin  ən  vacib 
idarəetmə  obyektləridirlər.  Ona  görə  ki,  turizm  xidmətləri  turistlərə  bu 
obyektlərdə  göstərilir.  Turizmin  obyektləri  əsas  üç  komponenti  əhatə  edir: 
turist regionu (turistin gəldiyi rayon), turist təşkilatları (ictimai və dövlət) və 
turizmin  müəssisələri  (fırmalan).  Turizmin  menecmentində  bu  obyektlərin 
idarə  olunması  əsas  yer  tutur.  Ona  görə  də,  bu  obyektlərin  strukturunun  və 
funksional fəaliyyətlərinin öyrənilməsi çox vacibdir. 
Turist regionları 
Turist regionu nə deməkdir, onun hansı sərhədləri və funksional fəaliyyəti 
var? Turist regionu turistə bütövlüklə satılan turist məhsulu və deməli turistin 
arzu etdivi səfərin məQsədi deməkdir. Turist regionunun bu cür tərifi turistin 
öz marağından doğur. Burada əsas məna ondadır ki, turist regionu turistin özü 
seçdiyi  coğrafi  rayondur.  Bu  rayon  turistə  istirahət  zamanı  gözlədiyi  və 
arzuladığı  xeyri  verməlidir.  Çox  hallarda  belə  ərazilər  qəbul  olunmuş  siyasi 
ərazilərlə uyğun gəlmirlər. Turistin öz tərifində və təsəvvüründə turist regionu 
onun görmək istədiyi yerdir. Məsələn, dənizi sevən adam üçün mütləq burada 
mavi  dəniz  olmalıdır,  Avropa  ətrafına  səfərə  gedən  adam  üçün  isə  turist 
regionu bütün Avropa kontinenti olmalıdır və s. 
Ümumiləşdirərək  devə  bilərik  ki.  turist  regionu  coOTafi  məkandır, 
turistin  secdivi  seqmentdir.  Belə  ərazidə  turistin  istirahəti  üçün  bütün 
komponentlər  olmalıdır:  qalmaq  üçün,  yatmaq  üçün,  qidalanmaq  və  əyləncə 
üçün və s. 
Beləliklə,  region  vahid  turist  məhsuludur.  Belə  region  turistləri  özünə 
cəlb etmək üçün rəqabət apara bilməlidir. Hər halda, bundan ötrü o çalışır. Ona 
görə  də.  region  strateji  səviyyədə  idarə  olunmalı  və  rəqabətə  tab  gətirə 
bilməlidir. 
Turist regionuna turistlərin gözü ilə baxmaq lazımdır. Burada turistləri ən 
çox  maraqlandıran  əsas  4  parametrdir:  səfalı  yer,  landşaft,  mənzil,  əyləncə 
(ekskursiya).  Turist  bir  dəfə  bu  regiona  gəlib  bu  parametrlərin  vəziyyəti  ilə 
tanış olub və razı qalıbsa, o bir və bir də bu regionu öz turist səfərinin məqsədi 
kimi seçmək istəyəcəkdir. YTT turist regionuna istirahət, əyləncə və müalicə 
üçün lazım olan bütün şəraiti olan yer kimi baxır. 
Müasir  menecment  «turist  regionu»nun  bu  tərifində  olan  incəlikləri 
nəzərə almalıdır, ona görə ki. bu region rəqabət apara bilən bir vahiddir. Turist 
regionunun məhsuluna qiymət verdikdə isə. turistin mövqeyi ilə he 
229 


YEGANLI S.T» HACIYEV E. M. 
sablaşmaq lazımdır. Bu regionun istehsal aparatı xidmətləri kompleks şəklində 
hazırlayır. Ona görə ki, turist onu kompleks şəklində qəbul edir. Bu xidmətlər 
zəncirvari  biri-biri  ilə  bağlıdır.  Bu  zəncirvari  xidmətlər  turistin 
nöqteyi-nəzərində, kompleks xidmətlərini ayrı-ayrı elementlərə və proseslərə 
ayırır. Turist isə bütün bu xidmətlərin keyfiyyətini regiona məxsus hesab edir. 
Regionun hazırladığı məhsulun keyfiyyəti turistlərin məhsula olan tələbatının 
ödənməsindən  asılıdır.  Turist  regionunun  strateji  idarə  olunması  onun  uzun 
müddət rəqabətli olması deməkdir. Turist sektorları, bunların bazarları və ətraf 
mühit faktorları regionun rəqabətli olmasına qüvvətli təsir göstərir. 
Turist təşkilatları 
Turist təşkilatları nə deməkdir? Onlar nə ilə məşğul olur və onlar turizm 
sahəsində  hansı  mövqeni  tuturlar?  Turist  təşkilatları  xüsusi  idarəetmə 
strukturuna  malikdirlər,  onlar  turist  regionunda  əlaqələndirici  rolunu 
oynayırlar.  Bir  tərəfdən  vasitəçi  rolunu,  digər  tərəfdən  marketinq 
funksiyalarını yerinə yetirirlər. 
Turist  təşkilatları  iki  cür  olurlar:  dövlət  və  özəl  təşkilatları.  Onlar  öz 
regionlarında  turizmin  inkişafı  üçün  əlverişli  şərait  yaratmağa  çalışır,  öz 
işlərini üç səviyyədə aparırlar: milli, federal və şəhər səviyyəsində. Məsələn, 
bu  təşkilatlardan  biri  xarici  turistləri  ölkəyə  dəvət  edən  reklam  mərkəzi  ola 
bilər. Beləliklə, bu təşkilatların strukturunda görülən menecment işləri dövlət 
və özəl təşkilatları regional, milli və beynəlxalq səviyyələrdə əhatə edir. Bu 
təşkilatların  arasında  turist  məhsulunu  hazırlamaqla  aşağı  təşkilatlar  məşğul 
olur. Ona görə ki. onlar əsas turist məhsulu istehsalçıları ilə sıx əlaqədə olur və 
turist məhsulunu yaxşı tanıyırlar. Aşağı səviyyə təşkilatına o təşkilatlar aiddir 
ki,  onlarda  turizmin  bütün  komponentləri  var.  Bura  yerli  turist  təşkilatları 
aiddir. 
Turizm  nümayəndəlik  funksiyasını  milli,  federal  və  yerli  təşkilatlar  öz 
üzərlərinə götürürlər. Marketinq funksiyası isə bütün regionlarda imicdən və 
maliyyə vəziyyətindən asılı olaraq aparılır. Yerli təşkilatlar öz reklam işlərini 
federal  səviyyədə,  regional  təşkilatlar  isə  ümumi  milli  səviyyədə  və  yaxın 
xarici bazarlarda aparmalıdırlar. Milli turist təşkilatları turist bazarlarında öz 
markasını təqdim etməli və öz millətinin turist məhsulunu təbliğ etməlidir. 
230 


T U R İ Z M  
Turist müdssisəhvi 
Bu  müəssisələr  turist  məhsulunu  yaradan  «turizmin  obyektləri»dir. 
Turizmdə  müxtəlif  turist  müəssisələri  fəaliyyət  göstərir.  Onlann  bir  hissəsi 
müştərilərə  birbaşa  turist  xidmətləri  göstərirlər,  başqa  bir  hissəsi isə,  turizm 
onlar  üçün  biznesin  bir  başqa  istiqamətidir.  Ona  görə  də  iki  cür  turist 
müəssisəsi fəaliyyət göstərir. I dərəcəli - turizm hesabına fəali>'yət göstərənlər, 
II dərəcəli - eyni zamanda turizmlə də məşğul olanlar. 
dm%n\ıli turist tDşkilatları 
Turoperator  -  özünün  və  başqalarının  turist  xidmətlərini  cəmləyib  yeni 
turist  məhsulunu  yaradandır.  Yaranan  bu  turist  məhsuluna  «kompleks  tur» 
deyilir.  Bu  kompleks  turu  turoperator  müştəriyə  öz  adından  və  öz  hesabına 
təqdim  edir.  Bütün  məsuliyyəti  də  turoperator  öz  üzərinə  götürür. 
Turoperatorlar  öz  həcminə  görə,  regionlara  görə,  təklif  olunan  proqramların 
dərinliyinə və iqtisadi məqsədlərinə görə müxtəlif olurlar. 
Turbüro və turvasitəçilər 
«Turbüro» və «turvasitəçilər» sözləri ümumiyyətlə sinonim sözlər kimi 
işlədilir.  Lakin  çox  vaxt  bu  sözlərin  mənası  üst-üstə  düşmür.  Turvasit-  əçi 
bütün  turist  məhsulunu  istehsal  edən  müəssisələrlə  əlaqə  saxlayır  və  turist 
məhsulunu  satmaq  üçün  vasitəçilik  edir. Turbüro  isə  öz  fəaliyyətində ancaq 
turist  xidmətlərində  vasitəçilik  edir.  Hər  iki  təşkilat  turizm  sahəsində  ikinci 
dərəcəli  rol  oynayırlar.  Heç  bir  sahədə  turizmdə  olduğu  qədər  vasitəçilik 
fəaliyyətinə bu qədər yer verilmir (bu vasitəçilərə çox vaxt turist səfərlərinə 
getmək  üçün  müraciət  edirlər).  Bu  da  turizmin  spesifik  xüsusiyyətlərindən 
biridir. 
22-ci  fəsildə  (22.1)  Azərbaycanda  turoperator  və  turagentliklərin 
vəziyyəti  ətraflı  təhlil  edilmiş  və  Azərbaycan  turizminin  struktur  inkişafına 
maneçilik  edən  amillər  göstərilmişdir.  Bu  hissədə  isə,  turizmi  təşkil  edən 
müəssisələr bizi idarə obyekti kimi maraqlandırırlar. 
26,3
 
TURİZMİN İDARƏOLUNMA STRUKTURU 
Turizm  mürəkkəb  təşkilaii  struktura  malikdir.  Çox  vaxtı  turizmə  nəyin 
aid  olduğunu  ləyin  etmək  mümkün  olmur.  Turistlər  turizm  strukturunun 
qarşılıqlı  təsirini  görə  bilmirlər,  turist  müəssisələri  isə  hərəsi  xidmətin  bir 
hissəsini yerinə yetirirlər. Buna baxmayaraq, bütün turist kollek- 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə