Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə83/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   114

YEGANLI S.T.> HACIYEV E. M. 
tivlərinin  və  işçilərinin  yerini  regionlarda,  təşkilatlarda  və  müəssisələrdə 
turizmin strukturası təyin edir. 
Başqa sözlə desək, turizmin strukturasmın idarə olunması bir-birinə bağlı 
olan  turist  elementlərinin  funksiyalannm  nizama  salınması  və  işini  düzgün 
təşkil  etmək  deməkdir.  Söhbət  müxtəlif  səviyyələrin  fəaliyyətinin 
əlaqələndirilməsindən və idarə olunmasından gedir. Turizmin menecmentinin 
işi  elə  aparılmalıdır  ki,  bu  sahənin  strateji  idarə  olunması  təmin  olunsun. 
Turizmin  strukturunun  idarəolunması,  onun  işçiləri  və  təşkilatları  arasında 
məqsəd  və  vəzifələri  optimal  paylamaqdan  başlayır.  Sistemin  elementləri, 
onlanh  düzgün  yerləşdirilməsi,  ayrı-ayrı  bölmələrə  bölünməsi  və  s..  Bunlar 
hamısı idarəetmə strukturunun elementləridir. Bütün bu elementlər və ayn-ayn 
şöbələrin  hüququ  və  cavabdehliyi  təşkilatda  hamıya  məlum  olmalıdır. 
İdarəetmə  strukturunda  şöbələr,  bölmələr  müxtəlif  idarəetmə  səviyyələrinə 
bölünüfr. Bu bölmələrdə ayn-ayn mütəxəssislər müxtəlif tapşınqlan və ya bu 
tapşınqlann  bir  neçəsini  yerinə  yetirirlər.  Bu  idarəetmə  bölmələrinə  ayn-ayn 
qruplan  idarə  edən  menecerlər  daxildir.  Hər  menecerin  konkret  vəzifəsi  və 
məsuliyyəti  olmalıdır.  Onlar  ayn-ayn  qrupların  iş  funksiyasını  yerinə 
yetirməsində nəzarət edirlər. Ayn-ayn qruplar arasında olan əlaqələr horizontal 
xarakter  daşıyırlar.  İdarəetmə  səviyyəsi  də  təşkilatlarda  müxtəlif  olur.  Bu 
səviyyələr  arasındakı  əlaqələr  şaquli  xarakter  daşıyır.  Müxtəlif  səviyyələri 
idarə  edən  menecerlər  bir-birinə  şaquli  istiqamətdə  tabe  olurlar,  yəni  aşağı 
səviyyədə  olan  menecer  yuxandakınm  tapşınqlanm  yerinə  yetirir.  Piramida 
şəklində olan idarəetmə strukturu aşağıda, 7 №-li şəkildə göstərilmişdir. 
 
Şifkil
 
7

turizm toşkUatmm idaraetım soviyyəhri 
Bütün idarəetmə səviyyələrindəki menecerlər idarəetmə funksiyaları ilə 
yanaşı başqa tapşırıqları da yerinə yetirirlər. Lakin menecerin vəzifəsi nə qədər 
yuxandırsa da. o əlavə funksiyalarla az məşğuldur. Hesabatlar 
232 


T U R İ Z M  
göstərir ki, yüksək vəzifədə olan menecer ancaq 10 %, orta vəzifədə olan 50 % 
və aşağı vəzifədə olan 70 % əlavə funksiyaları yerinə yetirir. Piramidanın hər 
sonrakı idarəetmə səviyyəsində az adam iştirak edir. 
Ən yuxarı idarəetmə səviwəsi. Təşkilatda bu adam direktorlar şurasının 
sədri ola bilər və ya prezident, idarənin vitse prezidenti ola bilər. Bu qrupda 
olan  rəhbər  işçilər  aksiya  sahiblərinin  maraqlarını  güdür  və  təşkilatın  əsas 
siyasətini  tərtib  edir  və  bu  siyasəti  həyata  keçirirlər.  Burada  2  cür  rəhbərlik 
forması ola bilər: səlahiyyətli idarəetmə və ümumi rəhbərlik. 
Orta  səvivvə  rəhbərləri  (menecerləri).  Onlar  tərtib  olunmuş  təşkilatın 
siyasətini  həyata  keçirirlər.  Bu  siyasətin  ayrı-ayrı  elementlərini  şöbələrə  və 
qruplara çatdırırlar və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edirlər. 
Bu  qrupa  daxil  olan  menecerlər,  ümumiyyətlə  mütəxəssislər  olurlar,  onların 
geniş  vəzifələri  və  qərar  qəbul  etməyə  böyük  hüquqları  vardır.  Bu  qrupa 
müəssisə  rəhbərləri,  şöbə,  büro,  təşkilata  daxil  olan  bölmələrin  rəhbərləri 
aiddirlər. 
Asaeı idarəetmə səviwəsi. Bu qrupa kiçik rəislər daxildir. Onlar işçilərə 
verilən tapşırıqları yerinə yetirənlərə bilavasitə rəhbərlik edirlər. 
Strukturun  bu  cür  formaları  ümumi  hal  kimi  qəbul  oluna  bilər.  Lakin 
təşkilatın  növündən,  həcmindən,  sahəsindən,  ərazisindən  və  başqa  f  .ktor- 
lardan  asılı  olaraq  menecerin  funksiyaları  bu  səviyyələrin  üçündə  də  dəyişə 
bilər. 
Təşkilatlann strukturunun vacib elementləri olan işçilər, bölmələr, şöbələr 
və  başqa  idarəetmə  orqanları  bir-biri  ilə  horizontal  və  ya  şaquli  istiqamətdə 
babıdırlar. 
Turist təşkilatında əməyin horizontal və şaquli istiqamətlərdə bölünməsi 
Əməyin  bu  istiqamətlərdə  bölünməsinin  əsas  məqsədi  işlərin  yerinə 
yetirilməsində işçilərin ixtisasından düzgün istifadə etməkdir. İşçilərə tapşırıq 
veriləndə  onların  ixtisası  nəzərə  alınır.  Müəssisədə  işlərin  düzgün  getməsi 
ixtisaslı işçilərin düzgün yerləşdirilməsindən asılıdır. 
Əməvin  horizontal  istiqamətdə  bölünməsi.  Bu  əməyin  miqdannın  Və 
keyfiyyətinin düzgün təyin olunmasıdır. Faktiki olaraq bu, texnoloji prosesin 
ayrı-ayrı hissələrə bölünməsi və bu işləri yerinə yetirənlərin təyin olunmasıdır. 
Əməyin  funksional  bölünməsi  hər  şeydən  əvvəl  işçilərin  öz  ixtisaslarına  və 
bacarıqlarına uyğun yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasıdır. 
Əvvəlcədən işin mahiyyəti aydınlaşdırılır, sonra isə 
233 


YEGANLI S.T.. HACIYEN E. M. 
bu  işə  uyğun  işçi  təyin  olunur.  Məsələn,  reklam  sahəsində  menecer 
kompüterdən asanlıqla istifadə etməyi və xarici dilləri bilməlidir. İxtisaslaşmış 
işlərdə mütləq işçinin hazırlığı və ixtisası nəzərə alınmalıdır. Yüksək ixtisası 
olan  fəhlə  aşağı  ixtisaslı  işləri  görməməlidir.  Bu  prinsipin  pozulması  işçi 
qüvvəsinin israfçılığına səbəb olur. 
Əməyin  saauli  istiqamətdə  bölünməsi.  Bu  istiqamətdə  əmək  bölgüsü 
tabeçiliklə əlaqədardır və ierarxik idarə etmə zamanı, yəni bir neçə idarəetmə 
zamanı tətbiq olunur. Belə halda idarəetmə funksiyası əsas funksiyalardan biri 
olur  və  bu  funksiyanın  da  əsas  məqsədi  təşkilatın  bütün  elementlərinin 
inteqrasiyası və məqsədə uyğun istiqamətdə koordinasiya olunmasıdır. Bu cür 
halda menecerdə 2 xüsusiyyətin olması zəruridir: intellekt və iradə. 
Müasir  zəmanədə  ən  çətin  və  mürəkkəb  iş  fəaliyyəti  düzgün  və  ağıllı 
idarəetmə  qərarını  qəbul  etməkdir.  Hər  şeydən  əvvəl  buna  səbəb  müasir 
zamanda  idarəetmə  işlərinin  çoxluğudur.  Bu  işlərin  hamısını  nizama 
salmaqdan  ötrü  ayrıca  idarəetmə  funksiyasını  yerinə  yetirmək  lazımdır.  Bu 
funksiyaları  idarə  olunan  obyektlərdə,  müxtəlif  proseslərdə,  təşkilatlarda  və 
müəssisələrdə və s. yerinə yetirilir. 
234 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə