Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə84/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   114

Т I I R  
1  
Z   M  
xxvn 
FƏSIL
 
27.1
 
TURİZM TƏŞKİLATLARININ LAYİHƏLƏNDİRİLMƏSİ VƏ TƏŞKİLİ 
Formal vd qeyri-formal tjşkilatlar və münasibətlər
 
Hər  müəssisədə  və  təşkilatda  formal  (официальной)  münasibətlər 
strukturu ilə yanaşı kollektivdə işçilər arası qeyri-formal münasibətlər də hökm 
sürür. Görülən iş prosesi ilə əlaqədar formal münasibətlər əmrlər, təlimat və 
sərəncamlarla  nizamlanır.  Qeyri-formal  münasibətlər  isə  heç  kəs  tərəfindən 
nizamlanmır  və  heç  bir  məhdudiyyətə  məruz  qalmır.  Eyni  zamanda, 
təşkilatlarda ancaq formal münasibətlər idarə olunur. Hər bir formal təşkilatın 
tərkibində  qeyri-formal  təşkilat  yaranır  və  bu  axırıncı  təşkilatın  siyasətinin 
formalaşmasına güclü təsir göstərir. Bu onunla izah olunur ki, kollektivin hər 
bir üzvü, eyni zamanda müəssisədə yaranan müxtəlif qrupların üzvüdür. 
Hər hansı bir müəssisədə rəhbərliyin formalaşdırdığı qrupa formal təşkilat 
deyilir.  Rəhbər  və  ya  rəhbərlik  bu  təşkilatı  müəssisə  qarşısında  qoyulan 
vəzifələri  həll  etmək  üçün  yaradır.  Elə  ki.  müəssisə  işləməyə  başlayır, 
yavaş-yavaş  qeyri-formal  münasibətlər  nəticəsində  qeyri-formal  qruplar  və 
təşkilatlar yaranır və onlar müəssisənin fəaliyyətində ciddi problemlər yarada 
bilərlər.  Qeyri-formal  qruplar  hər  təşkilatda  yaranırlar.  Problem  ondadır  ki, 
onlar  təşkilatda  üstünlük  təşkil  etməsinlər  və  təşkilatı  düzgün  yoldan 
uzaqlaşdırmasınlar. Menecer çalışmalıdır ki, qeyr-iformal qrupların sayı çox 
olmasın.  Qeyri-formal  qruplar  bir-birilə  gizlin,  qeyri-formal  ünsiyyətdə 
olurlar. 
Heç bir yenilik belə sürətlə yayılmır, necə ki, «pıçıltılı sirli teleqraf». Bu 
qeyri-formal qrupun əsas silahıdır. Hər bir «sirli teleqrafla» verilən məlumatın 
öz sirli interperetasiyası olur. Beləliklə, qeyri-formal qruplar insanlara mənfi 
təsir göstərirlər. 
Eyni zamanda bəzi təşkilatlar qeyri-formal qrupları böyük məharətlə öz 
xeyrinə istifadə edirlər. İş burasındadır ki. qeyri-formal qruplar normadan artıq 
yaxşı  işləyə  bilirlər.  Bundan  ötrü,  həmin  qrupların  fəaliyyətini  lazımi 
istiqamətə yönəltməyi bacarmaq lazımdır. 
Beləliklə, qeyri-formal qruplar sizə də işləyə bilərlər, sizin əleyhinizə də 
işləyə bilərlər. Bu menecerin təcrübəsindən və bacarığından asılıdır. Nə elməli 
ki, qeyri-formal qruplar sizə işləsinlər? 
1.
 
Menecer razılaşmalıdır ki. onun işləyindən asılı olmayaraq qeyri-formal 
qruplar onun ləşkilaunda var və onları idarə elmək lazımdır: 
2.
 
Qeyri-formal  liderləri  axlarıb  lapmaq  və  onları  idarə  elməyə  cəhd 
elmək:  .■'v  Qeyri-formal  ləşkilalların  əmələ  gəlməsinin  səbəblərini 
araşdırmalı və 
onların liderləri ilə daimi iş aparmalı. 
235 


YEGANLI S.T.. HACIYEV E. M. 
Təşkilat strukturlarının layihələndirilməsi 
Turizm  təşkilatlarında  optimal  struktur  yaratmağın  ümumi  resepti 
yoxdur.  Təşkilatı  elə  yaratmaq  lazımdır  ki,  gələcəkdə  o  rəhbərliyin  qarşıya 
qoyduğu  strateji  məqsədi  yerinə  yetirə  bilsin.  İqtisadi  cəhətdən  səmərəli 
fəaliyyət  göstərməkdən  ötrü,  təşkilat  nəinki  iqtisadi,  keyfiyyət  və  kəmiyyət 
göstəricilərini dəyişməli, eyni zamanda təşkilat strukturunu da dəyişməlidir. 
Bir tərəfdən əldə olan vasitələri səmərəli istifadə edib istehsalı nizama salmaq 
və sabitliyi təmin etmək, digər tərəfdən isə elə çevik bir təşkilat yaratmaqdan 
söhbət gedir ki, o daxili və xarici mühitlərin dəyişikliklərinə vaxtında reaksiya 
verə bilsin. 
Turizm  sisteminin  məqsədi  və  strategiyasından  başqa  təşkilatın 
xüsusiyyətlərinə,  ətraf  mühitin  və  işçilərin  xüsusiyyətlərinə  fikir  vermək 
lazımdır.  Turist  bazarında  məhsula  ehtiyac  olduğuna  baxmayaraq,  turist 
müəssisələrində  inamsızlıq  və  öz  yaxın  vəzifələrinin  nə  olduğunu  başa 
düşməyən  təşkilatlar  var.  Ona  görə  də,  turist  təşkilatım  yeni  yaradanda 
təşkilatın  çevik  olmasına,  strateji  məqsədlərin  tez-tez  dəyişməsinə  hazır 
olmasına fikir vermək lazımdır. 
İşçilərin  mövqeyi  və  təhsili  təşkilatın  yaranmasının  o  zaman  vacib 
şərtlərindən  olur  ki,  təşkilat  əmələ  gələndə  işçilərin  şəxsi  bacarığı  nəzərə 
alınmışdır. Təşkilatın strukturuna istehsal olunan xidmətlərin həcmi, istehsal 
texnologiyası, informasiyadan istifadə formaları, xüsusiyyət forması, filiallann 
coğrafi yerləşməsi kimi faktorlar təsir edirlər. 
Müasir  vəziyyət  işçilərdən  idarəetmə  proseslərinin  iştirakçılan  kimi 
yanaşmağı tələb edir. Müəssisələrin çoxunda bu hal ierarxik birxətli idarəetmə 
üsulunun  əksinədir.  Lakin  I  sıraya  menecerin  şəxsi  keyfiyyətləri  və  onun 
aftoriteti qabağa keçir, ierarxik hakimiyyət isə ön plana gedir. Əlbəttə, müasir 
təşkilatlarda  demokratik  idarə  üsulları  genişlənir.  Mene-cer  işdə  özünü 
göstərməkdən  ötrü,  o,  kollektiv  tərəfindən  qəbul  olunmalıdır.  Müasir 
menecerin  fəaliyyətində  inandırma,  idarəetmənin  müasir  metodlarından 
istifadə etmə bacarığı, öz sənətində ustalığı və texniki biliklərə malik olması 
əsas yer tutur. 
Təşkilat strukturlarının layihələndirmə metodikası 
Təşkilatın strukturunun layihələndirmə qərarı o vaxt qəbul olunur ki, artıq 
köhnə idarəetmə strukturu işə yaramır. Yeni layihələşdirmə zamanı təşkilatın 
qarşısında  yeni  məqsəd  qoyulur.  Bu  məqsədin  məzmunu  belədir.  Yeni 
idarəetmə strukturu ətraf mühitlə qarşılıqlı əlaqədə öz işçilərinin fə- 
2 3 6  


T U R İ Z M  
aliyyətini elə təşkil etməlidir ki, öz müştərilərinin bütün tələblərini ödəsin və 
səmərəli nailiyyətlər əldə etsinlər. Sadə sözlə desək, söhbət turist müəssisəsinin 
istehsalat  fəaliyyətini  optimallaşdırmadan  gedir.  İş  prosesində  yüksək  gəlir 
əldə  etmək  üçün  idarəetmə  strukturu  optimal  olmalıdır.  Layi-  hələşdirmə 
prosesi 3 mərhələdən təşkil olunur. 
I
 
Mərhələ  -  təşkilatın  idarəetmə  strukturunun  təhlili.  Təhlil  zamanı 
araşdırılır ki. bu köhnə struktur nə dərəcədə qarşıda qoyulan məqsədlərə uyğun 
gəlir, nə dərəcədə rasionaldır və qarşıya qoyulan kriteriyalara cavab verir. Bu 
kriteriyalar aşağıdakılardır: 
İdarəetmə prinsipləri - mərkəzləşmə və avtonom qəbul olunan qərarların 
mütənasibliyi,  qəbul  olunan  qərarların  səmərəliliyi,  idarəetmə  səviyyələri  və 
hər səviyyədə qəbul olunan qərarların həcmi. 
İdarəetmə  aparatı  -  qrupların  yenidən  yaranması,  yerdəyişməsi,  onların 
əlaqələrinin dəyişməsi, səlahiyyətlərin və məsuliyyətlərin düzgün paylanması, 
yeni  bölmələrin  və  elementlərin  yaranması  və  ləğv  olunması,  firmalar  arası 
əlaqələrin dəyişdirilməsi və s. 
İdarəetmə funksiyası - strateji planlaşdırmanın effektliyi: «Biznes plana» 
düzəliş,  hazır  olan  məhsulun  keyfiyyətinə  nəzarət,  işçilərin  idarəetmə 
prosesinə cəlb olunması, əməyin motivlərinə dəyişiklik və s. 
Təsərrüfat  fəaliyyəti  -  texnoloji  prosesin  dəyişdirilməsi,  firmalar  arası 
əlaqələrin dərinləşməsi və təşkilatın texniki təchizatı və s. 
Təhlil  zamanı  təşkilatın  çatışmayan  cəhətlərini  aşkar  etmək  olar.  Ola 
bilsin ki, onların işində paralellizm ola. təşkilat strukturunun təkmil olmaması, 
çoxlu  manqalar  və  bölmələrin  yaradılması  və  s.  Nöqsanların  aradan 
qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır. 
II
 
Mərhələ - idarəetmə strukturunun layihələşdirilməsi zamanı idarəetmə 
strukturunun  təyin  olunması,  şöbələrin  və  idarəetmə  bölmələrinin  miqdarı, 
administrativ və idarəetmə personalının miqdarı, aparatı saxlamaq üçün lazım 
olan xərclər təyin olunur. 
Təşkilatların  idarəetmə  strukturları  aşağıdakı  tələblərə  cavab 
verməlidirlər:  Struktur  optimal  olmalıdır,  yəni  idarəetmə  səviyyələri  və 
bölmələrin miqdarı minimal olmalıdır. Operativ, etibarlı və çevik olmalıdır. 
III
 
Mərhələ  -  idarə  strukturunun  effektli  olmasının  qiymətləndirilməsi 
onun  son  nəticədə  qoyulan  tapşırığı  vaxtında  yerinə  yetirilməsi,  qərarların 
optimal  olması,  onların  vaxtında  və  operativ  qəbul  olunması  ilə  həyata 
keçirilir. 
237 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə