Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə80/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   114

YEGANLI S.T.. HACIYEN' E. M. 
nışmağı  bacarmalıdır.  Turistlərin  tələbinə  eyni  zamanda  ailənin  strukturu, 
gəliri, yaşı, sənəti və təhsili kimi faktorlar təsir göstərirlər. 
9.
 
Ailənin illik gəliri. Ailənin gəliri turizm məhsuluna olan tələbata təsir 
göstərən  ən  güclü  faktordur.  Səyahət  o  adam  edə  bilər  ki,  onun  pulu  olsun. 
Başqa sözlə desək, turizmə ehtiyac o zaman reallaşır ki, onun məhsulunu alan 
olsun. Tədqiqatçılar gəlirlə turizm məhsuluna tələbat arasında iki cür asılılığı 
qeyd edirlər: a) son dərəcədə zəruri olan əşyaları təmin edən gəlir (turizm üçün 
effektli gəlir deyil); b) qiymətli əşyaları almağa imkan verə bilən gəlir (turizm 
üçün effektli olan gəlir). I hal - aydındır. Əgər bütün gəlir ailəni ən lazım olan 
yemək məhsulları ilə təmin etməyə çatırsa, turizm məhsuluna ehtiyac yoxdur. 
10.
 
Ailənin  strukturu  da  turizm  məhsulunun  növünə  və  həcminə  təsir 
göstərir. Tədqiqatlar göstərir ki, ailə tərkibi 1-2 nəfərdisə, daha tez-tez turist 
səfərlərində  iştirak  edir,  nəinki  böyük  ailələr  (5-6  adam).  Kiçik  ailələrdə 
turizmə tələbat ona görə çoxalır ki. ailənin illik büdcəsi az adam arasında (1-2 
adam) bölünür və çox olur. Bu cür ailələrin tez-tez səyahətə getməyə daha çox 
imkanı  olur.  Bu  cür  turistlər  turizm  məhsulunun  keyfiyyətinə  çox  tələbkar 
olurlar.  Qiymət  onlar  üçün  problem  deyil.  Məsələn,  ailə  2  nəfərdir.  Ər  və 
arvad.  İkisi  də işləyir,  onların  gəliri imkan  verir  ki, ildə  bir  neçə  dəfə  turist 
səfərlərində iştirak etsinlər. 
11.
 
Turist xidmətlərinə yaşın da təsiri az deyildi. Qoca adamlar və uşaqlar 
nadir hallarda səfərə gedirlər. Lakin bəzi təqaüdçülər, maddi cəhətdən imkanı 
olanlar turist səfərlərində iştirak edir və səfərin təşkilinə çox ‘tələbkar olurlar. 
12.
 
Təhsili olan adamların turizm məhsuluna tələbi çoxdur, nəinki təhsili 
olmayanların. Xüsusən sənət sahibləri daim maraqlanırlar ki, başqa şəhərlərdə 
və ölkələrdə onların sənəti öz vətənlərinə nisbətən nə dərəcədə inkişaf etmişdir. 
Kiçik  müəssisələrin  sahibləri  məmurlara  və  qulluqçulara  nisbətən  çox  az 
səyahət  edirlər.  Təhsilli  və  sənət  adamları,  eyni  zamanda  turizmin  müxtəlif 
növlərində iştirak edirlər. 
13.
 
Turist  səfərlərinin  miqdarına  ölkədə  olan  iqtisadi  vəziyyət  təsir 
göstərir. Hər bir vətəndaşın iqtisadi vəziyyəti ölkədə olan iqtisadi vəziyyətdən 
asılıdır.  İqtisadiyyat  ölkədə  nə  qədər  yüksəkdirsə,  bir  o  qədər  də  turizm 
məhsuluna tələbat ço.xdur. İqtisadiyyatı aşağı olan ölkədə kütləvi turizmdən 
söhbət gedə bilməz. 
14.
 
Sosial  faktorlar  -  üç  parametr:  həyat  şəraiti,  əmək  şəraiti,  təhsil 
səviyyəsi və bir də asudə vaxtın olması. Bunlar hamısı turizmin inkişafına təsir 
göstərir.  Demokratik  cəmiyyət,  bazar  iqtisadiyyatı,  eyni  zamanda  istehlakı 
aktiv olan cəmiyyətdir. Belə cəmiyyət azad, dinamik və savadlı 
2 2 4  


T U R İ Z M  
cəmiyyətdir.  Bu  cür  cəmiyyətdə  insanlar  gərgin  və  səmərəli  əməklə  məşğul 
olur. Belə cəmiyyətdə turizmə də ehtiyac çox böyükdür. Savadlı cəmiyyətdə 
incəsənətə, memarlığa, tarixi abidələrə və mədəniyyətə meyl çox yüksəkdir. Bu 
cəmiyyətin sakinləri istirahəti, həyatda yeniliklərlə tanış olmağı çox sevirlər. 
Nə qədər cəmiyyətdə peşəkar sənətkarlar var. o qədər də elmə, sənətə meyli 
olan turist xidmətlərinə ehtiyac var. 
15.
 
Turizm  xüsusiyyətlərindən  biri  də  turizm  məhsulunun  kompleks 
şəklində olmasıdır. Turist xidməti ayrı-ayrı xidmətin növlərindən yığılır. Lakin 
turist onu kompleks şəklində qəbul edir. Bu xidmətlərin tərkibində maddi və 
qeyri-maddi  xidmətlər  var.  Bu  və  əlavə  xidmətlər  müxtəlif  müəssisələrdə 
hazırlanır.  Turistə  göstərilən  xidmətləri  birləşdirib  kompleks  şəkildə  turistə 
göstərmək  üçün  menecer  bütün  təşkilatlarla  sıx  əlaqə  yaratmalıdır.  Turist 
məhsulunun komponentləri ayrı-ayrı şirkətlərdə hazırlanır. Bu da idarəetməni 
mürəkkəbləşdirir.  Vəziyyətdən  çıxmaq  üçün  kooperasiyadan  istifadə  etmək 
lazımdır. 
Son zamanlar turist müəssisələrinin bir yerdə çalışması artmışdır. Turist 
regionunun göstərdiyi xidmət «kollektiv məhsul» kimi ortalığa çıxır. Turist bu 
«kollektiv turist məhsulunu» öz səyahətinin məQsədı kimi qəbul edir. O, son 
səyahətini yada salır və belə təsəvvür edir ki, həmin turist regionuna getsə, artıq 
ona  yaxşı  məlum  olan  turist  xidmətləri  göstəriləcək.  Beləliklə,  təsdiq  edə 
bilərik ki, səyahətin məqsədi turist xidmətləri göstərilən yerə getməkdir. Turist 
səfərin məqsədini seçirsə, deməli məzuniyyət zamanı hara getməyini də qərara 
almışdır. 
16.
 
Turist  xidmətlərinin  həcmi  iqlimdən,  yəni  fəsillərdən  də  asılıdır. 
Menecer  bunu  mütləq  nəzərdən  qaçırtmamalıdır.  Tələbatın  iqlimlə  əlaqədar 
dəyişməsi turist müəssisələrində ciddi problemlər yaradır. Ola bilsin ki. bütün 
turist  sənayesinin  fəaliyyəti  axsasın.  Turizmin  bu  xüsusiyyətləri  göstərir  ki, 
turizmin  idarə  olunması  başqa  obyektlərin  idarə  olunmasına  bənzəmir.  Ona 
görə  də  başqa  sahələrin  idarəetmə  modelini  turizmin  idarə  olunmasına 
me.xaniki olaraq tətbiq etmək qeyri-mümkündür. Turizmi idarə etmək üçün, 
onun özünə məxsus idarəetmə modelini tərtib elmək lazımdır. Belə model çox 
çevik olmalı və baş verən dəyişiklikləri özündə əks etdirməlidir. , 
22S 


YEGANLI S.T.. HACIYEV E. M. 
XXVI
 FƏSIL
 
26.1
 
TURİZMİN İDARƏOLUNMA SİSTEMİ VƏ TƏRKİBİ (STRUKTURU) 
Turizm idarəetim sistemi kimi
 
Turizm mürəkkəb və parametrləri geniş fəzada səpələnmiş bir sistemdir. 
Onun parametrləri bir-biri ilə sıx əlaqədardır. Başqa idarəetmə sistemlərindən 
fərqlənərək  turizm  açıq  idarəetmə  sistemidir.  Bu  sistem  ayn-ayrı  onu  təşkil 
edən elementlərlə o qədər sıx bağlıdır ki, elementlərdən biri ləğv olunsa, bütün 
sistem sıradan çıxa bilər. Məsələn, istirahətə gəlmiş turistə deyirlər ki, yatmağa 
yer yoxdur. Turist nə etməlidir? Aydındır ki, belə olduğu halda onun səfəri baş 
tutmur. 
Turizmi  idarəetmə  sistemi  səfər  zamanı  bütün  göstərilən  xidmətlərin 
cəmi, bu xidmətləri göstərən müəssisələrin bir-birilə və ətraf mühitlə qarşılıqlı 
əlaqələri, səfər zamanı baş verən bütün hadisələrin və münasibətlərin cəmidir. 
Aydın olmaq üçün aşağıda turizmi idarəetmə sisteminin şəkli göstərilmişdir. 
İqtisadiyyat 
Turizmin obyekti 
Turist 

N W 
Turizmin subvekti \ 
; Z— . 
.  \ 
 ------  • 
; ı 
turist 
regionu 
müassisMİ 
y   j   j
 
'v  .........  ........ 
f'
 
Turist laykilad 
Texnologiya 
... 
•Sosial mühit 
Siyas.it 
Şokil 6. Turizmi idarsetmə sistemi 
Turizm  sistemi  əsas  2  hissədən;  turizmin  subyekti  (turist)  və  turizmin 
obyekti  (turist  xidmətləri)  təşkil  olunur.  Turizmin  subyekti  -  turist  özüdür. 
Turizmin  obyekti  isə  turistin  məqsədidir,  yəni  turistə  göstərilən  xidmətlərin 
cəmidir.  Turizm  idarəetmə  sistemi  ətraf  mühitin  mühasirəsində-  dir.  Bu 
mühasirənin  tərkibinə  iqtisadiyyat,  ekologiya,  texnologiya,  siyasi  və  sosial 
mühitlər aiddir. Bu faktorlar turizmə güclü təsir göstərirlər. Tu 
226 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə