Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə81/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   114

T U R İ Z M  
rizmin bu xarici faktorlardan asılılığı onun ən vacib xüsusiyyətlərindən biridir. 
Bir  tərəfdən  turizmin  subyekti  ilə  obyektinin  əlaqələrinin  olması  (daxili 
əlaqələr), digər tərəfdən turist sistemi ilə xarici faktorlar arasında olan əlaqələr 
turizmi  açıq  bir  sistem  kimi  idarə  olunmasının  zərurətini  göstərir.  Açıq 
sistemlərin 
idarə 
olunmasında 
«idarəetmə» 
nəzəriyyəsinə 
görə 
«kompensasiya»  üsullarından  istifadə  olunur.  Hər  hansı  bir  xarici  faktor 
dəyişərsə,  sistemdə  onu  tarazlaşdıran  tədbirlər  görülür.  «Kompensasiya» 
üsulunun  əsas  mahiyyəti  sistemdə  olan  dəyişildikləri  müxtəlif  yollarla 
tarazlaşdırmaq və sistemi yenə də əvvəlki müvazinətə gətirməkdir. 
Qeyd  etmək  lazımdır  ki,  xarici  faktorların  təsiri  turizm  sisteminə  hər 
yerdə  eyni  deyildir.  Məsələn,  ekologiyanın  vəziyyəti  bir  yerdə  yaxşı,  başqa 
yerdə isə dözülməz olur. Bir ölkədə dövlət orqanları turizmə çox fikir verirlər 
və  iqtisadiyyatın  vacib  sahəsi  hesab  edirlər,  başqa  yerdə  isə  ona  az  fikir 
verirlər, ona sərmayə qoymurlar və nəticədə turizm inkişaf etmir və s. Menecer 
xarici faktorların vəziyyətini öyrənib düzgün qərarlar qəbul etməlidir. Düzgün 
qərarların qəbul olunması menecerin təcrübəsindən və bacarığından asılıdır. 
İqtisadiyyat - iqtisadiyyat və turizm bir-birinə sıx bağlıdır. İqtisadiyyatı 
yüksək olan ölkədə turizm də inkişaf edir və turizmin inkişafı yüksək iqtisadi 
dirçəlişə təkan verir. İqtisadiyyatın ümumi qanunları turizmə müsbət və həm də 
mənfi təsir göstərə bilər. Məsələn, vətəndaşlann illik gəlirinin artması və onun 
bərabər  paylanması,  valyutanın  sabit  vəziyyəti,  əlverişli  konyunktura 
situasiyası  turizmə  müsbət  təsir  göstərir;  iqtisadi  böhranlar,  sənayenin 
zəifləməsi, işsizlik, valyutanın qeyri-sabit vəziyyəti və əlverişsiz konyunktura 
vəziyyəti  turizmə  mənfi  təsir  göstərir.  Vətəndaşların  illik  gəliri  turizm 
xidmətlərinə  olan  tələbata  bilavasitə  təsir  göstərir.  Gəlir  çoxalanda 
vətəndaşların əlinə çoxlu pul gəlir. Normal həyat səviyyəsini təmin etməkdən 
ötrü turizm səfərlərinə tələbat çoxalır. Nə qədər milli gəlir vətəndaşlar arasında 
bərabər  bölünərsə,  bir  o  qədər  də  çox  adam  səyahətlərdə  iştirak  edər. 
Valyutanın  sabitliyi  də  turizm  sistemində  vacib  faktorlardan  biridir.  Əgər 
dolların  məzənnəsi  yüksəkdirsə,  alınan  əmək  haqqına  ondan  az  miqdarda 
almaq  olar,  bununla  da.  səfərə  çıxmaq  mümkün  deyil.  Amma  Amerikalılar 
üçün  bizim  ölkədə  səyahət  etmək  çox  əlverişlidir.  Valyutanın  məzənnəsinin 
böyük miqdarda dəyişməsi eyni xidmət növünün qiymətlərinin böyük həcmdə 
dəyişməsinə səbəb olur. Turizmin iqtisadiyyata təsiri daha mübahisəsizdir. İş 
yerləri açır, istehsalat funksiyasını yerinə yetirir. Hər hansı bir istehsal dövlətə 
gəlir gətirir. 
İstehsalat  funksiyası.  Turist  müəssi.səsi  istehsalat  funksiyasını  yerinə 
yetirir. Bundan ötrü o, istehsalat faktorlarından, yəni əmək, torpaq və ka 
227 


YEGANLI S. T.. HACIYEN’ E. M. 
pitaldan istifadə edir. Bu faktorların kombinasiyası yeni bir məhsul yaradır. Bu 
məhsulun  reallaşması  kapitalın  toplanmasına  səbəb  olur.  Beləliklə,  turizm 
sahəsində  fəaliyyət  göstərən  müəssisə  kapitalın  toplanmasına  səbəb  olur. 
Bundan başqa, turizm sənayenin inkişafına multiplikativ təsir göstərir. Turizm 
iqtisadi dirçəlişin əlverişli istiqamətidir. Başqa sahələrdən fərqli olaraq onun 
bir çox üstünlükləri vardır. Turizmə qoyulan sərmayə qısa bir müddətdə özünü 
doğruldur. Qoyulan kapitalın dövriyyə əmsalı yüksəkdir. Turizm ardıcıl olaraq 
xidmət  sahələrini  genişləndirir,  yeni  iş  yerləri  açır  və  gəliri  kanvertasiyası 
mümkün olan valyuta ilə almağa imkan verir. 
Gəlir  əmələ  gətirmə  funksiyası.  Kim  işləyirsə,  o  pul  qazanır.  Turizm 
fəaliyyəti nəticəsində də gəlir alınır, turizmin inkişafı milli gəlirin çoxalmasına 
səbəb olur. Söhbət birinci effektdən gedir, yəni turizm fəaliyyəti nəticəsində 
gəlirin  əmələ  gəlməsindən.  Lakin,  eyni  zamanda  turizm  başqa  sahələrin 
inkişafının  katalizator  rolunu  oynayır.  Məsələn,  turizm  infrastrukturunun 
yaranması  otellərin  tikilməsini,  yolların  salınmasını  və  abadlaşmasını,  tarixi 
abidələrin  bərpasını  tələb  edir.  Bunlar  hamısı  yeni  istehsal  sahələrinin 
yaranmasına səbəb olur. Bu isə turizmin iqtisadiyyata təsirinin 2-ci effektidir, 
yəni multiplikasiya effekti. Turizmdən gələn I gəlir başqa sahələrə ötürüldükdə 
(regional ticarətə, sənayeyə və kənd təsərrüfatına), gəlir külli miqdarda çoxalır. 
Bərabərləşdirmə  funksiyası.  Bu  funksiya  zəif  inkişaf  etmiş  regionların 
iqtisadiyyatını  qaldırmağa  qulluq  edir.  Ümumiyyətlə,  turistləri  sənayesi  zəif 
inkişaf etmiş regionlar daha çox maraqlandırır. Ona görə ki. belə regionlarda 
landşaft və ətraf mühit sənaye tullantıları ilə korlanmamış qalır. Çox vaxt belə 
regionlar kənd təsərrüfatı rayonları olur. Belə rayonların əhalisi üçün turizm 
əlavə  gəlir  mənbəyidir.  Bu  rayonlarda  əhalinin  əmək  haqqı  sənaye 
rayonlarından  çox  aşağıdır.  Turizm  isə  əhalinin  gəlirini  sənaye  rayonlarının 
əhalisinin gəlirləri ilə bərabərləşdirir. Bərabərləşdirmə funksiyası beynəlxalq 
turizmdə də öz rolunu oynayır. Lakin, burada söhbət ölkədən gedən və ölkəyə 
gələn turistlərin balansından gedir. Balans o zaman defisitli olur ki. ölkədən 
xaricə gedən turistlərin sayı, .xaricdən gələn turistlərin sayından çox olur. Bu 
zaman xaricə gedən turistlər ölkədən külli miqdarda valyuta çıxardırlar. Hər 
ölkə çalışır ki. onun ölkəsinə çox xarici turist gəlsin və çoxlu valyuta gətirsin. 
Lakin bu o qədər də asan məsələ deyil və burada beynəlxalq turizm meneceri 
həlledici rol oynayır. 
228 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə