Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə73/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
> Firmanın imicini yaratmaq olur. 
Belə reklam serverin tərtib olunması çox ucuz başa gəlir, alınan effekt isə 
çox  böyükdür.  Firma  həcmi  böyük  olmayan  veb-serverin  hazırlanması 
sifarişini vermək və müştəriləri məlumatlandırmaq və firmanın məhsuluna cəlb 
etmək üçün gözəl bir alət əldə edir. 
Sonrakı mərhələdə firma reklam serverləri hazırlayır və onların köməyi 
ilə  firmanın  bütün  xidmət  növlərini  nümayiş  etdirir,  öz  əməkdaşları  olan 
turagentlikləri qiymətlərin dəyişilməsi, təzə menecerin təyin olunması barədə 
məlumatlandırır  və  s.  Bu  reklam  serverində  köhnəlmiş  məlumatlar  tez-tez 
dəyişdirilir.  Müəyyən  bazaların  köməyi  ilə  bu  prosesin  özü  də 
avtomatlaşdırılır. 
Son  zamanlar  İnternetdə  xüsusi  serverlərin  sayı  çoxalmışdır.  Bu 
serverlərdə müxtəlif ölkələr və şəhərlər haqqında sorğu-jurnalları verilir. Bu 
cür  sorğu-jurnalları  turoperator  və  turagentlikləri  nəyə  görə  maraqlandıra 
bilərlər? . 
Aydındır ki. turoperatorların çoxu xarici turistləri öz ölkələrinə gətirmək 
istəyirlər. Öz turist məhsullarını xarici ölkələrdə necə hərəkətə gətirə bilərlər? 
Xarici ölkələrin mətbuatında reklam materialları yerləşdirmək olar və ya həmin 
ölkələrdə nümayəndəlik açmaq olar və s. Lakin bunlar hamısı çoxlu xərc tələb 
edirlər.  Hamısından  yaxşısı,  xarici  müştərilərin  nəzərini  öz  məhsuluna  cəlb 
etmək  üçün  ən  ucuz  yol  belə  sorğu-jurnalların  İnternetdə  yerləşdirilməsidir. 
Səfərə getmək istəyən şəxs getmək istədiyi ölkə və ya şəhər haqqında mümkün 
qədər çox məlumat toplamaq istəyir. Bu cəhətdən İnternet əvəzedilməzdir. Ona 
görə ki. əvvəli, elektron sorğu- jurnalı sutkada 24 saat açıqdır, ikincisi, orada 
olan məlumatlar mətbuatda yoxdur. 
Dünyanın nəhəng turist şirkətləri artıq turistlərə İnternet vasitəsilə xidmət 
göstərməyin üstünlüklərini yaxşı anlayıblar. İnformasiyanın açıq və operativ 
bir  dövründə  Azərbaycan  turoperatorları  İnternetdə  öz  Vebsə-  hifələrini 
yerləşdiriblər.  Onlar  öz  müştərilərinə  İnternet  vasitəsilə  turist  xidmətlərinin 
bronlaşdırılmasını  təklif  edirlər.  Lakin  bu  «On-line»  rejimində  bronlaşdırma 
Qərb  ölkələrininkindən  fərqli  olaraq  maliyyə  zəmanəti  vermir.  Turfirmanın 
müştərilərlə bronlaşdırmadan sonrakı hesablaşması adi qaydada olur. Bu ona 
görə belə olur ki. elektron vasitələri ilə ticarətin Azərbaycanda hüquqi əsasları 
tam tərtib olunmamışdır. 
2001-ci ilin dekabr ayında İnternetdə MDB ölkələrini əhatə edən yeni bir 
tur  sayt  təşkil  olunmuşdur.  Bu  sayt  öz  rəngarəngliyi  ilə.  gözəl  dizaynı  ilə 
əvvəlkilərdən fərqlənir. Onun üstünlükləri - istifadəsinin sadəliyi və ra 
2 0 4  


T U R İ Z M  
hatlığıdır. Bu saytda Rusiya (Moskva və Sankt-Peterburq) haqqında istənilən 
məlumatı tapmaq olar. Turist portalı Moskvada yaranmışdır. 
Turkompaniya istənilən  vaxtda sayta daxil ola bilər, öz informasiyasını 
dəyişə  və  ya  genişləndirə  bilər.  Bu  sayta  daxil  olanlar  70-ə  qədər  ölkə  və 
şəhərlər haqqında məlumat ala bilərlər. Kurortlar, mehmanxanalar, restoranlar 
haqqında ətraflı məlumatlarla tamş ola bilərlər. Bu məlumatlar o yerlərdə olan 
jurnalistlərdən alınır, ona görə də dəqiq olurlar. 
Turizm  infrastrukturunun  ən  vacib  elementlərindən  biri 

mehmanxanalardır.  Amerika  şirkəti  olan  «Lodjinq  Tac  Libika»  tərtib  etdiyi 
ASU-nu  mehmanxananın  avtomatik  idarə  etməsinə  həsr  etmişdir.  «Lodjinq 
Tac  Libika»  avtomatik  idarə  etmə  sistemi  olduqca  asan  idarə  olunur.  O, 
funksional blokdan, qonaqlann siyahısını əks etdirən displeydən, müştərilərin 
siyahısı və lazım olan məlumatın axtanş blokundan təşkil olunur. Daxil olan 
məlumatları  araşdınr,  hər  müştəri  haqqmda  məlumatı  yaddaşında  saxlayır. 
Bundan  başqa,  mehmanxananın  fəaliyyətinə  nəzarət  edir  və  onun  effektli 
işləməsini  təhlil  edir.  Marketinq  siyasətini,  maliyyə-təsərrüfat  işlərini  və 
planlaşdırmanı  təşkil  edir.  ASU  real  zaman  sistemində  işləyir  və 
müştəri-server sisteminin quruluşunu istifadə edir, özü də inteqrasiya olan açıq 
sistemə malikdir. Sistemin rus variantı tərtib olunmuşdur. İstənilən məlumatı 
almaqdan  ötrü  displeyin  uyğun  düyməsini  basmaq  lazımdır.  Standart 
ekranlardan istifadə olunur. 
ASU  «Lodjinq  Tac  Libika»  mehmanxananın  işini  olduqca  asanlaşdırır. 
1997-ci  ildə  o,  Microsoft-un  mükafatına  layiq  görülmüşdür.  Sistem  zəngin 
funksiya blokuna malikdir, mehmanxanamn iş texnologiyasına uyğunlaşa bilir 
və müxtəlif tələblərə cavab verə bilir. 
2 0 5  


YEGANLI S.T.. HACIYEV E. M. 
XXIV
 FƏSIL
 
24.1
 
MDB VƏ BALTİKA MƏKANINDA MEHMANXANA 
MƏHSULLARININ QLOBAL KOMPÜTER SİSTEMİNDƏ HƏRƏKƏTƏ 
GƏTİRİLMƏSİ (QLOBAL MARKETİNQ PROQRAMI) 
Turizmdə  reklam  informasiya  təminatının  əsas  vəzifəsi  turizm 
məhsulunun bütün imkan olan bazarlarda hərəkətə gətirilməsi və satılmasıdır. 
Turizm  məhsulunun  hərəkətə  gətirilməsi,  bu  məhsulun  satılması  üçün lazım 
olan tədbirlərin cəmidir. 
Turizm məhsulunun ən vacib komponentlərindən biri mehmanxanalardır. 
Mehmanxana tikintisi çoxlu kapital və vaxt tələb edir. SSRİ dövründə tikilən 
mehmanxana fondu hal-hazırda lazımınca istifadə olunmur. Bir vaxtlar var idi 
ki,  bü  mehmanxanalar  «ağzına  kimi»  dolu  olardı,  turistlərin  bir  hissəsi  isə 
dəhlizlərdə gecələyirdilər. Hal-hazırda isə mehmanxana yerlərinin 20-30 %-i 
ancaq istifadə olunur. Bu da böyük itkilərə sə-, bəb olur. Ona görə də, MDB 
məkanında, o cümlədən də Azərbaycanda mehmanxana məhsulunun hərəkətə 
gətirilməsi aktual problemlərdən biridir. Bu məkanda yaranmış nəhəng turist 
bazarları ilə əlaqələri kəsmək Azərbaycan üçün xeyirli ola bilməz. 
Son  zamanlarda  MDB  və  Baltika  ölkələrində  bu  sahədə  çox  böyük 
dəyişikliklər  baş  vermişdir:  müasir  tələbata  uyğun  yeni  mehmanxanalar 
tikilmiş,  onlan  idarə  etmək  üçün  avtomatik  sistemlər  quraşdınimış  və  MDB 
məkanında  yeni  reklam-informasiya  texnologiyası  əsasında  vahid  sistem 
yaradılmışdır.  MDB  və  Baltika  məkanında  vahid  mehmanxana  sisteminin 
assosiasiyası  yaradılmışdır.  Bu  assosiasiyamn  öz  reklam  jurnalı  və  vərəqləri 
çap  olunur.  Həmçinin  assosiasiya  ölkələr  arası  birgə  fəaliyyətə  təşəbbüs 
göstərir. 
Hələ  SSRİ-nin  1960-cı  illərində  təşkil  olunmuş  Qlobal  Bronlaşdırma 
Sistemi (Qlobalğnaə Sistema Rezervirovaniə (QSR)) bu vaxta kimi fəaliyyət 
göstərir  və  turizm  xidmətlərinin  satışında  vacib  bazarlardan  biridir.  Bu 
sistemin «qızıl» dördlüyü - 
1.
 
Amadeus / Sistem One, 
2.
 
Qalileo / Apollo, 
3.
 
Sabre / Fantaziya. 
4.
 
Worldspan 
60 minə qədər mehmanxananı əhatə edir, onların elektron sifarişlərinin 90%-ni 
təşkil  edirlər.  Dünyada  500  min  turoperator  və  turagentliklər  əvvəlcədən 
bronlaşdırılma üçün bu sistemə üz tutur. 
2 0 6  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə