Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə72/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   114

T U R İ Z M  
Bu proqram təchizatları turizm  sahəsində alıcılara göstərilən xidmətləri 
avtomatlaşdırmaqdan  ötrü  yaranmışdır.  Məsələn,  götürək  ANT  Group 
kompaniyasımn «Continent-ANT» avtomatik kompüter sistemini. Bu sistemin 
ideyası  Gabriel  sistemini  xatırladır.  Gabriel  sistemi  aviakompani-  yanın 
biletlərini əvvəlcədən sifariş etmək üçün istifadə olunur. Kompaniyanın əlində 
bütün  məlumatlan  özündə  cəmləyən  prosessinq  mərkəzi  yerləşir. 
Turoperatorda  turlan  komplektləşdirən,  onlan  satışa  qoyan  və  agentliklə 
hesabat  aparan  proqram  təchizatı,  turagentlikdə  isə  müştərilərə  xidmət  edən 
proqram  təchizatı  yerləşdirilir.  Sistemin  bütün  fəaliy>'əti  prosessinq 
mərkəzindən  idarə  olunur.  Turoperator  və  turagentliyin  kompüterləri  adi 
telefon xətti ilə həmin mərkəzlə əlaqə saxlayır. 
Bu  sistemin  üstünlüyü  ondadır  ki,  tələblərdən  ötrü  ounun  informasiya 
problemini  prosessinq  mərkəzi  həll  edir.  Tərəflərin  prosessinq  mərkəzindən 
asılılığı  və  sanksiya  olmadan  sistemin  işinə  qarışmağının  mümkün  olması 
sistemin  mənfi  cəhətlərindəndir.  Buna  oxşar  prinsip  «Master  Tur» 
kompleksində «Meqatek» firması tərəfindən yaradılmışdır. Əvvəlki avtomatik 
sistemdən  «Master  Tur»  onunla  fərqlənir  ki.  sistemi  idarə  edən  prosessinq 
mərkəzi  turoperatorun  özündə  yaradılır.  Baxmayaraq  ki,  «Master  Tur» 
turoperatorun  fəaliyyətini  avtomatik  idarəetməkdən  ötrü  yaranmışdır,  bu 
sistemdən turagentliyin işini avtomatlaşdırmaqdan ötrü istifadə etmək olar. Bu 
sistemlər  artıq  köhnəlmişdir,  ona  görə  ki,  satışı  müəyyən  çərçivədə 
məhdudlaşdırırlar.  Qabaqcıl  şirkətlərin  çoxu  İnternet  qlobal  kompüter 
sistemindən  istifadə  edirlər.  Məsələn,  «Akademservis»  kompaniyası  üçün 
«İntursoft» finnası İnternetdən istifadə etmək üçün standart proqram təchizatı 
tərtib  etmişdir  və  texnologiyanın  xüsusiyyəti  ondadır  ki.  turlar  haqqında 
məlumat xüsusi tərtib olunmuş bazalarda saxlamlır. Turların ətraflı təsvirindən 
başqa,  yerlər  haqqında  məlumat  da  bu  bazalarda  göstərilir.  Bu  da 
«Akademservis»  firmasına  müştəriyə  onun  sifarişinin  qəbul  olunması 
haqqında  cavab  verir.  Beləliklə,  müştəri  agentlikdə  olduğu  zaman  bütün 
sifarişlərini  verir  və  onlara  cavab  alır.  Lakin  bu  sistemin  də  müəyyən 
nöqsanları  vardır.  Bu  sistem  turoperatorun  elektron  xətləri  ilə  tam  əlaqə 
saxlaya bilmir. 
Üçüncü  sistemin  üstünlüyü  ondadır  ki,  turoperator  və  turagent  bir- 
birindən  asılı  olmayan,  yüksək  səviyyədə  informasiyaları  müdafiə  olunan 
xüsusi sistemlərdə fəaliyyət göstərirlər. Belə sistemlər xarici ölkələrdə çoxdan 
tətbiq  olunur.  Rusiyanın  turist  bazarında  «İntorsoft»  kompaniyası  yeni 
«TOUR-AGENT-2000»  proqram  təchizatı  təklif  etmişdir.  Bu  proqram 
müştərilərə  göstərilən  xidmətlərin  avtomatlaşdırılmasından  başqa,  marketinq 
və mühasibatlıq fəaliyyətini də avtomatlaşdırır. 
201 


YEGANLI S.T.. HACIYEV E. M. 
Beləliklə,  bütün  dünyada  böyük  sürətlə  informasiya  kompüter 
texnologiyası  durmadan  inkişaf  edir,  milyonlarla  insanların  həyat  tərzini 
dəyişir və turist məhsulunu dünyanın hər yerində irəlilədir. Biz yuxarıda 1997 
illərin informasiya texnologiyasından misallar gətirdik. Lakin bu texnologiya 
artıq köhnəlmişdir. Azərbaycan isə heç hələ Rusiyanın qabaqcıl firmalarının 
təcrübəsini mənimsəməmişdir. 
2003-cü  ildə  Azərbaycan  Respublikası  Baş  Turizm  İdarəsi  və  Turist 
Sənayesinin İnkişaf İttifaqı Azərbaycanda Vahid Turist İnformasiya Şəbəkəsi 
yaratmaq haqqında təşəbbüs göstərmişdir (ATİS). Təəssüf ki. bu sistemin hansı 
texnologiya  əsasında  yaranması  məlum  deyildir.  Vahid  turist  informasiya 
məkanı  hansı  problemləri  həll  etməli  və  onun  proqram  təchizatçısı  kim 
olmalıdır, o da məlum deyildir. 
Məlumdur ki, insan sivilizasiyası yeni eraya qədəm qoymuşdur - bu era 
yeni  informasiya  texnologiyası  erasıdır.  Gündən-günə  yeni  informasiya 
texnologiyasının  rolu  insan  həyatında  artır.  Ona  görə  də,  yeni  informasiya 
texnologiyasının  turizmə  müdaxiləsi  gündən  günə  artır.  Bu  da  onunla  izah 
olunur  ki,  turizm  insan  həyatının  ayrılmaz  aktiv  bir  hissəsidir.  Yeni 
informasiya texnologiyası və turizm bir-birilə sıx bağlıdır. Onlan bir- birindən 
artıq ayırmaq qeyri-mümkündür. Bu bir prosesin iki tərəfidir, hansı tərəfin bu 
prosesə daha çox təsir göstərdiyini demək çətindir. İki tərəfli olan bu proses 
dünyanın  bütün  yerlərində otellərdə  yerlərin sifariş edilməsini,  aviabiletlərin 
bronlaşdırılmasını,  avtomaşınla-rın  icarəsini  və  turizmdə  digər  əməliyyatları 
asanlaşdırır. 
Turizm  bazarı  ucsuz-bucaqsızdır.  Bu  nəhəng  bazar  özü  böyük 
informasiya mənbəyidir. Yeni informasiya texnologiyası olmadan bu bazardan 
baş  çıxartmaq  qeyri-mümkündür.  Yeni  informasiya  texnologiyası  bu 
informasiyanı qəbul edir, həzm edir, dəqiqləşdirir və rahat formada müştərilərə 
çatdırır. Hər turist üçün verilən informasiyanın həcmi tez-tez dəyişir: müxtəlif 
nəqliyyatın  hərəkət  cədvəli,  hərəkətin  istiqamətləri,  cürəbəcür  əlavə 
məlumatlar.  Tək  aviakompaniya  aviabiletin  bronlaşdırılmasında  hər  bir 
müştəri ilə orta hesabla 25 transaksiya aparır. Türist sənayesi özü də nəhəng 
informasiya  mənbəyidir.  Bu  nəhəng  informasiyanı  həzm  etmək,  ondan 
vaxtında  və  səmərəli  qərar  çıxartmaq  üçün  yeni  informasiya  texnologiyası 
köməyə gəlir. 
202 


T U R İ Z M  
  _ _ _ _    
23.3
 
TURİZM MƏHSULUNUN HƏRƏKƏTƏ GƏTİRİLMƏSİNDƏ YENİ 
REKLAM-İNFORMASİYA TEXNOLOGİYALARININ ROLU 
Mütəxəssislərin  fikrincə,  kompüterləşmiş  reklam  yaxın  zamanlarda 
reklamın  başqa  növlərini  sıxışdırıb  aradan  çıxardacaqdır.  Bundan  əvvəlki 
mühazirədə  qeyd  olundu  ki,  yeni  reklam  informasiya  texnologiyasının  rolu 
insan  həyatında  gündən-günə  artır  və  bizim  eramız  yeni  informasiya 
texnologiyası erasıdır. Müasir insanların həyat tərzi qlobal İnternet sisteminin 
xidmətlərindən geniş istifadəyə əsaslanır. İnternet - milyonlarla bütün dünyaya 
səpələnmiş və bir-birilə əlaqəsi olan kompüterlərin cəmidir. 
Hər  şeydən  əvvəl  İnternet  sürətli  və  etibarlı  əlaqə  vasitəsidir  -  E-mail 
poçtudur.  Bundan  başqa,  o,  işgüzar  fəaliyyət  üçün,  səyahətin  təşkili  və 
kontaktlar  üçün  ən  gözəl  vasitədir.  O,  sistemə  qoşulmuş  bir  kompüterdən  o 
birisinə  məlumatları  göndərməyə  və  qəbul  etməyə  imkan  yaradır,  sistemdə 
olan məlumatlar xəzinəsinə qapı açır. Məlumat apancı rolunu «Veb-serverlər» 
oynayırlar.  Veb-serverlərdə  məlumatları  ayrı-ayrı  adamlar  və  firmalar  da 
yerləşdirə bilərlər. Firmanın Veb-serveri sadə dildə firma, onun məhsulları və 
fəaliyyəti  haqqında  informasiya  yerləşdirir.  Bu  informasiya  İnternetdə 
firmanın reklamına çevrilir və hər maraqlanan şəxs onunla tanış ola bilər. Ən 
sadə formada informasiyanın təqdimi veb-səhi- fələrdə verilir. 
İnformasiya  və  məlumat  sözləri  sinonim  sözlərdir,  bu  sözlərin  fərqi 
ondadır  ki,  informasiya  sözü  xalqlar  arası  qəbul  olunmuş  və  internet 
sistemində geniş istifadə olunan sözdür. Ona görə də, biz də bu termindən çox 
istifadə edirik. 
Veb-səhifənin tərtib olunması - hər hansı obyekt və ya proses haqqında 
yüksək  səviyyədə  onun  xülasəsini  və  qrafiki  materiallarını  qısa  və  konkret 
oxuculara çatdırmaqdır. Çox vaxt turist firmaları veb-səhifələri hazırlamaqdan 
ötrü,  xüsusi  veb-səhifə,  veb-serverlər  hazırlayan  firmalara  müraciət  edirlər. 
Hazırlanmış  veb-səhifələr.  onları  axtanb  tapmaqdan  ötrü  kataloqa  salınırlar. 
Bu  cur  səhifələrin  İnternetdə  işıqlandırılmasına  reklam-informasiya 
kompaniyası  deyilir. Veb-səhifənin  arxasınca  veb-server  gəlir.  Onların  fərqi 
axırıncıda  informasiya  həcminin  çox  olması  və  mütəmadi  formada  verilən 
məlumatların  tez-tez  dəyişməsidir.  Firma  haqqında  verilən  veb-serverdə 
məqsəd  firmanın  İnternetdə  nümayəndəliyini  yaratmaqdır.  Reklam  serverin 
köməyi ilə: 
^ Geniş İnternet auditoriyası firma haqqında ətraflı məlumatlanır: 
^ Firmanın geniş ictimaiyyətə təqdim etmə mərasimini təşkil etmək olur: 
2 0 3  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə