Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə70/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   114

T U R İ Z M  
cəhətdən  çox  sərfəlidirlər.  Məsələn,  2-3  nəfərdən  təşkil  olunmuş  ovçuluq 
turizm  səfərini  götürək.  Bu  turizm  səfərində  tərcüməçi,  bələdçi,  at  sürənlər, 
yerli  ovçular  və  başqalan  qrupa  xidmət  göstərirlər.  Bu  turun  təşkili  ciddi 
hazırlıq  tələb  edir;  ov  silahına  və  bioloji  növə  lisenziyalann  alınması,  ov 
ərazisinin  icazəsi,  ov  prosesində  turistlərin  müdafiəsi  və  s.  Ona  görə  də, 
firmanın  iş  planında  turizmin  hər  iki  növünün  təşkilində  müəyyən  yer 
olmalıdır. 
Qruppalı turların təşkili asan və ucuz başa gəlir. Ona görə dä, geniş turist 
kütləsi bu turlarda iştirak edirlər. 
Cazibədar turist məhsulunun yaranması 
Cazibədar  turist  məhsulunun  yaranması  turoperatorun  ən  vacib 
vəzifələrindən  biridir.  Turist  firmasının  bu  fəaliyyəti,  bilavasitə  istehsalat 
xarakteri  daşıyır.  Bazar  siyasəti  turist  məhsulunu  istehsal  edən  və  satan 
müəssisələr arasında razılaşdırılmış qərar qəbul olunmasını tələb edir. Turların 
assortimentləri, onların miqdarı və xidmət proqramları adı çəkilən təşkilatlar 
arasında razılaşdırılmalıdır. 
Turizm  məhsulunu yaradanda belə bir sual meydana çıxır. Bu məhsulu 
kim alacaqdır və turistə nə lazımdır? Turist mehmanxanada ancaq yer almır, 
onu təzə hisslər və sürprizlər maraqlandırır; restoranda onu tək bifşteks və ya 
kotlet  maraqlandırmır,  eyni  zamanda  onu  maraqlandıran  rahat  şərait,  ona 
göstərilən qayğıkeşlik və diqqətdir. Ona görə də, turist məhsulunu yaradanda, 
birinci 
onun 
xüsusiyyətlərindən 
və 
alıcılıq 
qabiliyyətindən 
və 
cazibədarlığından  başlamaq  lazımdır.  Turist  məhsulunun  istehsalında  və 
satılmasında  bu  xüsusiyyətlər  əsas  götürülür.  Bu  xüsusiyyətlərin  turist 
məhsulunda  olması,  birinci  mərhələdə,  yəni  məhsulun  istehsalının 
planlaşdırılmasında  turistlərin  arzularının  nəzərə  alınması  və  sonuncu 
mərhələdə  turdan  sonra  turistlərin  səfərdən  nə  qədər  razı  qaldıqlarını 
öyrənməklə təyin edilir. 
Qonaqpərvərlik 
Qonaqpərvərlik - turist məhsulunun ayrılmaz bir hissəsidir. O, turizmdə 
çox qədim bir kateqoriyadır. Onu heç nə ilə ölçmək mümkün deyil. Lakin onun 
olmaması turist məhsulunu çox solğun və mənasız edir və turistin tələbləri və 
arzulan yerinə yetmir. Qonaqpərvərlik nə deməkdir və onu necə başa düşmək 
lazımdır? Qonaqpərfərlik elə bir ustalıqdır ki. nəti- 
1 9 5  


YEGANLI S.T.. HACrVEV E. M. 
cədə qonaq hiss edir ki, ev yiyəsi doğrudan da, qonağı qəbul etdiyi üçün çox 
xoşbəxtdir.  Qonaqpərvərliyin  elementləri  -  nəzakət,  qonağı  gülər  üzlə 
qarşılamaq və qonağa hörmətdir. Bundan başqa
a)
 
qonağa  turizm  mərkəzində  olan  istirahət,  əyləncə  və  tarixi  abidələr 
haqqında  məlumat  verib,  göstərmək  lazımdır  ki,  onu  burada  çoxdan 
gözləyirlər; 
b)
 
turist regionu və burada olan xidmətlər haqqında «ağzı dolu» danışmaq 
və qonaq qarşısında turist mərkəzinin müsbət imicini yaratmaq lazımdır; 
c)
 
turistə hər cür diqqət yetirmək, onun xahiş və arzularını tezliklə yerinə 
yetirmək  lazımdır  və  fikirləşmək  gərəkdir  ki,  qonağa  başqa  hansı 
hörməti etmək olar; 
d)
 
turfırma  haqqında  məlumatları  almaqda  qonağa  kömək  etməli  və  ona 
göstərilən xidmətləri yüksək səviyyəyə qaldırmalı. 
Bu prinsiplərin hamısı göstərilən xidmətlərin texnologiyasında əsas yer 
tutmalıdır.  Xüsusi  ilə,  turistlə  ünsiyyətdə  ona  daim  hörmət  əlamətlərini 
göstərməli, «turist bir qonaq kimi daim haqlıdır» prinsipini rəhbər tutmalıdır. 
Qeyd  etmək  lazımdır  ki,  qonaqpərvərlik  hər  xalqın  özünəməxsus  milli 
xüsusiyyətlərini  daşıyır.  Müasir  beynəlxalq  turizmdə  qəbul  olunmuş 
qonaqpərvərlik  dünya  xalqlannın  qonaqpərvərliklərinin  sintezidir.  Buna 
baxmayaraq,  Azərbaycan  xalqının  qonaqpərvərliyinin  parlaq  xüsusiyyətləri 
bütün xalqlar tərəfindən böyük minnətdarlıqla qəbul olunur. 
1 9 6  


T U R İ Z M  
XXin FƏSİL 
23.1
 
TUROPERATORUN KATALOQU TURİST MƏHSULUNUN 
HƏRƏKƏTƏ GƏTİRİLMƏSİNDƏ ƏSAS MƏLUMAT MƏNBƏYİDİR 
Alıcılarla  əlaqə  saxlamaqdan  ötrü  turist  firması  reklam-informasiya 
məcmuələri hazırlamalıdır. Onlardan ən vacibi turoperatorun kataloqudur. Bu 
kataloqda turlar haqqında bütün məlumatlar çap olunur. Kompüter texnikası 
olmayan agentliklərdə və müştərilər üçün də buklet və kataloqlardan istifadə 
etmək çox əlverişlidir. 
Turoperator əməkdaşlıq etdiyi agentliklərə vaxtında və lazımi miqdarda 
tərtib etdiyi kataloqlan göndərməlidir. Böyük həcmli turoperator- lar hər il öz 
turlan haqqında ətraflı kataloqlar hazırlayırlar. Bu kataloqlar iki cür hazırlanır: 
biri ümumi formada, rəngli foto şəkillərlə, o biri isə ancaq turagentlər üçün, iş 
zamanı  istifadə  etməkdən  ötrü  olur.  Bu  axınncı-  larda  rəngli  şəkillər  və 
cürbəcür illüstrasiyalar olmur. 
Ümumi formada hazırlanan rəngli kataloqların həcmi böyük olur, onda 
çoxlu  reklam,  informasiya,  foto  şəkillər  və  çoxlu təsviri  materiallar  da  olur. 
Agentliklər  üçün  hazırlanan  iş  kataloqlarında  belə  materiallar  olmur.  Orada 
turların  qrafiki,  qiyməti,  nəqliyyatın  iş  cədvəli,  topdansatış  güzəştlər, 
turagentlər üçün təyin olunan kommisionların miqdarı və başqa turlann təşkili 
ilə əlaqədar məlumatlar çap olunur. Bundan başqa, iş kataloqlarında operativ 
məlumatlar,  qiymət  cədvəlləri,  turpaketin  qiymətlərinin  elementləri, 
aviabiletin  qiyməti,  sığorta  məbləği,  transfer  qiyməti,  mehmanxana  xərci, 
qidalanma və başqa xərclər göstərilir. Turistlər tələb edirlər ki. bu məlumatlar 
daha ətraflı verilsin və əlavə lazım olan məlumatları hansı ünvandan axtarıb 
tapa bilmələri kataloqda göstərilsin. 
Kataloqlarda çap olunan materiallara çox ciddi yanaşmaq lazımdır. Hər 
şeydən  əvvəl  bu  materiallar  çox  savadlı  və  professional  səviyyədə 
hazırlanmalıdırlar. Bu materiallarda buraxılan səhvlər həmin materiallara qarşı 
şübhə oyadır, əgər birinci səhifədə səhv buraxılarsa, bütün tirajın ləğvinə və 
maddi itkilərə səbəb ola bilər. 
Kataloqda  uzun  mətnlərin  yaxşı  oxunması  üçün,  onları  kiçik  hissələrə 
bölmək və bu hissələrə maraqlı başlıqlar vermək lazımdır. Turist kataloqunu 
uzaqdan  tanımaq  üçün  onun  və  firmanın  adını  böyük  hərflərlə  birinci  və 
axırıncı səhifələrdə verirlər. Burada ölkənin adı da olmalıdır. 
Turist kataloqlan müxtəlif dillərdə hazırlanır. Bu zaman fotomateriallar 
eyni olur, mətnləri isə xarici dillərə çevirmək lazımdır. Tərcüməni mütəxəssis 
etməlidir.  Bəzən  materialların  tərcüməsində  anUışılmaz  şeylərə  rast  gəlmək 
olur. 
1 9 7  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə