Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə66/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
dan  ən  vacibi  studiyanın  veriliş  proqramını  satın  almaq,  fırmamn  reklam 
rolikinin  və  ayrı-ayrı  reklam  elanlarının  təşkilidir.  Reklam  proqramlarımn 
tərtibi ahcılann tələblərinə uyğun olmalıdır. Reklam roliklərini tərtib etməkdən 
ötrü  turist  təşkilatı  reklam  mütəxəssisinə  müraciət  edir,  o  da  reklam  roliki 
çəkir,  onun  tekstini  hazırlayır,  müəyyən  müddəti  onu  veriliş  proqramlanna 
əlavə edir. 
Reklam  elanları.  Bu  reklamı  televiziyada  təşkil  etmək  çox  asandır. 
Reklam elanında turfırma yeni marşrutlar, qiymətli istirahətin şərtləri haqqında 
məlumatlar verir. 
Beləliklə, yuxarıda göstərildiyi kimi, turist firmalarının geniş miqyasda 
reklamın müxtəlif formalanndan istifadə etmək imkanları vardır. Reklamın hər 
hansı  bir  növündən  istifadə  etmək  firmanın  büdcəsindən  və  reklamın 
istiqamətindən asılıdır. Turist firmaları ümumi maliyyə dövriyyəsindən ancaq 
10  %-ni  istifadə  edə  bilərlər.  Buna  görə  də, turizm  sahəsində  olan  reklamlar 
yüksək  dərəcədə,  başqa  sahələrə  nisbətən  ünvanlı  olmalıdırlar.  Bu  turist 
sahəsində  reklamın  vacib  xüsusiyyətidir.  Turist  firması  nadir  hallarda 
televiziya reklamlarından istifadə edir. Televiziya reklamı çox baha başa gəlir. 
Turist firması, bu reklamdan öz imicini qaldırmaqdan ötrü istifadə edir. Ona 
görə də, turizm şirkətləri ən çox dövriyyə çap nəşriyyatından istifadə edirlər, öz 
elanlarını  qəzetlərdə,  xüsusi  jurnallarda,  reklam  lövhələrində  yerləşdirir  və 
bilavasitə  poçtla  göndərilir.  Sərgilərdə  və  turist  ekspozisiyalarında  iştirak 
etmək də yaxşı nəticələr verir. Bu reklam informasiya texnologiyasını dərindən 
bilmək,  informasiya  materiallarından  bacanqla  istifadə  etmək  imkanları 
yaradır.  Bu  imkanlardan  məharətlə  istifadə  edə  bilən  turist  şirkətləri  yaxşı 
nəticə əldə edirlər. 
21.3
 
Turizmdə sərgi və ekspozisiya işlərinin təşkili 
Turist  firması  öz  alıcılan  və  partnyorları  qarşısında  daim  qz  imicini 
qaldırmalı,  öz  müştəriləri  ilə  müntəzəm  əlaqə  saxlamalı  və  təklif  etdiyi 
proqramlar haqqında onların fikrini bilməlidir. Bundan ötrü, turist təşkilatları 
turizm  sahəsində  sərgilər  və  ekspozisiyalar  təşkil  etməlidir.  Böyük  ustalıqla 
təşkil olunmuş sərgilər turist məhsulunun hərəkətə gətirilməsinə kömək edir. 
Yaxşı planlaşdırılmış və təşkil olunmuş sərgi və nümayiş olunmuş eksponatlar 
müştərilərin  gözündə  firmanın  imicini  qaldıra  bilər  və  turist  əlaqələrini 
genişləndirər, Bu da satışa yeni müştərilərin cəlb olunmasını, satış məhsulunun 
miqdarının artırılmasını təmin edir. Sərgidə turist firması alıcılarla bilavasitə 
kontakta girir, öz məhsulunun müsbət və 
184 


T U R İ Z M  
mənfi  cəhətlərini  öyrənir  və  alıcılara  yeni  proqramlar  haqqında  məlumatlar 
verir. 
Bəziləri turist sərgilərini və ekspozisiyalan yerində satış reklamı ilə qa- 
nşdırırlar.  Yerində  satışla  ekspozisiyalar  arasında  fərq  ondadır  ki, 
ekspozisiyalar müəssisələrdə pərakəndə məhsul satışlannı nümayiş etdirmirlər. 
Sərgi  və  ekspozisiyalann  əsas  məqsədi  reklam  olunan  turist  məhsullanmn 
topdan  satışını  təmin  etməkdir.  Bu  cür  ekspozisiyalar  öz  xarakterinə  görə 
informasiya  və  maarifləndirmə  xarakteri  daşıyırlar.  Onlar  ixtisaslaşmış 
auditoriyada  yeni  turist  proqramlanm  və  marşrutlarını  təqdim  edirlər.  Belə 
ekspozisiyalar  alıcıları  turist  məhsulunu  almağa  təkid  etmirlər.  Onlar  ancaq 
turist məhsulu ətrafında yaxşı əhval ruhiyyə yaradır və firmanın müsbət imicini 
möhkəmləndirirlər. 
İmic  -  ingilis  sözüdür.  Onun  mənası  surət,  nəinsə  əksi  deməkdir. 
Mütəxəssislərin  rəyincə  firmanın  adını  və  onun  satış  nişanını  firmanın 
təqdimatında  çox  böyük  rolu  vardır.  Hər  şey  addan  başlayır.  Alıcılar  üçün 
firmanın  adının  çox  böyük  əhəmiyyəti  var.  Firmanın  adı,  satış  markası  və 
embleması cazibədardısa, müştərilər ona etibarla yanaşırlar. Turist bazarında 
rəqabət kəskinləşdikcə, firmaya etibar və inam məsələsi çox vacib əhəmiyyət 
kəsb  edir.  Yaxşı  satış  markası  istifadə  etməklə  və  ya  tərtib  etməklə  turist 
firmalarının  çoxu  yaxşı  ad  qazanır  və  çoxlu  gəlir  götürürlər.  Firmanın 
markasını uzun müddət yüksək səviyyədə saxlanılması onun imicini qorumaq 
deməkdir. Firmanın markası iki funksiyanı yerinə yetirir - qarantiya və reklam 
funksiyalarını. Birinci funksiyanın pozulması avtomatik olaraq ikincisinin də 
pozulmasına səbəb olur. Ona görə də, sanballı firmaların sərgi fəaliyyətində 
yüksək imicinin qorunub saxlanılması reklamın vacib məsələlərindən biridir. 
Ondan ötrü, firma sərgidə özünün ən çox gələcəyi olan proqramlarını və turist 
məhsulunu nümayiş etdirir! 
O  firmalar  sərgilərdə  üstünlük  qazanır  ki,  onlar  məşhur  və  sanballı 
partnyorlarla əməkdaşlıq edirlər. Məşhur atalar sözündə deyilir ki: «Mənə de 
dostun kimdir, mən də deyim, sən kimsən». Bu atalar sözü bütövlükdə turizm 
şirkətinə aiddir. Məşhur təşkilatlarla əməkdaşlığın geniş işıqlandırılması turist 
firması üçün yaxşı nəticələr verə bilər. Məsələn, turist firmasının beynəlxalq 
təşkilatlarda  iştirakı  onun  imicini  partnyorlann  və  müştərilərin  gözündə 
qaldırır. Ona görə ki. beynəlxalq təşkilatlar öz adlarını qoruyur və hər təşkilatla 
əməkdaşlığa  can  atmırlar.  Sərgi  zamanı  xidmət  mədəniyyəti,  operativlik  və 
firmanın nümayəndələrinin sərgidə dəqiq işləməsi müsbət imicin yaranmasına 
səbəb olur. Xüsusi ilə. işçilərin firma pallarını qeyd etmək lazımdır. Firmanın 
iş  paltarı  onun  emblemasına  və  firmanın  nişanına  uyğun  olmalıdır.  İşçilərin 
firmanın formasında sərgi za 
1 8 5  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə