Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə65/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   114

T U R İ Z M  
də  etdiyi  metodları  və  vasitələri  təhlil  etmək  və  informasiya-reklamın 
xüsusiyyətlərini araşdırmaqdır. Ədəbiyyatda və xüsusilə, Azərbaycan dilində 
belə araşdırmalar bu vaxta kimi turizm sahəsində aparılmamışdır. Ona görə də, 
kursun 
mahiyyətini 
açıqlayanda 
xarici 
ölkələrin 
təcrübəsini 
Ümumiləşdirməklə bərabər, Azərbaycan reallıqlan da nəzərə alınnuşdır. 
Qeyd  etmək  lazımdır  ki,  ümumiyyətlə,  Azərbaycanda  turizm  sahəsində 
informasiya reklam fəaliyyəti zəif inkişaf etmişdir. Bunun bir neçə səbəbi var. 
Qeyd etdiyimiz kimi, informasiya reklam məhsulu çox da ucuz deyil. Turist 
şirkətləri  Azərbaycanda  böyük  iqtisadi  imkanlara  malik  deyildir.  Dövlət 
strukturları  turizmin  inkişafına  sərmayə  ayırmırlar,  turist  sektoru 
Azərbaycanda iqtisadiyyatın prioritet sahəsinə hələ ki çevrilməmişdir. Reklam 
informasiya  fəaliyyətini qüvvətləndirmədən turizmin  inkişafını  təmin  etmək, 
Azərbaycan turizminin imicini yaratmaq mümkün deyil. 
Reklam  informasiya  fəaliyyətini  yüksək  səviyyədə  aparmaq  üçün,  yeni 
ideyalar tərtib etməyə və tədqiqat işlərini aparmaq üçün turist şirkətlərinin çoxu 
reklam  üzrə  mütəxəssislərə  üz  tuturlar.  Böyük,kompaniyaların  tərkibində 
reklam-informasiya şöbələri fəaliyyət göstərirlər. 
Nəhəng turist şirkətləri, xaricdə özləri reklam-məlumat kompaniyalarını 
aparırlar.  Reklam  kompaniyası  müəyyən  seqmentdə,  müəyyən  vaxtda 
informasiya  vasitələrinin  bütün  növlərindən  istifadə  etməklə  müxtəlif 
tədbirlərin kompleks şəkildə görülməsinə deyilir. 
21.2
 
TURAGENTLİKLƏRDƏ REKLAM VƏ İNFORMASİYA 
FORMALARI VƏ NÖVLƏRİ 
İnformasiya  reklamı  müxtəlif  vasitələrlə  məlumatlan  alıcılara  çatdırır. 
Reklamın  əsas  vasitələri  -  qəzetlər,  jurnallar,  radio,  televiziya,  kataloqlar, 
bukletlər, məlumat vərəqləri və lövhələri, nəqliyyat elanlan və s. Bu vasitələrin 
hamısı 3 qrupa bölünürlər: 
I
 
qrup - dövriyyə nəşriyyatında olan çap materialları. Bu qrupa poliqrafik 
üsulla hazırlanan reklamların hamısı aiddir; 
II
 
qrupa - radio reklamlar, şifahi məlumatlar və elanlar aiddir; 
III
 
qrupa  -  tele  və  kino  reklamlar,  şifahi  tekstlə  müşahidələnən  və 
nümayiş olunan eksponantlar və s. 
I.  I  qrup  reklam  vasitələri.  Bu  qrupun  meneceri  çap  olunmuş  reklam 
materiallarının  və  tipoqrafiya  işinin  bütün  incəliklərini,  çap  olunan  bütün 
məcmuələrin  reytinqini  və  öz  klientlərinin  reklama  olan  tələbini  yaxşı 
bilməlidir. Çap olunmuş reklam materiallarının özləri müxtəlif növlərdən olur: 
Jurnal reklamları, kitab reklamı, bukletlər, kataloqlar, afişalar, təq- 
181 


YEGANLI S.T.. HACIYEV E. M. 
vimlər, applikasiyalar, yarlıklar, qələmlər və başqa xırdavat mallar, bağışlamaq 
üçün  lazım  olan  suvenirlər.  Bu  reklam  materiallanmn  hamısında  firmanın 
embleması və materialların nişanı olmalıdır. 
Dövriyyə  nəşriyyatına  qəzetlər,  jurnallar,  xüsusi  turizmə  həsr 
olunmuş məcmuələr və buraxılışlar (pullu və pulsuz) aiddir. Bu məcmuələrin 
hamısında reklam şöbəsi var. Reklam şöbəsinin rəhbəri (meneceri) redaktorla 
birgə  öz  məcmuəsində  reklamın  qiymətini  təyin  edir.  Reklam  meneceri 
reklamın  hazırlanma  prosesinə  rəhbərlik  edir.  Hazırlanmış  reklam  materialı 
lazım olan auditoriyaya və əraziyə istiqamətlənməlidir. Əgər bu istiqamət düz 
seçilməzsə,  reklam  öz  əhəmiyyətini  itirmiş  olur.  Məsələn,  «Ekstram»  qəzeti 
Moskvada  çap  olunur,  orada  da  azad  satılır  (yayılır).  Moskva  şəhərində  bu 
qəzetin özünə məxsus alıcıları və partnyorları var. Saxalinə aid olan reklamm 
bu qəzetdə çap olunması məqsədə uyğun deyil, ona görə ki, bu qəzet Saxalinə 
çatmır. 
2001-ci  ildən  Azərbaycanda  müləmadi  olaraq  turizm  sahəsində 
«.AZERBAIY.AN  REVIEW» 
jurnalı  və  «Turizm  yenilikləri»  çap  edilməyə 
başlanılmışdır. Bu məcmuələrdə turist şirkətlərinin məlumatları və reklamları 
çap olunur. 
Kitab reklamı. Son zamanlar yeni çap olunmuş kitabların arxasında 
reklam  çap  olunması  dəbə  düşmüşdür.  Lakin  bu  cür  reklam  formasından 
ehtiyatla  istifadə  etmək  lazımdır.  Reklamın  məzmunu  kitabın  məzmununa 
uyğun  gəlməli  və  ya  yaxın  olmalıdır.  Reklamı  kitabda  münasib  yerdə 
yerləşdirmək lazımdır. Məsələn, turist agentliyinin reklamını turist göndərdiyi 
ölkələrin təsnifatı verildiyi kitablarda yerləşdirmək məqsədə uyğundur. Bu cür 
reklamın  qiyməti  çox  yuXarı  və  sponsorluğa  yaxındır.  Reklam  verən 
kompaniya, eyni zamanda öz imicini qaldırır. 
Bukletlər. Bu məcmuə hər hansı firmanı və ya onun məhsulunu reklam 
edir.  Bukletdə  reklam  teksti  ilə  bərabər  rəngli  şəkillər,  firma  rəhbərlərinin 
şəkilləri, sponsorluq edən təşkilatın cəmiyyətdə rolu, xeyriyyəçilik fəaliyyəti 
göstərilir.  Buklet,  ümumiyyətlə  ən  keyfiyyətli  və  rəngli  kağızdan  hazırlanır. 
Onları partnyorlarla görüşdə, prezentasiya mərasimində, kontrakt bağlayanda 
və ya sərgi təşkilində təqdim edirlər. 
Reklam vərəqləri. Bu vərəqləri rəngli kağızda cürbəcür şəkillərlə və tekst 
materialları  ilə  birgə  hazırlayırlar.  Onlar  sərgilərdə  və  yarmarkalarda  gələn 
adamlara paylanılır. 
Kataloqlar.  Kataloqlar  müxtəlif  mcillan  yə  xidmətləri  reklam  edən.çap 
məcmuəsidir.  Mallarm  qısa  xarakteristikajŞi  və  qiymətləri  burada  göstərilir. 
Ümumiyyətlə, turoperatorlar kataloqda q^vşıda gələn mövsüm pfoqr 
182 


T U R İ Z M  
ramlanm reklamda göstərirlər. Kataloqlar sərgilərdə iştirak edənlər və ən çox 
turagentlər və turoperatorlar arasında paylamlır. 
Afişalar.  Böyük  ölçülərdə  olan  rəngli  reklam  məcmuələrində  külli 
miqdarda illüstrasiyalardan istifadə olunur. Onlar küçələrdə istifadə olunur. 
Təqvimlər,  applikasiyalar,  yarlıqlar,  qələmlər  və  başqa  mallar  suvenir 
şəklində  reklam  məqsədi  ilə  satılır  və  ya  paylanır.  Bu  malların  hamısında 
firmanın markası və nişanının olması vacibdir. 
Xarici  cöl  reklamı  şəhərlərin  küçələrində  və  yaşayış  məntəqələrinin 
divarlarından asılır. Bu reklamın xüsusiyyəti onu qısa müddətdə görüb yadda 
saxlamaqdadır. Ümumiyyətlə, reklam kompaniyası xarici reklamla başlanmır. 
O,  reklam  kompaniyasını davam  etdirir  və  sona  çatdırır.  Xarici reklam  qısa, 
konkret, böyük ölçüdə və gözə çarpan olur. Bu reklamın üstünlüyü ondadır ki, 
müştəri gözləmədiyi anda təsadüfən onunla rastlaşır. Lakin avtomaşında və ya 
piyada  gedən  müştəri  birdən-birə  istirahətə  getmək  fikrinə  düşür.  Xarici 
reklamları  tərtib  edəndə  daim  belə  bir  sualla  rastlaşırlar.  Bu  da  təsadüfi 
deyildir.  Şəhərin  hər  bir  yerinin  müəyyən  reklam  qiyməti  vardır.  Ən  yaxan 
qiymət mərkəzi küçələr, adamların çox olduğu yerlərdir. 
II.
 
Audio  reklam.  Bu  reklamlar  radionun  müxtəlif  kanallarında  verilən 
reklamlardır.  Məsələn.  Azərbaycanı  götürsək,  son  zamanlar  müxtəlif 
dalğalarda  çoxlu  radio  kanallar  audio  reklam  fəaliyyəti  ilə  məşğul  olurlar. 
Bundan başqa, belə verilişlər ticarət mərkəzlərində, kinoteatrlarda, nəqliyyatda 
(metro  daxil  olmaqla)  təşkil  olunurlar.  Radio  reklam  kəsərli  olmaqdan  ötrü, 
reklam  üzrə  menecer  əsaslanmış  reklam  kompaniyasmın  planını  tərtib  edir. 
Audio  reklam  kompaniyası  zamanı  radionun  bütün  üstünlüklərindən  istifadə 
etməlidir.  Əvvəlcədən  radio  stansiyasının  əhatə  etdiyi  seqment  haqqında 
məlumat  toplayır,  sonra  reklam  agenti  radio  stansiyalann,  redaktorların 
müxtəlif proqramlarının iş qrafiki haqqında məlumat toplayır. Sonra insana xoş 
gələn  səsi  olan  diktor  təyin  olunur.  Reklam  verilişlərinin  vaxtı  və  intervalı 
razılaşdırılır. 
III.
 
Kino və telereklam. Reklamın bu növü tamaşaçılann veriliş zamanı orta 
hesabla  miqdarının  təyin  olunmasını  tələb  edir.  Kiıio  və  telereklam  yüksək 
imicə  malikdir.  Tamaşaçılar  başa  düşürlər  ki.  əgər  reklam  televeri-  lişlərdə 
gedirsə,  deməli  firmanın  Vəziyyəti  yaxşıdır.  Bu  cür  reklamın  qiyməti  son 
dərəcə  bahadir.  Televerilişlər  vasitəsi  ilə  reklam  verən  firma  bazarın  yeni 
seqmentlərini  ələ  keçirdə  bilər  və  öz  məhsulunun  satışını  genişləndirə  bilər. 
Bundan başqa, o, öz məhsulunu satmaqdan ötrü.yeni vasitəçiləri cəlb edə bilər. 
Telereklamların təşkilinin müxtəlif yolları vardır. .Oiılar- 
183 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə