Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə67/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
manı  müştərilərə  yüksək  səviyyədə  xidmət  göstərməsi  korporativ  təəsürat 
yaradır, firmanın nizam intizamlı və onun etibarlı olmasını göstərir. Turizmin 
məhsuluna olan inam onun ən vacib xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət 
firmanın  imicinə  təsir  göstərir.  Firmamn  müsbət  imici  müştərilərin  öz 
istirahətlərini təşkil etmək üçün bu firmalara müraciət etməsinə zəmin yaradır. 
Turizmi inkişaf etmiş ölkələrin böyük şəhərlərində hər il turist sərgisi və 
yarmarkası təşkil olunur. İlk beynəlxalq turist sərgisi Bakıda 2002-ci ilin may 
ayında. «Avropa» otelində təşkil olunmuşdur. Ondan bir il sonra həmin oteldə 
II dəfə beynəlxalq turist sərgisi təşkil olunmuşdur. Həmin sərgilərin təşkilində 
məqsəd  Azərbaycanda  turizm  sənayesinin  yaranması-  m  və  turizmin  inkişaf 
istiqamətlərini göstərmək olmuşdur. 
Beynəlxalq  turizm  sərgisinin  təşkili  prosesini  Moskvada  keçirilən 
«MİTT-97»  sərgisinin  misalında  göstərmək  olar.  Bu  sərgini  1997-ci  ildə 
İngiltərənin  xüsusiləşdirilmiş  «İTE»  və  Rusiyanın  «L»  və  «A»  maliyyə 
qrupları birgə'təşkil etmişdilər. 
Sərgidə iştirak etmək istəyən hər bir şirkət 6 ay qabaq ərizə verir. Ərizədə 
şirkətə lazım olan stend sahəsini, onun yerləşdirilməsini və avadanlığı göstərir: 
Sərginin hər kvadrat metrinin statusundan asılı olaraq qiyməti olur. Beynəlxalq 
miqyasda  təşkil  olunmuş  sərgilərin  hər  1  m--nin  qiyməti  çox  olur.  Yığılan 
məbləğin  əsasında  sərgidə  paylamaq  üçün  poliqrafik  materiallar  hazırlanır. 
Hər  şirkət  sərgidə  iştirak  etmək  üçün  iş  plam.  avadanlığı  yerləşdirmə  planı 
tərtib edir. Hər firma sərgidə özünə 9 m--dən az olmayan sahə icarəyə götürür. 
Hər 1 m- sahənin qiyməti «MİTT-97» sərgisində 195 Solmuşdur. 
Stendlərin yerləşdirilməsinin 5 variantı təklif olunur: 
I
 
- Düz xətt üzrəi, ancaq bir tərəfdən açıq. Minimal sahə - 12 m-. 
II
 
- Bucaq şəklində, iki tərəfdən açıq. Minimal sahə - 18 m-. Bu cür 
yerləşmədə icarə haqqı 10 % artır. 
III
 
- Yarımada, üç tərəfi açıqdır. Minimal sahə - 36 m-. Əlavə icarə 
haqqı 15 % artır. 
IV
 
-  Ada,  dörd tərəfi  açıqdır. Minimal  sahə  -  72  m-.  Əlavə  icarə  haqqı 
20%-dir. 
V
 
- İki mərtəbəli stend, əlavə icarə haqqı - 50 %. 
Qeydə alınma və kataloqların tərkibinə daxil olma - 325 $. 
Stendlərin  hazırlanması  və  formalaşması  hər  firmanın  imicinə  və  iş 
istiqamətinə uyğun olmalıdır. Stenddə lazımı qədər əyani reklam materi- 
186 


T U R İ Z M  
allan  olmalıdır.  Qulluqçular  sərgi  iştirakçılarının  bütün  suallanna  cavab 
vermək üçün lazımı qədər məlumatlı olmalıdırlar. Müştəriləri cəlb etməkdən 
ötrü  sərginin  gedişi  zamanı  video  materiallardan,  artistlərin  iştirakından, 
lotereya  təşkilindən  istifadə  etmək  olar.  Sərgi  zamanı  turlan  ucuz  qiymətə 
satmaq  da  olar.  Bəzi şirkətlər  sərgi  zamanı  satılan turist  məhsulundan  yaxşı 
gəlir götürmüşdürlər. 
Sərgilərin  və  yarmarkaların  yaxşı  təşkil  olunması  turoperatorların 
idarəetmə  qabiliyyətindən  asılıdır.  Sərgi  -  yarmarka  fəaliyyəti  mehmanxana 
biznesi ilə sıx əlaqədardır. Məsələn, Amerikada sərgi, yarmarka, konfrans və 
turizm sahəsində təşkil olunmuş kütləvi tədbirlərin şəhər iqtisadiyyatına olan 
müsbət  təsirini  nəzərə  alaraq  mehmanxana  biznesində  vergiləri  azaltmışlar. 
Bundan ötrü. Nyu-York şəhərinin turizm sənayesi ştatın adminstrasiyası ilə 4 il 
mübarizə  aparmışdır.  Sərgiyə  gələn  adamlar  otellərdə  yerləşirlər.  Bundan 
başqa, onlar muzeylərə, teatrlara, restoranlara, maqazinlərə gedirlər, alış-veriş 
edirlər, taksilərdən, şəhərin xidmət sahələrindən istifadə edirlər. Ona görə də. 
böyük  sərgilər  şəhərlərdə  ticarətin  canlanmasına  və  iqtisadi  inkişafa  səbəb 
olurlar.  Dünyanın  müxtəlif  yerlərində  və  müxtəlif  zamanlarda  hər  il  onlarla 
beynəlxalq turist yarmarkalan, sərgiləri, birjası və başqa kütləvi turist tədbirləri 
təşkil  olunur.  Bu  tədbirləri  seminarlar,  press-konfranslar,  təqdim  olunma 
mərasimləri  müşahidə  edirlər.  Onların  hamısı  firmaların  öz  məhsulunu 
ictimaiyyətə təqdim etməyə, müqavilə bağlamağa, yeni partnyorlar tapmağa, 
reklam edərək informasiya yaymağa və nəhayət, təcrübə mübadiləsi aparmağa 
imkanlar yaradırlar. 
Bu tədbirlərdən ən böyüyü hər il Berlində təşkil blürian turizm birjasıdır. 
Londonda təşkil olunan beynəlxalq turist yarmarkası, Madriddə təşkil olunan 
beynəlxalq turist sərgisi və s. Firmaların bu cür ixtisaslaşmış turist sərgilərində 
iştirakı turist məhsulunu qabağa irəlilətməkdən ötrüdür. 
Bu  cür  tədbirlərin  görülməsinin  əsas  məqsədi  müştərilərə,  turdpera- 
torlara  və  onlann  partnyorlanna  külli  miqdarda  istehsal  olunan  turist 
məhsullarından «baş çıxartmağa» kömək etmək və bu məhsulun satışını təmin 
etməkdir. 
1 8 7  


YEGANLI S.T.. HACIYEV E. M. 
XXII
 FƏSIL
 
22.1
 
TURİZM SİSTEMİNİN STRUKTURU 
Hal-hazırda  turist  bazarında  iki  növ  turist  təşkilatı  fəaliyyət  göstərir: 
turoperatorlar və turagentlər. 
Turoperator  turist  marşrutlarını  tərtib  edir  və  turların  komplektləşdi- 
rilməsi ilə məşğul olur, onları reallaşdırır, reklam təşkil edir. Tərtib olunmuş 
turlara, qəbul olunmuş qaydada qiymətlər təyin edir və turagentlərin köməyi 
ilə turların satılmasını təşkil edir. 
Turoperatorlar  turizmdə  aparıcı  rol  oynayırlar.  Onlar  müxtəlif  xidmət 
sahələrini  (nəqliyyat,  yerləşdirmə,  qidalanma,  əyləncə,  transfer  və  s.)  vahid 
məhsulda  birləşdirir  və  turagentlərin  köməyi  ilə  alıcılara  çatdırır.  Yuxarıda 
kompleks  şəklində  göstərilən  turist  məhsulu  əgər  ayrılıqda  daha  çox  gəlir 
gətirirsə, onda turoperator onu ayrı-ayrı da sata bilər. Birinci halda, turoperator 
turpaketi formalaşdırır və bu halda istehsalçı kimi turist bazarında çıxış edir. 
İkinci halda isə, yəni turist məhsulunun komponentlərini ayrı-ayrı satdıqda o, 
məhsulu topdan satan agent kimi çıxış edir. Bu axırıncı o zaman baş verir ki, 
turoperator turizm məhsulunu istehsalçılardan özünə lazım olandan artıq alır. 
Bəzən  turizmin  ayrı-ayrı  xidmətlərini  turoperator  vahid  turpaket 
formalaşdırmaq istəyənlərə satır. 
Praktikada üç növ turoperatora rast gəlmək olar: kütləvi bazara işləyənlər, 
xüsusi seqmentdə işləyənlər və xarici bazara işləyənlər. 
Turagent  -  bu  operatorun  turist  məhsulunu  satan  və  bilavasitə  bazarda 
fəaliyyət  göstərən  vasitəçi  təşkilatdır.  O,  öz  fəaliyyətinə  görə  7-10  %  qədər 
satılan məhsuldan xeyir götürür. Turagent turoperatordan fərqli olaraq turun 
keyfiyyətinə  məsuliyyət  daşımır.  Ümumi  qaydada  olaraq,  o.  müəyyən 
seqmentə  işləyir  və  həmin  seqmentdə  operatordan  aldığı  məhsulu  satır. 
Praktikada  bu  iki  təşkilatın  funksiyaları  bir-birinə  qarışa  bilər.  Məsələn, 
turagent  bəzən  turoperatorun  rolunu  oynaya  bilər,  yəni  turist  məhsulunun 
fraqmentlərini alıb turpaket formalaşdırıb sata bilər. 
Məsələn,  Azal  nəqliyyat  şirkəti  kimi,  eyni  zamanda  Azərbaycan 
turistlərini xaricə göndərən və xarici turistlərin Azərbaycana gəlməsini təşkil 
edən turoperator kimi çıxış edir və iki yuxarıda göstərilən funksiyaları yerinə 
yetirir. 
Son zamanlar Azərbaycanın xarici turist əlaqələri gözə çarpan dərəcədə 
genişlənmişdir.  Külli  miqdarda  böyük  və  balaca  həcmlərdə  xaricə  turist 
göndərən  və  xaricdən  turist  qəbul  edən  turoperatorlar  və  turagentlər 
yaranmışdır. Ümumi qaydalarla bazara qoşulan bu turist təşkilatları turistlərə 
yüksək səviyyədə xidmət göstərmək rəqabətində məğlub olurlar. On 
188 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə