Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə64/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   114

YEGANLI S.T.. HACIYEV E, M. 
III
 
davranış forması  - sual formasında ünsiyyət davam edir. Bu halda 
müştərini qorxudub hürkütməmək üçün verilən suallar çox nəzakətli olmalıdır. 
IV
 
-  İzahedici  davranış  forması  onunla  xarakterizə  olunur  ki,  satıcı 
müştərinin  motivlərini,  hərəkətlərini  başa  düşmək  və  onlann  əsasında 
müştərinin  şəxsiyyətini  aydınlaşdırmağa  çalışır.  Bu  forma  müştərinin 
davranışını  təhlil  etməkdən  ötrüdür.  Lakin  bu  halda  ehtiyatlı  olmaq  tələb 
olunur. 
V
 
-  basa  düşmə  formasıdır.  Satıcı  müştərini  dərindən  dərk  edir  və 
diqqətlə ona qulaq asır. Müştəri bundan ürəklənir və axıra kimi sözünü söyləyir 
və  ürəyini  satıcıya  açır.  Satış  prosesində  bu  cür  davranışı  idarə  etmək  çox 
çətindir, böyük hövsələ tələb edir. Bu forma fikir ayrılığı baş verəndə tətbiq 
olunur. 
Nəhayət,  satıcı-alıcı  münasibətlərində  bir  ünsiyyət  formasına  da  rast 
gəlmək mümkündür - cavabdan qacmaa. Söhbət alıcı üçün maraqsız olanda və 
ya  məsuliyyəti  öz  üzərinə  götürmək  istəməyəndə  satıcı  məharətlə  mövzunu 
dəyişir, «balıq kimi sürüşüb» söhbətdən qaçır. 
Ünsiyyətin  ən  gözəl  xüsusiyyəti  insanı  dinləməkdir.  Çox  adam  bunu 
bacarmır.  Bundan  ötrü,  təcrübə  və  səbr  lazımdır.  İnsanı  diqqətlə  dinləmək 
böyük takt tələb edir. Xüsusilə aktiv dinləmə vacibdir. 
Beləliklə, şəxsi satış məharəti satıcının şəxsi bacarığından, ünsiyyətindən 
asılıdır. 
ƏDƏBİYYAT 
1.
 
Азар В.И., Туманов С.Ю. Экономика туристского рынка. М.. 
ИПК, 1998. 
2.
 
Багиев Г.Л. и др. Маркетинг. Уч М. ОАО «Экономика», 1997. 
3.
 
Дурович А.П. Маркетинг в торизме. У.П. Минск, «Новое знание», 
2003. 
4.
 
Касумов Р.М. Рынок международного туризма. Баку, «Нурлан», 
2001
.
 
5.
 
Котлер Ф., Боуен Дж. Гостеприимство и туризм. Уч.. 1998. 
6.
 
Квартальнов В.А. Туризм. «Финансы и экономика», М., 2000. 
178 


T U R İ Z M  
BEŞİNCİ HİSSƏ 
TURİZMDƏ REKLAM-İNFORMASİYA TƏMİNATI 
XXI FƏSİL 
21.1
 
TURİZMDƏ REKLAM-İNFORMASİYA TƏMİNATININ ƏSAS 
t MƏQSƏDİ VƏ ONUN TURİZMİN İNKİŞARNDA ROLU 
Turizm  dünya  təsərrüfatının  yüksək  gəliri  olan  dinamik  bir  sahəsidir. 
Dünya məhsulunun 10 %-ini turizm məhsulu təşkil edir. Hər on iş yerindən biri 
turizm  sənayesinin  hesabına  açılır.  Ümumdünya  Turist  Təşkilatının  (ÜTT) 
hesablamalarına  görə  turist  səyahətlərində  iştirak  edənlərin  sayı  2000-ci  ildə 
700 mln nəfər olmuşdur. Beynəlxalq turizmdən əldə olunan gəlir 476 mlrd $, 
beynəlxalq  nəqliyyat  daşınmalarından  əldə  olunan  gəlir  isə  93  mlrd  $ 
olmuşdur. ÜTT proqnozlarına görə 2020-ci ildə ümumi turistlərin miqdarı 2 
dəfə  artacaq,  beynəxalq  turizmdən  gələn  gəlirlərin  miqdarı  isə  1,2  trl  $ 
olacaqdır. 
Turizmi  reklam-informasiya  təminatı  olmadan  inkişaf  etdirmək  qeyri 
mümkündür. İnformasiya özü xidmətin bir sahəsidir. O, həm turistə, həm də 
turizmin təşkilatçılarına lazımdır. Turist səfərə hazırlaşanda və səfər ərəfəsində 
ona turist mərkəzinin yerləşdiyi yer, bu yerdə yaşayan əhali, onların adət və 
ənənələri,  mərkəzin  gözəlliyi  haqqında  külln  miqdarda  məlumatlar lazımdır. 
Turizm bilməlidir ki. putyovkanın qiyməti neçəyədir, onu haradan almaq olar, 
yol  biletini  necə  sifariş  etmək  olar  və  s.  Reklam-informasiya  təminatının 
məqsədi  bütün  bu  lazım  olan  məlumatları  turistə  çatdırmaq  və  onu  turist 
səfərinə təkid etməkdir. 
Kəskin rəqabət şəraitində bu vəzifəni yerinə yetirmək çox da asan deyil. 
Reklam  informasiya  fəaliyyətinin  məqsədi  turist  məhsulunun  üstünlüklərini 
alıcıya  çatdırmaq,  onda  turist  məhsuluna  maraq  oyatmaq  və  onu  hərəkətə 
gətirməkdir. Turipv sənayesinin vəzifələri məhsulu hazırlamaqla bitmir, onu 
gərək öz sahibinə çatdırmağı da bacarasan. Bu axırıncı işi reklam-informasiya 
təminatı (RİT) görür. Buradan aydındır ki, RİT turizm sənayesinin ayrılmaz bir 
tərkib hissəsidir. 
Reklam  nə  deməkdir  və  onun  turizmdə  rolu  nədədir?  Reklam  alıcıları 
məlumatlandıran  və  bunun  nəticəsində  turizm  məhsuluna  həvəsləndirən  bir 
prosesdir. Bu proses turist agentlikləri ilə turistlər arasında əlaqə yaradır. təklif 
olunan  məhsulun turist  üçün  zəruri  olmasını turistlərə  inandırır  və  onları  bu 
sahədə  qərar  qəbul  etməyə  hazırlayır.  Əlbəttə,  bu  fəaliyyət  turist  bazarının 
marketinqi ilə paralel aparılır. Hər turist məhsulunun öz alıcısı var. Ona görə 
də. turist reklam məlumat fəaliyyəti müəyyən partnyor- 
1 7 9  


YEGANLI S. T.. HACIYEV 
JE. 
M. 
lara  və turist qruplarına istiqamətlənir. Turist bazarlan müəyyən seqmentlərə 
bölündüyü kimi, RÎT də məqsədyönlü, konkret seqmentlərdə apanlır. 
Burada  bir  şeyi  unutmaq  lazım  deyil  ki,  reklam  informasiya  fəaliyyəti 
konkret  hər  hansı  bir  şəxslə  apanimır  və  adamlar  arası  ünsiyyət  forması  da 
deyil.  Onun  məqsədi  ancaq  turist  məhsulunu  təqdim  etməkdir.  Deməli,  bu 
fəaliyyət turagent və turoperatorların idarəetmə (menecment) funksiyasıdır. 
RÎT, bir proses kimi, öz qiyməti və strategiyası olan məhsuldur. Reklam 
turoperator  və  turagentliklərin  funksiyalarını  idarə  edir.  O,  alıcılara 
məlumatları  müxtəlif  yollarla  çatdırır:  radio,  televiziya,  qəzet  və  jurnallar, 
müxtəlif sərgilər vasitəsilə və s. Gəliri çoxaltmaq məqsədi ilə turoperator və 
turbürolar çalışırlar ki, çoxlu məhsul satsınlar. Lakin turist bazarında kəskin 
rəqabət  gedir  və  hər  bir  kəs  çalışır  ki,  öz  məhsulunun  üstün  cəhətlərini 
açıqlasın.  Məhsulu  irəlilətmək  üçün  marketinq  strategiyası  tərtib  olunur.  Bu 
cür strategiya 4 elementin kombinasiyasını özündə əks etdirir. Bu elementlər 
«P»  hərfi  ilə  başlanan  ingilis  sözləridir:  product.  price  (qiymət).  promotion 
(məhsulun  irəliləməsi),  plas  (satılma  yeri).  Bu  üsullardan  hər  biri  turist 
məhsulunu satmaq və ya müştəriləri cəlb etməkdən ötrü istifadə oluna bilər. 
Məlumatların  alıcılara  çatdırılması  reklamın  əsas  vəzifəsidir.  Qeyd  etmək 
lazımdır ki, reklam, ötürmə mənbəyindən asılı olaraq, çox da ucuz başa gəlmir. 
Lakin  aydındır  ki,  o,  turist  məhsulunun  satılmasına  və  çoxlu  gəlir  əldə 
olunmasına qulluq edir, deməli turizmin inkişafını təmin edir. 
Reklamın azadlığı 
Reklamın azad olması məhsulun rəqabət aparan turist bazarlarına sərbəst 
çıxmaq imkanıdır. Bu sərbəst çıxış turist məhsullarının təkmilləşdi- rilməsinə 
və yeni turist məhsullarının yaranmasına səbəb olur. Azad reklam kompaniyası 
bazar iqtisadiyyatının vacib elementidir. O, bu sahədə əmək məhsuldarlığını 
artırır,  keyfiyyəti  aşağı  olan  məhsulların  sıradan  çıxmasına  gətirir.  Reklam, 
kütləvi  satışın  bir  aləti  kimi,  inkişafa  və  həyat  tərzinin  yüksəlməsinə  səbəb 
olur.  O.  bütün  istehsalat  sahələrində  tərəqqiyə  qulluq  edir  və  inkişafın 
carçısıdır.  Alıcıların  qarşısında  yeni  proqramlar,  yeni-yeni  məhsulları  təbliğ 
edərək bu məhsulların yə yeni proqramların alıcılara alınmasını təkid edir və 
bununla,  alıcılann  özünə  də,  onların  inkişafına  və  təkmilləşməsinə  də  təsir 
göstərir. 
Bu  kursun  əsas  məqsədi  informasiya  reklam  fəaliyyətinin  turist 
məhsulunun  formalaşmasındakı  rolunu  göstərməkdir.  Əsas  məsələ,  müxtəlif 
turist təşkilatlarının bu sahədəki təcrübəsini işıqlandırmaq, onların istifa- 
180 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə