Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə69/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
Turizmin tabliği 
Həvəsləndirmə  tədbirləri  ilə  bərabər  turist  xidmətlərinin  satılmasını 
canlandırmaqdan ötrü turizmin geniş təbliği təşkil olunur. Bu prosesə ingilislər 
-  pablik  rileyşnz  deyirlər.  Bu  sözlərin  mənası  -  ictimaiyyətdə  müəyyən  fikir 
yaratmaq  deməkdir.  Turizmdə  onun  müəyyən  firma  tərəfindən  istifadə 
olunması  həmin  firma  haqqında  müəyyən  ictimai  fikir  yaratmaq  və  onun 
imicini  qaldırmağa  qulluq  edir.  Söhbət  firmaya  yaxşı  ad  qazandırmaqdan 
gedir. Bundan ötrü, aşağıdakı müxtəlif tədbirlərdən istifadə oluna bilər: 
Mətbuatda  alıcıların  diqqətini  cəlb  etməkdən  ötrü  firma  haqqında 
müəyyən  məlumatların  verilməsi.  Turizmin  müəyyən  məsələlərini 
işıqlandırmaqdan ötrü jurnalistlərin dəvət olunması və onların seçilmiş 
turist marşrutlarında səyahətinin təşkili və bu səyahətin nəticələrinin 
mətbuatda  çap  olunması.  Bundan  başqa,  seminarların,  mətbuat 
konfranslarının  və  turistlərin  diqqətini  cəlb  edən  başqa  kütləvi 
tədbirlərin keçirilməsi; 
*>  Turist  firmasının  xeyriyyə  tədbirlərində,  himayəçilikdə,  turizmin 
gününün  qeyd  olunmasında,  müəyyən  tematika  üzrə  -  «Turizm  və 
idman»,  «Turizm  və  ekologiya»,  «Turizm  və  ailə»  və  s. 
kompaniyaların təşkilində iştirakı; 

 
Lobbizm - turizm firmalarının qanunverici orqanlarla (turizm xeyrinə 
olan) qanunlann qəbul olunması üçün birgə əməkdaşlığı. 

 
Məsləhət vermə - hökumət orqanlarına turizmin mahiyyəti və firmanın 
fəaliyyəti haqqında tövsiyələrin və məsləhətlərin verilməsi. 
Turizmin 
təbliği 
cəmiyyətin 
maariflənməsində 
və 
məlumatlandırılmasında  reklamdan  çox-çox  ucuz  başa  gəlir.  Ona  görə  ki, 
firma kütləvi informasiya vasitələrində icarə üçün nə yer götürmür və nə də 
vaxt sərf etmir. Jurnalistlərin seçdiyi turizm haqqında maraqlı problemlər geniş 
oxucu kütləsini də (potensial turistləri də) maraqlandıra bilər. Turizm haqqında 
məlumat iqtisadiyyatı, idmanı, ətraf mühitin vəziyyətini işıqlandıran müxtəlif 
verilişlərin tərkibində gedə bilər. Bu cür təbliğatın əks-sədası daha qüvvətlidir. 
Məlumatlandmcı turist sdfərləri 
Bütün dünyada jurnalistlərin turist marşrutlarını işıqlandıran pulsuz turist 
səfərləri  təşkil  olunur.  Jurnalistlər  üçün  bu  səfərlərin  məqsədi  məlumat 
toplamaq,  sonra isə  turist qəzetində  və  ya  jurnalında  çıxış  etməkdir.  Bu  cür 
çıxışların təsiri bilavasitə reklamdan çox qüvvətli olur. Jurnalistlə- 
192 


T U R t Z M  
rin isə belə səfərlərdə  iştirakı reklama sərf olunan xərclərdən çox ucuz başa 
gəlir.  Jurnalistlərin  bu  səfərləri  turagentlərin  səfərlərindən  fərqli  olur.  Tu- 
ragentlərin  səfərləri  turu  istifadəyə  satışdan  qabaq  hazırlamaq  və  satmaq 
məqsədini güdür. İlk buraxılış səfərlərinə jurnalistlərdən başqa, onların verdiyi 
məlumatlar daha da etibarlı olmaq üçün, adlı-sanlı və məşhur şəxslər də dəvət 
olunur.  Bu  cür  tədbir  məşhur  kurortlar  və  ya  turizm  mərkəzinin  açılışında 
istifadə olunur. 
22.3
 
TURİST MƏHSULUNUN İSTEHSAL TEXNOLOGİYASI 
Turist məhsulu - alıcılara kompleks şəklində göstərilən xidmətlərdir. Bu 
xidmətlərin kompleks şəklində hazırlanmasına  - tur deyilir. Bu turlar turizm 
sənayesində hazırlanılır. 
Turizm sənayesinə (buna turizmin infrastrukturu da deyirlər) nəqliyyat, 
yerləşdirmə  müəssisələri,  əyləncə,  turist  mallan  və  suvenirləri  ticarət 
mağazaları,  turoperator  və  turagentliklər,  reklam-informasiya  müəssisələri, 
turizmi  idarə  edən  orqanlar,  turizm  tədris  müəssisələri  və  elmi-  tədqiqat 
idarələri, banklar və sığorta kompaniyalan və s. daxildir. 
Turist marşrutlarının tərtibi 
Turist  marşrutlarının  tərtibatı  turist  məhsulunun  hazırlanma 
texnologiyasının  əsas  elementlərindən  biridir.  Bu  işin  görülməsi  yüksək 
sənətkarlıq tələb edir. Turist  marşrutlan bir  neçə  mərhələyə  hazırlanır  və  bu 
proses bir neçə ayı əhatə edir. Bəzən turu tərtib edən şəxs özü bir neçə dəfə 
marşrutla  gedir  və  onun  hazırlığını  yoxlayır.  Tərtibatçı  marşrutun 
təhlükəsizliyinə  xüsusi  fikir  verir.  Məsələn,  tur  avtobusla  təşkil  olunursa, 
sərnişinlərin  avtobusda  aparılma  qaydalarına  və  başqa  normativlərə  riayət 
olunmalıdır.  Marşrut  zamanı  harada  gecələmək,  harada  qidalanmaq,  harada 
idmanla məşğul olmaq, əyləncə və s. bütün təsnifatı ilə göstərilir. 
Turist  marşrutu  tərtib  olunanda  onun  xüsusiyyəti,  tarixi  abidələrin  və 
başqa  ekskursiyaların  təsnifatı  verilir.  Axırda  tərtib  olunan  marşruta  pasport 
verilir və marşrut təsdiq olunur. Turist marşrutu təsdiq olunduqdan sonra tur 
şəklində formalaşır. 
İki cür turun forması yaranır: pekidj tur və inklüziv tur. Pekidj tur turist 
xidmətlərinin  kompleksidir.  Ona  yerləşdirmə,  qidalanma,  nəqliyyat,  idman, 
tibbi və başqa xidmətlər aiddir. İnklüziv tura isə turistin istəyindən asılı olaraq 
bu xidmətlərin ayrı-ayrı növləri aiddir. 
1 9 3  


YEGANU S.T.. HACIYEV E. M. 
Praktikada bu axınncıya çox rast gəlmək olur, yəni turist əwəl minimal 
xidmət növü sifariş edir, sonra isə onlardan hansı xoşuna gəlirsə, on- lan əlavə 
alır. Bu alınan turun qiymətini aşağı salır və vaxta da qənaət edir. 
Kompleks tur xidmətlərdən və turistə lazım olan mallardan təşkil olunur. 
Beləliklə,  formalaşan  turu  turist  məhsulu  hesab  etmək  olmaz.  Onu  turist 
məhsulu etməkdən ötrü, o, hələ 4 mərhələdən keçməlidir. 
L Formalaşması; 
2.
 
Təcrübə sınağından keçməsi; 
3.
 
Reklam və təqdim olunma mərasiminin keçirilməsi; 
4.
 
Turların satılması. 
Bu  mərhələlərin  bir.  yerdə  yığılması  tur  adlana  bilər.  Bundan  başqa, 
texniki  iqtisadi  əsaslandırma  aparılmalıdır.  Ola  bilsin  ki.  formalaşmış  tur 
iqtisadi  cəhətdən  səmərəsiz  olsun.  Belə  turların  istifadəyə  buraxılması 
maraqsızdır. Ona görə ki. heç bir gəlir gətirmirlər. Beləliklə, formalaşan turun 
2 sərhədi var; 
1.
 
yuxarı - cazibədarlıq, xidmətlərin və malların kompleksi; 
2.
 
aşağı - gəlirə təsir göstərən iqtisadi səmərəliyi. 
Əgər bu iki şərt ödənilirsə, onda turun eksperimental tətbiqinə başlamaq 
olar.  Turun  eksperimental  tətbiqi  reklam  kompaniyası  ilə  birlikdə  aparılır. 
Bundan  sonra,  xərclərin  hesabatı  və  gəlirin  miqdarı  təyin  olunur.  Bütün 
güzəştlər  və  xərclər  nəzərə  alındıqdan  sonra  hazırlanmış  turist  məhsulunun 
qiyməti  təyin  olunur  və  məhsul  satışa  buraxılır.  Bu  məhsul  turo-  peratorun 
bazara buraxdığı əsas turist məhsuludur. Bəzi operatorlar turu formalaşdıranda 
müştəriləri  də  dəvət  edirlər.  Onların  gözünün  qabağında  və  onların  arzusu 
nəzərə  alınaraq  kompüterin  köməyi  ilə  real  masştabda  tur  formalaşır.  Tur 
formalaşanda onun cazibədar olmasını, təhlükəsizliyini, kamil olmasını, yəni 
tam  olmasını,  məlumatlı  olmasını,  çevikliyini  və  s.  xüsusiyyətlərini  nəzərə 
almaq lazımdır. 
Satılma  qaydasından  və  turistin  arzusundan  asılı  olaraq  turlar  fərdi 
şəkildə və ya qrup şəklində təşkil oluna bilər. 
Fərdi turlar turistə müstəqillik və səfərdə azadlıq verir. Lakin fərdi turlar 
çox baha başa gəlir. Bütün xidmətlərin xərcini turist tək özü ödəyir. Qrup təşkil 
olunanda  isə  bu  xərclər  qruppanın  üzvləri  arasında  bərabər  bölünür.  Fərdi 
turlar  baha  olduğuna  görə  geniş  kütlə  tərəfindən  istifadə  olunmur.  Bundan 
başqa, fərdi turlann təşkili mürəkkəb bir proses-dir. Onları təşkil etmək üçün 
yerlərin və biletlərin planlaşdırılmasında kompüterdən istifadə etməyə ehtiyac 
vardır. Digər tərəfdən fərdi turlar iqtisadi 
1 9 4  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə