Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə71/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
Turist  xidmətlərindən  istifadə  edən  ölkələr  turist  mərkəzinə  nə  qədər 
yaxın  olarlarsa,  bir  o  qədər  də  istirahətin  şərtləri  haqqında  kataloqda  ətraflı 
məlumatlar olmalıdır. Uzaq ölkələr üçün isə, məlumatlar ümumi formada ola 
bilər,  lakin  turist  mərkəzinə  necə  gəlmək  lazım  olduğu  haqda  ətraflı 
göstərilməlidir. 
Kataloqu hazırlayan zaman başqa ölkələrin milli xüsusiyyətlərini nəzərə 
almaq lazımdır. Məsələn, ingilisləri mütləq havanın temperaturu, yağışın olub 
olmaması  maraqlandırır,  fransızları  dadlı  yeməklər,  amerikalıları  tikilən 
binaların qiyməti və s. 
Ölkə  daxili  mədəniyyət  nümunələri  ola  bilsin  ki,  xarici  turistləri  heç 
maraqlandırmasın.  Bu  ədəbiyyatdan  götürülmüş  bəzi  misralara  və  atalar 
sözünə aiddir. Xarici dilə çevirəndə onlar öz mənasını itirirlər. Ona görə də 
kataloqun mətnini xarici dilə o adam çevirməlidir ki, xarici dil ona öz ana dili 
qədər tanış olsun. Tərcümə zamanı bəzən belə olur; öz dilimizdə olan qüvvətli 
arqumentlər xariciləri dəhşətə gətirir. Məsələn, bir çox xalqların əyləncəsi olan 
Korridanın bütün elementləri tərcümə zamanı mətndən tamam çıxarılmalıdır, 
göyərçin ovu və ya bildirçin ətindən paştet ingilislər üçün dözülməzdir. 
İliüstrativ matcriallavın kataloqda verilnmi 
Kataloqda  illüstrasiya  materiallarının  verilməsində  məqsəd  alıcıların 
diqqətini turist məhsuluna cəlb etməkdir. Lakin bu cür materialların kataloqda 
yerləşdirilməsi  kataloqun  hazırlanmasının  maya  dəyərini  çoxaldır.  Ona  görə 
də, turoperator otellərlə və fotoqraflarla sıx əməkdaşlıq etməlidir. İlk növbədə 
turistin motivlərinə təsir göstərən iri planlı fotolar lazımdır. Göstərilən şəkillər 
şən  və  firavan  həyatı  təsvir  etməlidirlər.  Burada  xırda  detalların  böyük 
əhəmiyyəti  ola  bilər.  Bu  xırda  detalların  incəliklə  verilməsi  kataloqun  təsir 
qüvvəsini çoxaldır. Məsələn, şəkildə restoran təsvir olunur: dümağ təmiz süfrə 
üzərində  gözəl  qaydada  servirovka,  ətrafında  üzügülər  restoran  işçiləri,  hər 
saniyədə  gələn  turistlərə  xidmət  etməyə  hazır  vəziyyətdə,  bir  az  kənarda 
orkestr, oxuyanlar, stollarda gül-çiçək. Bu fotoya baxan müştəri özünü o gözəl 
atmosferdə, gül-çiçəyin ətrafında istirahət etdiyini təsəvvür edir. Fotoşəkildə 
yaxında  olan  dənizin  və  ya  basseynin  də  bir  hissəsi  görsənir.  Bu  şəkil 
identifikasiya  fenomeni  yaradır,  yəni  müştəri  özünü  axşam,  orkestrin 
musiqisinə  qulaq  asan  və  gül-çiçək  arasında  istirahət  edən  biznesmenlə 
müqayisə edir. Müasir kataloqların üstünlükləri on 
1 9 8  


T U R İ Z M  
dadır  ki,  onlar  müştəriləri  inandıra  bilməlidirlər  ki,  cənnətin  olması  realdır; 
«istəsəniz  siz  də  cənnətə  düşmək  arzusuna  çata  bilərsiniz».  Kataloqun  tirajı 
çoxaldıqca, 1 nüsxəsinin qiyməti aşağı düşür. Tiraj nə qədər böyük olarsa, o 
qədər də çox turistlərin diqqətini cəlb edər və o qədər də çox turist məhsulu 
satıla bilər. 
Reklam kataloqunun mətbdddə hazırlanması uçun 
sifarişin tDrtib olunması 
Kataloqu  mətbəədə  çap  etmək  üçün  sifariş  hazırlamaq  lazımdır.  Bu 
sənəddə aşağıdakı məlumatlar olmalıdır: tiraj, format, vərəqdə sətirlərin sayı, 
rənglər: ağ-qara, 2 rəngli, tam rəngli. Rəngləri rəqəmlərlə ifadə edirlər: 4+0, 1 
+ 1 və s. I rəqəm - I vərəqdə rənglərin sayı, II - həmin vərəqin arxasında kağızın 
növü,  vərəqlərin  bir-birinə  birləşmə  qaydası  (tikilmə  və  ya  yapışqanla 
birləşmə),  sifarişin  hazırlanma  müddəti  göstərilir.  Misal  üçün  «Vestnik 
RATA» jurnalının hazırlanması üçün verilən sifarişi nəzərdən keçirək: 
1.
 
Çapın forması - ofset 
2.
 
Format-A4 
3.
 
I vərəq - 4+4, matovo kağız 
4.
 
Daxili blok - 2+2, 32 sətir, kağız - matovo kağızdır. Jalerie Art, 90 
q/kv.m 
5.
 
Birləşməsi - skrepka ilə 
6.
 
Çap mətbəəsinin plyonkasından 
7.
 
Tiraj-5000 
8.
 
Hazır olma tarixi - 7-12 gün 
Turoperator və turagentliklərin əməkdaşlıq təcrübəsi göstərir ki, kataloq 
öz  vəzifələrini  optimal  dərəcədə  yerinə  yetirmək  üçün  müəyyən  tələblərə 
uyğun  gəlməlidir.  O  tələblərdən  bir  neçə  əsası,  məlumatlandırma  dərəcəsi, 
kataloqlardan  istifadənin  sadəliyi,  verilən  məlumatların  dəqiqliyi  və 
turoperator və turagent əlaqələrinin dəqiq və aydın qurulmasıdır. 
Turagentliklərlə  əlaqələrin  forma  və  şərtləri  düşünülmüş  formada  öz 
əksini  bağlanmış  müqavilələrdə  tapmalıdır.  Əgər  turagentə  satışdan  ko- 
mission  mükafatlandırma  aynlırsa,  onun  miqdarı  göstərilməlidir,  kataloqun 
axırıncı  səhifələrində  «turların  turagentlərə  və  müştərilərə  ümumi  satış 
şərtləri»  çap  olunur.  Bu  şərtlər  konkret  və  bütün  turlar  üçün  eyni  qaydada 
olmalı və mehmanxanaların, nəqliyyatın və restoranların da tələblərini nə- 
1 9 9  


YEGANLI S.T.. HACIYEV E. M. 
zərə almalıdırlar. Kataloqda göstərilən ümumi qaydalar müştərilərlə bağlanan 
müqavilələrə də uyğun gəlməlidirlər. Onları kiçik şriftlə çap etmək lazım deyil. 
Tərəflər arasında münaqişə baş verəndə ABŞ-ın məhkəməsi kiçik şriftlə çap 
olunan  qaydaları  nəzərə  almır.  Məhkəmə  belə  hesab  edir  ki,  balaca  şriftlə 
yazılan qaydalar və tələblər müştərini çaşdırır və ona bu qaydaları öyrənmək 
çətinlik  yaradır.  Bu  səbəbdən  məhkəmənin  qərarları  alıcıların  xeyrinə  həll 
olunur.  Kataloqun  nöqsanlarından  biri  də  turist  məhsulunun  bütün 
qiymətlərinin turun üstündə göstərilməsidir. Məsələn, bəzən avia biletin və ya 
sığortanın turun ümumi qiymətinə aid olunmaması böyük səhv hesab olunur. 
Turun  bü-tün  elementlərinin  qiymətinin  turun  öz  qiymətinin  tərkibində 
olmaması müştərilərdə çaşqınlıq yaradır. 
23.2
 
TURİZMDƏ YENİ İNFORMASİYA TEXNOLOGİYASI 
Müştərilərə xidmət göstərməkdə zaman faktoru həlledici rol oynayır. O 
turizm firması udmuş olur ki, qısa müddətə, müştəri bir stəkan çay içənə qədər 
«on-line» rejimində müştəriyə kompleks xidmət göstərilsin. Müştəriyə bu cür 
xidmətin göstərilməsi turagentlə turoperator arasında informasiya əlaqələrinin 
yaranma  formasından  asılıdır.  Məlumdur  ki,  mehr  manxanada  yerin  və 
nəqliyyatda biletin sifariş olunması, operatorun vacib məsələlərindən biridir. 
Əgər  bu  məsələləri  avtomatik  rejimdə  turagentlik  həll  edə  bilirsə,  deməli 
müştəriyə operativ formada xidmət göstərmiş olur. 
Təəssüf ki. praktikada turoperatorlarla turagentlər arasında informasiya 
mübadiləsi  «On-line»  rejimində  tək-tək  hallarda  mümkün  olur.  Əsas  əlaqə 
forması telefondur, telefaksdır,  bunlar  da  çoxlu  vaxt itirilməsinə  səbəb  olur. 
«On-line»  rejimində  əlaqə  yaratmaqdan  ötrü  kompüter  texnikası  və  hər  iki 
partnyorun  proqram  təchizatı  olmalıdır.  Turagentlə  turoperator  arasında  3 
variantda proqram təchizatı qeyd etmək olar: 

 
Turagentlikdə yerləşən müştərilərə avtomatik rejimdə xidmət göstərən 
proqram  təchizatı.  Bu  təchizat  turoperatoru  turagentlə  birləşdirəli 
avtomatik sistemin bir hissəsidir. 

 
Müştərilərə  avtomatik  rejimdə  xidmət  göstərən  və  turagentlikdə 
yerləşən proqram təchizatı. Turoperatorla əlaqə başqa bir daxili əlaqə 
forması ilə saxlanılır. 

 
Turagentlikdə  yerləşən  avtomatik  sistem  və  proqram  təchizatı 
müştərilərə  avtomatik  rejimdə  xidmət  göstərir  və  həmin  sistemdə 
turoperatorda əlaqə saxlamaq üçün əlayə bir funksiya vardır. 
200 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə