Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə68/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   114

T U R İ Z M  
lar  yüksək  səviyyədə  turları  planlaşdınb  və  alıcıları  istehsal  etdikləri  turist 
məhsuluna lazımı dərəcədə cəlb edə bilmirlər. 
Azərbaycan  turoperatorlarının  maraqları  tez-tez  Bakıda  fəaliyyət 
göstərən  xarici  şirkətlərin  maraqlan  ilə  toqquşur.  Xarici  kompaniyalar 
Azərbaycan  ərazisində  öz  fəaliyyətində  faktiki  olaraq  heç  bir  məhdudiyyətə 
məruz qalmırlar. Belə bir şəraitdə onlar Azərbaycan turoperatorlannı tədricən 
sıxışdırıb, turist bazarından çıxarırlar. Onların böyük imkanları vardır: qüvvətli 
maliyyə  potensialı,  inkişaf  etmiş  infrastrukturu  və  s.  Azərbaycan 
turoperatorları bu sahədə onlarla rəqabət aparmağa acizdir. 
Xarici kompaniyalar öz nəqliyyatlarından və kommersiya əlaqələrindən 
istifadə edərək Azərbaycan nəqliyyat formalarının boş hərəkət etməsinə və ya 
dolmamasına səbəb olurlar. Onlar Azərbaycanda vergilərdən boyun qaçırırlar 
və Azərbaycan turist infrastrukturuna sərmayə qoymurlar. İş gəlib o dərəcəyə 
çatıb ki, onlar öz hökumətlərinin köməyi ilə Azərbaycan vətəndaşlarına Qərb 
ölkələrinə  asanlıqla  viza  alırlar,  halbuki  Azərbaycan  turoperatorlarına  belə 
vizaları almaq olduqca çətinləşir. Beləliklə, Azərbaycanda fəaliyyət göstərən 
şirkətlərin  hərəkətlərində  bu  cür  hallar  çox  olur  və  buna  normal  rəqabət 
mübarizəsi demək olmaz. 
Daxili  bazarlarda  işləyən  turoperatorlann  vəziyyəti  heç  də  yuxarıda 
göstərilənlərdən yaxşı deyildir. Azərbaycan turoperatorlanna daxili bazarlarda 
işləmək  maraqsızdır.  Ona  görə  ki,  yerli  turistlərin  alıcılıq  qabiliyyəti  çox 
aşağıdır.  Turizm  məhsulunun  keyfiyyəti  və  qiyməti  arasında  uçurum 
yaranmışdır. Xaricə gedən turistlərin sayı 1996-l999-cu illərdə xaricdən gələn 
turistlərin sayından 5 dəfə çox olmuşdur. Halbuki, bu göstərici turizm inkişaf 
etmiş ölkələrdə əks qiymət daşıyır. Bu onu göstərir ki, Azərbaycan turistləri 
külli  miqdarda  özləri  ilə  valyutanı  xaricə  çıxarır  və  xarici  Ölkələrin  turizm 
inkişafına sərmayə qoyurlar. 
Azərbaycan nırizminm iııkcşa/ma maneçilik göstərən problemlərdən ən 
başlıcası  Azərbaycanda  normal  stmkturanm  olmamasıdır.  Azərbaycan  tu- 
roperatorları, baxmayaraq ki, turizmin inkişafı üçün əllərindən gələni edirlər, 
lakin çox ağır bir şəraitdə işləyirlər. 
Azərbaycanda  turizmin  inkişaf  etməməsinin  səbəblərindən  biri  də  ma- 
li>
7
ə  mənbələrinin  olmamasıdır.  Nə hökumət,  nə  biznes strukturları turizmə 
sərmayə  qoymurlar.  Məlumdur  ki,  onlarla  turist  mərkəzlərinin  bərpasına  və 
turist bazarına qaytarılmasına böyük ehtiyac vardır. Fəaliyyət göstərən turist 
firmaları ağır iqtisadi şəraitdə yaşayırlar: yüksək vergilər, daim artan komunal 
xərclər,  elektrik  enerjisinin  tez-tez  kəsilməsi  və  turist  biznesinə  dövlətin 
himayəsinin zəif olması turoperatorlann fəaliyyətini daha da ağırlaşdırır. 
189 


YEGANLI S.T.. HACIYEV E. M. 
İnkişaf  etmiş  xarici  ölkələrin  təcrübəsi  göstərir  ki,  turoperator 
fəaliyyətinin inkişafı, yəni turizmin inkişafı dövlət himayəsindən çox asılıdır. 
Xarici  ölkələrin  çoxunda  gəlmə  turizmi  stimullaşdırmaq  üçün  konkret 
proqramlar  tərtib  olunur:  vergi  məsələsində  müəyyən  güzəştlər  nəzərdə 
tutulur,  sərmayə  qoymaq  üçün  münbit  şərait  yaradılır,  turizm  biznesi  ilə 
məşğul olanlara kreditlər ayrılır və s. 
2000-ci ilə qədər ölkədə turist firmalarının 10 %-i turoperator, 90 %-i isə 
turagentlikdir.  Bu  iki  turist  təşkilatının  öz  çəkisinin  müxtəlif  ol-mağına 
baxmayaraq,  hər  ikisi  bərabər  lisenziya  vergisi  verir.  2-3  nəfərdən  təşkil 
olunmuş  turagentlik  böyük  və  qüvvətli  turoperator  firması  qədər  lisenziya 
almaq  üçün  vergi  verir.  Nəticədə  turagentliklərin  çoxu  biznesdə 
möhkəmlənmədən sıradan çıxırlar və vergi verən təşkilatların sayı azalır. Bu 
da  ölkə  iqtisadiyyatına  təsir  göstərməyə  bilməz.  1998-ci  ildən  sonra  turist 
firmalarının sayı 2 dəfə azalmışdır. Əsasən kiçik və orta turist firmaları turist 
bazarını tərk etmişlər. Bu da böyük turoperator şirkətlərinin mövqelərini daha 
da  möhkəmləndirmişdir.  Buna  baxmayaraq,  turist  bazarında  kəskin  rəqabət 
davam etməkdədir. Ona görə ki. turist firmalarının sayı, yenə də lazım olan 
tələbatdan çoxdur. 
22.2
 
TURİZM MƏHSULUNUN HƏRƏKƏTƏ GƏTİRİLMƏSİNDƏ 
(SATILMASINDA) HƏVƏSLƏNDİRİCİ TƏDBİRLƏRİN VƏ TƏBLİĞAT 
ÜSULLARININ TƏTBİQİ 
Turist  şirkətlərinin  təklif  etdiyi  turist  xidmətlərinə  marağı  artırmaqdan 
ötrü reklamla bərabər həvəsləndirici üsullardan da geniş istifadə olunur. Turist 
məhsulunu  satmaqdan  ötrü  müəyyən  miqdarda  əvvəlcə  planlaşdırılmış 
həvəsləndirici tədbirlər görülür. Bu tədbirlər reklam və məlumat fəaliyyəti ilə 
paralel aparılır. Böyük turoperatorlar həvəsləndirmə üsullarından istifadə etmə 
şöbələri yaradırlar. Həvəsləndirmə tədbirləri aşağıdakılar ola bilər: 

 
Xidmətlərin ayrı-ayrı adamlara, turagentin vasitəsilə satılması; 

 
Daimi  müştərilərin  siyahısını  tərtib  edib,  onlara  bilavasitə  turlar 
haqqında poçtla V3 ya telefonla məlumatların göndərilməsi: 

 
Həvəsləndirmə  məqsədi  ilə  müştərilərlə  müsabiqələrin  və  uduşlu 
lotereyaların təşkili və başqa kütləvi tədbirlər; 

 
Turların  təbliği  və  «pablik  rileyşnz»  -  (kütləvi  informasiya 
vasitələrinin  nümayəndələrinin  iştirakı  ilə  mədəni  və  kütləvi 
tədbirlər) mərasimlərinin təşkili. 
190 


T l i R t Z M  
A lıcıların hdvəshndivilnidsi 
Alıcıları həvəsləndirən tədbirlər aşağıdakılar da ola bilər: 
>
 
Əvvəlcədən çoxlu turist xidmətlərini sifariş edən turistlərə qiymətdə 
güzəştlər; 
>
 
Turun müddətini pulsuz 1-3 gün uzatmaq
>
 
Kompleks xidmət paketinə pulsuz əlavə xidmətlərin verilməsi (məs., 
disko kluba, çimərliyə və s. pulsuz giriş). 
>
 
Turistlərə pulsuz olaraq firmanın suvenirlərinin və başqa hədiyyələrin 
paylanması; 
>
 
Daimi müştərilərə mehmanxanada, restoranda yaxşı və rahat yerlərin 
verilməsi, onlara gül və ya meyvə vazalannin təqdimi, onlann anadan olan 
günlərinin qeyd olunması, bahalı suvenirlərin verilməsi və s. 
Tuvagentbrin Jwvpshndinm tMivhri 
Bu  tədbirlərin  məqsədi  turagentlərin  xidmətləri  satmaqla  öz 
fəaliyyətlərini genişləndirmək, yeni satış məntəqələrini yaratmaqdır. 
Həvəsləndirmə tədbirləri aşağıdakılar ola bilər: 
^ Satılmış məhsula, qəbul olunmuş normadan artıq kommision faizi təyin 
etmək; 
^Turist qrupuna satılan xidmətlərin qiymətlərində, əgər çoxlu xidmət 
satılarsa, güzəştə getmək (xüsusən yaz və qış aylarında); Topdan satış 
nümayəndələrinə hədiyyələrin və suvenirlərin təqdimi; 
^ Turist birjalarının təşkili. Bu birjalarda turist xidmətləri bazardakı 
qiymətlərdən aşağı qiymətə satılır; 
'V' Öz əməkdaşları (partnyorları) arasında pulsuz kataloqların 
paylanması; 
^ Reklam-informasiya turlarının topdan satış nümayəndələrinə pulsuz və 
ya böyük güzəştlərlə səyahətlərin təşkil olunması və bu cür səfərlərə 
nəşriyyat nümayəndələrinin də dəvət olunması. 
Satışı maraqlandırma tədbirləri strateji marketinqin işi əsasında aparılır. 
Reklam fəaliyyəti kimi həvəsləndirmə tədbirləri də təqvim günlərində aparılır. 
Bu günlər milli və ya beynəlmiləl bayramlar günü, beynəlxalq sərgi günləri, 
satışın  ən  çox  olan  günləri  ola  bilər.  Həvəsləndirmə  tədbirlərinin  tətbiqi 
müəyyən xərclərlə əlaqədardır. Ona görə də, əvvəlcədən lazım olan xərcləri 
hesablamaq lazımdır. Bu tədbirlərə xərclər faizlə hesablanır və əvvəlki illərdən 
çox  olmamalıdır.  Eyni  zamanda,  görülən  tədbirlərin  nəticələri  və  effektliyi 
qiymətləndirilməlidir.  Bundan  ötrü,  turistlər  arası  sorğunun  təşkili  və  satış 
həcminin əvvəlki illərlə müqayisəsi keçirilir. 
1 9 1  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə