T U R İ Z M
də etdiyi metodları və vasitələri təhlil etmək və informasiya-reklamın
xüsusiyyətlərini araşdırmaqdır. Ədəbiyyatda və xüsusilə, Azərbaycan dilində
belə araşdırmalar bu vaxta kimi turizm sahəsində aparılmamışdır. Ona görə də,
kursun
mahiyyətini
açıqlayanda
xarici
ölkələrin
təcrübəsini
Ümumiləşdirməklə bərabər, Azərbaycan reallıqlan da nəzərə alınnuşdır.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə, Azərbaycanda turizm sahəsində
informasiya reklam fəaliyyəti zəif inkişaf etmişdir. Bunun bir neçə səbəbi var.
Qeyd etdiyimiz kimi, informasiya reklam məhsulu çox da ucuz deyil. Turist
şirkətləri Azərbaycanda böyük iqtisadi imkanlara malik deyildir. Dövlət
strukturları turizmin inkişafına sərmayə ayırmırlar, turist sektoru
Azərbaycanda iqtisadiyyatın prioritet sahəsinə hələ ki çevrilməmişdir. Reklam
informasiya fəaliyyətini qüvvətləndirmədən turizmin inkişafını təmin etmək,
Azərbaycan turizminin imicini yaratmaq mümkün deyil.
Reklam informasiya fəaliyyətini yüksək səviyyədə aparmaq üçün, yeni
ideyalar tərtib etməyə və tədqiqat işlərini aparmaq üçün turist şirkətlərinin çoxu
reklam üzrə mütəxəssislərə üz tuturlar. Böyük,kompaniyaların tərkibində
reklam-informasiya şöbələri fəaliyyət göstərirlər.
Nəhəng turist şirkətləri, xaricdə özləri reklam-məlumat kompaniyalarını
aparırlar. Reklam kompaniyası müəyyən seqmentdə, müəyyən vaxtda
informasiya vasitələrinin bütün növlərindən istifadə etməklə müxtəlif
tədbirlərin kompleks şəkildə görülməsinə deyilir.
21.2
TURAGENTLİKLƏRDƏ REKLAM VƏ İNFORMASİYA
FORMALARI VƏ NÖVLƏRİ
İnformasiya reklamı müxtəlif vasitələrlə məlumatlan alıcılara çatdırır.
Reklamın əsas vasitələri - qəzetlər, jurnallar, radio, televiziya, kataloqlar,
bukletlər, məlumat vərəqləri və lövhələri, nəqliyyat elanlan və s. Bu vasitələrin
hamısı 3 qrupa bölünürlər:
I
qrup - dövriyyə nəşriyyatında olan çap materialları. Bu qrupa poliqrafik
üsulla hazırlanan reklamların hamısı aiddir;
II
qrupa - radio reklamlar, şifahi məlumatlar və elanlar aiddir;
III
qrupa - tele və kino reklamlar, şifahi tekstlə müşahidələnən və
nümayiş olunan eksponantlar və s.
I. I qrup reklam vasitələri. Bu qrupun meneceri çap olunmuş reklam
materiallarının və tipoqrafiya işinin bütün incəliklərini, çap olunan bütün
məcmuələrin reytinqini və öz klientlərinin reklama olan tələbini yaxşı
bilməlidir. Çap olunmuş reklam materiallarının özləri müxtəlif növlərdən olur:
Jurnal reklamları, kitab reklamı, bukletlər, kataloqlar, afişalar, təq-
181
YEGANLI S.T.. HACIYEV E. M.
vimlər, applikasiyalar, yarlıklar, qələmlər və başqa xırdavat mallar, bağışlamaq
üçün lazım olan suvenirlər. Bu reklam materiallanmn hamısında firmanın
embleması və materialların nişanı olmalıdır.
Dövriyyə nəşriyyatına qəzetlər, jurnallar, xüsusi turizmə həsr
olunmuş məcmuələr və buraxılışlar (pullu və pulsuz) aiddir. Bu məcmuələrin
hamısında reklam şöbəsi var. Reklam şöbəsinin rəhbəri (meneceri) redaktorla
birgə öz məcmuəsində reklamın qiymətini təyin edir. Reklam meneceri
reklamın hazırlanma prosesinə rəhbərlik edir. Hazırlanmış reklam materialı
lazım olan auditoriyaya və əraziyə istiqamətlənməlidir. Əgər bu istiqamət düz
seçilməzsə, reklam öz əhəmiyyətini itirmiş olur. Məsələn, «Ekstram» qəzeti
Moskvada çap olunur, orada da azad satılır (yayılır). Moskva şəhərində bu
qəzetin özünə məxsus alıcıları və partnyorları var. Saxalinə aid olan reklamm
bu qəzetdə çap olunması məqsədə uyğun deyil, ona görə ki, bu qəzet Saxalinə
çatmır.
2001-ci ildən Azərbaycanda müləmadi olaraq turizm sahəsində
«.AZERBAIY.AN REVIEW»
jurnalı və «Turizm yenilikləri» çap edilməyə
başlanılmışdır. Bu məcmuələrdə turist şirkətlərinin məlumatları və reklamları
çap olunur.
Kitab reklamı. Son zamanlar yeni çap olunmuş kitabların arxasında
reklam çap olunması dəbə düşmüşdür. Lakin bu cür reklam formasından
ehtiyatla istifadə etmək lazımdır. Reklamın məzmunu kitabın məzmununa
uyğun gəlməli və ya yaxın olmalıdır. Reklamı kitabda münasib yerdə
yerləşdirmək lazımdır. Məsələn, turist agentliyinin reklamını turist göndərdiyi
ölkələrin təsnifatı verildiyi kitablarda yerləşdirmək məqsədə uyğundur. Bu cür
reklamın qiyməti çox yuXarı və sponsorluğa yaxındır. Reklam verən
kompaniya, eyni zamanda öz imicini qaldırır.
Bukletlər. Bu məcmuə hər hansı firmanı və ya onun məhsulunu reklam
edir. Bukletdə reklam teksti ilə bərabər rəngli şəkillər, firma rəhbərlərinin
şəkilləri, sponsorluq edən təşkilatın cəmiyyətdə rolu, xeyriyyəçilik fəaliyyəti
göstərilir. Buklet, ümumiyyətlə ən keyfiyyətli və rəngli kağızdan hazırlanır.
Onları partnyorlarla görüşdə, prezentasiya mərasimində, kontrakt bağlayanda
və ya sərgi təşkilində təqdim edirlər.
Reklam vərəqləri. Bu vərəqləri rəngli kağızda cürbəcür şəkillərlə və tekst
materialları ilə birgə hazırlayırlar. Onlar sərgilərdə və yarmarkalarda gələn
adamlara paylanılır.
Kataloqlar. Kataloqlar müxtəlif mcillan yə xidmətləri reklam edən.çap
məcmuəsidir. Mallarm qısa xarakteristikajŞi və qiymətləri burada göstərilir.
Ümumiyyətlə, turoperatorlar kataloqda q^vşıda gələn mövsüm pfoqr
182
T U R İ Z M
ramlanm reklamda göstərirlər. Kataloqlar sərgilərdə iştirak edənlər və ən çox
turagentlər və turoperatorlar arasında paylamlır.
Afişalar. Böyük ölçülərdə olan rəngli reklam məcmuələrində külli
miqdarda illüstrasiyalardan istifadə olunur. Onlar küçələrdə istifadə olunur.
Təqvimlər, applikasiyalar, yarlıqlar, qələmlər və başqa mallar suvenir
şəklində reklam məqsədi ilə satılır və ya paylanır. Bu malların hamısında
firmanın markası və nişanının olması vacibdir.
Xarici cöl reklamı şəhərlərin küçələrində və yaşayış məntəqələrinin
divarlarından asılır. Bu reklamın xüsusiyyəti onu qısa müddətdə görüb yadda
saxlamaqdadır. Ümumiyyətlə, reklam kompaniyası xarici reklamla başlanmır.
O, reklam kompaniyasını davam etdirir və sona çatdırır. Xarici reklam qısa,
konkret, böyük ölçüdə və gözə çarpan olur. Bu reklamın üstünlüyü ondadır ki,
müştəri gözləmədiyi anda təsadüfən onunla rastlaşır. Lakin avtomaşında və ya
piyada gedən müştəri birdən-birə istirahətə getmək fikrinə düşür. Xarici
reklamları tərtib edəndə daim belə bir sualla rastlaşırlar. Bu da təsadüfi
deyildir. Şəhərin hər bir yerinin müəyyən reklam qiyməti vardır. Ən yaxan
qiymət mərkəzi küçələr, adamların çox olduğu yerlərdir.
II.
Audio reklam. Bu reklamlar radionun müxtəlif kanallarında verilən
reklamlardır. Məsələn. Azərbaycanı götürsək, son zamanlar müxtəlif
dalğalarda çoxlu radio kanallar audio reklam fəaliyyəti ilə məşğul olurlar.
Bundan başqa, belə verilişlər ticarət mərkəzlərində, kinoteatrlarda, nəqliyyatda
(metro daxil olmaqla) təşkil olunurlar. Radio reklam kəsərli olmaqdan ötrü,
reklam üzrə menecer əsaslanmış reklam kompaniyasmın planını tərtib edir.
Audio reklam kompaniyası zamanı radionun bütün üstünlüklərindən istifadə
etməlidir. Əvvəlcədən radio stansiyasının əhatə etdiyi seqment haqqında
məlumat toplayır, sonra reklam agenti radio stansiyalann, redaktorların
müxtəlif proqramlarının iş qrafiki haqqında məlumat toplayır. Sonra insana xoş
gələn səsi olan diktor təyin olunur. Reklam verilişlərinin vaxtı və intervalı
razılaşdırılır.
III.
Kino və telereklam. Reklamın bu növü tamaşaçılann veriliş zamanı orta
hesabla miqdarının təyin olunmasını tələb edir. Kiıio və telereklam yüksək
imicə malikdir. Tamaşaçılar başa düşürlər ki. əgər reklam televeri- lişlərdə
gedirsə, deməli firmanın Vəziyyəti yaxşıdır. Bu cür reklamın qiyməti son
dərəcə bahadir. Televerilişlər vasitəsi ilə reklam verən firma bazarın yeni
seqmentlərini ələ keçirdə bilər və öz məhsulunun satışını genişləndirə bilər.
Bundan başqa, o, öz məhsulunu satmaqdan ötrü.yeni vasitəçiləri cəlb edə bilər.
Telereklamların təşkilinin müxtəlif yolları vardır. .Oiılar-
183
Dostları ilə paylaş: |