Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   86

 
 
213 
Yeni  obyektin  tikintisi  dedikdə,  ilk    dəfə  təsdiq  edil-
miş  texniki  sənədləşdirməyə  əsasən  yeni  meydançalarda 
tikilən obyektlər nəzərdə tutulur. Hazırda yeni obyektlərin 
tikintisinə sərf olunan investisiya qoyuluşunun həcmi, de-
mək olar ki, istənilən səviyyədə deyil. 
Mövcud  müəssisələrin  genişləndirilməsi  –  əsas  növ 
məhsul buraxılışını təmin edən obyektlərin işə salınmasın-
dan  sonra  dəyişdirilmiş  tikinti  layihə  üzrə  müəssisənin 
ikinci  və  sonrakı  növbələrinin  tikintisinin  davam  etdiril-
məsi, mövcud sexlərin, istehsal sahələrin və digər obyekt-
lərin  genişləndirilməsi  və  əlavə  istehsal  komplekslərinin 
tikintisi deməkdir. 
Mövcud  müəssisələrin  yenidən  qurulması  –  vahid 
plan üzrə texnologiyanın ayrı – ayrı mərhələlərində və kö-
məkçi xidmətlərdə ya bütünlükdə, ya da qismən yeni ava-
danlığın  quraşdırılması,  yaxud  mənəvi  cəhətdən  köhnəl-
miş və yaxud da fiziki aşınmış avadanlığın yenisi ilə əvəz 
edilməsi,  istehsalın  mexanikləşdirilməsi  və  avtomatlaşdı-
rılması, istehsal  sahələri arasında  yaranmış qeyri  –  mütə-
nasibliyin  aradan  qaldırılması  ilə  onun  istehsal  aparatının 
təkmilləşdirilməsidir. 
Mövcud  müəssisələrin  texnika  ilə  yenidən  silahlan-
ması dedikdə, maşın və avadanlıqların, nəqliyyat vasitələ-
rinin,  ölçü  və  tənzimləyici  cihazların  və  qurğuların  yeni, 
öz texniki – iqtisadi xarakteristikasına görə daha mütərəq-
qiləri ilə əvəz olunması yolu ilə müasir tələblər səviyyəsi-
nə yüksəldilməsi nəzərdə tutulur. 
Əsaslı tikinti və əsas vəsaitlərin alınması üçün çəki-
lən  bütün  məsrəflər  plan  üzrə  nəzərdə  tutulan  kapital  qo-
yuluşundan, müəssisənin gəlirindən, sahibkarın və təsisçi-
lərin  öz  vəsaitələrindən,  alınan  investisiyalardan,  amorti-


 
 
214 
zasiya  ayrımlarından,  bank  kreditlərindən  və  s.  maliyyə-
ləşdirilir.  Bu  prosesin  nəticəsindən  müəssisələrin  əsas 
fondların istifadəyə verilməsi artır. 
Müəssisələrin maliyyələşdirilməsi mənbələri qeyd et-
diyimiz kimi geniş və çox istiqamətlidir. Odur ki, maliyyə-
ləşmə mənbələrinə görə investisiya qoyuluşları dörd qrupa 
bölünür:  mərkəzləşdirilmiş  investisiya  qoyuluşu  (dövlət 
büdcəsindən  ayrılan  vəsait  hesabına  yaradılır),  qeyri  – 
mərkəzləşdirilmiş investisiya qoyuluşu (əsasən, müəssisə-
lərin mənfəəti hesabına yaradılır), xarici ölkələrin  investi-
siya qoyuluşu və tikintidaxili ehtiyatlar hesabına əldə edi-
lən vəsait. Son illərdə mərkəzləşdirilmiş şəkildə istehsalın 
inkişafına  ayrılan  investisiya  qoyuluşunun  həcmi  xeyli 
azalmış,  xarici  ölkələrin  investisiya  qoyuluşları  isə  art-
mışdır. 
Dövlət investisiyaları vergilər, dövlət müəssisələrinin 
mənfəəti,  yeni  pul  emissiyası,  daxili  və  xarici  istiqrazlar 
buraxılmasından  hökumətin  əldə  etdiyi  gəlirlər  hesabına 
həyata keçirilir.  
Xüsusi  investisiyalar  bölünməz  xüsusi  mənfəət, 
amortizasiya  fondu,  xaricdən  cəlb  edilən  uzunmüddətli 
kredit,  xüsusi  kapitalı  artırmaq  məqsədi  ilə  səhmlərin,  is-
tiqrazların,  digər  qiymətli  kağızların  satışından  alınan 
vəsait hesabına həyata keçirilir.  
Lakin  xüsusi  kompaniyaların  və  sahibkarların  uzun 
müddət  üçün  qoyduqları  investisiyaların  əhəmiyyətli  his-
səsi son nəticədə dövlətin nəzarət dairəsinə düşə bilir. Öl-
kədə bazar iqtisadiyyatının inkişafı, dövlətin iqtisadi rolu-
nun artması ilə  əlaqədar  dövlət investisiyasına  ehtiyac  da 
artır.  Xüsusilə  yüksək  mənfəət  və  sosial  nəticə  əldə  edə 
bilməyən  xüsusi  təsərrüfat  sahələrində,  məsələn,  infra-


 
 
215 
struktur  sahələrdə  dövlət  investisiyası  əsasında  tikilən 
müəssisələr  özlərinin  istehsal  –  təsərrüfat,  ticarət  –  kom-
mersiya  əlaqələrini  daha  tez  canlandırılmaqla  bazarda 
mövqelərin möhkəmləndirmək imkanı qazana bilir. 
İri  müəssisələr  xüsusi  pul  vəsaitləri  hesabına  özləri-
nin  iqtisadi  artımını  maliyyələşdirməyə  üstünlük  verirlər. 
Bu yalnız bir səbəblə: kreditorlara faiz ödəməklə əlaqədar-
dır. Bir çox müəssisələr bölünməz mənfəətə vəsait qoyma-
ğa çalışırlar. Bölünməz mənfəət bütün xərclərin yerini dol-
durduqdan,  vergiləri  ödədikdən  sonra  müəssisənin  sərən-
camında qalan vəsaitdir. 
Xüsusi  vəsaitlər  hesabına  kapitalı  artırmağın  digər 
yolu aktivlərin realizasiyasıdır. Aktivlərin realizasiyası zə-
ruri  vəsaitləri  toplamaq  məqsədilə  müəssisəyə  məxsus 
olan  istifadə olmayan əmlakın satılışıdır. Bu daxili mənbə 
vasitəsilə əldə edilən xalis gəlir hesabına kapitalın həcmi-
nin artırılması, mənfəətin investisiyalaşması adlanır. 
Müəssisənin  daxili  maliyyələşdirmə  mənbələrinə 
amortizasiya ayırmaları da daxil edirlər. İstifadə prosesin-
də köhnəlmiş olan əsas vəsait müəssisədə amortizasiya he-
sabına  bərpa  olunur.  Pul  formasındakı  amortizasiya  ayır-
maları  müəssisənin  amortizasiya  fondunu  təşkil  edir. 
Amortizasiya fonduna keçirilən vəsait, tikinti işlərinə,  ya-
xud  köhnəlmiş  və  sıradan  çıxmış  obyektlərin  yeniləri  ilə 
əvəz edilməsinə və qismən də işləməkdən olan əsas vəsai-
tin əsaslı təmirinə və modernləşdirilməsinə xərclənir. 
Daxili  mənbə  hesabına  investisiyanın  maliyyələşdi-
rilməsi heç də bütün vergilərdən azad olmayıb, özü müəy-
yən xərclərlə əlaqədar olur. Bir sıra müəssisələr bölünməz 
mənfəəti  daxili  maliyyələşməyə  sərf  etməkdən  daha  çox 
xarici  layihələrə  qoymağa  üstünlük  verirlər.  Onların  çoxu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə