Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   86

 
 
216 
bu  və  ya  digər  dərəcədə  xarici  maliyyələşdirmədən  asılı 
olur. Burada əsas məsələ  maliyyələşdirmənin xarici mən-
bələrindən  istifadə  etmək  deyil,  yalnız  hansı  üsulla,  nə 
vaxt  və nə qədər pul cəlb etməkdən ibarətdir.  
Ümumiyyətlə, investisiyaların qoyulması əsasən döv-
lətdən kənar mənbələrdən formalaşır.  
Müəssisənin  maliyyələşdirmə  mənbəyi kimi  borc  və 
səhm  kapitalından  da  istifadə  edilir.  Ümumiyyətlə  borc 
kapitalı  səhm  kapitalından  ucuz  olur,  çünki  borca  görə 
ödənilən  faiz  tutumuna  aid  olan  məbləğdən  çıxılır.  Belə-
liklə,  böyük  borclar  yüksək  risklə  bağlı  olur,  müəssisələr 
faizi ödəmək və borcu qaytarmaq imkanını itirə bilər. 
İnvestisiya qoyuluşunda iki başlıca xarici maliyyələş-
dirmə  mənbəyini:  borc  kapitalı  və  səhm  kapitalından 
istifadə  edilir.  Hər  iki  mənbə  dörd  müxtəlif  istiqamətdən: 
a)uzunmüddətli ssudalardan: b) lizinqlərdən (uzunmüddətli 
icarədən), v) istiqrazlardan: q) səhmlərdən maliyyələşir. 
Uzunmüddətli borc ödəmə müddəti bir ili ötən borc-
dur. Belə borclar ödənilən və ödənilməyən ola bilər. Ödə-
nilən borcun daha geniş yayılmış növü ipotekadır. 
Lizinq  uzunmüddətli  icarəyə  dair  qanuni  müqavilə 
olub, istifadə hüququna görə aktivin sahibinə istifadəçinin 
öhdəliyidir. Hər hansı bir mülkiyyəti və ya avadanlığı əldə 
etməklə əlaqədar kommersiya kreditindən vəsait götürmək 
üçün  müəssisə  lizinq  xidmətindən  və  ya  uzunmüddətli 
icarədən istifadə edirlər. 
İstiqraz kapital cəlb etmək üçün satışa buraxılan borc 
öhdəliyidir.  Bütün  mənbə  imkanları  müəssisə  səfərbər 
edərək öz maliyyə ehtiyaclarını ödəyə bilər. 
Bütövlükdə xarici kapital qoyuluşunun maliyyələşdi-
rilməsi  xarici  dövlət  vəsaiti,  müəssisə  və  təşkilatların  xü-


 
 
217 
susi  vəsaitləri  hesabına  həyata  keçirilir.  Xarici  dövlət  və-
saitlərinə büdcə təsisatları, müəssisə və təşkilatların xüsusi 
vəsaitlərinə  isə  –  amortizasiya  ayırmaları,  mənfəət  və  tə-
sərrüfat üsulu  ilə aparılan tikintinin dəyərinin aşağı salın-
masından qənaət, daxili ehtiyatların  səfərbərliyə alınması 
və s. daxildir.  
Xarici investisiya müəssisələrdə mənfəət investisiyası-
nın  maliyyələşdirilməsinin  başlıca  mənbəyidir.  Mənfəət  – 
izafi  məhsulun  dəyərini  ifadə  edən  müəssisənin  xalis 
gəlirinin  başlıca  formasıdır.  Onun  məbləği  əmtəənin  xid-
mətin  satış  qiyməti  ilə  dəyərinin  maya  dəyəri  arasındakı 
fərqi təşkil edən pul gəlirlərinin bir hissəsidir. Xarici hüqu-
qi şəxslərdə mənfəət müəssisənin kommersiya fəaliyyətinin 
nəticəsinin  ümumiləşdirici  göstəricisidir.  Müəssisədə  əldə 
edilən  mənfəətdən  büdcəyə  vergi  və  digər  tədiyyələri 
ödədikdən  sonra  xalis  mənfəət  qalır.  Onun  bir  hissəsini 
istehsal və sosial  xarakterli kapital  qoyuluşuna  yönəltmək 
olar. Mənfəətin bu hissəsi investisiya yığım fondu tərkibin-
də  və  ya  müəssisədə  yaradılmış  digər  analoji  fondlar  tər-
kibində istifadə edilir. 
Xarici  müəssisələrdə  investisiyanın  maliyyələşdiril-
məsinin ikinci ən böyük mənbəyi amortizasiya ayırmaları-
dır. Müəssisədə əsas fondların dəyərcə köhnəlmənin yığı-
mı mütəmadi (hər ay) baş verir. Lakin əsas istehsal fondla-
rı  hər  bir  təkrar  istehsal  mərhələsindən  sonra  natural  for-
mada  ödənilməni  tələb  etmir.  Nəticədə  sərbəst  pul  vəsaiti 
formalaşır  (amortizasiya  ayırmalarını  istehsal  xərclərinə 
daxil etmək yolu ilə) və bu müəssisənin əsas kapitalın tək-
rar  istehsalının  genişləndirilməsinə  yönəldilə  bilər.  Bun-
dan əlavə hər il yeni obyektlər istismara verilir ki, bunlara 
da müəyyən edilmiş norma üzrə (balans dəyərindən faizlə) 


 
 
218 
amortizasiya hesablanır. Lakin bu kimi obyektlər normativ  
xidmət müddəti qurtaranadək ödəmə tələb etmir.  
Əmtəə  istehsalçılarının  rəqabətinin  nəticəsi  olaraq 
irəli gələn əsas fondların təzələnməsinin zəruriliyi müəssi-
sələri  məcbur  edir  ki,  onlar  sonrakı  investisiya  qoymaq 
üçün  yığım  yaratmaq məqsədilə  avadanlığın surətlə silin-
məsini  həyata  keçirsinlər.  İnvestisiyanın  iqtisadi  cəhətdən 
həvəsləndirici  kimi  sürətli  amortizasiya  normativ  xidmət 
müddətinin süni qısaldılması və müvafiq olaraq amortiza-
siya normasının artırılması üsulu ilə aparılır. 
 
8.4. Müəssisədə tikinti-quraşdırma işlərinin təşkili 
 
Tikinti-quraşdırma  işlərinin  ən  mühüm  mərhələsi  ti-
kinti-quraşdırma  işlərinin  layihəsinin  işlənib  hazırlanma-
sından ibarətdir. Bu layihədə tikiləcək obyektlər müəyyən-
ləşdirilir, onların zəruriliyi və məqsədəuyğunluğu texniki-
iqtisadi cəhətdən əsaslandırılır.  
Müəssisənin  uzunmüddətli  tikinti-quraşdırma  maliy-
yə planlarının hazırlanması ancaq müəyyən layihələr üzə-
rində işlərin aparılması ilə həyata keçirilir. Layihələr plan-
ların hazırlanıb ortaya çıxarılmasında əsas rol oynayır. Bir 
layihənin  tətbiqə  əlverişli  olub-olmadığını,  xətalı  ünsürlə-
rin  meydana  gəlib-gəlmədiyini,  iqtisadi  və  texniki  dövrü 
ərzində  özünü  ödəyib-ödəməyəcəyini,  ya  da  mənfəətlilik 
dərəcəsini ölçmək üçün aparılan prosesə layihə deyilir. 
İnvestisiya layihələri hər hansı bir investisiyanın eh-
tiyac  dərəcəsinin,  tələb  səviyyəsi  ilə  istehsal  gücünün, 
maya dəyərinin və mənfəətin əldə edilməsi ilə dəyərləndi-
rilir. Başqa sözlə, investisiya layihəsi investisiyanın hüqu-
qi,  iqtisadi,  texniki  və  maliyyə  təhlillərinin  planlı  şəkildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə