Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə62/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   113
 
Şərq türk şirniyyatları 
Türk mətbəxinin desertləri arasında ən populyar olan paxla 
vadır. Bu ləziz şirniyyatın tərkibində olan fındıq, qoz və badam 
ona xüsusi dad verir. Paxlavanın müxtəlif növləri var. Türkiyə-
də ən ləzzətli paxlavalardan biri Antəp şəhərində hazırlanır. Bu 


150 
paxlava çox nazik xəmir qatlarından və ağzı dada gətirən qoz 
əzməsindən hazırlanır. Bu şirniyyata limon suyu və qızılgül şi-
rəsi də əlavə edirlər. 
Türklər paxlavanı həm çay süfrəsində, həm də yeməkdən 
sonra desert kimi yeməyi sevirlər. Gözəl qoxusu və dadı olan 
türk paxlavası süfrələrin bəzəyidir. 
Hər nahar və şam yeməyindən sonra “tatlı” adlanan şirniy-
yatların süfrəyə verilməsi türk mətbəxinin fərqli xüsusiyyətidir. 
Ailə süfrələrində və restoranlarda ən çox yeyilən şirniyyatlar 
isə tulumba, künəfə, qazan dibi, südlü aşdır. Ümumiyyətlə, 
Türkiyədə istər şirniyyatlar, istərsə də xörəklər çox vaxt böl-
gələrin adları ilə təqdim edilir. Məsələn, Antəp paxlavası, Mer-
sin yoqurtu, Adana və Urfa kababları, Trabzon çörəyi və s. 
 
Ətirli türk çayı 
Türklər öz plantasiyalarında becərilən çaydan istifadə et-
məyə üstünlük verirlər. Onlardan Hind və ya Çin çayı istəmək 
qəbahət sayılar. Çay Türkiyənin Qara dəniz sahillərindəki ra-
yonlarda yerləşən plantasiyalarda becərilir. Ən çox çay plan-
tasiyaları Rizə vilayətindədir. Türk çay süfrəsi çaya nanə, ada-
çayı və portağal qabığı, mixək əlavə edilməsi ilə fərqlənir. Bu 
cür çaylar susuzluğu yatırır, Türkiyə iqliminə xas olan qızmar 
istilərə dözümlülüyü artırır. 
Bütün Şərq insanları kimi türklər də mərasimlər təşkil et-
məyi sevirlər. Bu mərasimlərə çay süfrələri də daxildir. Burada 
mağazalarda, ofislərdə və digər yerlərdə qonaqlara və alıcılara 
çay təklif olunur. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə