151
torlarını təmizləmək üçündür. Türk qəhvəsi həzm prosesini də
asanlaşdırır. Doyumlu yeməkdən sonra bir fincan türk qəhvəsi
içə bilərsiniz. Türkiyədə heç vaxt becərilməyən bir məhsulun
bu cür hazırlanması çox maraqlıdır. Gündə 1 fincan türk qəhvə-
si içmək bütün növ xərçəng xəstəliyinin qarşısını alır. Türk
qəhvəsinin tərkibi antioksidantlarla (A.C.E) zəngindir.
Türklər üçün qəhvənin bəzi özəllikləri var. Bir çox insan
inanmasa belə, Türkiyədə qəhvə ilə fala baxmaq adət halını
alıb. Qəhvə Türkiyədə elçilik rituallarının da unudulmaz bir
parçasıdır. Közdə, ocaqda və qumda bişirilən qəhvə çox asan
şəkildə hazır olur.
Türklərin qəhvənin yanına qoyduğu suyun da özəl tarixi
anlamı var. Osmanlı dönəmindən qalan bu adət indi də davam
edir. O dövrlərdə evə gələn qonağa ilk olaraq qəhvə gətirilərək,
yanına da bir stəkan su qoyurlarmış. Əgər qonaq ilk öncə suyu
içərdisə, bu, onun ac olduğu anlamına gəlirdi. Dərhal süfrə qu-
rular, yeməklər hazırlanardı. Yox, əgər ilk olaraq qəhvəni içər-
disə, deməli, qonaq toxdur və sadəcə söhbət edərdilər.
Yazılı mənbələrdə qeyd olunur ki, Osmanlı İmperatorlu-
ğunun qəhvə ilə tanışlığı XVI əsrdən başlanır. Bir iddiaya görə,
qəhvə Türkiyəyə - İstanbula ilk dəfə 1554-cü ildə iki suriyalı
tacir tərəfindən gətirilib. Digər iddiaya görə isə 1517-ci ildə Qa-
nuni Sultan Süleymanın Yəmən valisi Özdemir Paşa ləzzətinə
heyran qaldığı üçün qəhvəni İstanbula gətirib.
Dostları ilə paylaş: