Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə71/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   113
BELARUSİYA 
 
Paytaxt 

 Minsk 
Rəsmi dili 

 belarus, rus 
Dini

 pravoslav 
Milli valyutası 

 belarus rublu 
 
Belarusiya bir dövlət olaraq Avropanın şərqində yerləşir. 
Dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, 
cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və 
Latviya ilə həmsərhəddir. 
İqlimi mülayim kontinental (dəyişkən) və rütubətlidir. Qışı 
yumşaq keçir. Uzunmüddətli istiləşmələrlə müşayiət olunur. 
Yayı yağışlıdır. 
Kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib. Yeyinti sə-
nayesi əsas sahələrdəndir, yerli xammallarla təmin olunub. Apa-


172 
rıcı sahələri yağ, süd-pendir, ət məhsulları istehsalı, kartof krax-
malı istehsalı və başqa sahələrdir. Kənd təsərrüfatında əsas yeri 
heyvandarlıq – südlük-ətlik istiqaməti və donuzçuluq tutur. Əkin-
çilikdə yem istehsalının xüsusi çəkisi vardır. Şimal – şərqində 
kətan becərilir. Taxılçılıqda əsas yeri çovdar əkinləri tutur. 
Kartofçuluq Belarusiyanın əsas sahəsi hesab olunur. 
Bütün bu sadaladığımız coğrafi şərait, iqlim xüsusiyyətləri 
Belarus xalqının əsas məşğuliyyətində, həyat tərzində, mədə-
niyyətində öz əksini tapıb. Tarixi inkişaf mərhələləri Belarus 
xalqının mədəniyyətinə və mətbəxinə, onun yaranmasına güclü 
təsir göstərib. Bu, slavyan ölkəsinin milli mətbəxi bir yandan 
pravoslav və katolik kilsələrinin, digər tərəfdən litvalıların, 
latışların, polyakların, rusların, ukraynalıların milli ənənələri-
nin təsiri səbəbiylə çətin və ziddiyyətli bir şəraitdə inkişaf edib. 
Bu ənənələrin formalaşmasına sinfi fərqlər də güclü təsir gös-
tərib: kəndli, zadəgan və s. Belarus mətbəxi əsasən, ət və re-
gion üçün səciyyəvi olan müxtəlif tərəvəzlərə əsaslanan Şərqi 
və Şimali Avropa ölkələrinin mətbəxləri ilə eyni köklərə malik-
dir. Belarusiyanın varlı təbəqəsinin mətbəxinin formalaşmasına 
polyak və alman mətbəxi təsir edib. Sənətkarlar, əsasən, I əsrdə 
köçürülməyə başlayan yəhudilərin mətbəxini qəbul etmişdilər. 
Belarus kəndliləri XX əsrin əvvəllərinə qədər qədim rus mət-
bəxinə bənzəyən orijinal kulinariya xüsusiyyətlərini qorudu. 
Lakin Belarus xalqının müasir qidalanma mədəniyyəti polyak 
mətbəxinin, eləcə də rus, Ukrayna və Litva kulinariya ənənələ-
rinin təsiri altında formalaşmışdır. Bütün qida xammalı yemək-
lərin hazırlanmasından asılı olaraq qruplara bölünür: əsas qi-
dalar, əsas dad verən qidalar, yemək qatılaşdırıcıları, turş süd, 
xama, ərinmiş kərə yağı, ədviyyatlar, soğan, sarımsaq və s. Ku-
linariyada müxtəlif istiqamətlərin qarışdırılması belaruslar üçün 
xarakterik olan yeməklərin bişirilməsinə aid xüsusi üsulların 
yaradılmasına səbəb oldu. Rusiyadan fərqli olaraq belaruslar 
yalnız qara undan (yulaf, çovdar, arpa, qarabaşaq, noxud) isti-


173 
fadə edir. Buna görə piroqlar və blinçiklər belarus mətbəxi 
üçün tamamilə qeyri-adi haldır. 
Onu da qeyd etmək lazımdır ki, Belarusiyanin kulinariya 
təcrübəsində eyni vaxtda unun bir neçə növündən istifadə olu-
nur. Məsələn, çovdar, yulaf, qarabaşaq, noxud bu yalnız yük-
sək qida dəyərini deyil, həm də xarici görünüşü, dadı, ətri bu 
kimi xüsusiyyətlərin meydana gəlməsini təmin edir. 
Tərəvəzlərdən belarus mətbəxi üçün ən çox kələm, noxud, 
kök xarakterikdir. Belarusların qidalanmasında əsas yeri kartof 
tutur. Kartof belaruslara Rusiyadan təxminən 75 – 90 il qabaq 
gəlib. Bununla yanaşı, Belarusiyanın təbii iqlim şərtləri burada 
kartofun dadlı sortlarını yetişdirməyə imkan verib. Belarus 
xalqının milli qida ənənələri kartofdan geniş şəkildə istifadə 
etməyə imkan verir. Bu gün Belarus xalqının milli mətbəxində 
kartofdan 200-ə qədər yemək hazırlanır. Bunlardan draniki, 
sıbrıki, blinı, kapıtka və s. göstərmək olar. Avropanın hər ye-
rində olduğu kimi, Belarusda da paxlalılar əsas zülal mənbə-
yidir və əsasən, əridilmiş sala ilə hazırlanmış noxud və ya lob-
ya püresi şəklində istifadə edilir. 
Ukraynalılar, ruslar və polyaklar kimi, belaruslar da borşu 
sevirlər. Ümumiyyətlə, şorbalar orijinallığını daha çox qoru-
yublar. Həm şi, borş, turşəng şorbası kimi isti şorbalar, həm də 
yayda sərinləşdirici soyuq turşməzə şorbalar istifadə olunur. 
Belarus xaladniki çuğundurdan, çuğundur yarpaqlarından 
və ya turşəngdən hazırlanan xama, yaxşı qaynadılmış yumurta 
və qaynadılmış kartofla süfrəyə verilən soyuq borşdur. Ət məh-
sullarına gəlincə belaruslar qatı donuzsevər olaraq, qoyun və 
mal ətindən çox az istifadə edirlər. Ən geniş yayılanı donuz əti 
kolbasasıdır. Donuz bağırsağına doldurulmuş, döyülmüş və ya 
qiymələnmiş donuz ətinə duz, istiot və sarımsaq əlavə edilərək 
hazırlanır. Onun ümumi adı “barmaqla doldurulma” kolbasadır.
Əsas süd məhsullarına həm yeməklərin bişirilməsində, həm 
də qarnir kimi geniş istifadə edilən kəsmik və xama aiddir. 
Yalnız XIX əsrin ortalarında mayalanmış pendirin hazırlanması 


174 
Hollandiya və İsveçrədən öyrənildi və Edam pendirinin yerli 
versiyası onilliklər boyu Rusiya imperiyasında çox məşhur idi. 
Belarusiyanın təbii iqlim şərtləri qidalanmada göbələklərdən, 
meşə giləmeyvələrindən, çay balığından, xərçəngdən, süddən, 
qaymaqdan, kəsmikdən geniş şəkildə istifadə etməyə imkan 
verir. Ukraynalılar kimi belaruslar da qızardılmış salanı sevir-
lər. Bu onlarda müxtəlif xəmir və kartof yeməklərində arzuolu-
nan qatqıdır. Milli yeməklərindən biri trabyankadır. Bu, qayna-
dılmış, xırda-xırda doğranmış donuz böyrəyi, qaraciyər, ürək, 
ağciyər sarımsaqla, bibərlə bir yerdə donuzun yoğun ba-
ğırsağına və ya mədəsinə doldurulur. Bütün slavyan xalqların-
da olduğu kimi, belaruslar da çox yeməklərini gil qablarda bişi-
rirlər. 
Tarixən belarusların dənizə çıxışı məhdud olub və bu indi-
yədək mətbəxdə aydın görünür. Ən geniş yayılmış dəniz balıq-
ları siyənək istisna olmaqla, xek və treskadır. Bununla belə bu 
balıqlardan hazırlanan yemək çeşidi çox azdır. Daha çox ənə-
nəvi və geniş yayılan müxtəlif üsullarla bişirilən göl balığı suf 
və yəhudi mətbəxinə xas olan içi doldurulmuş sazandır. Hisə 
verilmiş və ya içi doldurulmuş ilanbalığı Belarusun şimal-qərb 
hissəsindəki Latviya və Litva ilə həmsərhəd olan göllər bölgəsi 
üçün səciyyəvidir. 
Belarus mətbəxində qarnirlər də xüsusi yer tutur. Qarnirlər 
adətən qızardılmış, qaynadılmış və ya rəndələnmiş kartof, qara-
başaq, düyü və ya makarondur. Ət yeməkləri isə əsasən, dəyir-
mi gil qablara düzülən blinçiklər və ya dranikidir. 
Ölkədə ənənəvi sərt içki araq və ya harelkadır, o cümlədən 
ağcaqayın şirəsindən hazırlanmış byarozavik və ya meşə otları 
ilə ətirləndirilmiş zubrovkanı da göstərmək olar. Kvas ənənəvi 
yerli spirtsiz içki olub və indi də qalmaqdadır. Lakin hazırda o 
daha çox şəkər və süni dadlandırıcılar qatılmaqla hazırlanır. 
Kompot da məşhur içkidir. Onu quru, yaxud təzə qaynadılmış 
meyvələrdən hazırlayıb sonra soyudurlar. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə