Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə73/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   113
POLŞA 
 
Paytaxt – Varşava 
Rəsmi dili – polyak dili 
Dini – katolizm 
Pul vahidi – zlotı 
 
Polşa Respublikası – Mərkəzi Avropada yerləşir. Polşa şi-
malda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, 
Şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, 
qərbdən isə Almaniya ilə həmsərhəddir. 
Polşa özünün orta əsrlər memarlığı və yəhudi irsi ilə məş-
hurdur. Ölkə onilliklər boyu çətin dövrlərdən keçib, hazırda isə 
Avropanın ən sürətlə böyüyən, iqtisadi cəhətdən inkişaf etmiş 
dövlətlərdən biri hesab olunur. Polşa sözü “polanie” qəbiləsinin 
adından götürülüb, “açıq sahədə yaşayan adamlar” mənasını 
verir. Polşa nəhəng kəhrəba ixracatçısıdır. Hələ qədim dövrdən 
ölkə öz kəhrəbası ilə məşhur olub. 
Polşa “piroqları” ölkə hüdudlarından kənarda ən məşhur 
polyak yeməyi heasb olunur. Polşada pivə çox vaxt moruq və 
ya qarağat meyvəsinin şirəsi ilə birlikdə verilir. Onu saman çö-
pü ilə içmək adətdir. Soyuq vaxtlarda isə isti pivə verilir ki, 
onu da mixək və ya darçınla, eləcə də balla sərinləşdirilmiş şə-
kildə qəbul edirlər. Polşa “Avropanın araq kəməri”nə daxildir. 
Ölkədə araq istehsalının tarixi 500 ildən çoxdur. İlk polyak 
arağı XI əsrdə əldə olunub. Bu içki görzalsk adlandırılırdı və 
ondan dərman kimi istifadə olunurdu. 
Polşanın tarixinə nəzər salsaq görərik ki, bizim eranın I–V əsr-
lərində Polşanın indiki ərazisində məskunlaşan tayfalar Romay-
la ticarət əlaqələri saxlamışdılar. Roma tacirləri Odra və Visla-
da yerləşən torpaqları yaxşı tanıyırdılar və vaxtaşırı slavyanla-
rın məskunlaşdığı Baltik sahillərində olur, ölkənin təbii sərvət-
ləri, ənənələri, mədəniyyəti ilə tanış olurdular. 
Polşa torpağına Romadan, Bizansdan, Misirdən məhsullar 
gətirilirdi. Bunlara gümüş, bürünc, keramikadan hazırlanan qab-


179 
ları, üzüm şərabı, müxtəlif ədviyyatları və s. göstərmək olar. Bu-
radan da qədim və müasir Polşada dadlı və ətirli yeməklər mey-
dana gəldi. Polşaya səfər edən xaricilər həmişə bu yeməklərin 
özünəməxsusluğunu, təbiiliyini, müxtəlifliyini və keyfiyyətli 
olduğunu qeyd edirdilər. Ziyafətlər hər zaman zəngin və rənga-
rəng Polşa mətbəxinin ayrılmaz hissəsi olub. Əsrlər boyu baş 
verən tarixi dəyişikliklər Polşa mətbəxinə böyük təsir göstərib. 
Qəsb edilmək, müstəqillik və bütövlükdən məhrum olmaq ki-
mi sınaqlardan keçmiş bir ölkə öz mədəniyyət və ənənələrini 
yüksək dəyərləndirərək həyatın bütün sahələrində qoruyub sax-
lamağa çalışıb. Tarixi səbəblərdən ölkənin müxtəlif regionları-
nın mətbəxində qonşu ölkələr və mühacirlərin təsiri, xörəklə-
rin müxtəlifliyi və zənginliyində əks olunub. Polyak xalqının 
qidalanma mədəniyyətinin əsasını qədim slavyanların ənənələ-
ri təşkil edir. Bütün slavyanlarda olduğu kimi polyaklarda da 
çörək dini cəhətdən əhəmiyyətli bir yer tutur. 
Polyaklar sıyığı çox sevirlər və bu sahədə çox yaxşı mütə-
xəssisdirlər. Sıyıqla bağlı ənənələr Polşada çox dərindir. Taxıl-
dan quru qidalandırıcı şorbalar, südlü sıyıq qaynadılır və bişiri-
lir, ona sala, göbələk, qara gavalı qatır, müxtəlif ət yeməkləri ilə 
bir yerdə verirlər. Müasir Polşa mətbəxində həmişə olduğu ki-
mi arpa, qarabaşaq, ktakov sıyığı yüksək qiymətləndirilir. Polşa 
mətbəxi bu gün özünəməxsusluğuna görə göbələklərə borclu-
dur. Göbələyin sous və şorbalarda bir qida kimi istifadə edil-
məsi zərurudir. Bu gün Polşa mətbəxində müasir yeməklər, is-
tifadə olunan qida məhsulları, texnologiya və emalına görə Uk-
rayna və Rusiya mətbəxinə daha yaxındır. Qəlyanaltı və soyuq 
yeməklər üçün xama və mayanezlə hazırlanmış təzə və duzlan-
mış tərəvəzlər xarakterikdir.
Səciyyəvi Polşa xörəkləri məhsulların mövcud olmasına 
bağlıdır. Polşada kənd təsərrüfatı yaxşı inkişaf etdiyinə görə, 
Polşa mətbəxində yarmalar xüsusi yer tutur. Çörək, kiyoteklər 
və ya blinlər polyaklar tərəfindən çox sevilir. Tərəvəzli və ya 
ətli xörəkləri ilə yanaşı, ləzzətli tərəvəz şorbaları Polşa mətbə-


180 
xində xüsusi yer tutur. Meşələrdən polyaklar maral əti, xeyli 
miqdarda göbələk, meyvə və otları əldə edir. Şirin sularda 
yaşayan balıqlar və həmçinin dəniz balıqları Polşa mətbəxində 
geniş istifadə olunur. Bu günədək, bir çox Polşa xörəklərinin 
reseptləri illər boyu dəyişilmədən istifadə olunur. 
Dostlarla söhbət etmək və ya birgə mahnı oxumaqla mü-
şayiət olunan ziyafətlər Polşa mədəniyyətinin ayrılmaz hissə-
sidir. Onlar mədəni, dini, ən çox isə vətənpərvərlik rolunu oy-
nayırlar. Yəqin bu səbəbdən polyaklar dostlarına baş çəkəndə 
və ya istirahət günlərini öz ailələri ilə keçirəndə ziyafət etməyi 
cox sevirlər. 
Ən çox sevilən Polşa xörəklərindən biri biqosdur. Biqos 
müxtəlif ət növləri, göbələk, bişirilmiş təzə kələm və turş kə-
ləmdən hazırlanmış xörəkdir. Golabki tomat və ya qaymaq 
sousu ilə verilən içi ət və düyü ilə doldurulmuş kələm yarpaq-
larıdır. Bekon və ya turşular ilə doldurulmuş mal əti ruleti də 
populyardır. 
Polşa mətbəxi özünün un məmulatları ilə də məşhurdur: 
piroqlar, blinlər, lozanki, oladi və s. Şirin yeməklərdən ən məş-
huru müxtəlif kisellər, meyvəli salatlar, jele və mussdur. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə