Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə76/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   113
 
BÖYÜK BRİTANİYA 
 
Paytaxtı – London 
Rəsmi dili – ingilis dili 
Dini – protestantlıq 
Pul vahidi – funt sterlinq 
 
İngiltərə Böyük Britaniya krallığına daxil olan tarixi və inzi-
bati ərazi, Böyük Britaniya adasının cənub hissəsində yerləşir. 
Paytaxtı Londondur. İngiltərə Böyük Britaniya adasının 2/3 his-
səsini əhatə edir. Birləşmiş Krallığın digər iki ölkəsi ilə şimal-
dan Şotlandiya, qərbdən isə Uels ilə həmsərhəddir. Coğrafi ba-
xımdan İngiltərə Britaniyanın digər hissələrinə nəzərən Avropa 
qitəsinə daha yaxındır. İngiltərə, həmçinin İrlandiya dənizi, 
Şimal dənizi və Atlantik okeanı ilə əhatə olunub. Ölkə daxilin-
də uzunluğu 346 km-ə çatan ən uzun çay Temza çayıdır. Ölkə-
nin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik 
ilk növbədə İngiltərə ərazisinin mülayim iqlim qurşaqlarının 
qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. 
İngiltərədə intensiv inkişaf etmiş kənd təsərrüfatında hey-
vandarlıq üstünlük təşkil edir. Ölkənin şimal və qərbində gü-
nəşli günlərin məhdudluğu taxıl bitkilərinin yetişdirilməsinə 
imkan vermir. Rütubətli okean iqlimində otlaq və çəmənliklər 
mal-qaranı yaxşı otla təmin edir. Kənd təsərrüfatı məhsullarına 
buğda, tərəvəz, dana əti, quzu əti, quş əti, balıq, kartof aiddir. 
İngilislərin adət-ənənələrinə gəlincə, onların xarakteri yüz il-
lər ərzində fəth edənlərin: romalıların, skandinaviyalıların, nor-


186 
manların təsiri nəticəsində formalaşmışdı. Nəticədə Kelt xəyalpə-
rəstliyi, vikinqlərin quldur cəsarəti, normanların intizamı ilə anqlo-
saksların praktikliyini təcəssüm etdirən ingilis milləti yarandı. 
İngilis mətbəxi bu gün bir çox milli yeməklərini qoruyub 
saxlamış və bu günə gəlib çatmışdır. 
XVI əsrdə İngiltərənin qida mədəniyyəti bir sıra ciddi də-
yişikliklərə məruz qalmışdır. Bu, katolisizmlə bağlı fasilə döv-
rü idi ki, bunun nəticəsində bir sıra kulinariya ənənələri yoxa 
çıxdı. Bu dövrdə fəth edənlərin nəsilləri (normanlar) incə ital-
yan və fransız mətbəxi ənənələrini İngiltərəyə gətirdilər. Alman 
mətbəxinin də böyük təsiri olub. Bu zaman istifadə olunan qi-
daların çeşidi dəyişdi. Britaniyalılar pendiri daha çox istifadə 
etməyə başladılar. 
Britaniya kulinariyasında əhəmiyyətli dərəcədə dəyişiklik 
XIX əsrdə sənaye inqilabı ilə əlaqədar olaraq baş verdi. Qida 
məhsullarının çeşidi, yeməklərin hazırlanmasında istifadə olu-
nan ədviyyatların istifadəsi genişləndirildi. 
XX əsrdə Britaniya həkimləri və kulinarları belə bir nəti-
cəyə gəldilər ki, qidalanma üçün yerli məhsulların istifadəsi fi-
zioloji olaraq çox xeyirlidir. Baxmayaraq ki, ingilislərə qurman 
(zərif, ləziz yeməklərin həvəskarları) deyirlər, lakin öz mət-
bəxlərini sağlam və xeyirli hesab edirlər. İngilis mətbəxi üçün 
tez və mürəkkəb olmayan və yüksək keyfiyyətli qidalardan ha-
zırlanan yeməklər xarakterikdir. İngilislərin səhər yeməyi haq-
qında belə bir məsəl var: 6 ingilis günorta və axşam yeməyin-
dən imtina edə bilər, amma səhər yeməyindən heç vaxt! İngilis-
lərin süfrəsini qızardılmış çörək, çeşidli cemlər, marmelad və 
bal bəzəyir. Yumurtanı istər soyutma, istər qayğanaq formasın-
da hazırlanması, istərsə də kolbasa ilə qızardılmış halda yemək 
ingilis süfrəsinin ayrılmaz hissəsidir. İngilis mətbəxinin əsas 
xüsusiyyəti ondan ibarətdir ki, orta statistik ingilis üçün səhər 
yeməyi yumurta, yulaf sıyığı, portağal mürəbbəsi ilə tost, qı-
zardılmış seld və sosiskalardan ibarətdir. Süfrə gözəl ətirli ingi-
lis çayı ilə tamamlanır. 


187 
Yemək siyahısının yığcam olmağına baxmayaraq, ənənəvi 
ingilis yeməkləri il boyu necə gəldi hazırlanmır, ciddi və müəy-
yən günlərdə bişirilir. Məsələn, ənənəvi ingilis yeməyi olan 
postbif ingilis ailələrində bazar günlərində bişirilir . Buna görə 
də bütün həftəni onun bişiriləcəyi günü gözləyirlər. Eyni za-
manda ingilis fermerləri payız ayında donuzları kəsərkən ənə-
nəvi olaraq təzə ev donuzunun ətindən hazırlanan oksford so-
sisləri 250 ildir ki, ingilislərin sevimli yeməyidir. 
İngilislərin qidalanma mədəniyyəti soyuq qəlyanaltıların 
növləri ilə, xüsusilə balıq və sendviçlərlə xarakterizə olunur. 
Bunlardan ən geniş yayılanı bulyonlar və şorba – püredir. İngi-
lislər ən çox ət yeməklərini sevirlər: dana, quzu, qoyun, yağsız 
donuz əti və s. göstərmək olar. Milli yeməklər rostbif, bifşteks-
dir. Ət ilə bir yerdə hər zaman müxtəlif souslar, marinadlar, to-
mat sousları, qarnir üçün kartof və tərəvəz verirlər. İngilislərin 
yeməyində ən böyük yeri müxtəlif pudinqlər tutur. Onları ikin-
ci (ət, taxıl, tərəvəz) və üçüncü yemək kimi (şirin meyvəli pu-
dinqlər) verirlər. İngilis milli mətbəxi ənənəvi bayram yemək-
ləri ilə xarakterizə olunur. İngilislər arasında ən məşhur milad 
pudinqidir ki, saladan, çörək qırıntıları, un, kişmiş, yumurta, 
şəkər və müxtəlif ədviyyatlardan hazırlanır. Süfrəyə verilməz-
dən əvvəl onu rom ilə qarışdırır, yandırır və alov şəklində ma-
saya verilir. Tərəvəz qarniri ilə qiymələnmiş hinduşka əti və 
bayram tortu da bayram yeməklərindən hesab olunur. İngilislər 
çörəyi az istifadə edirlər. İçkilərdən gün ərzində ən çox istifadə 
olunan (7 dəfə) çaydır. Kofe çaya nisbətdə az istifadə olunur. 
Alkoqollu içkilərdən, xüsusilə viski, cin, brendi, rom, portveyn, 
pivə və s. məşhurdur. Bir sıra seçilmiş yeməklər dünya tərəfin-
dən tanınmışdır. Məsələn, rostbif, romşteks, bişmiş ingilis kremi, 
sendviçlər bir çox dünya restoranlarının menyusuna daxil olub. 
Beləliklə, Böyük Britaniyada, digər Avropa ölkələrindən 
daha çox, qədimdən qalmış qidalanma ilə bağlı vərdişlərə ria-
yət edilmişdir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə