Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə74/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   113
ÇEXİYA 
 
Paytaxtı – Praqa 
Rəsmi dili – çex dili 
Dini – xristian 
Pul vahidi – çexiya kronu 
 
Çexiya və ya rəsmi adı Çex Respublikası – Mərkəzi Avropa-
da yerləşir. Çexiya dənizə çıxışı olmayan ölkədir. Şimal və şimal-
şərqdə Polşa, qərb və şimal-qərbdə Almaniya, cənubda Avstriya, 
şərq və çənub-şərqdə Slovakiya ilə həmsərhəddir. Çexlər və ya 
çex xalqı qərbi slavyan xalqıdır. Əhalisinin ümumi sayı 12 milyo-
na yaxındır. Çexlər slovak və lujitsa dillərinə çox yaxın, slavyan 
dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar. 


181 
Bir etnos kimi çexlər bugünkü Bohemiya, Moraviya, Sile-
ziya və qonşu ərazilərdə formalaşıblar. Dənizdən uzaq Mərkəzi 
Avropa ölkəsi olan Çexiya, digər Mərkəzi Avropa ölkələrində 
olduğu kimi qışı sərt keçən quru iqlimə malikdir. Çexiya əra-
zisinin 30%–i meşələrlə əhatələnmişdir. Xüsusilə Bohemiya 
dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə 
bölgələri, yüksəkliyi çox olmayan yerlərdə ağcaqayın, palıd meşə-
ləri üstünlük təşkil edir. Meşəlik bölgələrdə yaşayan vəhşi hey-
vanlar – çöl donuzu, çöl pişiyi və dağ keçisidir. Yeraltı ehtiyat-
ları məhduddur. Məhsulları buğda, arpa, yulaf, çovdar, qarğıda-
lı, çuğundur, kartof və balqabaqdır. Heyvandarlıq geniş təşək-
kül tapmışdır. Ən çox ev heyvanlarının yetişdirildiyi ölkədə iri-
buynuzlu heyvanların sayı xırdabuynuzlu heyvanların sayından 
çoxdur. Meşələrdən əldə edilən məhsullar ehtiyacı ödəməklə ya-
naşı, ixrac da edilir. Burada ətlik – südlük heyvandarlıq, donuz-
çuluq və quşçuluq inkişaf etmişdir. Şəkər çuğunduru, taxıl, arpa, 
kartof, tərəvəz, müxtəlif meyvələr becərilir. Çex xalqının qida-
lanma mədəniyyətinə nəzər salsaq, görərik ki, onun mətbəxi Çe-
xiya xalqının tarixi və ənənələri ilə sıx bağlıdır. Çexiya mətbəxi 
Almaniya kimi qonşu ölkənin mətbəxindən faydalanıb. Uzun müd-
dət Avstriya və Macarıstan hökmranlığı altında olub ki, bu da öl-
kənin mətbəxinə əhəmiyyətli dərəcədə təsir göstərib.
Çexiyada gündəlik qida menyusu səhər yeməyi, nahar və 
şam yeməyindən ibarətdir. Nahar günün əsas yeməyini təşkil edir. 
O masada mütləq şorba, əsas xörək və desert olmalıdır. Hal-ha-
zırda bu ənənə az doyumlu, amma tez-tez qəbul edilən yeməklərlə 
əvəz olunur. Çex mətbəxində ən çox donuz, mal, quş əti, tərkibin-
də çoxlu miqdarda yağ və ya qaymaq, ətirli souslar, çörək və dol-
ğun ətli və ya balıqlı şorbalardan istifadə edilir. 
Çex süfrəsində olduqca məşhur olan toyuq bulyonu və ya 
tomat şorbasının yanında çesnakova polevka adlanan sarımsaq 
şorbası, içalatdan hazırlanmış qulyaj şorbasını görmək olar. 
Qulyaj xüsusilə populyardır. O, ətirli, ədvalı souslarda pörtlə-
dilmiş ətdən hazırlanır. O, knedik - çörək, maya və ya kartof 


182 
qaluşkaları ilə verilir. Knediklər kartof və ya düyünün əvəzinə 
istifadə olunur. Çex mətbəxində tərəvəzlər də çox sevilir. Mə-
sələn, qızardılmış gülkələm, kartof blinçikləri, noxud püresi. 
Sous və kartof qızartması ilə verilən çörək qırıntılarında qızar-
dılan pendir də çex mətbəxi üçün səciyyəvidir. Desertlərə gə-
ləndə isə şirin knediklərdən başqa süfrəyə balaca piroqlar və 
blinçiklər, həmçinin içi şokoladlı və ya qozlu vaflilər və ya şi-
rin kurasanlar qoyulur. Tərəvəzlərə gəlincə pomidor, xiyar və 
duzlu tərəvəzlərdən başqa çex süfrəsində yüksək qida dəyəri 
olan tərəvəz salatlarını görmək olar. Çex mətbəxində paxlalılar 
və kələm xüsusilə qiymətləndirilir. 
Çexiya mətbəxinin ən xarakterik xörəkləri içərisində biş-
miş donuz budu, knediklər, fərqli şorbalar və turşuya qoyulmuş 
sosisləri qeyd etmək olar. Çexlər qırmızı kələmlə qızardılmış qaz 
ətini əsl delikates sayırlar. Pivə üçün sevimli qəlyanaltılar Her-
melin, Olomouts pendirləri və xüsusilə qızardılmış pendirdir. 
Çexiyada 500-ə yaxın pivə növləri var. Pilsener və ya Bud-
weiser kimi məşhur pivə evləri ilə yanaşı, daha az tanınan brend-
lər və yerli pivə zavodları yüksək keyfiyyətli pivə istehsal edir. 
Pivə çex ənənəsinin ayrılmaz bir hissəsidir. Nəinki pivənin hazır-
lanması, hətta onun süzülmə və içilmə qaydaları rituala çevrilib. 
Bu sahənin qurmanları və mütəxəssisləri deyirlər ki, pivə yavaş-
yavaş, tələsmədən süzülməlidir, çünki vacib hesab edilən pivə 
köpüyünün miqdarı və keyfiyyəti bundan asılıdır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə